"İQTİSADİYYAT VƏ İDARƏETMƏ FAKÜLTƏSİ"

İqtisadiyyat və idarəetmə” fakültəsi Lənkəran Dövlət Universitetinin ən böyük fakültələrindən biridir. Fakültə 1992-ci ildən fəaliyət göstərir.Müxtəlif dövrlərdə fakültədə geniş profilli mütəxəssislər hazırlanmışdır.Hazırda fakültənin nəzdində iki kafedra “İqtisadiyyat və innovativ idarəetmə” və “Maliyyə idarəetməsi və audit” kafedraları fəaliyyət göstərir.

Fakültədə “İqtisadiyyat”, “Mühasibat uçotu və audit”, “Biznesin idarə edilməsi”, “Maliyyə”, “Turizm və otelçilik”, “Marketinq” ixtisasları bakalavr dərəcəsi üzrə mütəxəsislər hazırlanır. Magistr pilləsi üzrə isə “Xidmət sferasında mühasibat uçotu və audit”, “Maliyyə menecmenti”, “Aqrar sahənin iqtisadiyyatı”, “Turizm və sosial-mədəni servis xidməti”, “İqtisadiyyatın tənzimlənməsi”,”Maliyyə bazarları” ixtisasları üzrə mütəxəsislər hazırlanır. Fakültədə“Sahə iqtisadiyyatı” ixtisası üzrə iki doktorant, bir dissertant, “Ekonometriya” ixtisası üzrə bir doktorant, bir dissertanttəhsi alır. Fakültəyə İqtisad elmləri namizədi.dosentƏliyeva Gülbəniz Tofiq qızı rəhbərlik edir.

İqtisadiyyat və idarəetmə fakültəsində aşağıdakı istiqamətlərdə mütəxəssis hazırlanır:

Bakalavr istiqaməti üzrə:

İqtisadiyyat

Mühasibat uçotu və audit

Biznesin idarə edilməsi

Maliyyə

Turizm və otelçilik

Marketinq

Magistratura səviyyəsi:

Xidmət sferasında mühasibat uçotu və audit

Aqrar sahənin iqtisadiyyatı

Maliyyə menecment

Turizm və sosialmədəni servis xidməti

İqtisadiyyatın tənzimlənməsi

Maliyyə bazarları

Doktorantura:

Ekonometriya

Sahə iqtisadiyyatı

İqtisadiyyat və idarəetmə fakültəsində 2 kafedra fəaliyyət göstərir

İqtisadiyyat və innovativ idarəetmə

Maliyyə idarəetməsi və audit

Fakültənin dekanı Əliyeva Gülbəniz Tofiq qızı 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur, azərbaycanlıdır. 1984-cü ildə Bakı şəhər 7 saylı məktəbi qızıl medalla bitirmiş, 1989-cu ildə M.Əzizbəyov adına Azərbaycan Neft Kimya İnstitutunu “Mühəndis iqtisadiyyatı” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə “Bazar iqtisadiyyatı şəraitində Azərbaycan neft maşınqayırmasında kooperasiya əlaqələrinin inkişafının səmərələliyi” mövzusunda 080005-xalq təsərrüfatının və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə edilməsinin təşkili (sənaye) ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 23 illik müəllimlik stajı vardır. 01.09.2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər və marketimq” kafedrasının müəllimi, 01.09.2003-cü ildən həmin kafedranın baş müəllimi, 27.05.2005-ci ildən həmin kafedranın dosent vəzifəsinə təyin edilmişdir. 2010-2014- cü illər ərzində “BİM” fakültəsinin qiyabi şöbəsində dekan müavini vəzifəsində, 2015-2016-cı ildə fakültənin Elmi şurasının elmi katibi işləmişdir.

Hal-hazırki vaxta qədər iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair yazılmış 50-dən artıq tezis və məqalənin müəllifidir. İyun 2005-ci ildə təsdiq edilmiş “Müasir şəraitdə sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. Hesabat dövründə Beynəlxalq və Respublika səviyyəli elmi-praktik konfranslarda fəal iştirak etmişdir. 2013-cü ildə ingilis dilində dərc olunan “İqtisad elmləri: nəzəriyyə və praktika” beynəlxalq səviyyəli jurnalda 32 səhifəli məqalə dərc olunmuşdur. Bu dövr ərzində bir neçə beynəlxalq elmi konfransın və beynəlxalq forumların işində fəal iştirak edərək çıxışlar etmiş, tezisləri çap edilmişdir. Məqalələri həm Azərbaycanda həm də xaricdə dərc olunmuşdur.

Tağızadə Səriyyə Cəfər qızı baş müəllim

15 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun “Uçot-iqtisad” fakültəsinin “Mühasibat uçotu və təssərrüfat fəaliyyətinin təhlili” ixtisasını bitirmişdir. 1998-ci ildən müəllim, baş müəllim kimi fəaliyyət göstərir. 2016-cı ilin avqust ayından “İqtisadiyyat və idarəetmə fakültəsində” dekan müavini vəzifəsində çalışır. 1 dərs vəsaiti, 1 metodik göstəriş, 6 fənn proqramı və 25 elmi məqalənin müəllifidir. Ailəlidir 1 övladı var

sariyyatagizade@gmail.com

Fakültənin ünvanı:Lənkəran şəhəri, Məhəmməd Fizuli küçəsi 170a 1 saylı tədris korpusu

Telefon:(+994) 025 255 31 91 daxili 105

Elektron ünvanı:

Faks nömrəsi:

Fakültə haqqında məlumatları

Dos.Gülbəniz Əliyeva təqdim etmişdir.

Facebook Youtube


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd