Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyəti.

2018-2019-cu tədris ilində yenidən qurulan Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin hal-hazırda strukturu:

Samir Salayev - Lənkəran Dövlət Universiteti üzrə sədr

09 fevral 1988-ci ildə Lənkəran rayonunun Moğonojoba kəndində anadan olmuşdur. 1994-cü ildə Şürük kənd orta məktəbinin birinci sinfinə daxil olmuş və 2005-ci ildə təhsilini müvəffəqiyyətlə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetinin Coğrafiya ixtisasına qəbul olmuş, 2009-cu ildə bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirərək, Lənkəran Dövlət Universitetinin magistratura şöbəsinin “Fiziki coğrafiya” ixtisaslaşması üzrə təhsil almışdır. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, ladşaftların geokimyası və geofizikası” ixtisası, fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olmuşdur. Lənkəran rayon Tükəvilə kənd tam orta məktəbində “Coğrafiya müəllimi” vəzifəsində və tədris mərkəzində Coğrafiya fənni üzrə repititor müəllim və fənn kurikulumunun praktik tətbiqi üzrə təlimçi kimi çalışmışdır. Hal-hazırda Universitetin “Coğrafiya və onun tədrisi metodikası” kafedrasında müəllim kimi çalışır. Elmi işi ilə əlaqədar çap olunmuş 7 elmi məqalə və tezisin müəllifidir.

Elektron poçt ünvanı: sinaq2016@gmail.com

Şəfa Bağırova – “İqtisadiyyat və idarəetmə” fakültəsi üzrə sədr:

1987-ci ildə Neftçala rayonu Astanlı kəndində anadan olmuşdur. 2005-2009-cu illər Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” ixtisasında bakalavr təhsili almışdır. 2009-cu Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistraturaya qəbul olmuşdur. 2011-ci ildə magistraturanı bitirib Lənkəran Dövlət Universitetinin “Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. “Çox-sektorlu iqtisadi artım modelinin optimal idarə olunması” mövzusunda dissertasiyası üzərində işləyir. 2010-2012-ci illərdə Lənkəran Dövlət Universitetində laborant və elmi işçi kimi çalışmışdır. 2013-2018-ci illərdə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1,0 ştat baş müəllim vəzifəsində çalışır. “Ekonometrika” fənnini tədris edir.

Elektron poçt ünvanı: shefa.baqirova@mail.ru

Tale Ələskərzadə - “Aqrar və mühəndislik” fakültəsi üzrə sədr:

05 iyun 1994-cü ildə Lənkəran rayonunun Viyən kəndində anadan olmuşdur. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin bakalavr pilləsi üzrə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasını, 2018-ci ildə isə Azərbaycan Texniki Universitetinin migistratura pilləsi üzrə “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin müəllimi və “Kompyuter elmləri” ixtisası üzrə doktorantıdır. Elmi işi ilə əlaqədar çap olunmuş 2 tezisin müəllifidir.

Elektron poçt ünvanı: aleskerov2006@gmail.com

Qalib Əmənov – “Tarix, coğrafiya və incəsənət” fakültəsi üzrə sədr:

17 sentyabr 1975-ci ildə Lerik rayonunun Nücü kəndində anadan olmuşdur. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Coğrafiya” ixtsasının bakalavr pilləsini, 2005-ci ildə isə magistartura pilləsi üzrə “İqtisadi və sosial coğrafiya” ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetində kiçik elmi işçi, elmi işçi, dekan müavini vəzifələrində işləmişdir. Hazırda “Coğrafiya və onun metodikası” kafedrasının müəllimi kimi fəaliyyət göstərir. 2011-ci ildən AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnsititutunun dissertantıdır. Qarabağ müharibəsi veteranıdır.

Elektron poçt ünvanı: 75winner@mail.ru

Cəmilə İbrahimova – “Filologiya və ibtidai təhsil” fakültəsi üzrə sədr

1992-ci il 23 noyabrda Lənkəran rayonunda anadan olmuşdur. 2010-cu ildə Lənkəran rayonu, Şürük kənd orta məktəbini bitirmiş və elə həmin il Lənkəran Dövlət Universitetinin Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisasına qəbul olunmuşdur. 2014-cu ildə həmin ixtisas üzrə bakalavr səviyyəsini bitirmişdir. 2017-2019-cu illərdə Lənkəran Dövlət Universitetində “Xarici dilin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistr təhsilini fərqlənmə ilə başa vurmuşdur. 2014-cü ilin noyabr ayından Lənkəran Dövlət Universitetində laborant vəzifəsində çalışmışdır. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin “Xarici dillər və tərcümə” kafedrasında İngilis dili müəllimi kimi fəaliyyət göstərir. Xarici dil (ingilis dili) fənnini tədris edir. 4 elmi məqalə və tezisin müəllifidir.

Elektron ünvanı: jameliaa@mail.ru

Şəbnur Əlizadə - Təbiyyat fakültəsi üzrə sədr

1996- ci il fevralın 13-də Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində anadan olub. 2013-cü ildə Lənkəran rayonun Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin 11-ci sinfi ni bitirib və həmin ildə LDU-nun “Kompüter elmləri” ixtisasına daxil olub. 2017-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra LDU-nun magistratura şöbəsinin “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisasına daxil olub. 2019-cu ildə əla qiymətlərlə magistr təhsilini bitirmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika” kafedrasının müəllimi və “Diferensial tənliklər” ixtisası üzrə doktorantıdır. 4 elmi məqalə və tezisin müəllifidir.

Elektron ünvanı: nur.elizade622@gmail.com

2018-2019-cu tədris ilində yenidən qurulan Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin Təhsil nazirliyinin müvafiq əsasnamələrinə uyğun olaraq əsasnaməsi tərtib olunmuşdur. Həmin əsasnamədən irəli gələrək TEC-nin fəaliyyət planı hazırlanmışdır. Təhsil Nazirliyinin Tələbə Elmi Cəmiyyəti ilə bağlı nümunəvi əsasnaməsinə və Tələbə Elmi Tədqiqat İşinin müvafiq nizamnaməsinə əsasən LDU TEC-nin fəaliyyəti əsasən iki istiqamətdə planlaşdırılıb icra olunmuşdur:

1- Tələbə Elmi Tədqiqat Dərnəklərinin (TETD) fəaliyyət planı;

2- LDU Tələbə Elmi Cəmiyyətinin tələbələr üçün elmi inkişaf yönümlü ümumi fəaliyyət planı;

Lənkəran Dövlət Universitetinin 2018-2019-cu tədris ili ərzində mövcud 4 fakültəsi üzrə 11 TETD-i fəaliyyət göstərmişdir. Elm istiqamətində ümumi tədbirlərlə yanaşı, TETD-də tədris ili ərzində mütəmadi olaraq elmi tədqiqat işinin aparılması ilə bağlı öyrədici seminarlar keçirilib. Hər ay boyunca nəzərdə tutulan müəyyən mövzularda tələbələrə elmi dərəcəli müəllimlər tərəfindən seminarlar təşkil olunub. Bu təlim-seminarların əsas məqsədi tələbələrdə elmi tezislərin hazırlanması və təqdimatı bacarıqlarını formalaşdırmaqdır. 18 Aprel 2019-cu il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı illiyinə həsr olunmuş TEC-nin I Elmi konfransı keçirilmiş və tezis materialları çap edilmişdir. Eyni zamanda bütün konfrans iştirakçılarına LDU-nun rektoru vəzifəsini icra edən prof. Natiq İbrahimov tərəfindən diplom, fərqlənən məruzəçilərə isə fəxri fərmanlar təqdim edilmişdir.

2020-2021-ci tədris ilində təhsil infrasturukturlarını daha da inkişaf etdirən Lənkəran Dövlət Universitetində yeni fakültələrin yaranması ilə bağlı olaraq Tələbə Elmi Cəmiyyətinin də sturukturu yenilənmişdir. 2020-2021-ci tədris ilində Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin nəzdində universitetin 5 fakültəsi üzrə 13 Tələbə Elmi Tədqiqat Dərnəkləri (TETD) yaradılmışdır. Həmin tədqiqat dərnəkləri aşağıdakılardır:

Təbiyyat fakültəsi üzrə:

1. “RİYAZİYYAT VƏ İNFORMATİKA” TETD

2. “KİMYA VƏ FİZİKA” TETD

3. “BİOLOGİYA VƏ EKOLOGİYA” TETD

Tarix, coğrafiya və incəsənət fakültəsi üzrə:

1. “TARİX VƏ ONUN TƏDRİSİ METODİKASI” TETD

2. “COĞRAFİYA VƏ ONUN TƏDRİSİ METODİKASI” TETD

Filologiya və ibtidai təhsil fakültəsi üzrə :

1. “AZƏRBAYCAN DİLİ VƏ ƏDƏBİYYATI” TETD

2. “XARİCİ DİLLƏR VƏ TƏRCÜMƏ” TETD

3. “İBTİDAİ TƏHSİL VƏ MƏKTƏBƏQƏDƏR TƏLİM” TETD

4. “PEDAQOGİKA, PSİXOLOGİYA VƏ İNCƏSƏNƏT FƏNLƏRİ” TETD

İqtisadiyyat və idarəetmə fakültəsi üzrə:

1.“İQTİSADİYYAT VƏ İNNOVATİV İDARƏETMƏ” TETD

2.“MALİYYƏ İDARƏETMƏSİ VƏ AUDİT” TETD

Aqrar və mühəndislik fakültəsi üzrə:

1. “TEXNOLOGİYA VƏ TEXNİKİ FƏNLƏR” TETD

2. “BAYTARLIQ VƏ AQRAR FƏNLƏR” TETD

LDU TEC-in 2020-2021-ci tədris ili üçün nəzərdə tutulan fəaliyyəti hal-hazırda pandemiya şərtlərinə tam uyğun şəkildə davam etdirilir.





Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd