Mətbuat xidməti

Esmira Xəlil qızı İsmayılova 1963-cü ildə Lənkəran rayonunun Xolmili kəndində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Xolmili kənd orta məktəbini, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini (əyani) fərqlənmə diplomu ilə bitirib. Jurnalistlik fəaliyyətinə “Lənkəran” qəzetinin xüsusi müxbiri kimi başlayıb. 1987-1995-ci illərdə bu mətbu orqanda çalışıb. 1995-ci ilin mart ayından “Cənub” televiziya şirkətinin baş redaktoru təyin edilib. 2006-cı ilin dekabr ayına kimi bu vəzifədə çalışıb. 2007-ci ilin yanvar ayından 2016-cı ilin iyul ayına kimi ANS televiziya şirkətinin Lənkəran müxbir məntəqəsinin müdiri işləyib. 2017-ci ilin noyabrından aprel ayına kimi Lənkəran rayon mədəniyyət və turizm şöbəsinin elmi işçisi kimi fəaliyyət göstərib.2017-ci ilin noyabr ayından Lənkəran Dövlət Universitetində mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətini davam etdirir.Esmira İsmayılova həm də Azərbaycan ədəbiyyatı ixtisası üzrə LDU-nun dissertantıdır.

E.İsmayılova Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İşlədiyi müddət ərzində “Qızıl Qələm”, ”Dəmirağacı” media mükafatlarına,dəfələrlə Lənkəran şəhər icra hakimiyyətinin və çalışdığı media qurumlarının fəxri fərman və diplomlarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təşəkkürnamə”sinə layiq görülüb. ”Əsgər rəşadəti” sənədli oçerklər və “Məni məndən alan dünya” şeirlər kitabının, bir neçə elmi məqalə və tezislərin müəllifidir. Vaxtaşırı olaraq media orqanlarında bədii və publisistik yazılarla, şeirlərlə çıxış edir.

Universitetin Mətbuat xidməti 1996-cı il aprelin 15-də universitet həyatını müxtəlif mətbuat və kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin etmək və universitetlə bağlı müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də elektron məlumat daşıyıcılarında gedən informasiyaları axtarıb aramaq və dəyərləndirmək məqsədilə yaradılmışdır.

Mətbuat və İnformasiya xidməti 2016-cı ildən universitetin İnformasiya-Kommunikasiya və Kitabxana mərkəzinin nəzdində fəaliyyət göstərir.

Telefonlar:

İş: (+994) 025 255 10 35

Mobil: (+994) 050 511 27 22

Faks:

(+994) 025 255 27 86

E-mail:

info@lsu.edu.az

esmira.ans@mail.ru.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd