Aqrar və mühəndislik fakültəsi

Aqrar və mühəndislik fakültəsi Lənkəran Dövlət Universitetinin 04.07.2016- cı il tarixli 1/58 saylı əmri ilə yaradılmışdır. Fakültədə 1005 tələbə təhsil alır.

Fakültədə intelektual texnologiyalar, süni intellekt sistemləri, ekspert sistemləri, qida texnologiyası, aqrokimya, torpaqşünaslıq, bitki mühafizəsi, seleksiya və toxumçuluq, heyvan anatomiyası və zoogigiyena, baytar-sanitar ekspertizası istiqamətləri üzrə tədqiqatlar aparılır.

Aqrar və mühəndislik fakültəsində mütəxəssis hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır:

Bakalavriat səviyyəsi:

İnformasiya texnologiyaları (əyani və qiyabi)

Kompüter mühəndisliyi

İnformasiya təhlükəsizliyi

Qida mühəndisliyi

Şərabçılıq

Aqromühəndislik

Torpaqşünaslıq və aqrokimya (əyani və qiyabi)

Aqronomluq (əyani və qiyabi)

Bitki mühafizəsi

Bağçılıq və tərəvəzçilik

Meşəçilik (əyani və qiyabi)

Magistratura səviyyəsi üzrə ixtisaslaşmalar:

Qida təhlükəsizliyi

Meyvəçilik

Baytar-sanitar ekspertizası

Meşə quruluşu

Kompüter mühəndisliyi

İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri

Aqrokimya

Doktorantura üzrə ixtisaslar:

Qida məhsulları texnologiyası

Aqrar və mühəndislik fakültəsində 2 kafedra fəaliyyət göstərir:

Texnologiya və texniki elmlər kafedrası

Aqrar elmləri kafedrası

Fakültə dekanı haqqında.

Şahbazov Balayar Xanqulu oğlu 10.01.1958 - ci ildə Lerik rayonunun Sors kəndində anadan olmuşdur. 1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq ixtisasını fərqlənmə diplomu ilə bitirib alim aqronom ixtisasına yiyələnmişdir. 1982-ci ildən Elmi Tədqiqat Tərəvəzçilik İnstitutunun Lənkəran Zona Təcrübə stansiyasında kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifəsində işləmişdir. 1996-cı ildə namizədlik dissertasiya işini müdafiə etmiş, 2002-ci ildə isə dosent elmi adını almışdır.1998-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetində müəllim, 1999-cu ilin iyul ayından 2007-ci ilin may ayına kimi magistratura və aspirantura işləri üzrə məsul şəxs, eyni zamanda 2002-2007-ci illərdə Coğrafiya və ekologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. 2005-2006-cı illərdə Lənkəran Dövlət Universitetində elmi işlər üzrə prorektor vəzifəsində, 2007-2009-cu illərdə Təbiyyat fakültəsinin dekanı, 2009-2016-cı illərdə Coğrafiya və ekologiya kafedrasının müdiri vəzifəsində, 2016-cı ilin sentyabr ayından Aqrar və mühəndislik fakültəsinin dekanı vəzifəsində çalışır. 2002-ci ildə gənc alimlər arasında keçirilən müsabiqədə “Beynəlxalq vektor”un qalibi olmuşdur. 70-dən çox elmi məqalənin, o cümlədən, 4 dərs vəsaiti, 1 monoqrafiya, 1 metodiki iş, 6 fənn proqramının müəllifidir.

E- poçt: b.shahbazov@lsu.edu.az

Fakültənin əməkdaşları :

Tədris işləri üzrə dekan müavini: Şəbinə Ağadin qızı Niftullayeva

2007-2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsində bakalavr təhsili almışdır. Elə həmin il Sumqayıt Dövlət Universitetinin Riyaziyyat istiqamətində Diferensial tənliklər ixtisası üzrə magistraturaya qəbul olmuş 2013-cü ildə magistr təhsilini başa vurmuşdur. Daha sonra 2014-cü ildə Lənkəran Dövlət Universitetinə Diferensial tənliklər ixtisası üzrə doktoranturaya qəbul olmuşdur, 2025-ci ildə “Qarışıq və birgə tip tənliklər üçün sərhəd məsələlərinin həllərinin keyfiyyət xassələri” adlı dissertasiya işini müdafiə etmiş və ona Ali Attestasiya Komissiyası Kollegiyasının qərarı ilə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. 23 elmi işin müəllifidir. Bunlardan 9-u məqalə, 14-ü tezisdir. Analitik həndəsə və cəbr fənni üzrə fənn proqramının müəllifidir.

LDU-da 01 oktyabr 2013-cü il tarixdən Fizika-riyaziyyat və informatika kafedrasında 1.0 ştat baş laborant kimi əmək fəaliyyətinə başlamışdır. 10.02.2014-cü ildən “Riyazi iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri” elmi tədqiqat laboratoriyasında kiçik elmi işçi, 25.02.2015-ci il tarixdən dəftərxana inspektoru, 01.06.2015-ci il tarixdən dəftərxana müdiri, 08.06.2016-cı tarixdən dəftərxana işləri üzrə mütəxəssis, 01.02.2017-ci il tarixdən Riyaziyyat və informatika kafedrasında əvəzçiliklə 0.5 ştat müəllim, 06.03.2017-ci il tarixdən 05.01.2023-cü il tarixinədək Təbiyyat fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. Daha sonra 01.12.2023-cü il tarixdən 05.01.2023-cü il tarixinədək Riyaziyyat və informatika kafedrasında 0.5 ştat baş müəllim vəzifəsində çalışmışdır. 05.01.2023-cü il tarixdən 18.02.2026-cı il tarixinədək Riyaziyyat və informatika kafedrasında 1.0 ştat baş müəllim vəzifəsində, həmçinin 05.01.2023-cü il tarixindən 18.02.2026-cı il tarixinədək Təbiyyat fakültəsində Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışmışdır. 18.02.2026-cı il tarixindən hal –hazıradək Texnologiya və texniki elmlər kafedrasının 0.5 ştat baş müəllim və LDU-nun Aqrar və mühəndislik fakültəsinin 1.0 ştat Tədris işləri üzrə dekan müavini vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

E- poçt :sh.niftullayeva@lsu.edu.az

Sosial məsələlər üzrə dekan müavini: Vüsalə Xudaşirin qızı Muradova

1977-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1994-1998-ci illərdə Odlar Yurdu Universitetində İnformasiyanın emalı və avtomatlaşdırılmış sistemlərin idarə edilməsi ixtisası üzrə bakalavr təhsili almışdır. 2001-2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında İnformasiyanın emalı və avtomatlaşdırılmış sistemlərin idarə edilməsi ixtisası üzrə magistr təhsilini alıb. 2014-2017-ci illərdə Ukrayna Respublikasının Xarkov Milli Radioelektronika Universitetində təhsilin aspirantura pilləsini başa vurmuşdur. 2021-ci ildə həmin universitetdə “Distant təhsil sistemlərində biliyin keyfiyyətininin ekspert qiymətləndirilməsi üçün modellər və alətlər” mövzusunda dissertasiya müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2023-cü ildə Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası Kollegiyasının qərarı ilə fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunmuşdur.

Ukrayna, Azərbaycan, Türkiyədə keçirilən elmi konfranslarda tezis və məqalələrin müəllifidir. 28 elmi məqalənin müəllifidir, bunlardan 4 məqalə Scopus elmi metrik bazasında indeksləşdirilib, “Kibertəhlükəsizliyin əsasları” fənni üzrə fənn proqramının və 1 metodik vəsaitin müəllifidir.

1998-2012-ci illərdə Lənkəran Dövlət Universitetində müəllim, 2013-2022-ci illərdə Ukrayna Respublikasının, Xarkov Milli Radioelektronika Universitetində asisstent və baş müəllim kimi çalışmışdır. Hal-hazırda Lənkəran Dövlət Universitetinin Texnologiya və texniki elmlər kafedrasının tam ştat dosentidir. Aqrar və mühəndislik fakültəsinin Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

E- poçt: vusala.muradova@lsu.edu.az

Məmmədova Brilyant Vüqar qızı 18 sentyabr 2001-ci il tarixində Lənkəran rayonun Digah kəndində anadan olmuşdur. 2018-ci il tarixində Lənkəran Dövlət Universitetinin İbtidai sinif müəllimliyi ixtisasına qəbul olmuş, 2022-ci il tarixində həmin ixtisası bitirmişdir. 2022-ci il tarixində Lənkəran Dövlət Universitetinin laborantı kimi əmək fəaliyyətinə başlamışdır. Hal-hazırda bu vəzifədə çalışır.

E-poçt: brilyant180901@gmail.com

Fakültənin ünvanı: Lənkəran şəhəri, Fizuli küçəsi- 170a, 1 saylı tədris korpusu

Telefon: (+994) 025 255 04 25

Faks nömrəsi: (+994) 025 255 27 86

E- poçt: aqrar_muh@lsu.edu.az

Fakültə haqqında məlumatları dos. Balayar Şahbazov təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd