Coğrafiya və onun tədrisi metodikası kafedrası 1992-ci ildə coğrafiya və biologiya adı altında yaranmışdır.1994-cü ildə coğrafiya və ekologiya kafedrası, 1995-ci ildə ətraf mühitin mühafizəsi kafedrası kimi fəaliyyət göstərmişdir. 1997-ci ilin avqust ayından 2020-ci ilə kimi coğrafiya və ekologiya kafedrası, hazırda isə coğrafiya və onun tədrisi metodikası kafedrası kimi faəliyyət göstərir.
Kafedraya 1992-1997-ci illərdə prof. Ş.Y.Göyçaylı, 1997-1998-ci illərdə prof. A.D.Aslanov, 1998-2002-ci illərdə dos.A.A.Qurbanzadə, 2002-2007-ci illərdə dos.B.X.Şahbazov, 2007-2008-ci illərdə dos.R.F.Əliyev, 2009-2016-cı illərdə dos.B.X.Şahbazov, 2017-2021-ci illərdə dos. Z.B.Ağayev rəhbərlik etmişdir. 01 noyabr 2021-ci il tarixindən kafedraya müsabiqə yolu ilə seçilmiş coğ. ü.f.d., dos.S.Q.Əzizov rəhbərlik edir.
Kafedra fəaliyyətə başladığı ilk illərdə burada elmlər doktoru, professor,elmlər namizədi dosent 2 müəllim,1laborant işləmişdir.Onların arasında akademik Məmməd Salmanov, akademik Budaq Budaqov, akademik Ramiz Məmmədov, coğ.elmləri doktorları professor Şövqi Göyçaylı, professor Maqbet Məmmədov, professor Bayram Bayramov, professor Eybalı Mehrəliyev, professor Tapdıq Həsənov, professor Hüseyn Xəlilov,professor Yaqub Qəribov, geologiya – minerologiya elmləri doktorları professor Tofiq Şahsuvarov, professor Aydın Aslanov,coğrafiya elmlər namizədləri, dosent Ağazeynal Qurbanov, dosent Sərhəd Atakişiyev, dosent Sabir Qaramollayev, dosent Akif Mirzəzadə, dosent İldırım Məmmədov, dosent Elxan Nuriyev, dosent Telman Xəlilov, dosent Ənvər Rüstəmov, dosent Rafiq Babayev, dosent Yusif Mustafayev, dosent Nadir Mikayılov, dosent Tofiq Qurbanov, dosent Raqif Əliyev, dosent Rəşad Əliyev, k.t.e.n.,dos.Vaqif Məmmədov, k.t.e.n.dos., Hacırza Təhməzov, k.t.e.n., dos.Balayar Şahbazovz,c.e.n.,b/m Ramiq Kərimov, b/m Sənan Əzizov, b/m Telman Bayramov, müəllimlərdən Mehparə Ağasıyeva, İsmət Qasımova, Günay Kazımova, Gülnarə Məmmədova, Qorxmaz Ağayev, Kazım Əliyev olmuşlar.
2011-ci ildən coğrafiya və ekologiya kafedrasında 2 istiqamət (Coğrafiya və ekologiya), 2 problem (Coğrafi problemlərin həllində modelləşdirmə və Lənkəran regionunda ekoloji tarazlığın qorunması) və 2 mövzu (Lənkəran-Astara bölgəsinin sosial-iqtisadi və coğrafi xüsusiyyətləri, Lənkəran-Astara regionunda ekoloji monitorinqin təşkili) üzrə elmi-tədqiqat işləri aparılır.
Lənkəran-Astara bölgəsinin sosial-iqtisadi və coğrafi xüsusiyyətləri mövzusu üzrə 3 elmi-tədqiqat işi, Lənkəran-Astara regionunda ekoloji monitorinqin təşkili mövzusu üzrə isə 2 elmi-tədqiqat işi aparılır.
Kafedrada tarix və coğrafiya müəllimi və coğrafiya müəllimi ixtisasları üzrə kadr hazırlanır. Kafedra təşkil olunandan bu günə kimi təhsilin bakalavr pilləsi üzrə 1200, magistatura pilləsi üzrə 70-dən artıq dissertasiya işləri yerinə yetirmişdir. Kafedrada eyni zamanda coğrafiya istiqaməti üzrə fiziki coğrafiya,iqtisadi və sosial coğrafiya,biocoğrafiya, təbitətdən isitfadə və təbiəti mühafizə, turizm və sosial mədəni servis xidməti ixtisasları üzrə magistr kadrları da hazırlanmışdır. Hal-hazırda magistratura pilləsi üzrə Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası ixtisası üzrə kadrlar hazırlanır. Hazırda kafedrada magistatura səviyyəsində I tədris ilində 5 nəfər, II tədris ilində 8 nəfər magistr dissertasiya işləri yerinə yetirilir. Kafedrada 4 fəlsəfə doktorluğu, 3 namizədlik işi yerinə yetirilmişdir. Kafedra üzrə müdafiə edən əməkdaşlar aşağıdakılardır:
1. Kərimov Ramiq Fətulla oğlu
2. Əliyev Rəşad Fəxrəddin oğlu
3. Ağayev Ziyafət Bilal oğlu
4. Əzizov Sənan Qərib oğlu
5. Məmmədova Gülnarə Şahab qızı
6. Babayeva Ülkər Allahyar qızı
Hal-hazırda kafedrada 3 doktorant və 2 dissertant təhsil alır.
2025-2026-cı tədris ilində kafedrada aşağıdakı tərkibdə müəllim heyəti çalışır:
1). Coğrafiya, üzrə fəlsəfə doktoru, dosent Əzizov Sənan Qərib oğlu ;
2). Coğrafiya, üzrə fəlsəfə doktoru, dosent Məmmədova Gülnarə Şahab qızı;
3) Coğrafiya, üzrə fəlsəfə doktoru, dosent Mənsimov Taleh Bilal oğlu;
4) Coğrafiya, üzrə fəlsəfə doktoru, dosent Babayeva Ülkər Allahyar qızı;
5). Baş müəllim Bayramov Telman Bəhmən oğlu ;
6). Baş müəllim Əmənov Qalib Alışirin oğlu ;
7). Baş müəllim Əliyev Cavidan Rəhim oğlu ;
8). Müəllim Şabanov Sahil Xeyrulla oğlu ;
9). Müəllim İsmayılov Afiq Dilbazı oğlu
10). Müəllim Şahbazova Leyla Qabil qızı
11). Laborant Abdullayeva Təranə Məzahir qızı
Kafedrada coğrafiya ixtisası üzrə təhsil alan tələbələr bir neçə il ardıcıl olaraq Respublikada keçirilən fənn olimpiadasının və Tələbə Elmi Cəmiyyətinin qalibi olmuş, MİQ imtahanlarında yüksək nəticələr göstərirlər.
Coğrafiya və onun tədrisi metodikası kafedrasında tədris olunan fənnlər:
a) Bakalavr səviyyəsi üzrə
1. Əhali coğrafiyası
2. Coğrafiyanın tədrisi metodikası
3. Coğrafiyanın tədrisinin nəzəri əsasları
4. Biocoğrafiya
5. S/f Azərbaycanın su ehtiyatları və onun ekologiya
6. S/f Azərbaycanın su ehtiyatları
7. Azərbaycanın fiziki coğrafiyası
8. Landşaftşünaslıq və landşaftın ekologiyası
9. Dünyanın iqtisadi və sosial coğrafiyası (Dünya təsərrüfatının coğrafiyası)
10. Regeonal iqtisadi coğrafiya
11. Geodeziya və kartoqrafiya
12. S/f (Azərbaycanın iqtisadi coğrafiyasının tədrisinin məktəb kursu) (xəritədə işləmək)
13. Kartoqrafiya
14. Regeonal fiziki coğrafiya
15. Hidrologiya
16. Azərbaycanın iqtisadi coğrafiyası
17. Torpaq coğrafiyası
18. Landşaftşünaslıq
19. S/f Xəzər dənizinin fiziki coğrafiyası
20. İqtisadi və sosial coğrafiyanın əsasları
21. İqlimşünaslıq
22. S/f Ümumi yerşünaslığa giriş
23. Turizm coğrafiyası
24. Ekologiya və təbiətin mühafizəsi
25. Azərbaycanın iqtisadi coğrafiyası
26. Coğrafiya informasiya sistemləri
27. S/f Ümumtəhsil kurikulum islahatının əsasları
28. İqtisadi və sosial coğrafiyanın əsasları
29. Turizm coğrafiyası
30. S/f MDB-nin ölkələrinin fiziki coğrafiyası
b) Magistr səviyyəsi üzrə
1. Coğrafiya kabineti və meydançasında aparılan işlər
2. Coğrafiya təliminin təşkili və fəal təlim metodları.
3. Coğrafiyanın tədrisi metodikasının tarixi və metodologiyası
4. S/f Coğrafiya tədrisində məzmun komponentləri
5. Coğrafiyanın təbiət elmləri ilə əlaqəli tədrisi
6. Biomüxtəlifliyin mühafizəsində landşaft bərpasının əhəmiyyəti
7. Məktəb coğrafiyasında yeni təlim texnologiyaları
8. S/f Azərbaycanın su ehtiyatları və onun mühafizəsi
9. AMTMOF (Məktəb coğrafiyasının elmi-nəzəri əsasları
10. Coğrafi biliklərin qiymətləndirilməsi
11. Turizm və ətraf mühitin mühafizəsi
12. Coğrafiya tədrisi metodikasının müasir problemləri
13. S/f Tədqiqat üsulları
14. Coğrafiyanın tədrisi metodikasının pedaqoji və psixoloji əsasları
15. Aqrometeorologiya
c) Qeyri-ixtisas qruplarında
1. Ekoloji turizm
2. Turizm marşrutları və ekskursiya işinin təşkili
3. Geodeziya
4. S/f (Coğrafi informasiya sistemləri)
5.S/f Azərbaycanın su ehtiyatları və onun ekologiya
6.S/f Az.sanatoriya və kurort ehtiyyatları
7.S/f İstirahət və müalicə işi
8. Landşaftşünaslıq və landşaftın ekologiyası
9.Yer elminin əsasları
10. Torpaqşünaslıq
11. Ekoloji kartoqrafiya və coğrafiya informasiya s.
12. S/f Coğrafiya informasiya sistemləri: Tətbiqi meşəçilik və meşə pirolologiya
13. Ətraf aləmlə tanışlığın texnologiyası
14. Turizm coğrafiyası
15. Metrologiya və iqlimşünaslıq
16. S/f Azərbaycan coğrafiyası
17.S/f Ekologiya və ətraf mühitin mühafizəsi 18. S/f Alternativ enerji mənbələri:Bərpa olunmayan enerji mənbələri və s.
Kafedra əməkdaşları haqqında
1. Coğrafiya üzrə fəlsəfə doktoru, dosent Əzizov Sənan Qərib oğlu.
senan.ezizov.1958@mail.ru
s.ezizov@lsu.edu.az
Əzizov Sənan Qərib oğlu 1958-ci ildə anadan olmuşdur. 1983-cü ildə ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun (indiki ADPU) Coğrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
1983-85-ci illərdə Lənkəran rayonunun Ləj kənd 8 illik məktəbində, 1985-1997-ci illərdə rayonun İstisu qəsəbə orta məktəbində coğrafiya müəllimi işləmişdir.
S.Q.Əzizov 1997-ci ildən Lənkəran Dövlət Univertitetinin Coğrafiya və ekologiya kafedrasında saat hesabı müəllim,1998-ci ildən müəllim,2003-cü ildən baş müəllim vəzifəsində işləyir.
2009-cu ildə “Lənkəran iqtisadi rayonu əhalisinin məskunlaşmasının idarə edilməsi və optimallaşdırılması yolları” mövzusunda dissertasiya işini müdafiyə edərək Coğrafiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. Hal-hazırda isə Lənkəran Dövlət Universitetində Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. Univertitetdə işlədiyi müddətdə Coğrafiya və ekologiya kafedrasının müdir müavini,Təbiyyat fakültəsinin Elmi Şurasının katibi, 2011-2016-cı illərdə LDU Elmi Metodik Şuranın katibi işləmişdir.
2016-cı ildən Coğrafiya və ekologiya kafedrasını dosentidir.
25 noyabr 2022-ci il tarixində Əməkdar müəllim adı verilmişdir.
Coğrafiya təliminin təşkili və fəal təlim metodları, Coğrafiyanın tədrisi metodikası, Əhali coğrafiyası, Coğrafi biliklərin qiymətləndirilməsi, CTM-in pedaqoji və psixoloji əsasları, S/f Coğrafiya tədrisində məzmun komponentləri və s. fənləri tədris edir.
S.Q.Əzizov “Azərbaycan subtropik təsərrüfat tsikllərinin ərazi fünksional strukturunun coğrafiyası” kitabı, “Azərbaycanın əhalisi metodik vəsaiti”, “Lənkəran-Astara iqtisadi rayonunda əhalinin məskunlaşmasının nizamlanması problemləri” adlı dərs vəsaiti, 7 fənn proqramı və 75- dən çox elmi məqalə və tezisin müəllifidir. LDU-da, həmçinin digər ali məktəblərdə keçirilən respublika və beynəlxalq səviyyəli konfranslarda çıxış etmişdir.
2. Coğrafiya üzrə fəlsəfə doktoru., dosent Məmmədova Gülnarə Şahab qızı
mammedova_gulnare@mail.ru
g.mamedova@lsu.edu.az Məmmədova Gülnarə Şahab qızı 1978-ci il iyun ayının 17-də Lənkəran rayonunda anadan olmuşdur. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin Biologiya ixtisasını, 2001-ci ildə isə həmən universitetun magistraturasının Biocoğafiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
2001-ci ildən Coğrafiya və ekologiya kafedrasında laborant vəzifəsində əmək fəaliyyətinə başlamış və 2003-cü ildən 2013-cü ilə qədər həmin kafedrada tam ştat müəllim vəzifəsində işləmişdir.
2013-2016-cı illərdə İqtisadiyyat və idarəetmə fakültəsində tyutor vəzifəsində işləmişdir. 2016-cı ildən Coğrafiya və ekologiya kafedrasında tam ştat müəllim vəzifəsində çalışır. 2016–cı il may ayında Azərbaycan Milli Elmlər Akademiyasında Coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün 5409.01 Geomorfologiya ixtisasında “Kürün sol sahilinin Dördüncü dövrdəki paleoekologiyası” mövzusunda dissertasiya işini müdafiə etmişdir və 2017-ci il iyul ayında coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Bir dərs vəsaiti, 2 fənn proqramı, 53-yə yaxın elmi məqalə və tezisin müəllifidir.
Bakalavır pilləsində Geomorfologiya, Geologiya, Biocoğrafiya, S/F Azərbaycanda sanatoriya və kurort ehtiyyatları, Səyahət agentlikləri və tur operatorluğu, Magistr pilləsində Tədqiqat üsulları, Coğrafiyanın tədrisi metodikasının pedaqoji və psixoloji əsasları, Turizm və ətraf mühitin mühafizəsi, Biomüxtəlifliyin mühafizəsində landşaft bərpasının əhəmiyyəti, S/f Azərbaycanın su ehtiyatları və onun mühafizəsi ,Coğrafiyanın təbiət elmləri ilə əlaqəli tədrisi fənlərini tədris edir.
3. Baş müəllim Bayramov Telman Bəhmən oğlu
bayramov.47@mail.ru
t.bayramov@lsu.edu.az
Bayramov Telman Bəhmən oğlu 24 sentyabr 1948-ci ildə anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya fakültəsini bitirmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin Coğrafiya və onun tədrisi metodikası kafedrasında tam ştat baş müəllim vəzifəsində çalışır.1976-cı ildə Azərbaycan Respublikasının qabaqcıl maarif xadimi,1981-ci ildə Baş müəllim, 1986-cı ildə Metodist müəllim,1987-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetində yenidənqurma kursunu bitirib.Regionların iqtisadi və sosial coğrafiyası, Materik və okenaların fiziki coğrafiyası, Geodeziya, topoqarfiyanın əsasları və kartoqrafiya fənlərini tədris edir. “Böyük Qafqazın cənub yamacında faydalı qazıntı sərvətlərinin istismarının ekoloji mühitə təsiri”, “Azərbaycanın təbii sərvətlərinin paylanmasında ekosistemin tərkib hissəsi olan relyefin rolu”, “Çay dərələrini formalaşdıran əsas amillər” və s. elmi məqalələri çap olunmuşdur. (cəmi 14 məqalə və tezis)
4. Baş müəllim Əmənov Qalib Alışirin oğlu.
75winner@mail.ru
q.amanov@lsu.edu.az
17 sentyabr 1975-ci ildə Lerik rayonunun Nücü kəndində anadan olmuşdur. 1992-ci ildə Lerik rayon Nücü kənd tam orta məktəbini bitirmişdir. 1994-1997-ci illərdə hərbi xidmət zamanı I Qarabağ müharibəsində Murovdağ uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Qarabağ müharibəsi veteranıdır. 1999-cü illədə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin Coğrafiya ixtsasına daxil olmuş, 2003-cü ildə bakalavr pilləsini, 2005-ci ildə isə magistartura pilləsi üzrə İqtisadi və sosial coğrafiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2005-ci ildə Lənkəran Dövlət Universitetində kiçik elmi işçi, elmi işçi, dekan müavini vəzifələrində işləmişdir. 2011-ci ildən AMEA-nın H.Ə.Əliyev adına Coğrafiya İnsititutunun dissertantıdır. Hazırda Coğrafiya və onun tədrisi metodikası kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. Həmçinin Universitetin Tarix coğrafiya və incəsənət fakültəsinin Tələbə Elmi Cəmiyyətinin sədridir. 20-dən çox məqalə və tezisin müəllifidir.
5. Baş müəllim Əliyev Cavidan Rəhim oğlu
cavidan99@list.ru
c.aliyev@lsu.edu.az
09 oktyabr 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2012-ci il Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin Coğrafiyaçı, coğrafiya müəllimi ixtisasını, 2015-ci ildə Rusiya Dövlət Hidrometeorologiya İnstitutunun Hidrometeorologiya ixtisası üzrə magistr təhsili pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci il avqust ayında Milli Hidrometeorologiya departamentində aparıcı mühəndis sinoptik vəzifəsində işləmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin Coğrfaiya və onun tədrisi metodikası kafedrasında 1,0 ştat müəllim vəzifəsində işləyir. İndiyə qədər 3 məqalə və 3 tezisi çap olunub.
6. Müəllim Şabanov Sahil Xeyrulla oğlu
sahilsabanovx@icloud.com
s.shabanov@lsu.edu.az Shabanov123
26 fevral 1983-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2000-ci ildə Lənkəran şəhər 9 saylı tam orta məktəbi, 2004-çü ildə Lənkəran Dövlət Universitetinin Coğrafiya ixtisasını bitirmişdir. 2004-2006-cı illərdə Lənkəran Dövlət Universitetinin magistatura şöbəsinin İqtisadi coğrafiya ixtisaslaşması üzrə təhsil almışdır. 2006-2007-ci illərdə hərbi xidmətdə olmuşdur. 2007-2019-cu illərdə Respublikamızın bir çox özəl liseylərində coğrafiya müəllimi kimi çalışmışdır. 2019-cu ildən Lənkəran Dövlət Universitetində tyutor, 2021-çi il sentyabr ayından Coğrafiya və onun tədrisi metodikası kafedrsında 0,5 ştat müəllim vəzifəsində çalışır.
7. Babayeva Ülkər Allahyar qızı
babayevauka@gmail.com
u.babayeva@lsu.edu.az
1992-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində ziyalı ailəsində anadan olmuşdur. 2009-cu ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbi bitirmiş, Lənkəran Dövlət Universitetinin Coğrafiya müəllimliyi ixtisasına qəbul olunmuşdur. 2013-cü ildə bakalavr səviyyəsi, 2016-cı ildə Azərbaycanın fiziki coğrafiyası ixtisaslaşması üzrə magistr səviyyəsi üzrə təhsilini başa vurmuş, həmin il Lənkəran Dövlət Universitetinin Geoekologiya ixtisaslaşması üzrə doktorantura səviyyəsinə qəbul olunmuşdur. Təhsil aldığı müddətdə Tarix və onun tədrisi metodikası kafedrasının laborantı, Elm və tədqiqat işləri şöbəsinin elmi işlər üzrə mütəxəssisi, daha sonra böyük mütəxəssisi vəzifəsində çalışmışdır. Hazırda Lənkəran Dövlət Universitetinin Elm və tədqiqat işləri şöbəsinin müdiridir. Həmçinin Biologiya və Ekologiya kafedrasının müəllimi və doktorantı olmuşdur. 14 oktyabr 2022-ci ildə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Lənkəran fiziki-coğrafi vilayətində təbiətdən istifadənin yaratdığı ekoloji-coğrafi problemlər və onların həlli yolları” mövzusunda təqdim edilmiş dissertasiyanı müdafiə etmiş, 30.11.2023-cü ildə coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2022-ci il sentyabr ayından Coğrafiya və onun tədrisi metodikası kafedrasının 0,5 ştat müəllimidir. 24 elmi əsərin müəllifidir.
8.Mənsimov Taleh Bilal oğlu
bilaloglutaleh@gmail.com
t.mensimov@lsu.edu.az
Mənsimov Taleh Bilal oğlu 15 avqust 1979-cu ildə Lənkəran rayonu, Boladi kəndində anadan olub. 1996-cı ildə Boladi kənd (Lənkəran) 1 saylı məktəbi bitirdikdən sonra Lənkəran Dövlət Universitetinə daxil olub. 2000-ci ildə bakalavriat, 2002-ci ildə isə İqtisadi və sosial coğrafiya üzrə magistratura pilləsini Lənkəran Dövlət Universitetində başa vurub. 2002-2005- ci illərdə Gəncə Dövlət Universitetində doktorantura pilləsində təhsilini davam etdirmiş, 2010-cu ildə AAK-ın qərarı ilə ona coğrafiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
2000-ci ildən etibarən müxtəlif özəl lisey və gimnaziyalarda, həmçinin hazırlıq kurslarında coğrafiya müəllimi və idarəçi vəzifələrində çalışıb. Hazırda Cənub HM-də icraçı direktor vəzifəsində işləyir. 15 sentyabr 2023-cü ildən Lənkəran Dövlət Universitetinin Coğrafiya və onun tədrisi metodikası kafedrasının 0,5 ştat müəllimidir. 8 elmi əsərin müəllifidir.
9.İsmayılov Afiq Dilbazi oğlu.
afiq.ismayilov.88@mail.ru
afiq.ismayılov@lsu.edu.az
25 aprel 1988-ci ildə Lənkəran rayonunun Lüvəsər kəndində anadan olmuşdur. 2006-cı ildə Azərbaycan Pedaqoji Universitetinin Coğrafiya fakültəsinə qəbul olmuşdur. 2010-cu ildə Coğrafiya ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. 2022-ci ildə Lənkəran Dövlət Universitetinin Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir. 2010-cu ildən ixtisası üzrə əmək fəaliyyətinə başlamışdır. Əmək fəaliyyəti müddətində Lerik rayon Bibiyoni kənd ümumi orta məktəbində, Lənkəran rayon Tütəpeştə kənd ümumi orta məkəbində, Lənkəran rayon Şürük kənd tam orta məktəbində, Lənkəran rayon Ləj kənd tam orta məktəbində, Lənkəran rayon Bəlləbur kənd tam orta məktəbində, Bakı şəhər 155 nömrəli tam orta məktəbdə, Bakı şəhər 115 nömrəli tam orta məktəbdə, Bakı şəhər 103 nömrəli xüsusi əyani-qiyabi tam orta məktəbdə, Bakı şəhər 6 nömrəli məktəb liseydə, müxtəlif özəl kurslarda coğrafiya müəllimi olaraq çalışmışdır. 2016-cı ildən hal-hazıradək Elm və təhsil nazirliyində dərslikləri qiymətləndirmə şurasının ekspertidir. 2024-cu ildən etibarən Lənkəran Dövlət Universitetində 1.0 ştat, müəllim olaraq əmək fəaliyyətinə başlamışdır. Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin layihə qalibi, teledərslər layihəsində səmərəli fəaliyyətinə və yüksək peşəkarlıq nümayiş etdirdiyinə görə təhsil nazirliyinin təşəkkürnaməsi ilə təltif edilmişdir. Azərbaycan Respublikası Təhsil İnstitunun sifarişi əsasında şagird nailiyyətlərinin qiymətləndirilməsi üçün metodik tövsiyələr. Müasir yanaşma, innovativ metodlar adlı metodik tövsiyə, abituriyentlər və müəllimlər üçün 1 coğrafiya kitabının , 1 test toplusunun və 2 tezisin müəllifidir.
10. Şahbazova Leyla Qabil qızı
Ieyla.shahbazova95@gmail.com
Leyla.shahbazova@lsu.edu.az
Şahbazova Leyla Qabil qızı 13 May 1995-ci ildə Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. Orta təhsilini 2001-2012-ci illərdə Lənkəran şəhər M.Bağırov adına 1 saylı tam orta məktəbdə alıb. Lənkəran Dövlət Universitetində 2012-2016-cı illərdə bakalavriat səviyyəsi üzrə Tarix və coğrafiya müəllimliyi ixtisasını, 2023-2024-cü illərdə magistratura səviyyəsi üzrə Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası ixtisasını bitirib.
2016-2020-ci illərdə Lənkəran rayon M.Əbilov adına Şağlakücə kənd tam orta məktəbdə UBTR vəzifəsində, 2020-2021-ci illərdə Astara şəhər F.Əliyarov adına 6 saylı tam orta məktəbdə coğrafiya müəllimi vəzifəsində fəaliyyət göstərib. 2021-ci ildən hal-hazıradək Astara rayon T.Rüstəmov adına Miki kənd ümumi orta məktəbdə coğrafiya müəllimi işləyir. 18 sentyabr 2024-cü il tarixindən Lənkəran Dövlət Universitetinin Coğrafiya və onun tədrisi metodikası kafedrasının 0,5 ştat müəllimidir. 1 məqalə və 3 tezisin müəllifidir.
Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi
Kafedranın ünvanı : Lənkəran şəhəri, Əli Məmmədov küç. 40
Telefon:
Elektron ünvanı: Lsu.edu.az
Faks nömrəsi:
Kafedra haqqında məlumatları Dos. Sənan Əzizov təqdim etmişdir.