Sosial işlər və tədbirlərin təşkili şöbəsi


Sosial işlərin və Tədbirlərin Təşkili Şöbəsinin əsas fəaliyyət istiqaməti:

- Dövlət proqramlarından, normative hüquqi aktlardan irəli gələn tədbirlərin həyata keçirilməsi;

- Milli mənəvi dəyərlərin, azərbaycançılıq ideologiyasının təbliği;

- Tarixi əlamətdar günlər, milli bayramlar, anım tədbirlərinin təşkili;

- Azərbaycanın əarzi bütövlüyü uğrunda müharibədə iştirak etmiş döyüşçülərin təbliğ edilməsi;

- Konfransların, seminarların, dəyirmi masaların, mədəni-kütləvi və idman tədbirlərinin təşkil edilməsi;

- Tələbələrin sosial, mədəni və ictimai fəaliyyətlərə cəlb edilməsi;

- Könüllülük, sağlam həayat tərzi, vəıtənpərvəlik istiqamətində tədbirlərin təşviqi;

- Yartadıcılıq və bədii qrupların, tələıbə klublarının fəaliyyətinin təşkili;

- Karyera günlərinin, məzun yarmarkalarının keçirilməsi;

- tələbə ictimai birliklərinin işinin əlaqələndirilməsi;

- tələbələrlə psixoloji və sosial işin həyata keçirilməsi, tələbələrin sosial vəziyyətinin araşdırılması və bununla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi.

- Qanunvericiliklə nəzərdə tutulmuş digər funksiyaların yerinə yetirilməsi;

Şöbənin əsas məqsədi tələbələrin və əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, tələbə gənclərin mədəni-estetik inkişafına dəstək göstərilməsi, sağlam həyat tərzinin təbliği, social-mədəni, elmi və maarifləndirici tədbirlərin təşkili və həyata keçirilməsi, istedadlı tələbələrin üzə çıxarılması, onlar qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək göstərilməsi, gənclərimizin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik ruhunda tərbiyə edilməsi, tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, sosial aktivliyin artırılması, Azərbaycan dövlətinin gənclərlə bağlı siyasi xəttinin uğurla həayata keçirilməsidir.

Azərbaycan Respublikası Prezidentinin təhsilə aid sərəncamlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirinin əmrlərindən irəli gələn tədbirlərin həyata keçirilməsi, Universitet əməkdaşları və tələbələrin asudə vaxtlarının, dövlət və milli bayramların yüksək səviyyədə təşkil edilməsi məqsədi ilə şöbənin qarşısında aşağıdakı vəzifələr durur:

- Azərbaycan Respublikası Prezidentinin təhsilin inkişafı üzrə Dövlət Proqramları”nın icrası ilə bağlı sərəncamlarından irəli gələn müvafiq tədbirlərin təşkil edilməsi

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirinin əmrlərindən irəli gələn tədbirlərin həyata keçirilməsi

- Azərbaycançılıq ideyasının və milli-mənəvi dəyərlərmizin təbliği istiqamətində tədbirlərin təşkili

- Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlərin sağlamlığından olmuş qazilərin, döyüşçülərin təbliği

- Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr edilmiş sərgilərin təşkli və filmlərin nümayiş etdirlməsi

- Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri ilə bağlı konfrans, seminar, təqdimat, ədəbi-bədii gecələrin, bədii qiraət müsabiqələrinin, təqdimatların keçirilməsi

- Azərbaycanın tarixi günlərinin və milli bayramların təntənəli şəkildə qeyd edilməsi

- 44 günlük Vətən müharibəsində və antiteror əməliyyatında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhid olan əsgər və zabitlərimizin, mülki vətəndaşlarımızın xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilməsi

- Universitet tələbələrinin respublikanın ictimai, mədəni və sosial-iqtisadi həyatında fəal iştirakını təmin etmək

- İntellektual oyunların tələbələr arasında təbliği, intellektual potensialı olan tələbələrin aşkara çıxarılması məqsədi ilə müsabiqələrin, intellektual oyunların keçirilməsilməsi

- Korporativ şənlik tədbirlərinin təşkili

- İdman-istirahət qruplarının və seksiyalarının təşkili, idman yarışlarında iştirak, sağlam həyat tərzinin təbliği

- Tələbələr arasında könüllülük fəaliyyətinin təşviq edilməsi

- Karyera günlərinin təşkil olunması, Məzun yarmarkasının keçirilməsi

Şöbədə aşağıdakı təşklat, klub və dərnəklər fəaliyyət göstərir:

1. Tələbə Gənclər Təşkilatı

2. İdman klubu

3. İntellektual oyunlar klubu

4. Kitab klubu

5. Conservation klub

6. Musiqi yaradıcılıq dərnəyi

7. Təsviri incəsənət dərnəyi

Sosial işlərin və tədbirlərin təşkili şöbəsi

Məmmədov Zaur Mais oğlu

1977-ci il mayın 10-da Lənkəran rayonu Şilavar kəndində anadan olmuşdur. 1983-1993- cü ildə ildə Lənkəran şəhər 5 saylı tam orta məktəbdə təhsil almışdır. 1999-cü ildə Lənkəran Kənd Təsərrüfatı Texnikumun iqtisadiyyat fakültəsini, 2021-ci ildə Azərbaycan Bədən Tərbiyyəsi və İdman Akademiyasını bitirmişdir. 2000-2006-cı illərdə Rusiya Federasiyasının Yekaterinburq şəhərinin Sambo idman növü üzürə “Ural” yığma komandasıda çalışmışdır. 2007-ci ildən 2017-ci ilədək Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Rayonlararası Mühafizə Şöbəsində mühafizəçi vəzifəsində işləmişdir. 2017-ci ildən Lənkəran dövlət Universitetində məşqçi kimi fəaliyyət göstərir. Zaur Məmmədov həmçinin Lənkəran Olimpiya İdman Kompleksində cüdo üzrə baş məşqçi, Qarışıq Döyüş Növləri üzrə isə iki federasiyada baş məşqçi kimi çalışır.

Zaur Məmmədov bir çox yarışların qlibidir. 1994-cü ildə sərbəst güləş üzrə Resbuplika ikincisi, 1996-cı ildə Respublika çempionu olmuşdur. 2008-ci ildə Ukranyada Qarışıq Döyüş növləri üzrə keçirilən Dünya çempionatında dünya çempionu adını qazanmışdır. Ümumilikdə 7 dəfə Dünya çempionu, 4 dəfə Avropa çempionu, 18 dəfə müxtəlif beynəlxalq yarışların qalibi, 22 dəfə də Respublika çempionu olmuşdur. 2023-cü ildə Azərbaycan usta cudoçular üzrə keçirilmiş Respublika yarışında (81 kq çəki dərəcəsində) 3-cü yeri tutmuşdur.

Ailəlidir, iki övladı var.

E-mail: zozo-77@mail.ru

İbadzadə Sara Əbülfət qızı

İbadzadə Sara Əbülfət qızı 29 avqust 2003-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində anadan olmuşdur. O, 2010–2021-ci illərdə Ərçivan qəsəbə N. Kərimov adına 3 nömrəli tam orta məktəbində ümumi təhsil almışdır. Paralel olaraq, 2013–2020-ci illərdə Astara Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə musiqi təhsili görmüşdür. 2021-ci ildə Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisasına daxil olmuş və 2026-cı ildə bakalavr təhsilini uğurla başa vuraraq məzun olmuşdur. Universitet illərində göstərdiyi yüksək ictimai və mədəni fəallığa görə LDU-nun rektoru, professor Natiq İbrahimov tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.

Sara İbadzadə təhsil dövründə İKT və layihə rəhbərliyi sahəsində geniş təcrübə qazanmışdır. O, ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə reallaşdırılan, gənclərin İKT və Python proqramlaşdırma dili bacarıqlarının inkişafını hədəfləyən “Tecnovation for Azerbaijan” proqramının cənub regionu üzrə ilk “İnkubasiya” mərhələsində “Clothor” layihəsi ilə birinci yerə layiq görülmüşdür. Həmçinin gənclərin ingilis dili biliklərini və layihə əsaslı öyrənmə (PBL) metodologiyasını inkişaf etdirən “Using Project-based Learning (PBL) for career development of youth” təlim proqramının fəal iştirakçısı olmuş, burada “Zewastive” layihəsini uğurla təqdim etmişdir. Proqramı bitirdikdən sonra, 2023-cü ilin iyun-avqust ayları ərzində Gəncə və Masallı regionları üzrə mentor vəzifəsində çalışmışdır. O, İKT sahəsindəki biliklərini daha da təkmilləşdirərək 2023–2024-cü illərin payız semestrində LDU və "Code Academy" tərəfdaşlığı çərçivəsində təşkil olunan “Web Proqramlaşdırma” kursunu "Honor" (Fərqlənmə) diplomu ilə başa vurmuşdur.

S. İbadzadə, 2023-cü ildən Lənkəran Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının (TGT) sədridir Eyni zamanda, 2024-cü ildən etibarən universitetin “Gənclərlə İş üzrə Mütəxəssis”i kimi əmək fəaliyyətini davam etdirir.

İctimai sahədəki uğurlu və məhsuldar fəaliyyətinə görə Sara İbadzadə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən ölkədə sosial-ictimai və könüllülük hərəkatının inkişafındakı xidmətlərinə görə ardıcıl olaraq həm 2024-cü, həm də 2025-ci illərdə "İlin TGT Sədri" nominasiyasına layiq görülmüşdür. Bununla yanaşı, 2025-ci ildə "Konstitusiya və Suverenlik İli" çərçivəsində region gəncləri arasında fəallığı ilə seçildiyinə görə Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. O, Gənclər və İdman Nazirliyinin və ATGTİ-nin təşkil etdiyi bir çox respublika səviyyəli gənclər düşərgələrində komanda kapitanı qismində universiteti və regionu uğurla təmsil etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd