“Biologiya və ekologiya” kafedrası haqqında məlumat

“Biologiya və ekologiya” kafedrası 2020-ci ildə “Biologiya və tibbi biliklər” kafedrasının əsasında yaradılmışdır. Kafedra respublikanın orta ümumtəhsil məktəbləri üçün pedaqoji kadrların və ekologiya sahəsində ekoloq mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır. Kafedranın nəzdində 1 tədris laboratoriyası - Biologiyanın tədrisi laboratoriyası fəaliyyət göstərir və 1 biologiya elmləri doktoru, professor, 5 biologiya üzrə fəlsəfə doktoru, dosent, baş müəllim, 2 baş müəllim, 6 müəllim, 1 laboratoriya müdiri və 1 laborant çalışır. Kafedrada biologiya və ekologiya istiqamətində “Cənub bölgəsində ətraf mühitin çirklənməsinin bioloji monitorinqi” mövzusunda elmi-tədqiqat işləri aparılır.

Kafedranın əsas elmi və pedaqoji fəaliyyət istiqamətləri:

1.Ətraf mühitin ekoloji monitorinqi

2. Cənub bölgəsinin bioehtiyatları və ekoloji vəziyyəti

3. Biologiyanın tədrisində innovativ təlim texnologiyalarından istifadə.

Kafedra üzrə ixtisaslaşmaların siyahısı:

- Kimya və biologiya müəllimliyi (bakalavr);

- Biologiya fənninin tədrisi metodikası və metodologiyası (magistratura)

- Ekologiya (bakalavr);

- Ətraf mühitin mühafizəsi metodları və bərpası (magistratura)

8. Bitki fiziologiyası

9. Sitologiya

10. Genetika və seleksiya

11. Biologiyanın tədrisi metodikası

12. Onurğasızlar zoologiyası

13. Onurğalılar zoologiyası

14. Biologiyanın tədrisi metodikası

Kafedra müdiri haqqında.

Kafedra müdiri: Dos. Məmmədhüseyn Babalı oğlu Hüseynov

Məmmədhüseyn Babalı oğlu Hüseynov 03 dekabr 1962-ci ildə Lerik rayonun Osnağakücə kəndində anadan olmuşdur. 1979-cu ildə Lənkəran rayonu Liman şəhər 1 saylı tam orta məktəbini bitirmişdir. 1984-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinə qəbul olmuş və 1989-ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1989-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunun aspiranturasına daxil olmuş, 1993-cü il 03 fevralda “Feyxoa meyvələrindən alınmış ekstraktların antimutagen aktivliyi” mövzüsunda dissertasiya işini Genetika və Seleksiya İnstitutunun (indiki Genetik Ehtiyatlar İnstitutunda) müdafiə şurasında mudafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. Ali məktəbdə ilk pedaqoji fəaliyyətinə 1992-ci ildə Lənkəran Dövlət Universitetində müəllim kimi başlamış, kafedrada müəllim, baş müəllim, dosent (13 noyabr 2002-ci il ) kimi fəaliyyətindən sonra 15 mart 1999-cu ildə “Kimya və biologiya” kafedrasınən müdiri vəzifəsinə təyin edilmişdir. 10 iyun 1999-cu ildə “Kimya və biologiya” kafedrasının müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə ikinci müddətə “Kimya və biologiya” kafedrasına müdir seçilmişdir. M.Hüseynov 06.02.2019-cu il tarixdən Bakı Dövlət Universitetinin Biologiya fakültəsində, “Genetika və təkamül təlimi” kafedrasının 2409.01- Genetika” ixtisası üzrə büdcə hesabına elmlər doktoru proqramı üzrə dissertantdır. “Theaseae , Myrtaseae və Ebenaseae fəsilələrinə aid sort və formaların genetik müxtəlifliyinin tədqiqi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Müasir genetika sahəsində mütəxəssisdir. Ali təhsilin bakalavr səviyyəsi tələbələri üşün nəzərdə tutulmuş 2 dərslik - “Ümumi sitologiya” (2005), “Sitologiya” (2019), 2 dərs vəsaiti- “Sitologiya” (1999), “Embriologiya” (2010), 4 metodiki vəsait, 10 proqram, 1 müəlliflik şəhadətnaməsi, 70-dən çox elmi məqalə və tezisin müəllifidir. Hal-hazırda Lənkəran Dövlət Universiteti, “Biologiya və ekologiya” kafedrasında 0,5 ştat dosent və həmin kafedranın müdiri vəzifəsində çalışır. Ailəlidir. Üç övladı var.

Kafedra əməkdaşları.

Dos. Ramiz Zeynulla oğlu Şəmmədov

09.05.1968-ci ildə Masallı rayonu Ərəb kəndində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini fəqlənmə diplomu ilə bitirmişdir. 2004- cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İnstitutunda) namizədlik dissertasiyası müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 2010-cu ildən “Genetika” ixtisası üzrə dosentdir. 2010-cu ildən 2016 cı ilədək LDU-nun elmi işlər üzrə prorektoru olmuşdur. 2013-cü ildən 2016 -cı ilədək LDU-nun “İqtisadi informatika və ekologiya” kafedrasının müdir əvəzi işləmişdir. 9 sentyabr 2016-cı ildən isə LDU-nun Təbiyyat fakültəsinin dekanı vəzifəsini icra edib, 09 fevral 2017-ci ildən Təbiyyat fakültəsinin dekanıdır. 71 elmi işin müəllifidir. 1 monaqrafiya, 1 dərs vəsaiti, 8 proqram müəllifidir. Hal-hazırda AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda “Lənkəran-Astara bölgəsində bitən bir sıra dərman bitkilərinin ekoloji davamlılığının qiymətləndirilməsi” mövzusunda elmlər doktoru proqramı üzrə təhsilini davam etdirir.

Dos. Elvin Ərkan oğlu Əliyev

01.01.1989-cu ildə Astara rayonunda anadan olmuşdur. 2006-2010-cu illərdə Türkiyə Respublikasının Kars Kafkas Dövlət Üniversitetində biologiya üzrə bakalavr, 2010-2015-ci illərdə Türkiyə Respublikası Atatürk Üniversiteti Tibb Fakultəsində Tibbi biokimya ixtisası üzrə magistratura və doktorantura elmi dərəcəsi almışdır. Avropa Birliyininin dəstəyi ilə layihə çərçivəsində Fransa Respublikasının Paris şəhərində, İsveç Respublikasının Stockholm şəhərində, Polşa Respublikasının Varşava və Krakov şəhərlərində olmuşdur.

2006-2015-ci illərdə Türkiyə Respublikasında elmi-pedaqoji və tibbi fəaliyyət ilə, 2015-2016-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sağlam Ailə” Tibb Mərkəzində, Milli Elmlər Akademiyasında (AMEA) Elmi işçi və yeni yaradılan İnsan Genetikası bölmə rəhbəri vəzifəsində 2016-cı ildən Lənkəran Dövlət Universitetininin Elmi katibi, Elm şöbəsinin müdiri, Kafedra müdiri vəzifələrində çalışmış 2019-cu ildən isə Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsində çalışır. Həmçinin, 2017-ci ildən Lənkəran Dövlət Universitetinin “Biologiya və Ekologiya” kafedrasında 0.5 ştat dosent vəzifəsində çalışır. Bir sıra beynəlxalq indeksli elmi əsərin müəllifidir. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilmişdir.

Ailəlidir. 2 övladı vardır.

Dos. Qorxmaz Kazım oğlu Ağayev

Biologiya üzrə fəlsəfə doktoru, baş müəllim Qorxmaz Kazım oğlu Ağayev 11 fevral 1976-cı ildə Lerik rayonunun Günəşli kəndində anadan olmuşdur. 1993-cu ildə Lənkəran rayonu T.Zamanov adına Marso (indiki Ürgə) kənd tam orta məktəbini əla qiymətlərlə bitirmiş və Lənkəran Dövlət Universitetinin “Coğrafi ekologiya və ətraf mühitin mühafizəsi” ixtisası üzrə I kursuna qəbul olunmuşdur. 1997-ci ildə coğrafiyaçı-ekoloq ixtisası üzrə bakalavr səviyyəsini bitirərək “Təbiətdən istifadə və təbiəti mühafizə” ixtisası üzrə magistraturaya qəbul olunmuş və 1999-cu ildə Ulu öndərimiz Heydər Əliyev adına təqaüd və fərqlənmə diplomu ilə magistraturanı bitirmişdir. 1999-2000-ci tədris ilinin sentyabr ayından Lənkəran Dövlət Universitetində daimi əmək fəaliyyətinə başlamışdır. 3 il tədris işləri üzrə inspektor vəzifəsində işlədikdən sonra 2002-2003-cü tədris ilindən “Coğrafiya və ekologiya” kafedrasında müəllim kimi fəaliyyətə davam etmişdir. 2009-cu ildən Tədris şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və 2012-ci ilin sentyabr ayınadək bu vəzifədə çalışmışdır. 2010-cu ilin noyabr ayında AMEA-nın Mikrobiologiya İnstitutunun Müdafiə Şurasında “Lənkəran təbii vilayətində yerləşən çayların müasir mikrobioloji və ekoloji vəziyyəti” mövzusunda dissertasya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-2012-ci tədris ilinin sonunda “İqtisadi informatika və ekologiya” kafedrasında 1,0 stat baş müəllim vəzifəsinə keçirilmişdir. 01 oktyabr 2012-ci ildən baş müəllim vəzifəsindən 0,5 ştat əvəzçiliyə keçirilməklə, tam ştat tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsinə təyin edilmiş və 2013-cü il aprel ayının 15-dək bu vəzifədə çalışmışdır. 2015-2016-cı tədris ilində İqtisadi informatika və ekologiya kafedrasında, 2019-2020-ci tədris ilində Coğrafiya və ekologiya kafedraslnda pedaqoji və elmi fəaliyyətini davam etdirmişdir. Hal-hazırda Biologiya və ekologiya kafedraslnda 1,0 ştat baş müəllim vəzifəsində çalışır. İndiyə qədər 30-dan çox elmi məqalə və tezisləri AMEA-nın müxtəlif institutlarının, respublika ali məktəblərinin elmi xəbərlərində, beynəlxalq universitet və konfransların (Rusiya, Qazaxıstan, Gürcüstan) jurnallarında nəşr olunmuş, müxtəlif yerli və beynəlxalq (Ukrayna) sertifikatlara layiq görülmüşdür.

Ailəlidir. 3 övladı vardır.

B/m Şəbnəm Ədalət qızı Mirzəyeva

15 aprel 1988-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin Biologiya ixtisasına daxil olmuş, 2010-cu ildə bakalavr pilləsini bitirmiş və magistratura üzrə təhsilini davam etdirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin magistratura pilləsinin Ekologiya (Biologiya istiqaməti üzrə) ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildən 2016-cı ilə kimi Lənkəran Tibb Kollecində laborant, 2016-cı ildən 2019-cu ilə qədər isə kollecdə müəllim vəzifəsində çalışmışdır. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin Mikrobiologiya ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşdur. Elə həmin ildən Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrasında 1.0 ştat müəllim vəzifəsində çalışıb. 2021-ci ildən isə Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrasında 1.0 ştat baş müəllim vəzifəsində çalışır. 10 elmi əsərin müəllifidir. Ailəlidir, iki övladı var.

m. Nərmin Natiq qızı Sadıxzadə

1988-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2005-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbini, 2010-cu ildə isə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirmiş, həkim-terapevt ixtisasına yiyələnmişdir. Lənkəran Mərkəzi Rayon Xəstəxanasının Poloklinika şöbəsində həkim-terapevt vəzifəsində çalışır. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin “İbtidai təhsil və məktəbəqədər təlim” kafedrasında, 2018-ci ildən isə “Biologiya və ekologiya” kafedrasında “Tibbi biliklərin əsasları” fənnini tədris edir. 2019-cu ildən Lənkəran Dövlət Universitetinin “Genetika” (2409.01) ixtisası üzrə doktorantıdır.

m. Günay Qulu qızı Məmmədova

1991-ci il 29 dekabr tarixində Qax rayonunda anadan olmuşdur. Qax şəhər 2 saylı tam orta məktəb liseyini bitirmişdir. 2009-2013-cü illər ərzində Azərbaycan Dövlət Müəllimlər Institunun Zaqatala filialının Tarix-Coğrafiya müəllimliyi ixtisasında təhsil almışdır. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin Azərbaycanın fiziki coğrafiya ixtisası üzrə magistr pilləsinə qəbul olmuş və 2016-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Botanika Institutunun Ekoloji Təmiz Kənd Təsərrûfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin 5 avqust 2016 ci il tarixindən 28 sentybr 2016-ci il tarixinədək Qax şəhərində ''Ekoloji kənd Təsərrüfatının əsasları'' üzrə ali təhsilli gənclərdən ibarət könüllülər qrupu üçün olunmuş təlimlərdə iştirak edərək sertifikat əldə etmişdir. 2017- ci il 15 sentybr tarixindən 2022-ci il 15 sentybr tarixinə qədər Zaqatala rayon Paşan kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin Ekologiya ixtisasi üzrə doktoranturasına qəbul olmuş və hazırda təhsilini davam etdirir. 2022-ci il 16 sentybr tarixindən Lənkəran Dövlət Universitetində ''Biologiya ve Ekologiya'' kafedrasinda müəllim kimi fəaliyyət göstərir. 3 məqalə və 6 tezisi var.

m. Gülmayə Sahib qızı Əkbərova

Əkbərova Gülmayə Sahib qızı 1961-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1978-ci ildə 13 nömrəli Sumqayıt şəhər kimya təmayüllü orta məktəbini bitirmişdir. Elə həmin il Azərbaycan Tibb İnstitutuna daxil olmuşdur. 1984-cü ildə həmin institutun pediatriya fakültəsini bitirmiş, Sumqayıt şəhər xəstəxanasına təyinat almışdır. Bir müddət Lənkəran uşaq evində həkim, Kərgəlan həkim məntəqəsində həkim, sonradan isə Aşağı Nüvədi həkim məntəqəsində həkim işləmişdir. 1997-ci ildən Lənkəran Tibb Kollecində saathesabı, 2000-ci ildən isə ştat üzrə müəllim vəzifəsində çalışıb. 2018-ci ildən isə Lənkəran Dövlət Universitetində 0.5 ştat müəllim kimi çalışır.

Laboratoriya müdiri. Nadir Böyükağa oğlu Həsənov

1959-cu ildə Baki şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutun kimya fakültəsini bitirib təyinatla EA Zoologiya İnstitutunda çalışmışdır. Laborant kimi “Elm“ elmi tədqiqat gəmisində 4 il Xəzər dənizində elmi ekspedisiyalarda iştirak etmişdir. 1985-ci ildə Herpetologiya laboratoriyasına elmi işçi vəzifəsinə keçirilmişdir. 1985-1988- ci illərdə Leninqradda SSRİ EA-nın Zoologiya İnstitutunda dissertant olmuşdur. 1989-1991-ci illərdə Zirə Herpetoloji kombinatında təsərrüfat müqaviləli elmi iş aparmışdır. 1992-ci ilin yanvarında həmin kombinata herpetoloq, sonralar baş herpetoloq vəzifəsinə köçürülmüşdür. 1994-cü ildə Zirə Herpetoloji kombinatı bağlananda Bakı heyvanat parkında Zooloji şöbənin müdiri vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. 2014-2020-ci illərdə İran İslam Respublikasının Ərdəbil şəhərində “Azad” Universitetində müqavilə əsasında herpetologiya laboratoriyası yaradıb orada elmi tədqiqat işini davam etdirmişdir. Gürzə zəhərindən alınan bir müalicəvi məlhəmim həmmüəllifi kimi doktor Əsgər Fəthi ilə birlikdə patent almışdır. 1986-cı ildə Aşqabadda, 1989-cu ildə Kiyevdə Ümumittifaq Herpetoloji konfranslarda iştirak etmişdir. 1991-ci ilin yanvarinda Moskva vilayətinin Puşşino şəhərində sonuncu Ümumittifaq Herpetoloqlarin qurultayında, həmin ilin sentyabrinda Aşqabadda Ümumittifaq Zootoksinoloji qurultayda iştirak etmişdir. Bir yeni tapinti, bir neçə elmi məqalə və bir elmi-populyar kitabın (“Arıçılıq məhsullarının xalq təbabətində rolu”) həmmüəllifidir. Hazırda Lənkəran Dövlət Universitetində Təbiyyat fakültəsində Biologiya laboratoriyasının müdiri vəzifəsində çalışır. Ailəlidir, iki qızı var.

Biol.ü.f.d., dos. Ramiz Ələkbər oğlu Ələkbərov 10.05.1957- ci ildə Culfa rayonu (İndiki Babək) Nəhəcir kəndində anadan olmuşdur. 1972- ci ildə Nəhəcir kənd natamam orta məktəbin 8 sinfini fərqlənmə ilə bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinə (BDU) daxil olmuş və 1985-ci ildə oranı bitirmişdir. 1985-2002-ci illərdə Nəhəcir kənd orta məktəbində kimya və biologiya müəllimi işləmişdir. 2003-2021- ci illərdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda elmi fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildə NDU-nun dissertantı olmuş, “Naxçıvan Muxtar Respublikasında mamırkimilərin tədqiqi” mövzusunda dissertasiya yazmış və 2008-ci il 29 fevralda müdafiə etmişdir. 2013-cü ildə dosent elmi adı almışdır. 2012-2017 - ci illərdə elmlər doktoru hazırlıq proqramı əsasında AMEA Naxçıvan Bölməsinin doktorantı olmuş, “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Lamiaceae Lindl. fəsiləsi bitkilərinin bioekologiyası, fitosenologiyası və istifadə perspektivləri” adlı doktorloq işi yazmışdır. 2003- cü ildən kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrini icra etmişdir. 2015 -ci ildə seçki əsasında “Biokimyəvi tədqiqatlar” laboratoriyasının rəhbəri, 2020-ci ildə isə “İnnovasiya və elmi istehsalat şöbəsinin müdiri” olmuşdur.

Bu illərdə bir çox kitab, dərslik və məqalələr yazmışdır. 150-dən çox məqalənin və 13 kitabın müəllifi və həmmüəllifidir. “Latın dili və terminologiyası”(2011), “Dərman bitkiləri - etnobotanika bə fitoterapiya” (2013), “Farmakoqnoziya botanikanın əsasları ilə” (dərslik, 2015), “Naxçıvan Muxtar Respublikasının florası - Brioflora” (2015), “Mədəni bitkilərin mənşəyi” (dərslik, 2018), “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” (2015), «Лекарственное растения Нахчыванской Автономной Республики» (2017), “Xərçəng haqqında bir neçə söz” (elektron kitab, 2017), Akademik H.Əliyev adına “Zəngəzur Milli Parkı” (2020), “Qaraciyər və ödyolu xəstəliklərində istifadə edilən şəfalı bitkilər” (2020), “Ürək-damar xəstəliklərində istifadə edilən faydalı bitkilər” (2021), “Böyrək xəstəlikləri və onun müalicəsində istifadə edilən şəfalı bitkilər” (2022), “Abşeron florası” I cild (2023) kitab və monoqrafiyalarını yazmışdır. 2015-ci ildə “İlin alimi” nominasiyası üzrə qalib olmuşdur. Dendrologiya İnstitutunda “Bitki sistematikası” laboratoriyanın rəhbəridir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrasında 0,5 ştat vahidi müəllim işləyir. Ailəlidir, 3 övladı vardır.

B/m Vahid Musa oğlu Güvəndiyev 21 aprel 1983-cü ildə Ermənistan Respublikası Vardenis rayonun Şişqaya kəndində anadan olub. 1999-cu ildə Şəmkir rayonu Dağ Cəyir kənd tam orta məktəbini bitirmişdir. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (BDU) ekologiya ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə həmin universitetdə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2010-cu ildə AMEA Genetik Ehtiyatlar İnstitununda kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuş, 2015-ci ildən həmin institutda elmi işçi vəzifəsində işləyir.

2011-2014-cü illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunda fəlsəfə doktoru proqramı çərçivəsində təhsil almışdır. 2022-ci ildə “Azərbaycan florasının Medicago cinsi növlərinin bioekoloji xüsusiyyətləri və səmərəli istifadəsi” mövzüsunda dissertasiya işini “2426.01-Ekologiya” ixtisası üzrə mudafiə etmişdir.

Güvəndiyev Vahid bir çox yerli və xarici təlim, kurs, konfrans və seminarlarda iştirak etmiş və sertifikatlar almışdır.

Vahid Güvəndiyev 2014-2015-ci illərdə Erasmus-Muundus təqaüd proqramının qalibi olmuş, proqram çərçivəsində Almaniyanın Göttingen Universtetinin “Ekosistem və Bitki ekologiyası” şöbəsində tədqiqat işi aparmışdır.

2023-cü ildən Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır. 20-dən çox elmi məqalə və tezisin müəllifidir.

Biol.ü.f.d., dos. Ramiz Ələkbər oğlu Ələkbərov

10.05.1957 ci ildə Culfa rayonu (İndiki Babək) Nəhəcir kəndində anadan olmuşdur. 1972 ci ildə Nəhəcir kənd natamam orta məktəbin 8 sinfini fərqlənmə ilə bitirmişdir. Həmin il Abbas Səhhət adına Bakı 8 saylı Tibb məktəbinə imtahansız qəbul olunmuşdur. 1975 ci ildə tibb məktəbini fərqlənmə ilə bitirmişdir. 1975-1979 cu illərdə təyinatla Babək rayon Nəhəcir kənd feldşer məntəqəsində müdir kimi fəaliyyət göstərmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş və 1985 ci ildə oranı yaxşı və əla qiymətlərlə bitirmişdir. 1985-2002 ci illərdə Nəhəcir kənd orta məktəbində kimya və biologiya müəllimi işləmişdir. 2003-2021 ci illərdə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunda elmi fəaliyyətlə məşğul olmuşdur. 2004 cü ildə NDU - nun dissertantı olmuş “Naxçıvan Muxtar Respublikasında mamırkimilərin tədqiqi” mövzusunda dissertasiya yazmış və 2008 ci il 29 fevralda müdafiə etmişdir. 2013 cü ildə dosent elmi adı almışdır. 2012-2017 - ci illərdə elmlər doktoru hazırlıq proqramı əsasında AMEA Naxçıvan Bölməsinin doktorantı olmuş, “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Lamiaceae Lindl. fəsiləsi bitkilərinin bioekologiyası, fitosenologiyası və istifadə perspektivləri” adlı doktorloq işi yazmışdır. 2003 cü ildən kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrini icra etmişdir. 2015 ci ildə seçki əsasında “Biokimyəvi tədqiqatlar” laboratoriyasının rəhbəri, 2020 ci ildə isə “İnnovasiya və elmi istehsalat şöbəsinin müdiri” olmuşdur.

Bu illərdə bir çox kitab, dərslik və məqalələr yazmışdır. 150 dən çox məqalənin və 13 kitabın müəllifi və həmmüəllifidir. “Latın dili və terminologiyası”(2011), “Dərman bitkiləri - etnobotanika bə fitoterapiya” (2013), “Farmakoqnoziya botanikanın əsasları ilə” (dərslik, 2015), “Naxçıvan Muxtar Respublikasının florası - Brioflora” (2015), “Mədəni bitkilərin mənşəyi” (dərslik, 2018), “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” (2015), «Лекарственное растения Нахчыванской Автономной Республики» (2017), “Xərçəng haqqında bir neçə söz” (elektron kitab, 2017), Akademik H.Əliyev adına “Zəngəzur Milli Parkı” (2020), “Qaraciyər və ödyolu xəstəliklərində istifadə edilən şəfalı bitkilər” (2020), “Ürək-damar xəstəliklərində istifadə edilən faydalı bitkilər” (2021), “Böyrək xəstəlikləri və onun müalicəsində istifadə edilən şəfalı bitkilər” (2022), “Abşeron florası” I cild (2023) kitab və monoqrafiyalarını yazmışdır. 2015 ci ildə “İlin alimi” nominasiyası üzrə qalib olmuşdur. Dendrologiya İnstitutunda “Bitki sistematikası” laboratoriyanın rəhbəridir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrasında 0,5 ştat vahidi müəllim işləyir. Ailəlidir 3 övladı vardır.

B/m Vahid Musa oğlu Güvəndiyev

21 aprel 1983-cü ildə Ermənistan Respublikası Vardenis rayonun Şişqaya kəndində Azərbaycanlı ailəsində anadan olub. 1999-cu ildə Şəmkir rayonu Dağ Cəyir kənd tam orta məktəbini qırmızı atestatla bitirmişdir. 2000-2004-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində Ekologiya ixtisası üzrə bakalavr, 2004-2006-cı illərdə həmin universitetdə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

2006-2007-ci il tarixdə Daxili Qoşunların “n” saylı hərbi hissəsində həqiqi hərbi xidmət keçmişdir.

2010-cu ildə AMEA Genetik Ehtiyatlar İnstitununda kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuş, 2015-ci ildən həmin institutda elmi işçi vəzifəsində işləyir.

2011-2014-cü illərdə AMEA Genetik Ehtiyatlar İnstitutunda fəlsəfə doktoru proqramı çərçivəsində təhsil almışdır. 2022-ci ildə “Azərbaycan florasının Medicago cinsi növlərinin bioekoloji xüsusiyyətləri və səmərəli istifadəsi” mövzüsunda dissertasiya işini “2426.01-Ekologiya” ixtisası üzrə mudafiə etmişdir.

Güvəndiyev Vahid bir çox yerli və xarici təlim, kurs, konfrans və seminarlarda iştirak etmiş və sertifikatlar almışdır.

Vahid Güvəndiyev 2014-2015-ci illərdə Erasmus-Muundus təqaüd proqramının qalibi olmuş, proqram çərçivəsində Almaniyanın Göttingen Universtetinin “Ekosistem və Bitki ekologiyası” şöbəsində tədqiqat işi aparmışdır.

Güvəndiyev Vahid bir sıra beynəlxalq və yerli layihələrin iştirakçısı olmuş və layihələrdə iştirakını uğurla tamamlamışdır.

2023-cü ildən Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır. 20-dən çox elmi məqalə və tezisin müəllifidir.

Kafedranın qonaq professoru (visiting professor): Aziz Eftekhari

Türkiyə Respublikası Ege Universiteti Təbiət Elmləri fakultəsi (Fen Fakultesi) Biokimya bölümü.

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı: Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsi, 3 saylı korpus

Telefon:

Elektron ünvanı: Lsu.edu.az

Faks nömrəsi:

Kafedra haqqında məlumatları Dos. Məmmədhüseyn Hüseynov təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd