LSU Sustainability

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik” ili elan olunmuşdur.

Bununla əlaqədar olaraq Lənkəran Dövlət Universitetində sərəncamdan irəli gələn tədbirlər planlaşdırılmışdır.

Həmin tədbirlərdən bir qismi artıq icra olunmuşdur.

Lənkəran Dövlət Universiteti yerləşdiyi coğrafi əraziyə uyğun olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır və 1 saylı Ekologiya və Təbii Sərvətlər Regional idarəsi ilə sıx əməkdaşlığa başlamışdır. 1 saylı Ekologiya və Təbii Sərvətlər Regional idarəsinin keçirdiyi müvafiq tədbirlərdə yaxından iştirak edir və ekologiya ixtisasında təhsil alan tələbələrin təcrübəsini məhz bu idarədə təşkil edirik.

Eyni zamanda Hirkan Milli Parkı və Qızılağac Milli Parkı ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanmışdır. Hər iki Milli Park ilə yaşıl dünyanının əsas elementləri olan bitki ehtiyatlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərilir.

Hər iki Milli park əməkdaşları ilə birgə elmi tədqiqat işləri aparılır və onaların təşkil etdiyi tədbirlərdə yaxından iştirak edilir.

9 fevralın 2024-cü il tarixində Hirkan Milli Parkının 20 illiyinə həsr olunmuş Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimovunda iştirak etdiyi tədbirdə LDU əməkdaşları və tələbələri yaxından iştirak etmişdir.

21 noyabr 2023-cü ildə Qızılağac Milli Parkında Azərbaycanda ilk dəfə “Flaminqo festivalı” keçirilib. LDU bu tədbirdə yaxından iştirak edib və müxtəlif ali təhsil müəssisələri arasında keçirilən ekoloji bilik yarışmasında tələbələrimizin təşkil etdiyi “Ağgöl” komandası 1-ci yeri tutmuşdur.

5 dekabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Lənkəran Dövlət Universitetinin “Biologiya və ekologiya” kafedrası, Odlar Yurdu Universitetinin “Biologiya və ekologiya” kafedrasının ve Dendrologiya İnistutu birgə hibrid formada “Ekoloji faktorlar ve iqlim dəyişikliyi” mövzusunda elmi seminar keçirilmişdir.

Ekologiya ixtisasının seçmə fənn blokuna “Xüsusi mühafizə olunan təbiət əraziləri”, “Təbiətdən istifadənin ekoloji əsasları”, “Tullantısız texnologiyalar və tullantıların təkrar emalı”, “Ekosistemlər və onların mühafizəsi” kimi fənlər əlavə edilmişdir.

İqlim dəyişikliyi qlobal miqyasda dünya ictimaiyyətini narahat edən məsələyə çevrilib və onun nəticələri bir sıra region və ölkələrdə, o cümlədən Azərbaycanda da aydın hiss olunur. Bu son onilliklərdə Yer kürəsində orta temperatur əhəmiyyətli dərəcədə artmış, qasırğaların, tufanların və çovğunların intensivliyi və tezliyi artmış, isti küləklər və yağıntılar artmış, eyni zamanda daşqınların sayı artmış, dərin okeanların və dənizlərin təbəqələrinin isinməsi, buzlaqların tədricən əriməsi və s. əlamətləri ilə özünü göstərir. Antropogen amillərlə bağlı temperatur artımının əsasını istilik effekti yaradan qazlar, o cümlədən karbon, metan, azot oksidləri və xlor-ftor birləşmələri təşkil edir.

Planetin bir parçası olan Azərbaycan dövləti də qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamış, son yüzillikdə Azərbaycanda temperatur artımları, ölkə ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmış, mövcud dağ buzlaqlarının sahəsi 2 dəfəyə qədər azalmışdır.

Lənkəran ölkənin cənub-şərq hissəsində yerləşir. Respublika ərazisinin 7,2%-ni təşkil edən bu regionun ümumi sahəsi 6,07 min km2 olub, inzibati baxımdan Astara, Lerik, Yardımlı, Lənkəran, Masallı və Cəlilabad inzibati rayonlarını əhatə edir. Bölgə respublikada mühüm kənd təsərrüfatı məhsullarının istehsal olunduğu regionlardan biri hesab olunur. Azərbaycanda istehsal olunan çayın 85%-i, tərəvəzin 59%-i, sitrusun 100%-i buradadır.

Əlverişli coğrafi mövqe, mənzərəli dağ landşaft kompleksləri və Xəzərsahili çimərlik və qumluqlar burada turizmin inkişafı üçün böyük imkanlar yaratmaqdadır. Respublikamızın ən rütubətli zonası olaraq bilinən bu bölgədə yağıntılar fəsillər üzrə qeyri-bərabər paylanır. Payızda düşən yağıntının miqdarı illik normanın 50 %-dən çoxunu təşkil edir. Azərbaycan ərazisində müşahidə edilən maksimum yağıntı məhz Talış dağlarının cənub-şərq hissəsində düşür. Leysan yağışları isə bir qayda olaraq tufanla müşaiyət olunur.

Bu baxımdan kənd təsərrüfatı və digər istehsal sahələrini yüksək səviyyəli meteoroloji məlumalta təmin etmək üçün respublikamızın ərazisi iqlimşünaslar tərəfindən sinoptik-iqlim xüsusiyyətlərinə görə rayonlaşdırılmış, Azərbaycan ərazisi 10 sinoptik rayona ayrılmışdır. O rayonlardan biri də Lənkəran-Astara sinoptik rayonudur.

Bütün bunlar nəzərə alınaraq son illərdə taxılçılıq, üzümçülük, qismən də pambıqçlıq Cəlilabad-Qızılağac aqroiqlim rayonunda inkişaf etdirilən əsas kənd təsərrüfatı sahələridir.

Çayçılıq, taxılçılıq və tərəvəzçilik isə Masallı aqroiqlim rayonunda iqlimi nisbətən isti-mülayim olduğu üçün ixtisaslaşmış sahələrə çevirilmişlər.

Eyni zamanda Lənkəran-Astara aqroiqlim rayonunda əsas yer çayçılığa, taxılçılığa (xüsəsən də çəltikçiliyə), sitrus meyvəçiliyinə və tərəvəzçiliyə verilir.

Lerik-Yardımlı aqroiqlim rayonu - sərt iqlimi ilə fərqlənən bu rayonda heyvandarlıq inkişaf etmişdir.

Deman-Qızyurdu aqroiqlim rayonu – əsasən yaylaq otlağı kimi istifadə edilir.

Bölgəmiz İqlim Dəyişmələri təsirlərinin azaldılması və yumşaldılması təşəbbüslərində, istilik effekti yaradan qaz tullantılarının azaldəlmasında öhdəliklər götürmüş və həmin öhdəliklər sistemli şəkildə yerinə yetirməkdədir.

Karbon emissiyalarının azalması ilə bağlı kəmiyyət öhdəlikləri götürməməsinə baxmayaraq son illərdə ölkədə bir sıra əhəmiyyətli tədbirlər yerinə yetirilmişdir. Bunlara az karbonlu, enerji səmərəlilikli, bərpa olunan enerji və tullantıların effektiv idarə edilməsi texnologiyalarının tədbiq olunması, həmçinin meşə sahələrinin genişləndirilməsi və meşə sahələrin mühafizəsi üzrə atılan addımlar daxildir.

Bu məsələlərlə bağlı milli təşəbbüslərə əlavə olaraq, Lənkəran Dövlət Universiteti müxtəlif layihələrin həyata keçirilməsi yolu ilə bir sıra beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq edir. Beləliklə, iqlim dəyişikliyinin azaldılması texnologiyası və bu sahədə potensialın yaradılması ilə bağlı layihələr həyata keçirilmişdir.

Qeyd olunan məqamlar ölkəmizdə iqlim dəyişiklikləri istiqamətində dövlət siyasətinin uğurla icra olunmasını göstərir. Bu uğurlu islahatlara Lənkəran Dövlət Universiteti də qoşulmuş, 2023-cu il dekabrın 22-də 10 xarici ölkə nümayəndələrinin iştirakı ilə “Bioloji müxtəlifliyin qorunması və ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa doğru” mövzusunda beynəlxalq elmi konfransa ev sahibliyi etmişdir. 2024-cü ilin 2-ci yarısında LDU-da “Yaşıl dünya, ekologiya naminə həmrəylik və iqtisadi inkişaf” mövzusunda daha bir elmi konfransın keçirilməsi planlaşdırılmışdır. Eyni zamanda Lənkəran Dövlət Universitetində iqlim dəyişikliyi və ona qarşı mübarizə üzrə tədqiqat araşdırmaları davam etdirilməklə iqlim dəyişikliyi prosesinin idarə olunması üçün fəaliyyət planı hazırlamışdır.

Lənkəran Dövlət Universitetinin İqlim Dəyişmələri ilə mübarizə çərçivəsində əsas strateji məqsədi ümumbəşəri problem olan İqlim Dəyişmələrinin qarşısının alınması üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Azərbaycanın bu sahədə Milli fəaliyyət siyasəti və strategiyası, habelə ölkəmizin İqlim Dəyişmələri təsirlərinin azaldılması və yumşaldılması təşəbbüsləridir. Davamlı inkişaf siyasəti şərtlərinə uyğun olaraq beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək, obyektiv və elmi əsaslara, ortaq, lakin fərqli məsuliyyətlər prinsipinə uyğun qlobal səylərdə iştirak etmək, bu işdə öz töhvələrini verməkdir.

Lənkəran Dövlət Universiteti üçün İqlim Fəaliyyət Planının əsas prinsipləri:

• İqlim Dəyişmələrinin azaldılması və uyğunlaşdırılması siyasət və tədbirlərinin Universitetin inkişaf planlarına daxil edilməsi,

• Universitet daxilində və onun hüdudlarından kənarda ətraf mühit problemləri və onun idarə edilməsi barədə məlumatlılığı artırmaq

• Davamlı inkişaf prinsiplərinə uyğunlaşdırılmış inkişaf proqramını pozmadan, öz imkanları daxilində istixana qazlarının emissiyalarının azaldılması və ya onların artım tempinin məhdudlaşdırılması üçün qlobal siyasət və tədbirlərə töhfə vermək,

• Qlobal iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq və bu təsirlərə uyğunlaşmaq üçün kadr hazırlığı səviyyəsini və potensialı artırmaq, əldə edilmiş təcrübəni bölüşmək, təsirlərin azaldılması, texnologiyanın ötürülməsi və maliyyələşdirilməsi kimi qlobal strateji məqsədlərin layihələndirilməsinə və icrasına uyğunlaşmaq, beynəlxalq fəaliyyətlərdə fəal rol oynamaq,

• Mövcud texnologiya və inkişafı nəzərə alaraq daha təmiz istehsal üçün tədqiqat-inkişaf və innovasiya potensialını inkişaf etdirmək, təşviq mexanizmləri yaratmaq.

• İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində fəaliyyətlərin effektiv və davamlı əlaqələndirilməsini təmin etmək.

İqlim Fəaliyyət Planı üzrə görüləcək işlər:

• Lənkəran Dövlət Universitetində İqlim Dəyişikliyi seminarı ilə bağlı komandanın (qrupun) yaradılması;

• İqlim Dəyişikliyi ilə bağlı maarifləndirmə təlimlərinin və seminarların təşkili;

• Universitetdə müvafiq mütəxəssislərdən ibarət komanda üzvləri qeyd olunan istiqamət üzrə maarifləndirici məlumatların təhlil olunaraq təqdimatının hazırlanması işlərini həyata keçirəcəkdir. Komanda maarifləndirici təlim seminarların təşkilini öhdəsinə götürəcək – Yerli əhalinin həyat tərzinin iqlim dəyişikliklərinin mənfi təsirlərinə uyğunlaşdırılması (adaptasiyası) və davamlı inkişaf siyasəti şərtlərinə uyğun bu təsirlərin azaldılmasına onların verə biləcəyi töhvələr barədə maarifləndirici təlimlərin təşkili. (Burada yerli ictimaiyyət və LDU-nun tələbə-müəllim kontingenti, ümumtəhsil müəssisələrində çalışan təhsilverənlər üçün təlim-seminarların təşkili nəzərdə tutulur).

• Şəhərin Davamlı Enerji Fəaliyyət Planı üçün “Yaşıl Lənkəran” qrant layihə planının yaradılması

• Lənkəran şəhərində karbon qazı emissiyalarının inventarının alınması və inventarizasiyasının aparılması

• Lənkəran şəhərində istixana qazlarının azaldılması tədbirləri və qiymətləndirilməsi

• İqlim dəyişikliyi təsirlərinin bölgə üzrə ssenarilərinin çıxarılması

• Bölgə üzrə iqlim dəyişikliyi təsirlərinin uyğunlaşma planının hazırlanması

• Bölgədə müxtəlif şəhər və ya rayon bələdiyyələri ilə birgə seminarların təşkili:

• Hazırlanmış planın Mərkəzi İcra Hakimiyyəti orqanlarına təqdim edilməsi

• Görülən işlərlə bağlı ictimaiyyətlə paylaşma tədbirlərinin təşkili

Həmçinin Lənkəran Dövlət Universiteti Yaşıl dünya ilə bağlı beynəlxalq layihələrdə də yer alır. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin layihəsi olan Refresh Azərbaycan universitetlərində yaşıl və davamlı qlobal iqtisadi təkmilləşdirmə: bərpa olunan enerji mənbələrinin və iqlim dəyişikliyinin mitiqasiyası (REFRESH)” Layihəsində LDU tərəfdaş kimi qoşulmuşdur.

Avropa İttifaqının qabaqcıl təcrübəsini mənimsəməklə Azərbaycan Dövlət İqtisad Universiteti və tərəfdaş universitetlərdə (Lənkəran Dövlət Universiteti + 4 regional və 4 Avropa universitetində) bərpa olunan enerji mənbələri üzrə bilik və bacarıqların artırılması, tədris metodologiyalarını, kurs proqramlarını təkmilləşdirmək və hər bir tərəfdaş ali təhsil müəssisəsində pilot kurslara başlamaq üçün Təlimçilərin Təlimi (ToT) proqramına müəllim heyətini cəlb etməklə universitetlərdə potensialı artırmaq.

22.12.2023 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=493

24.11.2023 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=480

31.10.2023 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=466

20-21.10.2023 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=4

17.10.2023 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=459

25.06.2023 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=440

14.06.2023 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=434

18.05.2023 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=421

16.05.2023 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=418

05.05.2023 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=414

23.12.2022 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=382

08.09.12.2022 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=377

26.05.2022 - https://lsu.edu.az/new/NewsLister/index.php?page=details&id=331

Lənkəran Dövlət Universitetində Yaşıl dünya ilə bağlı aşağıdakı Konfrans və birgə elmi seminarların keçirilməsi planlaşdırılmışdır. (ətraflı)



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd