Maliyyə, mühasibat və təminat mərkəzi

Maliyyə, mühasibat və təminat mərkəzi

Maliyyə, mühasibat və təminat mərkəzi Lənkəran Dövlət Universitetinin sturuktur bölməsidir və səlahiyyət bölgüsünə görə universitetin rektoruna tabe olub, cari məsələlərin həllini təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektorla koordinasiya edir. Universitet fəaliyyətə başladığı dövrdən şöbə “Mühasibat şöbəsi” kimi yaradılmış, “Universitetin Elmi Şurasının 08 iyun 2016-cı il tarixli Qərarı”na əsasən “Maliyyə və mühasibat” şöbəsi kimi adlandırılmış və “Elmi Şuranın 21 dekabr 2023-cü il tarixli Qərarı” ilə “Maliyyə, mühasibat və təminat mərkəzi” olaraq yenidən təşkil olunmuşdur.

Maliyyə, mühasibat və təminat mərkəzinin strukturu və işçilərinin sayı elmi Şura tərəfindən müəyyən olunur və təsdiq edilir. Mərkəzin fəaliyyətinə mərkəz müdiri (baş mühasib) rəhbərlik edir. Mərkəz müdiri şöbələrin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, onların əmək və icra intizamına riayət etmələrinə nəzarət edir, şöbələr üzrə müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini Universitetin rəhbərliyinə təqdim edir.

Maliyyə, mühasibat və təminat mərkəzinin tərkibində 2 (iki) şöbə fəaliyyət göstərir:

1. Maliyyə və mühasibat şöbəsi;

2. Satınalmaların təşkili və təchizat şöbəsi.

I. Maliyyə və mühasibat şöbəsi professor-müəllim heyətinə, inzibati idarəetmə heyətinə əmək haqqı və tələbələrə isə təqaüdlərin hesablanması və ödənilməsində ən müasir metodları tətbiq edir. Mühasibat uçotu maksimum avtomatlaşdırılaraq uçot məlumatlarının etibarlığını və dəqiqliyini yüksək səviyyədə aparır. Ölkədə təhsilin inkişafı ilə bağlı olan iqtisadi mexanizmlərin, o cümlədən Azərbaycan Respublikasının Prezidenti 2010-cu il 10 fevral tarixli 220 saylı fərmanına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 saylı qərarına əsasən Azərbaycan Respublikasında ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi universitetdə səmərəli tətbiq olunur.

Belə ki:

- Maliyyə və mühasibat şöbəsində büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu; tətbiq edilməsindən asılı olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını; ilkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını; yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini; mühasibat uçotunun təşkilini, maliyyə hesabatlarının tərtibini; müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların normativ hüquqi aktlarını; müəssisənin strukturunu, onun perspektiv inkişafını; mühasibat uçotunun müəssisələrdə təşkilini; maliyyə hesabatlarının formasını, tərtib və təqdim edilmə müddətlərini; pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını; debitor və kreditorlarla hesablaşma qaydalarını; yoxlanış və sənədli təftişin qaydalarını; aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalarını; müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni; iqtisadiyyatın əsaslarını; istehsalın, əməyin və idarəetmənin təşkilini; mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini; əməyin mühafizəsi normalarına uyğun işlər aparılır.

- “Maliyyə və mühasibat” şöbəsi müəssisədə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir. Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu məlumatları əsasında müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.

- “Maliyyə və mühasibat” şöbəsi xərclər smetasının hazırlanmasını təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan ödənişlərin hesablanması üzrə hesablama cədvəlinin, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidməti ezamiyə və digər hallarla bağlı) ödənişlərin qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta, digər icbari sığorta haqları üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirir. Mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasını təmin edir. İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işlərin aparılmasını təmin edir. Mühasibat uçotu sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirir.

- Maliyyə və mühasibat şöbəsinin fəaliyyətinin əsas məqsədi Universitet tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etməklə mühasibat uçotu və hesabatının məlumatları üzrə Universitetin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirməkdir.

II. Satınalmaların təşkili və təchizat şöbəsi.

Satınalmaların təşkili və təchizat şöbəsi satınalmaların qanunvericiliyin tələblərinə uyğun keçirilməsi məqsədilə struktur vahidlərinin bu sahədə fəaliyyətlərinin tənzimlənməsi və idarə olunmasını təmin edir.

Lənkəran Dövlət Universitetinin dövlət büdcəsindən ayrılan və müxtəlif mənbələrdən daxil olan vəsaitlər hesabına satınalmaların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və bununla bağlı qəbul edilmiş digər alt normativ aktların tələblərinə uyğun təşkilini həyata keçirir, struktur vahidlərinin bu sahədə fəaliyyətlərini tənzimləyir, əlaqələndirir və koordinasiya edir, təmir təmir-bərpa işlərinin icrasına yerli istismar idarələri ilə birgə baxış keçirir, mal-materialların, iş və xidmətlərin standartlara uyğunluğuna, bağlanmış müqavilələrin icrasına nəzarət edir və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Maliyyə, mühasibat və təminat mərkəzinin direktoru (baş mühasib)


Rzazadə Rəşad İdrət oğlu 20 iyun 1988-ci ildə Lerik rayonun Şinəband kəndində anadan olmuşdur. 1996-cı ildə Lerik rayonu Şinəband kənd əsas məktəbin 1-ci sinfinə daxil olmuş, 2006-cı ildə Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanı bitirmişdir. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və texnologiya” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuş, 2010-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il universitetin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisaslaşması üzrə magistr pilləsinə daxil olmuşdur. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra magistratura təhsilini qiyabi davam etdirməklə Lənkəran Dövlət Universitetində “Riyazi-iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri” elmi tədqiqat laboratoriyasında mühəndis-iqtisadçı vəzifəsində işləyib, 2012-ci ildən Universitetin Mühasibat şöbəsində əvvəl mühasib və aparıcı mühasib vəzifələrində çalışmışdır. 15 noyabr 2012-ci il tarixindən baş mühasib əvəzi, 02 sentyabr 2013-cü il tarixindən universitetin baş mühasibi, 2016-cı ildən maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib), 2024-cü il yanvar ayının 07-dən etibarən “Maliyyə, mühasibat və təminat mərkəzi”nin direktoru( baş mühasib) vəzifəsində çalışır. DİM tərəfindən keçirilən “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə II səviyyə peşəkar mühasib sertifikatı”, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı”, “Kiçik və orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq standartları üzrə peşəkar mühasib sertifikat” larını əldə etmişdir. 12 dekabr 2013-cü il tarixində “Mühasibatlıq və auditin avtomatlaşdırılmasının əsasları və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzüsunda dissertasiya işini müdafiə edərək magistr diplomu almışdır. 2013-cü ildə Ekonometrika ixtisası üzrə Lənkəran Dövlət Universitetinin Dissertanturasına qəbul olunmuş və 2017-ci ildə bitirmişdir. Hal-hazırda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Təhsil sistemində mühasibatlıq və audit işinin avtomatlaşdırılmış rejimdə qurulmasının informasiya təminatının və təhlükəsizliyinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzüsünda dissertasiya işi üzərində çalışır. Həmçinin 2013-cü ildən Universitetdə “İqtisadiyyat və menecment” kafedrasında 0.5 ştat müəllim kimi fəaliyyət göstərmiş və 16 sentyabr 2019-cu il tarixindən “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0.5 ştat baş müəllim vəzifəsində çalışır.

III. Maliyyə və mühasibat şöbəsi:

Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib müavini)

Nəcəfli Elvin Hüseynağa oğlu


Nəcəfli Elvin Hüseynağa oğlu 19 noyabr 1991-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1998-ci ildə Lənkəran şəhər “Teymur bəy Bayraməlibəyov adına 2 saylı tam orta məktəb”ə daxil olmuşdur. 2009-cu ildə Lənkəran şəhər “Xarici Dillər Təmayüllü İnternat tipli Gimnaziya məktəbi”ni bitirmiş, elə həmin ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetini bitirdikdən sonra hərbi xidmətə çağrılmış və 2014-cü ildə həqiqi hərbi xidmətini başa vurmuşdur. 2016-cı il 11 iyul tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat şöbəsi”ndə iqtisadçı kimi fəaliyyətə başlamış, sonra 2017-ci il 05 sentyabr tarixindən böyük iqtisadçı, 18 may 2020-ci il tarixindən “Maliyyə və mühasibat şöbəsi”nin müdir müavini, 07 yanvar 2024-cü il tarixindən “Maliyyə və mühasibat şöbəsi”nin müdiri vəzifəsində çalışır. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Turizm və sosial-mədəni servis xidməti” ixtisaslaşmasına qəbul olmuş və 2020-ci ildə həmin ixtisaslaşma üzrə məzun olaraq magistr adını qazanmışdır.

2.Mühasib,

Həsənzadə Şəhriyar Bəxtiyar oğlu


Həsənzadə Şəhriyar Bəxtiyar oğlu 28 fevral 1995-ci ildə Lənkəran rayonu Şürük kəndində anadan olmuşdur. 2001-ci ildə Lənkəran rayonu Şürük kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə Şürük kənd tam orta məktəbi bitirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub və 2016-cı ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. 2018-ci ildə hərbi xidmətə çağırılmış və 2019-cu ildə həqiqi hərbi xidməti başa vurmuşdur. 2019-cu ildə Mühasibatlıq və 1C proqramı üzrə təlimlərdə iştirak etmiş və bu barədə diplom əldə etmişdir. 2020-ci il 28 sentyabr tarixində II Qarabağ müharibəsinə könüllü sürətdə yollanmışdır. Füzuli, Xocəvənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. 16 iyun 2020-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində “mühasib” vəzifəsində işləyir.

3.Mühasib,

Hüseynzadə Mehdi Elçin oğlu


Hüseynzadə Mehdi Elçin oğlu 12 iyun 1997-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-cü ildə Lənkəran şəhər “Xarici Dillər Təmayüllü İnternat tipli Gimnaziya məktəbi”nə daxil olmuş və 2014-cü ildə həmin orta məktəbi bitirmişdir. 2014-cü ildə Lənkəran Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin əyani şöbə üzrə “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 2018-ci ildə universiteti bitirib bakalavr adını qazandıqdan sonra hərbi xidmətə çağırılmış və 2019-cu ildə həqiqi hərbi xidməti başa vurmuşdur. 2020-ci il fevralın 16-da Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Dövlət Qulluğu imtahanında yüksək nəticə göstərərək BB2 sertifikatına layiq görülmüşdür. 04 avqust 2020-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində “mühasib” vəzifəsində işləyir.

4.Mühasib,

Hacızadə İlkana Nəsib qızı


Hacızadə İlkana Nəsib qızı 26 sentyabr 1999-cu ildə Astara rayonunda anadan olmuşdur. 2005-ci ildə Lənkəran şəhər “Xarici Dillər Təmayüllü İnternat tipli Gimnaziya məktəbi”nə daxil olmuşdur. 2016-cı ildə Lənkəran şəhər “Xarici Dillər Təmayüllü İnternat tipli Gimnaziya məktəbi”ni bitirmiş, elə həmin ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasına daxil olub, 2020-ci ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. Tələbəlik illərində Elmi fəaliyyətlə bağlı Elmi konfranslarda iştirak etmiş və fərqlənmə sertifikatı ilə təltif edilmişdir. 5 elmi tezis müəllifidir. Eyni zamanda “1C və Mühasibatlığın əsasları” təlimlərində iştirak etmiş və bu sahədə diplom əldə etmişdir. 2021-ci ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Turizm və sosial-mədəni servis xidməti” ixtisaslaşmasına qəbul olmuş və 2023-cü ildə həmin ixtisaslaşma üzrə dissertasiya mövzusunu müdafiə edərək magistr adını qazanmışdır. 01 sentyabr 2020-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat şöbəsi”ndə “mühasib” vəzifəsində işləyir. 15 sentyabr 2023-cü il tarixindən universitetin “İqtisadiyyat və innovativ idarəetmə kafedrası”nda 0.5 ştat müəllim vəzifəsində çalışır.

5.Mühasib,

Əzizzadə Əziz Sənan oğlu


Əzizzadə Əziz Sənan oğlu 1995-ci il 20 fevral tarixində Lənkəran rayonun Havzava kəndində anadan olmuşdur. 2001-ci ildə Havzava kənd A.Əliyev adına tam orta məktəbinə daxil olmuş və 2012-ci ildə Çay Fabriki qəsəbəsi H.Hüseynov adına tam orta məktəbi bitirmişdir. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub, 2017-ci ildə həmin ixtisas üzrə məzun olmuşdur. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Xidmət sferasında mühasibat uçotu və audit” ixtisaslaşmasına qəbul olmuşdur. 2020-ci ildə həmin ixtisaslaşma üzrə təhsilini başa vuraraq magistr adını qazanmışdır. Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən (BMqT) Amerika İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə “Dayanıqlı naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində Modul-1 proqramı üzrə “Peşəkar mühasibatlıq və vergi mütəxəssisi hazırlanma” və “İngilis dili” proqramında uğurla iştirak etmişdir. Təlimin sonunda “Azərbaycan Respublikasının Auditorlar Palatası”nın sertifikatı və “General English” sertifikatı ilə təltif olunmuşdur. İxtisas sahəsi ilə bağlı 2 (iki) tezisin müəllifidir. 14 sentyabr 2020-cı il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat şöbəsi”ndə “İqtisadçı”, 2023-cü ilin sentyabr ayından etibarən “Mühasib” vəzifəsində çalışır.

6.Mühasib,

Nəcəfova Fatimə Məhəmməd qızı


Nəcəfova Fatimə Məhəmməd qızı 1992-ci il 12 avqust tarixində Astara rayonu Ərçivan kəndində anadan olmuşdur. 1998-ci ildə Astara rayonu Ərçivan kənd N. Kərimov adına 3 saylı tam orta məktəbinə daxil olmuş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit“ ixtisasına qəbul olmuş, 2016-cı ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. 2022-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İstehsal sferasında mühasibat uçotu və audit“ ixtisaslaşmasına qəbul olmuşdur. 01 oktyabr 2022-ci il tarixindən “Maliyyə və mühasibat şöbəsi”ndə “Mühasib” vəzifəsində işləyir.

7. Mühasib (TMİS üzrə),

Fərziyeva Xanım Əli qızı

Fərziyeva Xanım Əli qızı 23 noyabr 1995-ci ildə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuşdur. 2002-ci ildə Lənkəran şəhər 1 saylı tam orta məktəbi”nə daxil olmuş və 2013-cü ildə həmin orta məktəbi bitirmişdir. 2013-cü ildə Lənkəran Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin əyani şöbə üzrə “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 2017-ci ildə universiteti bitirib bakalavr adını qazanmışdır. 2023-cü il fevralın 12-də Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Dövlət Qulluğu imtahanında yüksək nəticə göstərərək 83 bal toplayıb BB1 sertifikatına layiq görülmüşdür. 17 may 2023-cü il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində “Mühasib (TİMS üzrə)” vəzifəsində işləyir.

8. İqtisadçı,

Tağızadə Gülər Faiq qızı

Tağızadə Gülər Faiq qızı 27 avqust 1998-ci ildə Astara şəhərində anadan olmuşdur. 2005-ci ildə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbinə daxil olmuş və 2016-cı ildə həmin orta məktəbi bitirmişdir. 2017-ci ildə Lənkəran Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin əyani şöbə üzrə “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 2021-ci ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. 17 may 2023-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində “iqtisadçı” vəzifəsində işləyir.

9. Mühasib,

İsazadə Kənan Vasif oğlu

İsazadə Kənan Vasif oğlu 11 avqust 2002-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2008-ci ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin (LDU) “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olmuşdur. 01.04.2019-cu il tarixindən 01.07.2019-cu il tarixinə qədər Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində könüllü fəaliyyətini başa vurduğu üçün 1-ci dərəcəli sertifikatla təltif olunmuşdur. 2023-cü ildə LDU-nun “Mühasibat uçotu və audit” ixtisası üzrə məzun olaraq bakalavr adını qazanmışdır. Elə həmin il “Maliyyə menecmenti” ixtisaslaşması üzrə magistr pilləsinə daxil olmuşdur. Lənkəran Dövlət Universitetində 24 noyabr 2023-cü il tarixində keçirilən “Heydər Əliyevin Milli İqtisadi İnkişaf Modeli Azərbaycanın İqtisadi Müstəqilliyinin Əsasıdır” adlı Elmi-Praktiki Konfransında “Müasir iqtisadi şəraitdə Azərbaycanda maliyyə siyasətinin məqsəd və vəzifələri” tezisi əhatəsində çıxış etmişdir. “Azərbaycanda maliyyə xidmətlərinin inkişafında maliyyə siyasətinin rolu” mövzusu üzrə dissertasiya işi üzərində çalışır. 10 oktyabr 2023-cü il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat şöbəsi”ndə “mühasib” vəzifəsində işləyir.

Satınalmaların təşkili və təchizat şöbəsi

1. Satınalma işləri üzrə aparıcı mütəxəssis

İsmayıllı Tural Məhərrəm oğlu

İsmayıllı Tural Məhərrəm oğlu 04 sentyabr 1999-cı ildə Lənkaran rayon Avrora qəsəbəsində anadan olmuşdur. 2005-ci ildə Hikran qəsəbə tam orta məktəbinə daxil olmuş 2016-cı ildə Hirkan qəsəbə tam orta məktəbini bitirmiş elə həmin ildə Lənkaran Dövlət Univeristetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub. 2020-ci ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmış bitirdikdən sonra hərbi xidmətə çağrılmış və 2021-cü ildə həqiqi hərbi xidmətini başa vurmuşdur. Tələbəlik illərində Elmi fəaliyyətlə bağlı bir sıra təcrübələrdə iştirak etmişdir. “Maliyyə savadlığı” “Mühasibatin əsasları” təlimlərində iştirak etmiş və bu sahədə diplom əldə etmişdir. 21 sentyabr 2021-ci ildən Lənkaran dövlət univerisitetinin “Maliyyə və Mühasibat”şöbəsində İqtisadçı vəzifəsində, 01 sentyabr 2022-ci il tarixindən Satınalma işləri mütəxəssis vəzifəsində çalışıb. 07 yanvar 2024-cü il tarixindən Satınalma işləri üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır. Həmçinin 15 sentyabr 2023-cü ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin İqtisadiyyat fənləri” Fənn Birləşmə Komissiyasının 0.5 ştat müəllimidir.

2. Təchizat üzrə mütəxəssis

Nəsirli Zenfira Məmməd qızı

Nəsirli Zenfira Məmməd qızı 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1980-ci ildə Sumqayıt şəhər 25 saylı orta məktəbi bitirmiş və həmən ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsinə daxil olmuşdur. 1983-cü ildən Azərbaycan kommunal layihə İnstitutunun Sumqayıt filialında, 1986- cı ildən Lənkəran filialında mühəndis, 2005-ci ildən 2012 –ci ilə qədər Lənkəran Dövlət Universitetində Texniki təhlükəsizlik üzrə mühəndis, 2012-ci ildən 2016-cı ilin iyun ayına qədər Təchizat üzrə mühəndis, 2016-cı ilin iyul ayından hal-hazıra kimi Təchizat üzrə mütəxəssis vəzifəsində çalışır.

Benifisiarın Bankı: 

“Kapital Bаnк” ASC Lənkəran filialı

Filialın kodu:     

200383

VÖEN:                    

9900003611

SWİFT kod:            

АIIBАZ2Х

Müxbir hesab:         

AZ37NABZ01350100000000001944

Benifisiarın adı:       

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ

Hesab №                

AZ97AIIB33080019443870045138

VÖEN:                    

2600135481


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd