Maliyyə idarəetməsi və audit kafedrası haqqında məlumat

Qısa yaranma və inkişaf tarixi

Maliyyə idarəetməsi və audit kafedrası Lənkəran Dövlət Universiteti rektorunun 28 sentyabr 2018-ci il tarixli 1/83 nömrəli əmrinə əsasən təsis edilmişdir. Yarandığı gündən etibarən kafedra maliyyə, mühasibat uçotu və audit sahələrində yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasını, elmi-pedaqoji fəaliyyətin inkişaf etdirilməsini və müasir iqtisadi çağırışlara cavab verən tədris mühitinin formalaşdırılmasını prioritet istiqamət kimi müəyyən etmişdir.

Kafedranın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının təhsil sahəsini tənzimləyən qanunvericilik aktlarına, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin normativ-hüquqi sənədlərinə, ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən normativ aktlara, universitetin Nizamnaməsinə və digər aidiyyəti hüquqi sənədlərə uyğun şəkildə həyata keçirilir.

Maliyyə idarəetməsi və audit kafedrası universitetin aparıcı tədris-elmi struktur bölmələrindən biri olmaqla, maliyyə və mühasibat uçotu sahələri üzrə tədris, metodiki, elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətin təşkilini və koordinasiyasını həyata keçirir. Kafedra müasir təhsil texnologiyalarının tətbiqi, innovativ tədris metodlarının inkişafı, elmi potensialın gücləndirilməsi və beynəlxalq akademik təcrübənin öyrənilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir.

Kafedranın əsas məqsədi dövlət təhsil standartlarının və müasir ali təhsil məkanının tələblərinə uyğun olaraq maliyyə, mühasibat uçotu və audit sahələrində dərin nəzəri biliklərə, yüksək peşə səriştələrinə, analitik təfəkkürə və tədqiqatçılıq bacarıqlarına malik rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Bu məqsədlə kafedra tədris, metodiki və elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkilini həyata keçirir, elmi araşdırmaların nəticələrinin tədris prosesinə inteqrasiyasını təmin edir, tələbələrin yaradıcı və tənqidi düşüncə bacarıqlarının inkişafına, eləcə də onların əmək bazarının tələblərinə uyğun peşəkar formalaşmasına xüsusi önəm verir.

Eyni zamanda, kafedra dövlət qurumları, maliyyə institutları, özəl sektor müəssisələri və digər maraqlı tərəflərlə əməkdaşlığın genişləndirilməsi, elmi-praktik əlaqələrin möhkəmləndirilməsi, akademik heyətin elmi potensialının artırılması və beynəlxalq elmi-təhsil məkanına inteqrasiyanın gücləndirilməsi istiqamətində fəaliyyət göstərir. Kafedra bu fəaliyyətləri vasitəsilə təhsilin keyfiyyətinin yüksəldilməsinə, iqtisad elminin inkişafına və regionun sosial-iqtisadi tərəqqisinə töhfə verməyi qarşısına strateji vəzifə kimi qoyur.

Maliyyə idarəetməsi və audit kafedrası yüksəkixtisaslı kadr hazırlığı ilə yanaşı, iqtisadiyyat istiqaməti üzrə aktual elmi problemlərin araşdırılmasını da fəaliyyətinin mühüm tərkib hissəsi hesab edir. Hazırda kafedrada “Regional maliyyə xidmətləri sektorunun mövcud problemləri və inkişafının əsas istiqamətləri” mövzusunda elmi-tədqiqat işləri aparılır, əldə olunan nəticələrin həm nəzəri, həm də praktiki əhəmiyyətinin artırılması istiqamətində sistemli tədbirlər həyata keçirilir.

Kafedra üzrə ixtisaslaşmalar

Maliyyə idarəetməsi və audit kafedrası ali təhsilin bütün pillələri üzrə mütəxəssis hazırlığını həyata keçirir. Bakalavriat səviyyəsində “Maliyyə” və “Mühasibat” ixtisasları üzrə təhsil proqramları reallaşdırılır. Magistratura səviyyəsində “Maliyyə” ixtisası üzrə “Maliyyə menecmenti”, “Mühasibat uçotu və audit” ixtisası üzrə isə “İstehsal sferasında mühasibat uçotu və audit” ixtisaslaşmaları üzrə magistr hazırlığı həyata keçirilir. Doktorantura səviyyəsində isə fəlsəfə doktoru proqramı çərçivəsində “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması təmin olunur. Bu istiqamətlər üzrə həyata keçirilən tədris və elmi fəaliyyət ölkənin sosial-iqtisadi inkişaf prioritetləri və müasir əmək bazarının tələbləri nəzərə alınmaqla təşkil edilir.

Kafedra müdiri haqqında.

İqtisad elmləri namizədi, dosent Bədəlov Əlixan Mehman oğlu

Bədəlov Əlixan Mehman oğlu 1967-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində ziyalı ailəsində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsinin təsərrüfat fəaliyyətinin təhlili ixtisasını bitirmişdir.

1992-1998-ci illərdə Lənkəran “Aqrokoop” Tədarük Ticarət Birliyində mühasib, böyük mühasib və baş mühasib vəzifələrində işləmişdir.

1998-2001-ci illərdə LDU-da saat hesabı müəllim, 1.0 ştat müəllim və 2002-ci ildən 1,0 ştat baş müəllimi vəzifəsində fəaliyyət göstərmişdir.

1999-2001-ci illərdə İqtisadiyyat və idarəetmə kafedrasında kafedra müdürinin müavini, 2001-2005-ci illərdə İqtisadiyyat fakültəsinin dekan müavini vəzifəsində işləmişdir.

2008-2012-ci illərdə İqtisdiyyat və idarəetmə fakültəsində dekan vəzifəsini icra etmişdir.

08 iyun 2007-ci ildə dissertasiya işini müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

2014-cü idə Azərbaycan Respublikası Prezidenti Yanında AAK-nın qərarı ilə ona dosent adı verilmişdir.

2015-2016-cı illərdə İqtisadiyyat və aqrotexnologiya kafedrasının müdüri vəzifəsini icra etmişdir.

2016-ci ildə Maliyyə, mühasibat və audit kafedrasında 1.0 ştat dosent, 2018-ci ildə 1.5 ştat dosent vəzifəsində işləmişdir.

26 noyabr 2018-ci il tarixindən Maliyyə idarəetməsi və audit kafedrasına müdir təyin olunmuşdur.

06 fevral 2024-cü ildə yenidən kafedra müdiri vəzifəsinə seçilmişdir.

Apardığı elmi tədqiqat işlərinin nəticələri respublikada və xaricdə nəşr olunmuş elmi əsərlərdə öz əksini tapmışdır. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 180 elmi əsərin, o cümlədən, 27 fənn proqramı, 3 metodik göstəriş və 4 dərs vəsaitinin müəllifidir.

2023-cü ildə LDU-nun 30 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

alixan.badalov@mail.ru

a.badalov@lsu.edu.az

ORCİD: 0009-0001-2722-2418

Kafedra əməkdaşları haqqında.

İqtisad elmləri namizədi, dosent Əliyeva Gülbəniz Tofiq qızı

Əliyeva Gülbəniz Tofiq qızı 1967-cı ildə Bakı şəhərində аnаdаn olmuşdur. 1984-cü ildə Bakı şəhər 7 saylı məktəbi qızıl medalla, 1989-cu ildə М.Əzizbəyov аdınа Azərbaycan Neft Kimya İnstitutunun mühəndis iqtisadiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə “Bаzаr iqtisadiyyatı şəraitində Azərbaycanın neft maşınqayırmasında kooperasiya əlaqələrinin inkişafının səmərəliliyi”mövzusunda 080005-хаlq təsərrüfatının və оnun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarəedilməsinin təşkili (sənaye) ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə еtmişdir. 27 illik müəllimlik stajı vardır. 01.09.2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər və marketinq kafedrasının müəllimi, 01.09.2003-ci ildən həmin kafedranın baş müəllimi, 27.05.2005-ci ildən həmin kafedranın dosenti vəzifəsinə təyin edilmişdir. 2010-2014-cü illər ərzində BİM fakültəsinin qiyabi şöbəsində dekan müavini vəzifəsində, 2015-2016-cı ildə fakültənin Elmi şurasının elmi katibi işləmişdir. 15.09.2016-cı ildən Beynəlxalq iqtisadiyyat kafedrasının dosenti vəzifəsində çalışmışdır. Hal-hazırki vахtа qədər iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair yazılmış 50-dən artıq tezis və məqalənin müəllifidir. İyun 2005-ci ildə təsdiq edilmiş “Müasir şəraitdə sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri”mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. 2013-cü ildə ingilis dilində dərc olunan “İqtisad elmləri: nəzəriyyə və praktika” beynəlxalq səviyyəli jurnalda məqaləsi dərc olunmuşdur. Bu dövr ərzində bir neçə beynəlxalq elmi konfransın və beynəlxalq forumların işində fəal iştirak edərək çıxışlar etmış, tezisləri çap edilmişdir. Məqalələri həm Azərbaycanda, həm də xaricdə dərc olunmuşdur. 82 elmi əsərin, o cümlədən 1 dərs vəsaiti, 1 monoqrafiya, 1 metodiki göstəiş, 3 tədris proqramı, 4 fənn proqramı, 72 tezis və məqalənin müəllifidir.

15.07.2017-ci ildən 02.09.2018 – ci ilədək LDU-nun İqtisadiyyat və marketinq kafedrasının müdiri vəzifəsində işləmişdir. Bu müddət əzrində tədris metodiki işlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. Kafedrada tədris olunan magistratura pilləsi üçün “Aqrar sahədə innovasiyanın tətbiqi problemləri” və “Aqrar iqtisadiyyatın aktual problemləri”, bakalavr pilləsi üçün “Mikroiqtisadiyyat” adlı fənn proqramları dərc olunmuşdur. “Firmanın iqtisadiyyatı” adlı dərs vəsaiti və fənn proqramı isə 2025-ci ildə dərc olunmuşdur.

Dos.G.T.Əliyeva respublika və beynəlxalq konfranslarda iştirak etmişdir. Lənkəran Dövlət Universiteti tərəfindən keçirilən respublika elmi-praktik konfranslarda, 21 noyabr 2018-ci il tarixində Penza Dövlət Texnoloji Universitetində, 14-15 mart 2019 - cu il tarixində Ukrayna Aqrar Universitetində, 23, 24 may 2019-cu il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2021-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində, Mingəçevir Dövlət Universitetində, 2022-ci ildə Lənkəran Dövlət Universitetində keçirilmiş beynəlxalq elmi-praktik konfranslarda fəal iştirak etmişdir. 2021-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində, Mingəçevir Dövlət Universitetində, 2022-ci ildə Lənkəran Dövlət Universitetində, 2022 -ci ildə Samara Dövlət Universitetində keçirilmiş beynəlxalq elmi-praktik konfranslarda fəal iştirak etmiş, sertifikatlarla təltif edilmişdir. 15-17 iyun 2023-cü il tarixlərində Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhərində Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Heydər Əliyevin xilaskar qayıdışı” mövzusunda elmi-praktiki konfransda “Heydər Əliyevin iqtisadi inkişaf modeli” mövzusunda plenar iclasda, 08-09 dekabr 2023-cü il tarixində Mingəçevir Dövlət Universitetinin moderatorluq etdiyi plenar iclasda paneldə “Davamlı inkişaf strategiyası və iqtisadi hədəflər” mövzusunda məruzə etmiş, 15-16 dekabr 2023-cü il tarixlərində Bakı şəhərində Azərbaycan müəllimlərinin XVI qurultayında açılış mərasimində və müvafiq panellərdə iştirak etmişdir.

03-07 dekabr 2018-ci il tarixlərində Lənkəran Dövlət Universiteti və Türkiyə Cümhuriyyətinin Beykent Universitetinin qarşılıqlı mübadilə proqramı çərçivəsində Beykent Universitetinə ezam olunmuş və orada Uluslararası iqtisadiyyat və Mikroiqtisadiyyat fənlərindən mühazirələr aparmış, elmi seminarda məruzə ilə çıxış etmişdir. Eyni zamanda 01.11.2019 tarixində Mevlana proqramı çərçivəsində Türkiyə Cümhuriyyətinin “Kocaeli” Universitetində İktisadi və idari bilimlər fakültəsinin iqtisad bölümündə Pul nəzəriyyəsi və siyasəti, beynəlxalq iqtisadiyyat, xarici ticarət nəzəriyyələri, Avropa iqtisadiyyatı, Makroiqtisadiyyat fənlərindən mühazirə dərsləri aparmış və akademik sertifikatla təltif olunmuşdur.

Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illiyi münasibətilə Azərbaycan Respublikası Təhsil Nazirinin 2011-ci il 27 sentyabr tarixli 11/927 nömrəli əmri ilə Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi nişanı ilə, Azərbaycan Dövlət İqtisad Universitetinin, həm də Lənkəran Dövlət Universitetinin rəhbərliyi tərəfindən mükafat və fəxri fərmanla təltif edilmişdir. 2022-ci ildə Lənkəran Dövlət Universitetinin 30 illik yubileyi münasibətilə Azərbaycan Elm və Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif edilmdir.

03 sentyabr 2018 – ci il tarixindən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsinə seçilmişdir.

2023-cü ildən müsabiqədən keçməklə yenidən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışır.

Ailəlidir, 2 övladı var.

gulbeniz_aliyeva@mail.ru

g.aliyeva@lsu.edu.az

0000-0002-1539-8926

İqtisad üzrə fəlsəfə doktoru, dosent Quliyev Ülvi Fərman oğlu

Quliyev Ülvi Fərman oğlu 15 yanvar 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi iqtisadiyyat fakültəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasını bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetinin İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarəetməsi ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsi almışdır. 2016-cı ildə “Aqrar sənaye müəssisələrində marketinqin səmərəli təşkilinin regional problemləri” mövzusunda dissertasiya işini müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Əmək fəaliyyətinə 2002-ci ildən başlayaraq müxtəlif beynəlxalq şirkətlərdə mühasib, baş mühasib, satınalma departamentinin müdiri vəzifəsində çalışmışdır. 2017-ci ildən Facility Menegment Group şirkətində menecer vəzifəsində işləyir. 2015/2016-cı illərdə Azərbaycan Texniki Universitetində saat hesabı müəllim kimi fəaliyyət göstərmişdir. 2020/2021-ci tədris ilindən Lənkəran Dövlət Universitetinin Maliyyə idarəetməsi və audit kafedrasında 0.5 ştat baş müəllim vəzifəsində çalışmışdır. 2023-cü ildən hal-hazırkı dövrədək müsabiqədən keçməklə 0.5 ştat dosent vəzifəsində çalışır. 39 elmi əsərin, o cümlədən, 4 fənn proqramının və 1 dərs vəsaitinin müəllifidir.

guliyev.ulvi@gmail.com

u.quliyev@lsu.edu.az

ORCİD: 0009-0007-4630-333X

Baş müəllim Tağızadə Səriyyə Cəfər qızı

Tağızadə Səriyyə Cəfər qızı 15 noyabr 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinin mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisasını bitirmişdir. 1998-ci ildən LDU-da müəllim, baş müəllim kimi fəaliyyət göstərir. 2016-cı ilin avqust ayından İqtisadiyyat və idarəetmə fakültəsində dekan müavini vəzifəsində çalışıb. 2023-cü ildən isə Maliyyə idarəetməsi və audit kafedrasında 1.0 ştat baş müəllim, 2025-2026-cı tədris ilindən 1.25 ştat baş müəllim vəzifəsində çalışır. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 27 elmi əsərin, o cümlədən, 1 dərs vəsaiti, 1 metodik göstəriş və 10 fənn proqramının həmmüəllifidir.

tagizadesariyya@gmail.com

s.tagizade@lsu.edu.az

0009-0007-9241-759X

Baş müəllim Hüseynli Nuran Miraqil oğlu

Hüseynli Nuran Miraqil oğlu 1986-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2010-cu ildə Koopersiya UniversitetininMaliyyə və kredit ixtisasını, 2015-ci ildə İqtisad Universitetinin MBA Marketinq ixtisasını bitimişdir. 2010-2017-ci illərdə Ş.İmaməliyev adına Respublika Taun əleyhinə stansiyasının Lənkəran şöbəsində komputer-operator vəzifəsində işləmişdir. 2015- 2016- cı illərdə “Viza kredit BOKT MMC”nin Lənkəran filialında kredit mütəxəssisi vəzifəsində çalışmışdır. 2018-ci ildən ADAU-nun ümumi iqtisadiyyat ixtisası üzrə dissertanturaya daxil olmuş və 2022-ci ildə oranı bitirmişdir.

2017/2018-ci tədris ilindən Lənkəran Dövlət Universitetində fəaliyyət göstərmişdir. 2021/2022-ci tədris ilindən etibarən hal-hazırkı dövrədək Maliyyə idarəetməsi və audit kafedrasında keçirilən seçki nəticəsində 1,0 ştat baş müəllim vəzifəsini tutmuşdur. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 23 elmi əsərin müəllifi və həmmüəllifidir.

nurangaga@yahoo.com

n.huseynli@lsu.edu.az

0000-0003-4542-7844

Baş müəllim Səfərova Ceyran Zəbi qızı

Səfərova Ceyran Zəbi qızı 18 sentyabr 1966-ci ildə Lənkəran rayonunun Xolmili kəndində ziyalı ailəsində anadan olmuşdur. 1973-1983 -ci illərdə Lənkəran rayonu Xolmili kənd orta məktəbində təhsil almışdır. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Ticarətin iqtisadiyyatı fakultəsinə daxil olmuş və 1990- cı ildə həmin ixtisası bitirmişdir. Lənkəran şəhər Qarışıq Mallar Ticarəti idarəsində kadr işləri üzrə inspektor, iqtisadçı-mühasib işləmişdir. 01.03.1994 –cü ildən 29.06.2018 –ci il tarixinə kimi Lənkəran zona baytarliq laboratoriyasında baş mühasıb kimi çalışıb. 2020-ci ildə Lənkəran şəhər Yaşıllaşdırma müəssisəsində baş mühasib, 25.07.2020-ci il tarixindən 03.12.2021- ci il tarixinə kimi Lənkəran Regional Aqrokimya laboratoriyasında baş mühasib işləmişdir.

2022-2023-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin Maliyyə idarəetməsi və audit kafedrasında saathesabı müəllim, 2023–2024-cü tədris ilindən etibarən 1,0 ştat müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 2026-cı ildən isə həmin kafedrada keçirilən seçki nəticəsində 1,0 ştat baş müəllim vəzifəsini tutmuşdur. Fəaliyyəti dövründə respublikada və xaricdə nəşr olunan 15 elmi əsərin müəllifi və həmmüəllifi olmuşdur.

ceyran.safarova1966@gmail.com

c.safarova@lsu.edu.az

0009-0000-2191-4547

Baş müəllim Mustafayev Vaqif Rəis oğlu

Mustafayev Vaqif Rəis oğlu 1960-cı ildə Lənkəran rayonun Parakənd kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərüfatı İnstitutunu bitirmişdir. 1982-ci ildə Lənkəran rayon Məlumat Hesablama mərkəzində mühəndis işləmişdir. 1987-ci ildə Lənkəran rayon Statistika idarəsində büro müdiri kimi çalışmış, 1992-ci ildə idarənin rəis müavini, 2003-cü ildən 2026-cı ilədək rəis vəzifəsində işləmişdir. 2010-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.

1993-2001-ci illərdə Lənkəran Dövlət Universitetində saat hesabı, 2016/2017-ci tədris ilindən hal-hazırkı dövrədək kafedrada 0.5 ştat baş müəllim vəzifəsində çalışır. İşlədiyi dövr ərzində çap olunan 8 elmi əsərin, o cümlədən, 1 fənn proqramının həmmüəllifidir.

vaqif.mustafayev.1960@mail.ru

v.mustafayev@lsu.edu.az

0009-0006-2689-5182

Baş müəllim Təhməzov Murad Nazim oğlu

Təhməzov Murad Nazim oğlu 05.03.1997-ci il Cəlilabad şəhərində anadan olmuşdur. 2003-2014-cü illərdə Cəlilabad şəhər 2 saylı tam orta məktəbdə təhsil almışdır. 2015-ci ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə Mühasibat uçotu və audit ixtisasına qəbul olmuş və 2019-cu ildə LDU-nu həmin ixtisas üzrə bitirmişdir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsi üzrə İstehsal sferasında mühasibat uçotu və audit ixtisaslaşmasına qəbul olmuş və 2021-ci ildə həmin ixtisası bitirmişdir. Hal-hazırda Lənkəran Şəhər Onkoloji Xəstəxanasında baş mühasib vəzifəsində çalışır. 2021/2022-ci tədris ilindən Lənkəran Dövlət Universitetinin Maliyyə idarəetməsi və audit kafedrasında 0.5 ştat müəllim kimi fəaliyyət göstəmişdir. 2026-cı ildən isə həmin kafedrada keçirilən seçki nəticəsində 0,5 ştat baş müəllim vəzifəsini tutmuşdur. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 14 elmi əsərin müəllifi və həmmüəllifidir.

murad.tahmazov.97@mail.ru

m.tahmazov@lsu.edu.az

ORCİD: 0009-0008-0617-9984

Müəllim Əhədova Nübar Adil qızı

Əhədova Nübar Adil qızı 1985-ci ildə Lənkəran rayonun Gərmətük qəsəbəsində anadan olmuşdur. 1991/2002 - ci illərdə Gərmətük qəsəbə tam orta məktəbini, 2002/2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Ümumi İqtisadiyyat fakültəsinin Maliyyə-Kredit ixtisasını bitirmişdir. 2006/2008 - ci illərdə maliyyə, bank sferasına aid bir sıra kurs, təlimlərdə təcrübə keçmişdir. 2008/2010 -cu illərdə FİNKA Azerbaijan QBKT - nın Lənkəran filialında maliyyə xidmətləri assistenti, 2010/2016 - cı illərdə “Unibank” KB ASC - də aparıcı mütəxəssis, baş mütəxəssis vəzifələrində çalışmışdır. 2018/2020-ci illərdə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Maliyyə ixtisasında magistr pilləsində təhsil almışdır. 2020/2021-ci tədris ilindən Lənkəran Dövlət Universitetində tyutor vəzifəsində çalışmaqla Maliyyə idarəetməsi və audit kafedrasında saathesabı müəllim kimi fəaliyyət göstərmişdir. 2021/2022-ci tədris ilindən etibarən hal-hazırkı dövrədək Maliyyə idarəetməsi və audit kafedrasında 1.0 ştat müəllim kimi fəaliyyətə göstərir. İşlədiyi dövr ərzində respublikada və xaricdə çap olunan 16 elmi əsərin müəllifi və həmmüəllifidir.

ahadovanubar2@gmail.com

n.ahadova@lsu.edu.az

0009-0004-1210-6088

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı: Lənkəran şəhəri, Fizuli küçəsi-170 a, 1 saylı tədris korpusu.

Telefon: 5-31-91, daxili nömrə: 112

Elektron ünvanı: Lsu.edu.az

maliyye_idareetme_kafedra@lsu.edu.az

Faks nömrəsi: 5-25-88

Kafedra haqqında məlumatları Maliyyə idarəetməsi və audit kafedrasın müdiri dos. Əlixan Bədəlov təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd