Analitik layihə meneceri (nəşr işləri üzrə),
Mailə Kəlbi qızı Hüseynzadə 21.02.1992-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olub. 2010-cu ildə Aşağı Nüvədi qəsəbə orta məktəbini bitirib. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin "Kompüter elmləri" ixtisasına qəbul olmuş, 2016-cı ildə həmin ixtisası bakalavr səviyyəsində başa vurmuşdur. 2023-cü ildə LDU-nun "İnformatika fənninin tədrisi metodikası və metodologiyası" ixtisası üzrə magistratura səviyyəsinə qəbul olunmuş və 2025-ci ildə bu ixtisas üzrə magistr dərəcəsini almışdır.
Əmək fəaliyyətinə Medican Hospital klinikasında sosial media və marketinq meneceri kimi başlamış, rəqəmsal kommunikasiya, kontent istehsalı və tədbirlərin təşkili sahələrində çalışmışdır.
Tələbəlik illərində bir sıra respublika və beynəlxalq səviyyəli layihələrdə iştirak etmiş, həm iştirakçı, həm də təşkilatçı qismində aktiv fəaliyyət göstərmiş, dəfələrlə Fəxri-fərman və sertifikatlarla təltif olunmuşdur. Medican Hospitalın 10 illik yubileyi münasibətilə nəşr olunmuş kitabın müəllifidir.
2018-ci ildə Lənkəran Dövlət Universitetində laborant kimi çalışmışdır. Hazırda analitik layihə meneceri (nəşr işləri üzrə) kimi fəaliyyət göstərir.
Ailəlidir, iki övladı var.
E-mail: mayila.husseyni@mail.com
Telefon: 116 daxili
E-mail: metbee@lsu.edu.az
LDU-nun mətbəəsi 1996-cı ildən müxtəlif adlar altında fəaliyyət göstərmiş, 2001-ci ildən müstəqil LDU-nun struktur bölməsi kimi fəaliyyətini davam etdirir.
Vəzifələri:
· LDU-da nəşrə hazırlanan bütün çap məhsullarını nəşr etmək;
· Qəzet və jurnalları cildləmək.
Fəaliyyət istiqamətləri:
· LDU-da hazırlanmış biblioqrafik göstəriciləri, tövsiyə ədəbiyyatlarını, keçirilən tədbirlər üçün hazırlanan dəvətnamələri və tələbə və əməkdaşlara xidmətlə bağlı olan bölmələrin tələbnamə və nəzarət vərəqələrini çap edir, LDU-da çap ilə bağlı olan bütün məsələləri həll edir;
· LDU-nə daxil olan qəzet və jurnalları vaxtaşırı cildləyir;
· İşlənmiş, korlanmış, təmirə ehtiyacı olan, fiziki cəhətdən dağılmış qəzet, jurnal və kitabları bərpa edir və s.
LDU mətbəəsində hüquqi və fiziki şəxslərə yuxarıda göstərilən bütün sahələr üzrə universitetlə bağlanmış müqavilələr əsasında xidmət göstərilir.