“Qeydiyyat, qiymətləndirmə və monitorinq” bölməsi.



Universitetin Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsi aşağıdakı funksiyaları yerinə yetirir:

Ali təhsilin bakalavriat səviyyəsinə tələbə qəbulu ilə bağlı təşkilati işləri yerinə yetirir. Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi qaydalara uyğun olaraq Universitetə bakalavriat səviyyəsinin I tədris ilinə qəbul olmuş tələbələrin qeydiyyatdan keçirilməsini, onların şəxsi işlərinin tərtib olunmasını, Universitet üzrə qəbul əmrinin verilməsini və müvafiq struktur bölmələrinə çatdırılması üçün zəruri tədbirləri həyata keçirir. Tələbələri kredit sisteminin təşkili qaydaları ilə tanış edir və təhsil müddətində tələbəyə tədris planında nəzərdə tutulmuş krediti qazanmasına şərait yaradır. İxtisasın (ixtisaslaşmanın) təhsil proqramı, tədris planı və tədris qrafikini hazırlayaraq aidiyyatı qrumlara çatdırır. Akademik məsləhətçi (tyutor) xidmətini və yay semestrini təşkil edir. Tələbə kontingenti, tədris işinin təşkili və nəticələrinə dair statistik və digər hesabatları hazırlayıb təqdim edir. Tələbə kontingentinin uçotu və hərəkəti, tələbə-məzun Dövlət elektron məlumat sisteminin və TİMS-in işlənilməsi üçün lazımı işlər görür. Bölmə imtahan sessiyalarının keçirilməsini təşkil edir və nəticələrinin təhlili ilə əlaqədar lazımı tədbirləri həyata keçirir. Tələbə kontingentinin hərəkəti, tələbələr sırasından xaric edilməsi, bərpası, köçürülməsi, əlavə ixtisas təhsili alması, ixtisasının və ya təhsil formasının dəyişməsi, akademik məzuniyyət alması və s. ilə bağlı işləri yerinə yetirir.



Qeydiyyat, qiymətləndirmə və monitorinq üzrə mütəxəssis


Həsənova Nigar Əlisəfa qızı

Həsənova Nigar Əlisəfa qızı 01.12.1989-cu ildə Lənkəran şəhərində anadan olub. 2007-ci ildə Lənkəran şəhər 4 saylı Humanitar Təmayülü Məktəb Liseyini bitirərək, Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına daxil olmuş və 2012-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. 2013-cü ildə magistratura səviyyəsi üzrə ADPU-nun “Türk xalqları ədəbiyyatı” ixtisaslaşmasına qəbul olmuş, 2015-ci ildə magistraturanı bitirmişdir. Hazırda Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində Qeydiyyat, qiymətləndirmə və monitorinq bölməsi üzrə mütəxəssis vəzifəsində çalşır.

nigar.hasanli25@bk.ru

Tələbələrin şəxsi işləri üzrə mütəxəssis


Rzazadə Şəfəq İlham qızı

Rzazadə Şəfəq İlham qızı 27.03.1994-cü ildə Lənkəran şəhərində anadan olub. 2011-ci ildə Lənkəran şəhər Xarici Dillər Təmayüllü Gimnaziyanı bitirərək, Lənkəran Dövlət Universitetinin “Tərcümə (ingilis dili)” ixtisasına daxil olmuş və 2015-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Hazırda Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində tələbələrin şəxsi işləri üzrə mütəxəssis vəzifəsində çalşır.

shafaq.rzazade@inbox.ru

Tyutor

Məmmədov Murad Rahim oğlu

Məmmədov Murad Rahim oğlu 26.03.1992-ci ildə Lənkəran rayonunda anadan olub. 2008-ci ildə Lənkəran rayon Gərmətük qəsəbə tam orta məktəbini bitirmişdir. Elə həmin il Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına qəbul olmuşdur. 2012-ci ildə həmin universiteti bitirmişdir.

2013-cü ildə Lənkəran Dövlət Universitetinin “İstehsal sferasında mühasibat uçotu və audit” ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul olub, 2017-ci ildə həmin universiteti bitirmişdir.

2019-cu ildə “Sahə iqtisadiyyatı” ixtisası üzrə Lənkəran Dövlət Universitetinin doktorantura şöbəsinə daxil olub.

2013-2015-ci illərdə Lənkəran Dövlət Universitetində İqtisadçı vəzifəsində, 2015-2017 ci illərdə bank sektorunda, 2017-ci ildən LDU-da Humanitar fakültə üzrə akademik məsləhətçi (tyutor) vəzifəsində və 2019-cu ildən Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında müəllim işləyir.

muradmemmedov817@mail.ru

Tyutor

Cahangirli Məleykəxanım Mühəndis qızı

Cahangirli Məleykəxanım Mühəndis qızı 15.04.1996-cı ildə Lənkəran şəhərində anadan olub. 2002-2013-cü illərdə Lənkəran şəhər Vaqif Əliyev adına 4 saylı Humanitar Təmayüllü Məktəb Liseyində orta təhsil almışdır. 2013-cü ildə Xəzər Universitetinin bakalavriat səviyyəsi üzrə “İngilis dili və ədəbiyyatı” ixtisasına qəbul olmuş və 2017-ci ildə həmin universiteti bitirmişdir. Elə həmin ildə LDU-nun magistratura səviyyəsi üzrə “Filologiya” ixtisasının “Dilşünaslıq (ingilis dili üzrə)” ixtisaslaşmasına qəbul olunmuş və magistraturanı 2019-cu ildə bitirmişdir.

Əmək fəaliyyətinə 2017-ci ildən LDU-da akademik məsləhətçi (tyutor) kimi başlamışdır. Hal-hazırda Təbiyyat fakültəsi üzrə tyutor kimi fəaliyyət göstərir.

jahangirova@outlook.com


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd