Tədrisin təşkili və təlim texnologiyaları mərkəzi




Mərkəzin fəaliyyətinin əsas məqsədi Universitetdə tədris-metodiki işlərin təşkili, mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədris planları və proqramların yaradılması və təkmilləşdirilməsi, tədrisdə kredit sisteminin və müasir təlim texnologiyalarının tətbiqi, tədris prosesinin metodiki təminatı, məzunlarla iş və tələbələrin təcrübələrinin təşkili ilə əlaqədar işləri həyata keçirməkdir. Mərkəz Universitetdə tədrisin təşkilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2013-cü il tarixli 348 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrinin bakalvriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları”na uyğun həyata keçirir.

Dövlət təhsil standartlarına uyğun olaraq universitetin professor-müəllim heyətinin tədris və tədris-metodiki işlərinin koordinasiyası, dərs yüklərinin kafedralar üzrə bölgüsü və yerinə yetirilməsinə nəzarət edir. Dekanlıqlarla, kafedralarla və Universitetin digər struktur bölmələri ilə birgə tədris prosesinin perspektiv və cari planlaşdırılmasının təşkili və onun gedişinə nəzarəti təşkil edir. Kredit sistemində tədrisin təşkili üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formalar üzrə bütün tədris sənədlərinin vaxtında hazırlanmasına nəzarət edir. Semestr üzrə dərs cədvəllərinin tərtibinə və dərslərin gedişatına gündəlik nəzarəti təşkil edir. Yekun Dövlət Attestasiyası üzrə sənədlərin və nümunəvi blankların hazırlanması və təsdiqinə nəzarət edir.

Tələbələrin hərbi mükəlləfiyyətləri ilə bağlı tələbənin xaric olunması, bərpası, akademik məzuniyyət alması haqda əmrlərdən çıxarışları və digər məlumatları xüsüsi sənədlərlə iş şöbəsinə göndərir, şöbənin sorğularına cavablar hazırlayır və digər aidiyyatı məsələləri həll edir. Hər bir təhsilalanın-tələbənin fərdi tədris planlarının hazırlanması və onların bu planın tərtib edilməsində iştirakını təmin edir.

Mərkəz bütün təhsil səviyyələri və formaları üçün metodiki işlərin akkreditasiya göstəricilərinin yerinə yetirilməsinin analizi və ona nəzarət işini təşkil edir. Universitetdə tədris prosesini təşkil edən və tənzimləyən əsasnamələrin, metodiki tövsiyələrin və digər normativ sənədlərin hazırlanmasında iştirak edir. Kafedraların fənlər üzrə dərslik, dərs vəsaiti və proqramlarla təminatına nəzarət edir.

Mərkəz yeni təlim texnologiyaları və kredit sisteminin tədris prosesinə tətbiqi ilə bağlı tədris-metodiki işlərin görülməsinə və təşkilinə nəzarət edir. Mərkəzin strukturuna “Tədrisin təşkili və əlavə təhsil” bölməsi, “Qeydiyyat və qiymətləndirmə” bölməsi, “Məzunlarla iş və təcrübələrin təşkili” bölməsi daxildir. Mərkəzə baş müəllim r.ü.f.d. Əsgərov İdrak Mirzəbaba oğlu rəhbərlik edir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd