Təbiyyat fakültəsi

Təbiyyat fakütəsi Lənkəran Dövlət Universitetinin ən böyük fakültələrindən biridir. Fakültə 1992-ci ildən fəaliyyət göstərir. Müxtəlif dövrlərdə fakültədə geniş profilli mütəxəssislər hazırlanmışdır. Fakültədə riyaziyyat, fizika, kimya, biologiya, ekologiya istiqamətində fundamental və regional əhəmiyyətli tədqiqatlar aparılır. Fakültəyə dosent Paşayev Nahid Cəlil oğlu rəhbərlik edir.

Fakültədə bakalavriat, magistratura və doktorantura/dissertantura səviyyələrində aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlanır:

Bakalavriat səviyyəsi üzrə:

- 6001017 - Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi;

- 6001012 - Kimya və biologiya müəllimliyi;

- 6001015 - Riyaziyyat müəllimliyi;

- 6001005 - Fizika müəllimliyi;

- 6001020 - Texnologiya müəllimliyi;

- 6005004 - Ekologiya.

Magistratura səviyyəsi üzrə:

7001001 - Pedaqogika ixtisası üzrə ixtisaslaşma:

- Riyaziyyatın tədrisi;

- İnformatikanın tədrisi;

- Biologiyanın tədrisi;

- Kimyanın tədrisi;

- Texnologiyanın tədrisi;

- Fizikanın tədrisi;

7005004 - Ekologiya ixtisası üzrə ixtisaslaşmalar:

- Ətraf mühitin mühafizə və bərpa metodları.

Doktorantura səviyyəsi üzrə:

- Diferensial tənliklər

- Kompüter elmləri

- Analitik kimya

- Üzvi kimya

- Ekologiya

- Genetika

- Mikrobiologiya

Təbiyyat fakültəsində 2 kafedra fəaliyyət göstərir:

“Riyaziyyat və informatika” kafedrası

“Fizika, kimya və biologiya” kafedrası

Fakültədə tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aşağıdakı laboratoriyalar fəaliyyət göstərir:

- Fizika laboratoriyası;

- Kimya laboratoriyası;

- Biologiya laboratoriyaı;

- İnformatika laboratoriyası.

Fakültə dekanı: riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Paşayev Nahid Cəlil oğlu

1964-cü ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. BDU-nin “Tətbiqi-riyaziyyat” fakültəsini bitirmişdir. 1999-cu ildən Lənkəran Dövlət Universitetində müəllim, baş müəllim, dosent, dekan müavini, inzibati təsərrüfat işləri üzrə prorektor, riyaziyyat və informatika kafedrasının müdiri vəzifəsində çalışmışdır. 2010-cu ildə LDU-nun “Diferensial tənliklər” ixtisasının doktorantı olmuşdur. 2014-cü ildə “Diferensial tənliklər” ixtisası üzrə riy.ü.f.d. elmi adı və 2015-ci ildən isə “Diferensial tənliklər” ixtisası üzrə dosentdir. 04 oktyabr 2024-cü il tarixindən Təbiyyat fakültəsində dekan vəzifəsində çalışır. 53 elmi məqalə-tezis, 1 metodik vəsait, 3 dərs vəsaiti və 3 fənn proqramının müəllifidir. Bir sıra qrant layihələrində iştirak etmişdir.

E-mail: n.pashayev@lsu.edu.az

Tədris işləri üzrə dekan müavini: riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fərzullazadə Abid Qalib oğlu

09.06.1995-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olmuşdur. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olmuş və 2016-cı ildə bitirmişdir. Həmin il də LDU-nun magistratura səviyyəsi üzrə Riyaziyyat ixtisasının Riyazi analiz ixtisaslaşmasına qəbul olmuş və magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2018-2022-ci illərdə Diferensial tənliklər ixtisası üzrə doktorantura təhsili almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 iyun 2025-ci il tarixli qərarı ilə ona riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

Əmək fəaliyyətinə 2018-ci ildə LDU-da Elm şöbəsində Doktorantura və dissertantura işləri üzrə mütəxəsis olaraq başlamışdır. 2019-cu ildən Riyaziyyat və informatika kafedrasının müəllimi, hal-hazırda isə 0.5 ştat dosentidir.

20 elmi məqalə və tezisin müəllifidir.

E-mail: a.farzullazade@lsu.edu.az

Sosial məsələlər üzrə dekan müavini: fizika üzrə fəlsəfə doktoru, dosent Elnur Əhmədağa oğlu Dadaşov

1982-ci ildə Astara rayonunun Siyakü kəndində anadan olmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin Fizika ixtisasına daxil olmuşdur. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi almışdır. 2007-2011-ci illərdə “Nəzəri fizika ” ixtisası üzrə doktorantura təhsili almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 sentyabr 2012-ci il tarixli qərarı ilə ona “2212.01-Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin Texnologiya və texniki fənlər kafedrasında, 2018-ci ildən Kimya və fizika kafedrasında, 2025-ci ildən Fizika, kimya və biologiya kafedrasında müəllim kimi işləyir.

20 məqalə və tezisin, 3 dərs vəsaitinin, 1 fənn proqramının müəllifidir.

2025-ci ilin sentyabr ayından Təbiyyat fakültəsinin sosial məsələlər üzrə dekan müavinidir.

E-mail: edadashov@lsu.edu.az

Operator-kargüzar: İbadzadə Gülay Şahin qızı

14 oktyabr 2001-ci ildə Lənkəran rayonunun Yuxarı Nüvədi kəndində anadan olmuşdur. 2007-ci ildə Kosalar kənd ümumtəhsil məktəbin birinci sinfinə getmiş, 2018-ci ildə M. Həmzəyev adına Səpnəkəran kənd tam orta məktəbini bitirmişdir. Həmin il Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və İdarəetmə” fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olunmuşdur. 2022-ci ildə həmin ixtisası bakalavr pilləsi üzrə bitirmişdir. 2 iyun 2025-ci il tarixindən Təbiyyat fakültəsinə laborant vəzifəsinə işə qəbul olunub. 06 yanvar 2026-cı il tarixindən Təbiyyat fakültəsində operator-kargüzar vəzifəsində çalışır.

E-mail: gulayibadova011@gmail.com

Fakültənin ünvanı: Lənkəran şəhəri , H.Z.Tağıyev küçəsi -118 , 3 saylı tədris korpusu.

Telefon: (+994) 025 254 39 94

Elektron ünvanı: tebiyyat@lsu.edu.az

Faks nömrəsi: +994-0-25-25-5-27-86

Fakültə haqqında məlumatları dos. Paşayev Nahid təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd