Lənkəran Dövlət Universitetinin Filologiya və ibtidai təhsil fakültəsi universitet üzrə 03 iyul 2020-ci il tarixli 4/39 saylı əmrlə Humanitar fakültənin bazası əsasında yaradılmışdır. Fakültəyə filologiya üzrə fəlsəfə doktoru, dosent Elman Savad oğlu Mirzəyev rəhbərlik edir.
Fakültədə 3 kafedra fəaliyyət göstərir:
1. Azərbaycan dili və ədəbiyyat
2. Xarici dillər
3. İbtidai təhsil və məktəbəqədər təlim
Fakültədə aşağıdakı istiqamətlər üzrə mütəxəssis hazırlığı aparılır:
Bakalavriat səviyyəsi üzrə ixtisaslar:
1. Filologiya (Azərbaycan dili və ədəbiyyatı üzrə)
2. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi
3. Xarici dil (ingilis dili) müəllimliyi
4. İbtidai sinif müəllimliyi
5. Məktəbəqədər təhsil
6. Təhsildə sosial-psixoloji xidmət
7. Psixologiya
Magistratura səviyyəsi üzrə ixtisaslaşmalar:
1. Azərbaycan dili və ədəbiyyatının tədrisi
2. Xarici dilin (ingilis dili) tədrisi
3. İbtidai təhsil
4. Məktəbəqədər yaş dövrünün inkişafı və təhsili
5. Məktəbəhazırlığın təşkili
Doktorantura və dissertantura səviyyəsi üzrə:
1. Müqayisəli tarixi və müqayisəli-tipoloji dilçilik
Fakültə dekanı Mirzəyev Elman Savad oğlu
28 mart 1979-cu ildə Masallı rayonunun Meşəkənarı kəndində anadan olmuşdur. Meşəkənarı kənd ümumi orta məktəbini (1994) və Təzə Alvadı kənd 1 saylı tam orta məktəbini (1996) bitirmişdir. 1996-2000-ci illərdə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 2000-2007-ci illərdə həmin universitetin əyani magistrantı və aspirantı olmuşdur. 2008-ci ildə AMEA-nın Dilçilik İnstitutunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 2009-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında kafedra müdiri və Təfəkkür Universitetində 0,5 ştatda dosent vəzifələrində çalışmışdır. 2016-cı ildən elmi-pedaqoji fəaliyyətini Lənkəran Dövlət Universitetində davam etdirir. 2017-2018-ci illərdə universitet Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 2021-ci ilin noyabrından Filologiya və ibtidai təhsil fakültəsinin dekanıdır. 2 monoqrafiya, bir neçə fənn proqramı və dərs vəsaitinin, yerli və xarici (Türkiyə, Rusiya, Qazaxıstan) elmi jurnallarda çap olunmuş 40-dan artıq elmi məqalə və tezisin müəllifidir.
Elektron ünvanı: e.mirzeyev@lsu.edu.az
Tədris işləri üzrə dekan müavini:: Azad Məhəmməd Dərgah oğlu
24 avqust 1996-cı il Ağcabədi rayonunun Avşar kəndində anadan olmuşdur. İlk təhsilini Ağcabədi Rayon Nizami Gəncəvi adına Avşar kənd 1 nömrəli tam orta məktəbində (2002-2013) almışdır. 2014-2016-cı illərdə hərbi xidmətdə olmuşdur. 2018-2022-ci illərdə Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasında bakalavr təhsili almışdır. 2022-2024-cü illərdə Azərbaycan Universitetində Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsili almışdır. 2022-2024-cü illərdə Azərbaycan Universitetində hüquqşünas köməkçisi və Humanitar fənlər fakültəsinin mütəxəssisi vəzifələrində çalışmışdır. 2024-cü ildən Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı kafedrasında müəllim kimi fəaliyyətə başalmışdır. 2026-ci ilin aprel ayından Filologiya və ibtidai təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsində çalışır.
Elektron ünvanı: azad.mahammad@lsu.edu.az
Sosial məsələlər üzrə dekan müavini: İbrahimova Cəmilə Məzahir qızı
23 noyabr 1992-ci ildə Lənkəran rayonunun Türkəkəran kəndində anadan olmuşdur. 2010-cu ildə Lənkəran Dövlət Universitetinin Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına qəbul olunmuşdur. 2014-cü ildə həmin ixtisas üzrə bakalavr səviyyəsini bitirmişdir. 2017-2019-cu illərdə Lənkəran Dövlət Universitetində İngilis dilinin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistr təhsilini fərqlənmə ilə başa vurmuşdur. 2014-2021-ci illərdə Lənkəran Dövlət Universitetində laborant və operator-kargüzar vəzifələrində çalışmışdır. 2016-cı ildən Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin katibidir. 2020-2021-ci tədris ilindən Lənkəran Dövlət Universitetinin Xarici dillər kafedrasında İngilis dili müəllimi kimi fəaliyyət göstərir. 2024-cü ildən həmin kafedranın 5714.01– “Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik” ixtisası üzrə dissertantıdır. Lənkəran Dövlət Universiteti Filologiya və ibtidai təhsil fakultəsində Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır. 6 elmi məqalə və tezisin müəllifidir.
Elektron ünvanı: c.ibrahimova@lsu.edu.az
Operator-kargüzar: Hüccətova Aygül Fərahim qızı
1 may 1990-cı il Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini 1996-2007-ci illərdə Lənkəran şəhər 3 saylı orta məktəbində almışdır. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənət müəllimliyi ixtisasına bakalavr səviyyəsi üzrə daxil olmuş, 2013-cü ildə həmin ixtisası bitirmişdir. Əmək fəaliyyətinə 2014-cü ilin may ayından Lənkəran Dövlət Universitetinin Dil və ədəbiyyat kafedrasında laborant kimi başlamışdır. 2022-2024-cü illərdə Tarix-coğrafiya və incəsənət fakültəsində baş laborant vəzifəsində işləmişdir. 2024-cü ilin noyabr ayından Filologiya və ibtidai təhsil fakültəsində operator-kargüzar vəzifəsində çalışır.
Elektron ünvanı: aygul.fm@lsu.edu.az
Fakültənin ünvanı: Lənkəran şəhəri, Əli Məmmədov küçəsi - 40 , 2 saylı tədris binası.
Telefon: (+994) 025 25-3-35-01
Elektron ünvanı: filologiyaibtidai@gmail.com
Fakültə haqqında məlumatları dos.Elman Mirzəyev təqdim etmişdir.