Elmi Katib


Quliyev Allahşükür Əzizağa oğlu

Quliyev Allahşükür Əzizağa oğlu 27 iyun 1990-cı ildə Lənkəran rayonu Qodəsə kəndində anadan olmuşdur. 1997-ci ildə Lənkəran rayonu Türkəncil kənd əsas məktəbin 1-ci sinfinə daxil olmuş, 2007-ci ildə Günəhir kənd orta məktəbini bitirmişdir. Elə həmin il Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuşdur. 2011-ci ildə Universiteti müvəffəqiyyətlə bitirərək Riyaziyyat ixtisası üzrə bakalavr ali-peşə diplomunu almışdır. 2011-ci ildə Lənkəran Dövlət Universitetinin “Riyazi analiz” ixtisaslaşması üzrə magistraturasına qəbul olmuş və hərbi xidmətə yollanmışdır. 2011/2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin ordu sıralarında xidmət etmişdir. 2015-ci ildə “Şredinger tənliyinin ümümiləşmiş fünksiyalar fəzasında həlli” mövzüsunda dissertasiya işini müdafiə edərək “Riyazi analiz” ixtisaslaşması üzrə magistr diplomu almışdır. 2012/2013-cü illərdə Lənkəran Dövlət Universitetində mühəndis-iqtisadçı, kiçik elmi işçi, kadrlar şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 2013/2016-cı illərdə “Bank of Baku” ASC-də biznes kreditləri üzrə ekspert vəzifəsində çalışmışdır. 06 iyun 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetində Məzunlarla iş və təcrübələrin təşkili bölməsinin müdiri vəzifəsində çalışmış, 01 oktyabr 2016-cı il tarixindən “İnsan resursları və kargüzarlıq şöbəsi”nin müdiri vəzifəsinə keçirilmişdir. 01 yanvar 2019-cu il tarixindən Universitetin Elmi Katibi vəzifəsində çalışır. O, “Diferensial tənliklər-1211.01” ixtisası üzrə dissertantdır. 10-dan artıq elmi məqalə və tezisi nəşr olunmuşdur. Allahşükür Quliyev həmçinin “Riyaziyyat və informatika” kafedrasının 0.5 ştat müəllimidir.

Ailəlidir, 1 övladı var. E-mail: quliyev_allahsukur@mail.ru

Əlaqə telefonları: iş: (+994) 025 25 5 25 88 (daxili-105). Mobil :(+994) 050 362 82 52


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd