“Humanitar fənlər” kafedrası haqqında məlumat

Universitetdə aparılan struktur dəyişiklikləri ilə əlaqədar 2016-cı ildən yeni adla fəaliyyət göstərən “Humanitar fənlər” kafedrası 1992-ci ildə əsası qoyulan “Pedaqogika və psixologiya” kafedrasının bazasında yaradılmışdır. Kafedraya 1997-ci ilədək ped.e.d., professor Rəfiqə Mustafayeva, 1997-2006-cı illərdə ped.e.d., professor Əjdər Ağayev rəhbərlik etmişlər. Kafedranın təşəkkülü və inkişafında, elmi potensialının formalaşmasında onların xidmətləri əvəzsizdir. 2006-cı ildən kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əliyev Afiq Xanoğlan oğlu rəhbərlik edir.

Kafedra 2011-ci ildə “Fiziki tərbiyə və mülki müdafiə” kafedrası ilə birləşdirilərək 2014-cü ilədək “Pedaqogika-psixologiya və fiziki tərbiyə” kafedrası adı altında fəaliyyət göstərmişdir. 2014-cü ildə yenidən “Pedaqogika və psixologiya” kafedrası adlanan kafedra 2016-cı ildən “Humanitar fənlər” kafedrası adı altında fəaliyyət göstərir. Hazırda “Humanitar fənlər” kafedrasında 13 əməkdaş çalışır. Onlardan 1 nəfəri elmlər doktoru, 7 nəfəri fəlsəfə doktoru (bunlardan 4 nəfəri dosent), 2 nəfəri baş müəllim, 3 nəfəri isə müəllimdir. Kafedranın əməkdaşları pedaqoji və elmi-pedaqoji kadr hazırlığında fəal iştirak edirlər.

Kafedrada Pedaqogika, Psixologiya və Mədəniyyətşünaslıq istiqamətləri üzrə elmi-tədqiqat işləri aparılır. Alınmış elmi nəticəyə əsasən gənc nəslin milli-mənəvi şüurunun formalaşması və əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsində multikultural dəyərlərdən istifadə sistemi müəyyənləşdirilmiş, qloballaşma şəraitində multikulturalizm modellərinin inkişaf meylləri tədqiq edilmişdir.

Kafedranın fəaliyyəti dövründə əməkdaşlar tərəfindən 14 monoqrafiya, 8 dərslik, 21 dərs vəsaiti, 11 metodik vəsait, çoxlu sayda proqram, elmi məqalə və tezislər çap olunmuşdur. Kafedrada tədris olunan fənlər üzrə bütün proqramlar təhsilin məzmununa uyğun müasir dövrün tələbləri səviyyəsində yeniləşdirilmişdir.

Kafedra üzrə ixtisaslaşmaların siyahısı:

- 050121. Təhsildə sosial-psixoloji xidmət (bakalavr);

- 060119. Təhsildə qiymətləndirmə və monitorinq (magistratura);

- 5808.01. Sosial pedaqogika (doktorantura);

Kafedra üzrə tədris olunan əsas fənlər:

Bakalavr üzrə:

1.Pedaqogika

2.Ümumi pedaqogika

3.Təhsilin idarə olunması

4.Sosial pedaqogika

5.Psixologiya

6.Uşaq psixologiyası

7.Defektologiya və loqopediyanın əsasları

8.Inkişaf və yaş psixologiyası

9.Pedaqoji psixologiya

10.Yaş və pedaqoji psixologiya

11.Psixologiyanın əsasları

12.Təhsildə sosial psixoloji xidmət və psixoloji praktikum

13.Psixofiziologiya

14.Psixoanaliz

15.Psixologiya tarixi

16.Psixodiaqnostika və psixokonsultasiya

17.Klinik psixologiya

18.Eksperimental psixologiya

19.Etnopsixologiya

20.Sosial psixologiya

21.Fərdlər, qruplar və ailələrlə sosial iş təcrübəsi

22.Multikulturalizmə giriş

Magistratura üzrə:

1. Ali məktəb pedaqogikası

2. Psixologiya

3. Tərbiyə işinin metodikası

4. AMTMOF- Məktəbşünaslıq pedaqogikasının əsasları

5. AMTMOF-İ btidai sinif müəlliminin pedaqoji ustalığı

6. AMTMOF- Sosial pedaqogika

7. İbtidai təhsil pedaqogikasının müasir problemləri

8. İbtidai təhsil pedaqogikasının tarixi və metodologiyası

9. Pedaqogikanın müasir problemləri

10. Pedaqogikanın tarixi və metodologiyası

11. Təhsil fəlsəfəsi

12. Qiymətləndirmə və monitorinq

13. Təhsildə qiymətləndirmə və monitorinqin pedaqoji əsasları

14. İbtidai təhsil pedaqogikası

15. Təhsildə tədqiqatlar və innovasiyaların dəyərləndirilməsi

16. Ümumitəhsil sistemində yeni qiymətləndirmə mexanizmləri

17. Məktəbdaxili qiymətləndirmə

18. Təhsil sisteminin idarə olunması

Kafedra müdiri haqqında.

Dos. Əliyev Afiq Xanoğlan oğlu

1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutunun (Bədən Tərbiyə və İdman Akademiyası) Pedaqoji fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. 1991–1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olmuşdur. 1996-cı ildə “Yuxarı sinif şagirdlərində vətəndaşlıq ləyaqəti tərbiyəsi üzrə işin təşkili yolları” mövzusunda dissertasiya işini müdafiə edərək “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsi, 2006-cı ildə dosent elmi adı almışdır. Dos. A.X.Əliyev müxtəlif illərdə Füzuli rayonunda kənd orta məktəbində sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı müavin, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində, M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda pedaqogika müəllimi işləmişdir. Eyni zamanda 1997-ci ildən Lənkəran Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında Pedaqogika üzrə baş müəllim və kafedra müdirinin köməkçisi kimi fəaliyyət göstərmişdir. Dos. A.X.Əliyev 2006-cı il oktyabr ayından “Pedaqogika və psixologiya” kafedrasının, 2016-cı il sentyabr ayından etibarən “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsini icra etmiş, 2016-ci il sentyabr ayında həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur. 2017-ci il iyul ayında müsabiqə yolu ilə “Humanitar fənlər” kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Müxtəlif illərdə Universitetin Elmi Şurasının üzvü, Elmi-metodik şurasının katibi, Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Hazırda Universitetin Elmi Şurasının, Elmi və Tədris Metodik Şurasının üzvüdur. Dos. A.X.Əliyev kafedrada Pedaqogika istiqaməti üzrə elmi- tədqiqat işi aparır. 2 kitab, 4 metodik vəsait, 10 proqramın, 50-dən artıq elmi məqalə və tezisin müəllifi, 1 kitabın tərtibçisidir. LDU-da, həmçinin digər ali məktəblərdə keçirilən Respublika və Beynəlxalq səviyyəli konfranslarda məruzələrlə çıxış etmişdir. 2000-2014-cü illərdə müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və treninqlərdə fəal iştirakına görə Sertifikatlarla təltif edilmişdir. 2018-ci ildə elmi-pedaqoji fəaliyyətinə görə universitet rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

qi.afiq1958@gmail.com

Kafedra əməkdaşları haqqında.

Dos.Mahmudov Kamal Fətulla oğlu

Tarix üzrə fəlsəfə doktoru, dosent.1965-ci ildə anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin “Tarixçi və tarix müəllimi” ixtisasını bitirmişdir. 2014-cü ildə “XX əsrin 50-ci illərinin ikinci yarısında Azərbaycanda sosial-iqtisadi proseslər” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi. 2018-ci ildə dosent elmi adı almışdır. 1998-ci ildən Lənkəran Dövlət Universitetinin “Tarix və fəlsəfə” kafedrasında müəllim, baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 1999-2006-cı illərdə Lənkəran Dövlət Universitetindədekan müavini vəzifəsində çalışmışdır. 2016-cı ildən “Humanitar fənlər” kafedrasında fəaliyyətini davam etdirir. Eyni zamanda 2016-cı ildən Humanitar fakültənin dekanı vəzifəsini icra etmiş, 2018-ci ildə həmin fakültənin dekanı vəzifəsinə seçilmişdir. Kafedrada Mədəniyyətşünaslıq istiqaməti üzrə elmi-tədqiqat işi aparır. 3 fənn proqramı, 30-dan artıq elmi məqalə və tezisin müəllifidir.

kamal-1965@mail.ru

Dos.Abduləzizov Mehman Mövsüm oğlu

Pedaqogika üzrə fəlsəfə doktoru,dosent.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Politexnik İnstitutunun “Avtomatika və hesablama texnikası” fakultəsinə daxil olmuşdur. İnstitutu bitirdikdən sonra Volqoqrad şəhərinə, “Avrora” zavoduna işləməyə göndərilmiş, iki il orada işlədikdən sonra Azərbaycan Elmlər Akademiyasının Kibernetika İnstitutuna işə qəbul olunmuşdur. 1981-ci ildən Bakı baza Energetika texnikumunda mühəndis, baş mühəndis, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1981-1983-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun nəzdindəki xarici dillər kursunun ərəb dili şöbəsində təhsil almış, 1983-cü ildə həmin şöbəni əla qiymətlərlə bitirmişdir. 1987-1990-cı illərdə Liviya Ərəb Cəməhiriyyəsinə ezam olunmuş və orada ərəb dili tərcüməçisi vəzifəsində çalışmışdır. 1990-cı ildən Bakı Baza Energetika texnikumunda “Elektrik maşınları” laboratoriyasına müdir təyin olunmuş, 1991-1993-cü illərdə ştat üzrə müəllim vəzifəsində çalışmışdır. 1993-cü ildən Bakı Baza Energetika texnikumunda direktor işləmişdir. 1997- ci ildə Bakı Neft və Bakı Baza Energetika texnikumları birləşdirilərək, Bakı Neft–Energetika Kollecinin yaradılması ilə əlaqədar, həmin kollecə direktor təyin olunmuşdur. 2007-ci ildən pedaqoji elmlər namizədidir. 9 dərs vəsaiti və metodik vəsaitin müəllifidir, 35 elmi məqaləsi respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur. Hazırda “Orta ixtisas təhsili məktəblərində təhsilin humanistləşdirilməsi və demokratikləşdirilməsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir.

bakineft@mail.ru

Dos.Bəşirov Vidadi Paşa oğlu

1951-ci ildə anadan olmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (ADPU) Coğrafiya fakültəsini bitirmişdir. 1982-ci ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun “Pedaqogika tarixi” ixtisası üzrə əyani aspiranturasına daxil olub. 1985-ci ildə namizədlik dissertasiyasını bitirərək həmin institutda elmi işçi vəzifəsinə götürülmüşdür. 1989-cu ildə “XIX əsrin ikinci yarısında Azərbaycan pedaqoji fikrinin inkişafına rus mütərəqqi ideyaların təsiri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 1985-1999-cu illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, kiçik elmi işçi, baş elmi işçi və böyük elmi işçi vəzifələrində işləyib. 1990-cı ildə baş elmi işçi (dosent) vəzifəsinə seçilib. V. Bəşirov 1999-cu ildə müsabiqə yolu ilə Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasında dosent vəzifəsinə seçilmişdir. 2 monoqrafiya, 3 proqram, 4 metodik vəsaitin müəllifi, 2 kitabın tərtibçisidir. 100-ə qədər artıq elmi məqaləsi və tezisi respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur.

vidadi.besirov@mail.ru

Vidadi Ömər oğlu Orucov

Pedaqogika üzrə elmlər doktoru Vidadi Ömər oğlu Orucov 1956-cı ildə anadan olmuşdur. 1982-ci ildə ADU-nin Fizika fakültəsini bitirmişdir. 1998-ci ildə namizədlik dissertasiyası işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. O, əvvəllər Bakıda Nizami rayonunda “Bilik” Cəmiyyətinin məsul katibi işləmişdir. 1992-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində çalışmışdır. 1997-ci ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direk¬toru vəzifəsində çalışıb. 2016-cı ildən Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktorudur. 2014-cü ildə “Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər” mövzusunda dissertasiya işini müdafiə edərək Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (fizikanın tədrisi metodikası) üzrə Pedaqogika elmlər doktoru elmi dərəcəsi almışdır. Lənkəran Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasında dissertant və doktorantların elmi rəhbəridir. 2 monoqrafiya, 2 dərs vəsaiti, 1 metodik göstərişin müəllifidir, 60-dan artıq elmi məqaləsi respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur.

vidadi_orucov@mail.ru

Fəlsəfə üzrə fəlsəfə doktoru Həmzəyev Əlihəsən Əli oğlu

Fəlsəfə üzrə fəlsəfə doktoru Həmzəyev Əlihəsən Əli oğlu 1954-cü ildə anadan olmuşdur. 1972-ci ilə Bakı BədənTərbiyəsi Texnikumuna daxil olmuş, 1976-cı ildə həmin texnikumun tam kursunu bitirmişdir. 1979-1984-cü illərdə N.Tusi adına APU-nin Biologiya-Coğrafiya fakültəsində təhsil almışdır. 1984-1991-ci illərdə Astara rayonunun Miki kənd orta məktəbində coğrafiya müəllimi kimi çalışmışdır. 1991-1993-cü illərdə Lənkəran Məktəbəqədər Pedaqoji Texnikumunun Astara filialında metodist müəllim, 1993-1996-cı illərdə Astara Pedaqoji Texnikumunda tədris işləri üzrə direktor müavini, 1996-2015-ci illərdə isə indiki Astara Pedaqoji Kollecinin direktoru vəzifələrində işləmişdir. 2000-ci ildə “İnsan ekologiyası problemləri və onun sosial-coğrafi aspekti” mövzusunda dissertasiya işini müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi, 2008-ci ildə dosent elmi adı almışdır. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 16 noyabr tarixli 592 nömrəli Sərəncamı ilə Ə.Ə. Həmzəyevə “Əməkdar Müəllim” fəxri adı verilmişdir. 1 proqram, 1 dərslik, 2 dərs vəsaitinin müəllifidir. 40-a qədər elmi məqaləsi və tezisi respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur.

hemzeyev.elihesen@mail.ru

Baş müəllim Cəfərov Sahil Nizam oğlu

Pedaqogika üzrə fəlsəfə doktoru, baş müəllim Cəfərov Sahil Nizam oğlu 1977-ci ildə anadan olmuşdur. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavriat səviyyəsini, 2001-ci ildə fərqlənmə diplomu ilə həmin ali məktəbin magistratura səviyyəsini bitirmişdir. 2003-cü ildən Lənkəran Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında müəllim kimi fəaliyyət göstərmişdir. Hazırda “Humanitar fənlər” kafedrasında fəaliyyətini davam etdirir. 2012-ci ildə “Kiçik yaşlı məktəblilərlə aparılan sosial pedaqoji işin təşkili yolları” mövzusunda dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Müxtəlif illərdə Lənkəran Dövlət Universitetində Təlim-tərbiyə işləri üzrə dekan müavini, Tədrisin təşkili və əlavə təhsil bölməsinin rəhbəri vəzifələrində çalışıb. Kafedrada Pedaqogika istiqaməti üzrə elmi-tədqiqat işi aparır. 1 tədris proqramı, 30-dan artıq elmi məqalə və tezisin müəllifidir.

ceferovs998@gmail.com

Baş müəllim Məmmədov Zaur İbrahimxəlil oğlu

1982-ci ildə anadan olmuşdur. 2004-cü ildə Lənkəran Dövlət Universitetinin “Tarix və ictimaiyyət” ixtisası üzrə bakalavriat səviyyəsini, 2008 ci ildə “Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.2008-ci ildə Lənkəran Dövlət Universitetində “Vətən Tarixi” ixtisası üzrə doktoranturaya qəbul olmuş, 2012-ci ildə doktorantura təhsilini başa vurmuşdur. 2015-ci ildə “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əlaqələri (2003-2010-cu illər)” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Z.Məmmədov Lənkəran Dövlət Universitetinin “Elm və beynəlxalq əlaqələr şöbəsi”nin müdiridir. Kafedrada Mədəniyyətşünaslıq istiqaməti üzrə elmi-tədqiqat işi aparır. 2 tədris proqramı, 30-dan artıq elmi məqalə və tezisin müəllifidir. Onlardan bir neçəsi, Türkiyədə, Rusiyada, Ukraynada, Orta Asiyada nəşr edilmişdir.

mammadovzaur@mail.ru

Baş müəllim Cəfərova Nahidə İbrahim qızı

Baş müəllim Cəfərova Nahidə İbrahim qızı 1974-cü ildə anadan olmuşdur. 1996-cı ildə Bakı Dövlət Universitetinin “Sosial elmlər və psixologiya” fakültəsinin “Psixologiya” ixtisasını bitirmişdir. 1998-ci ildən Lənkəran Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında Psixologiya müəllimi kimi fəaliyyət göstərir. Hazırda “Humanitar fənlər” kafedrasında fəaliyyətini davam etdirir. 2015-ci ildən Təhsil Problemləri İnstitutunun (Təhsil İnstitutunun) dissertantıdır. Kafedrada Psixologiya istiqaməti üzrə elmi-tədqiqat işi aparır. 1 metodik vəsaitin, 30 elmi məqalə və tezisin müəllifidir.

nahide.ceferova@gmail.com

Baş müəllim Əliyeva Kəmalə İbrahim qızı

Baş müəllim Əliyeva Kəmalə İbrahim qızı 1982 ci ildə anadan olub. 2000 -2004 cü illərdə Bakı Dövlət Universitetində Sosial elmlər və Psixologiya fakültəsində təhsil alıb. Universitetdə göstərdiyi fəallıq və fərqlənmə diplomu nəzərə alınaraq müsabiqədən kənar yolla magistraturaya qəbul olunub. 2004-2006 cı illərdə Uşaq və Yaş psixologiyası üzrə magistr təhsili alıb. Hazırda Xəzər Universitetinin dissertantıdır. 2015 ci ildən etibarən Xəzər Universitetində Psixologiya Departamentində müəllim olaraq çalışır. Universitetdə keçirilən bir çox Beynəlxalq konfransların təşkilatçılarından olub. Eyni zamanda 2014 cü ildən Uğur Psixoloji Reabilitasiya Mərkəzində praktik psixoloq olaraq çalışır. 2015 ci ildən Türkiyə Autizm Medical İnstitutunun Elmi Məsləhət Şurasının üzvüdür. Türkiyədə Uyum Reabilitasiyon Mərkəzində staj proqramı keçmişdir. 2018 ci ildə Kosova Respublikasında keçirilən Beynəlxalq Autizm Konfransında, 2018 ci ildə Bakıda keçirilən Qloballaşan Təhsil Konfransında, 2019 cu ildə Yunanıstanda keçirilən Beynəlxalq Autizm konfransında, 2019 cu ildə Lənkəran Dövlət Universitetində keçirilən Respublika Elmi konfransında çıxış etmişdir. PEP- R Testi uyqulayıcı sertifikatı (Bakı), Uyqulamalı davranış analizi (Türkiyə ), Daun Konqresi (Türkiyə) , Threplay - oyun terapiyası - Azərbaycan və Norveç səfirliyinin birgə lahiyəsi, Cinsel Egitim (Bakı), Zehin Kuramı öyrətimi (Türkiyə), Kəkələmə terapi yöntəmləri (Türkiyə) kimi sertifikatları vardır. Bu istiqamətdə tezis və məqalələri respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur.

k.aliyevaugur@gmail.com

Müəllim Mehrəliyev Şahin Bəylər oğlu

Müəllim Mehrəliyev Şahin Bəylər oğlu 1975-ci ildə Astara rayonunda anadan olmuşdur. 1992-ci ildə Türkiyənin Marmara universitetinin Biologiya müəllimliyi fakultəsinə daxil olmuş, 1994-cü ildə Bakı şəhərində N.Tusi adına ADPU-nin biologiya fakultəsində təhsilini davam etdirmiş, 1998-ci ildə həmin universitetin bakalavr səviyyəsini, 2000-ci ildə “Ümumi psixologiya” ixtisaslaşması üzrə magistratura səviyyəsini bitirmişdir. 2001-ci ildə Binəqədi rayonunun 126 saylı orta məktəbində praktik psixoloq kimi fəaliyyətə başlamışdır. 2004-cü ildə Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun mühazirəçilər qrupunda psixologiya kursu üzrə məşğələlər aparmışdır. 2004-cü ildə Bakı şəhəri üzrə müxtəlif məktəb və uşaq bağçalarında praktik psixologiya ilə bağlı seminarlar keçirmişdir. 2005-2017-ci illərdə Astara rayon Vaqo kənd tam orta məktəbində praktik psixoloq, eyni zamanda 2016-cı ildən etibarən Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialında böyüklər üzrə baş psixoloq vəzifəsində işləmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Humanitar fənlər” kafedrasında müəllim kimi fəaliyyət göstərir. “Sosial pedaqogika” ixtisası üzrə Lənkəran Dövlət Universitetinin doktorantıdır. Kafedrada Psixologiya istiqaməti üzrə elmi- tədqiqat işi aparır. 3 monoqrafik kitabın, 10-dək elmi məqalə və tezisin müəllifidir. 1993-2015-ci illərdə Ankara və Bakı şəhərlərində müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və treninqlərdə fəal iştirakına görə Sertifikatlarla təltif olunmuşdur.

shahin_75@ mail.ru

Müəllim Esmira Xəlil qızı İsmayılova

Müəllim Esmira Xəlil qızı İsmayılova 1963-cü ildə anadan olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini (əyani) fərqlənmə diplomu ilə bitirib. Jurnalistlik fəaliyyətinə “Lənkəran” qəzetinin xüsusi müxbiri kimi başlayıb. 1987-1995-ci illərdə bu mətbu orqanda çalışıb. 1995-ci ilin mart ayından “Cənub” televiziya şirkətinin baş redaktoru təyin edilib. 2006-cı ilin dekabr ayına kimi bu vəzifədə çalışıb. 2007-ci ilin yanvar ayından 2016-cı ilin iyul ayına kimi ANS televiziya şirkətinin Lənkəran müxbir məntəqəsinin müdiri işləyib. 2017-ci ilin noyabrından aprel ayına kimi Lənkəran rayon mədəniyyət və turizm şöbəsinin elmi işçisi kimi fəaliyyət göstərib. 2017-ci ilin noyabr ayından Lənkəran Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətini davam etdirir. Azərbaycan ədəbiyyatı ixtisası üzrə LDU-nun dissertantıdır. E.İsmayılova 1982-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İşlədiyi müddət ərzində “Qızıl Qələm”, ”Dəmirağacı” media mükafatlarına,dəfələrlə Lənkəran şəhər icra hakimiyyətinin və çalışdığı media qurumlarının fəxri fərman və diplomlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təşəkkürnamə”sinə layiq görülüb. ”Əsgər rəşadəti” sənədli oçerklər və “Məni məndən alan dünya” şeirlər kitabının, bir neçə elmi məqalə və tezislərin müəllifidir. Vaxtaşırı olaraq media orqanlarında bədii və publisistik yazılarla, şeirlərlə çıxış edir.

esmira.ans@mail.ru

Müəllim Nuriyeva Arzu Mirzağa qızı

Müəllim Nuriyeva Arzu Mirzağa qızı 1990-cı ildə anadan olmuşdur. 2011-ci ildə Lənkəran Dövlət Universitetinin “İbtidai təhsilin pedaqogikası və metodikası” ixtisası üzrə bakalavriat səviyyəsini, 2015-ci ildə həmin ali məktəbin “İbtidai sinifdə tədrisin metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistratura səviyyəsini bitirmişdir. 2012-2014 cü illərdə Lənkəran şəhər 8 № li tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən Lənkəran Dövlət Universitetində “Humanitar fənlər” kafedrasında saathesabı müəllim kimi fəaliyyət göstərir. “Sosial pedaqogika” ixtisası üzrə Lənkəran Dövlət Universitetinin doktorantıdır. 3 tezisin müəllifidir.

arzu.agayeva.1990@inbox.ru

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı :Lənkəran şəhəri, H.Abdullayev küçəsi 19, 2 saylı korpus.

Telefon: 4-35-69, daxili nömrə: 113

Elektron ünvanı: humanitar_fenler@mail.ru

Faks nömrəsi: 5-25-88

Kafedra haqqında məlumatları Dos. Əliyev Afiq təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd