İdman klubu

Lənkəran Dövlət Universitetinin İdman klubu 1994-2011-ci illərdə fəaliyyət göstərmiş Fiziki tərbiyə və mülki müdafiə kafedrasının bazasında 2000-ci ildə yaradılmış və bütün fəaliyyəti müddətində həmin kafedra və sonralar Pedaqogika-psixologiya və fiziki tərbiyə kafedrası ilə sıx əməkdaşlıq etmişdir.

Klubun nəzdində bir neçə idman dərnəyi fəaliyyət göstərir. Həmin dərnəklərdə məşqləri universitetin müxtəlif idman növləri üzrə yüksək dərəcəli bədən tərbiyyəsi və idman müəllimləri – məşqçilər aparırlar. Tələbələrimiz universitetin müəllimlərindən Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı kafedrasının ilk müdiri, boks idman növü üzrə idman ustası, Beynəlxalq dərəcəli hakim dosent Sakin Məmmədzadə, sonralar kafedraya rəhbərlik etmiş b/m. Əhməd Quliyev, beynəlxalq dərəcəli hakimlər Xalid Ağayev, Əlizadə Əsədov, Fəraqət Calalov, müəllimlər Fazil Əsədov, İsrafil Əkbərov, Tofiq Mustafayev, Faiq Əsədullayev, Rauf Ağayev, Səxavət Tahirov, Nərminə Rəhmanova, İsmayıl Tahirov, Tahir Səmədov, Arif Həsənov, Vüqar Paşayev və başqalarının rəhbərliyi ilə universitetdə keçirilən spartakiadalarda , rayon, respublika və beynəlxalq səviyyəli idman yarışlarında böyük uğurlara imza atmışlar. Məhz bunun nəticəsi idi ki, universitetin “LDU-Xəzər” futbol komandası respublikanın milli futbol çempionatında təmsil olunmuş və yaxşı nəticələr əldə etmişdi. Universitetin əməkdaşlardan ibarət mini futbol komandası Cənub Regional Futbol Federasiyası və Lənkəran Bələdiyyəsinin birgə təşkil etdikləri İki dəfə Sovet İttifaqı Qəhrəmanı, general Həzi Aslanovun xatirəsinə həsr olunmuş cənub regionu üzrə mini futbol turnirinin qalibi olmuş, tələbələrimiz bir neçə beynəlxalq və respublika əhəmiyyətli turnirlərdə uğurla çıxış etmişdilər.

Klubun yetirmələrindən peşəkar boksçu Rauf Ağayev, həvəskar boksçu İlkin Ağayev dünya çempionu, Elnur Hacıyev Avropa çempionu adlarına layiq görülməklə müxtəlif respublika vəbeynəlxalq səviyyəli turnirlərdə uğurlar qazanmışdılar

LDU-nun tələbələri 2001-ci ildə Rusiya Federasiyasının Həştərxan şəhərində təşkil olunmuş Beynəlxalq tələbə spartakiadasına qatılmış və uğurlu nəticələr qazanmışdılar. Həmin yarışlarda tələbələrimizdən Elnur Hacıyev və Amil Kərimov boks, Nicat Əliyev isə yunan-roma güləşi üzrə yarışlarda bürünc medala layiq görülmüşdülər.

Universitetin tələbələrindən ibarət yığma futbol komandası 2014-cü ildə Azərbaycan universitetləri arasında keçirilən respublika futbol turnirində finala vəsiqə qazanmış, 2016-cı ildə yarımfinal mərhələsinə qədər irəliləyə bilmişdi.

Hazırda kluba respublikanınəməkdar məşqçisi , respublika və beynəlxalq dərəcəli hakim, respublikanın fəxri bədən tərbiyəsi və idman işçisi Əlizadə Əsədov rəhbərlik edir. Onun rəhbərliyi ilə universitetin idman həyatı yeni vüsət almış, klub müasir idman avadanlığı ilə təmin olunmuş, idman bölmələrinin sayı artırılmış, tələbə qızların idmana və bədən tərbiyəsinə cəlb olunması. Bu da tələbələrin asudə vaxtlarının səmərəli təşkili üçün yaxşı şərait yaradır, onların sağlamlığının qorunmasına kömək edir.

Klubun devizi: SAĞLAM BƏDƏNDƏ SAĞLAM RUH!


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd