"Filologiya və ibtidai təhsil" fakültəsi

Filologiya və ibtidai təhsil fakültəsi

Lənkəran Dövlət Universitetinin Filologiya və ibtidai təhsil fakültəsi universitet üzrə 03 iyul 2020-ci il tarixli, 4/39 saylı əmr ilə Humanitar fakültənin bazası əsasında yaradılmışdır.

Fakültədə 3 kafedra fəaliyyət göstərir:

1. İbtidai təhsil və məktəbəqədər təlim

2. Azərbaycan dili və ədəbiyyat

3. Xarici dillər və tərcümə

və aşağıda göstərilən ixtisaslar üzrə bakalavr mütəxəssislər hazırlanır:

1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi

2. İbtidai sinif müəllimliyi

3. Məktəbəqədər təhsil

4. Təhsildə sosial-psixoloji xidmət

5. Xarici dil müəllimliyi

6. Tərcümə

Fakültənin dekanı Fakültəyə müvəqqəti olaraq (dekan seçkilərinin keçirilməsinə qədər) rektorun müşaviri prof. Mikayıl Məhərrəmov rəhbərlik edir. Tex.ü.e.d. Mikayıl Məhərrəmov həm də Texnologiya və texniki fənlər kafedrasının professorudur. O, 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Texnologiya fakültəsini Qida məhsulları mühəndisliyi (Konservləşdirmə texnologiyası) ixtisası üzrə bitirmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. Mikayıl Məhərrəmov respublikanın və xarici ölkələrin nüfuzlu elmi-texniki jurnallarında nəşr olunmuş müxtəlif mövzulu 150-dən çox elmi məqalənin, 5 monoqrafiyanın (o cümlədən 3-ü xarici ölkələrdə nəşr olunmuşdur) və 2 dərsliyin müəllifidir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd