Rektor müşaviri

 

Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, texnologiya və texniki fənlər kafedrasının dosenti Mikayıl Əkbər oğlu Məhərrəmova “Meyvə-tərəvəz şirələri istehsalının müxtəlif texnoloji parametrlərində istilik-fiziki xassələrinin təyininin yeni metodlarının işlənməsi və elmi əsaslandırılması” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasına görə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 9 fevral 2018-ci il tarixli qərarına əsasən texnika üzrə elmlər doktoru elmi dərəcəsi və diplomu verilmişdir.

Lənkəran Dövlət Universitetinin bütün kollektivi-başda universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov olmaqla, Mikayıl müəllimi yüksək elmi ada layiq görülməsi münasibəti ilə qəlbən təbrik edir , daha böyük elmi uğurlar arzu edirik.

Qeyd edək ki, Mikayıl Məhərrəmov 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) texnologiya fakültəsini “Qida məhsulları mühəndisliyi”(Konservləşdirmə texnologiyası)ixtisası üzrə bitirmişdir.O, 1969/1974-cü illərdə “Azərkəndtexnika” İB-nin təmir-mexanika zavodunda mühəndis - texnoloq və konstruktor, 1974/1981- cü illərdə aqrar-sənaye sisteminin layihə-konstruktor təşkilatlarında mühəndis, şöbə rəisi, baş mühəndis, direktor vəzifələrində çalışmışdır. M.Məhərrəmov 19811990-cı illərdə aqrar sektorda bir sıra məsul vəzifələrdə işləyib.

Sonradan fəaliyyətini elmi istiqamətdə davam etdirən Mikayıl Məhərrəmov 1990-cı ildə texnika elmləri üzrə namizədlik dissertasiyası müdafiə etmiş, 1996-cı ildə ona dosent elmi adı almışdır.

Mikayıl Məhərrəmov 2017-ci ildən Lənkəran Dövlət Universiteti rektorunun müşaviri, həmçinin texnologiya və texniki fənlər kafedrasının dosentidir.O, təhsil problemləri, aqrar təsərrüfatı məhsullarının emalı və saxlanılması, onların xassələri və texnologiyanın nəzəri problemləri sahəsində yüksək ixtisaslı mütəxəssis olmaqla yanaşı, respublika və keçmiş SSRİ Dövlət Aqrar-Sənaye Komitəsinin Elmi-texniki Şurasının üzvü, Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının “İqtisadiyyat” bölməsinin üzvü, “Yeyinti və yüngül sənaye bölməsi”nin sədr müavini olmuşdur. Mikayıl Məhərrəmov respublikanın və xarici ölkələrin nüfuzlu elmi-texniki jurnallarında nəşr olunmuş müxtəlif mövzulu 150-dən çox elmi məqalənin, 5 monoqrafiyanın (o cümlədən 3-ü xarici ölkələrdə nəşr olunmuşdur) və 2 dərsliyin müəllifidir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd