Həmkarlar İttifaqı Komitəsi



Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri,Quliyev Vaqif


8 avqust 1960-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.1977-ci ildə Lənkəran şəhər 2 saylı məktəbini bitirmişdir.1982-ci ildə Rusiya Federasiyasının Vladimir şəhərində politexnik İnstitutunun “Maşınqayırma” fakültəsini bitirib.”Maşınqayırma” üzrə mühəndis-müəllim ixtisasını alıb.1982-84-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olub.1985-ci ildə Lənkəran şəhər 113 saylı peşə məktəbində müəllim işləyib.1986-cı ildən 1990-cı ilə kimi Lənkəran şəhər Komsomol komitəsində şöbə müdiri vəzifəsində çalışıb.1990-cı ildən Lənkəran Rayon Aqrar Sənaye Birliyində və Lənkəran rayon çayçılıq İdarəsində texnoloq, mühəndis,təhlükəsizlik üzrə mühəndis vəzifələrində işləyib.2016-cı ildən Lənkəran Dövlət Universitetində mühəndis,2018-ci ildən Aqrar və mühəndislik fakültəsində müəllim kimi fəaliyyət göstərir.20 iyun 2018-ci ildə Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.Ailəlidir.

Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqının 1202 nəfər üzvü vardır , onlardan 284 nəfəri müəllim və texniki işçilər, 918 nəfəri tələbədir.

İnstitutda Tələbə Həmkarlar Komitəsi fəaliyyət göstərir.

Lənkəran Həmkarlar İttifaqı Komitəsinin 17 nəfər üzvü vardır:

1.Quliyev Vaqif Şahverən oğlu-sədr

2.İbrahimova Cəmilə Məzahir qızı-katib, humanitar kafedranın laborantı

3.Kazımov Kamran Şahverənoğlu-üzv, sosial məsələlər üzrə prorektor

4.İbadov Rakif Hüseyn oğlu-üzv,dosent

5.Paşayev Nahid Cəlil oğlu-üzv, dosent

6.Qasımov Rəşid Ataxan oğlu,üzv

7.Mehdiyeva Aysel Sehran qızı-üzv, müəllim

8.Cəfərova Nahidə İbrahim qızı,üzv, baş müəllim

9.Ələsgərov Nadir Hüseyn oğlu,üzv, baş müəllim

10.Paşayev Tofiq Novruz oğlu,üzv, dosent

11.Şükürova İradə Atəş qızı,üzv

12.Əhmədova Elazə Məmməd qız,üzv

13.Əzizov Sənan Qərib oğlu,üzv, dosent

14.Əmənov Qalib Alışirin oğlu,üzv, müəllim

15.Mirzəyev Elman Savad oğlu , üzv, dosent

16.Talıbzadə Aytac Zikrulla qızı,üzv

17.Talıbzadə Aysel Cahangir qızı,üzv

Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı arasında bağlanmış müqaviləyə əsasən tərəflərin öhdəlikləri aşağıdakılardır:

1. Azərbaycan Respublikasının təhsil sistemində islahatların həyata keçirilməsi və sosial iqtisadi vəziyyətin daha da gücləndirilməsi məqsədilə təhsilin keyfiyyətinin artırılması, təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasirləşdirilməsi üçün üstünlük verilən istiqamətlərin inkişafını təmin etmək;

2. Təhsil sahəsinin inkişafı məqsədilə dövlət proqramlarının yerinə yetirilməsi, təhsil işçilərinin, təhsilalanların əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, təhsil müəssisələrinin normativ–hüquqi bazasının təkmilləşdirilməsi və sosial əhəmiyyətli məsələlər üzrə danışıqlar aparılmasında əməkdaşlıq etmək;

3. İşəgötürənlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi məqsədilə təhsil müəssisələrində müəssisədaxili intizam qaydalarının tərtib edilməsini təmin etmək;

4. Gənclər siyasəti sahəsində «Azərbaycan gəncliyi 2015-2025 illərdə» Dövlət Proqramının yerinə yetirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, onların kənd yerində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, təhsilalanların, gənc işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində birgə iş aparmaq.

5. Təhsil işçilərinin səhhəti, ailə vəziyyəti və digər səbəblərlə əlaqədar qanunvericilikdə müəyyən edilmiş ödənişsiz məzuniyyətin müvafiq həmkarlar ittifaqı komitəsinin rəyi əsasında verilməsini təmin etmək;

6. Əmək qabiliyyətini tam və ya qismən itirmiş işçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinətin ödənilməsini təmin etmək;

7. İşəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsi ilə əlaqədar qanunvericiliyə, texniki təhlükəsizlik qaydalarına əməl olunmasına, əməyin mühafizəsi və iş şəraitinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;

8.Ölkədə aparılan gənclər siyasətinə dəstək olaraq mədəni-kütləvi və idman işlərində birgə tədbirlərin keçirilməsi

9.İstedadlı gənclərin üzə çıxarılması istiqamətində birgə işləri davam etdirmək.

10.Qabaqcıl pedaqoji işçilərin yubileylərini qeyd etmək

11.İşçilər və tələbə-gənclər arasında milli və dövlət bayramlarının, mədəni-kütləvi tədbirlərin təşkili, qabaqcıl pedaqoji işçilərin yubiley günlərinin keçirilməsini təmin etmək;

12.İşçilər və tələbələrin asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsini təşkil etmək

13.İttifaq üzvləri olan aztəminatlı işçilərə,tələbələrə maddi yardımların verilməsi

14. İşçilərin illik məcburi profilaktik tibbi müayinəsinin keçirilməsinə və tələbə poliklinikalarının fəaliyyəti üçün normal şəraitin yaradılmasına nəzarət etmək;

15.İctima işlərdə və təhsildə fərqlənən Həmkarlar İttifaqı üzvlərinin mükafatlandırılması.

16. Tədris ili ərzində işçinin müalicəyə ehtiyacı olduğu zaman ona lazımi köməklik göstərmək, o cümlədən tədris prosesinin pozulmaması şərtilə sanatoriya – kurort müalicəsinə göndərmək.

Lənkəran Dövlət Univeristeti Həmkarlar İttifaqı Komitəsi illik iş və tədbirlər planına əsasən Universitetin ictimai həyatında fəal iştirak edir.

Belə ki, 2019-cu il ərzində aşağıda qeyd edilən tədbirlər keçirilmişdir:

“20 yanvar” şəhidlərinin anılması

02 fevral Gənclər günü münasibəti ilə tədbir

26 fevral “Xocalı” soyqırımı ilə əlaqədar tədbir

8 mart Beynəlxalq qadınlar bayramı

20-21 mart Novruz bayramının keçirilməsi

28 may Azərbaycan Demokratik Respublikasının qurulması

15 iyun milli qurtuluş günü ilə keçirilmiş tədbir

26 iyun Silahlı qüvvələr günü ilə əlaqədar keçirilmiş tədbir

Dərs ilinin yekunu ilə əlaqədar kollektiv gəzinti

“Məzun-2019” qanunun qeyd edilməsi

“Bilik günü” münasibəti tədbir

“Müəllim günü” münasibəti ilə tədbir

18 oktyabr Dövlət müstəqilliyi ilə əlaqədar tədbir

Mini futbol üzrə yarışın keçirilməsi

Qızlar arasında voleybol yarışının keçirilməsi

Noyabr ayında keçiriləcək tədbirlər

“Bayraq” günü münasibəti ilə tədbir

17 noyabr Milli Dirçəliş günü

Dekabr ayında keçiriləcək tədbirlər

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər

31 dekabr dünya azərbaycanlılarının Həmrəylik günü və yeni il bayramı münasibəti ilə tədbirin keçirilməsi

Həmkarlar İttifaqı Komitəsinin adlı təqaüdü

Kollektiv teatra baxışın təşkili

Musiqi Festivalı


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd