Rektor köməkçisi

Məmmədzadə Aygün Malik qızı 10 may 1984-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1990/2001- ci illərdə Lənkəran şəhər 10 saylı orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Lənkəran Dövlət Universitetinin Riyaziyyat və informatika ixtisasının bakalavr pilləsini, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetinin Diferensial tənliklər istiqaməti üzrə magistratura səviyyəsini fərqlənmə ilə bitirmişdir. 2006/2017 illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbində riyaziyyat və informatika fənlərini tədris etmişdir. 10.02.2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində Elm və Beynəlxalq əlaqələr şöbəsində Elmi işlər üzrə aparıcı mütəxəssis, 10.10.2017-ci il tarixdə isə Elm və Beynəlxalq əlaqələr şöbəsində Elm bölməsinin rəhbəri vəzifəsinə təyin edilmişdir. 04.01.2018-ci il tarixdən Rektor köməkçisi kimi fəaliyyətini davam etdirir. 06.02.2018-ci il tarixdən LDU-nun Diferensial tənliklər istiqaməti üzrə dissertantıdır. Eyni zamanda Universitetin Riyaziyyat və informatika kafedrasının müəllimidir. Bir sıra Beynəlxalq və Respublika elmi konfransların iştirakçısı olub, 15 elmi məqalə və tezisin müəllifidir.

Ailəlidir, iki övladı var.

mammadzada.aygun@mail.ru


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd