“Riyaziyyat və informatika” kafedrası Lənkəran Dövlət Universitetinin ən böyük kafedralarından biridir. Kafedra 1992-ci ildən fəaliyyət göstərir. “Riyaziyyat və informatika” kafedrasının işinin əsas məqsədi tələbələrə riyaziyyatın müxtəlif bölmələrini tədris etmək, bu bölmələrin tətbiq sahələrini və bu istiqamətdə tədqiqat aparmaq üsullarını öyrətməkdir. Bu günə kimi Azərbaycanın ən görkəmli alimlərindən 15-ə yaxın elmlər doktoru- professor və 30-a yaxın elmlər namizədi-dosent kafedrada fəaliyyət göstərmişdir. Əməkdar elm xadimi prof.Asəf İsgəndərov, AMEA-nın müxbir üzvi Rauf Hüseynov, AMEA-nın müxbir üzvi Kamil Aydazadə, AMEA-nın müxbir üzvi Orxan Məmmədyarov, prof.Qabil Yaqubov, prof.Məlik-Baxış, prof. Şövkət Baxışov, prof.Ələkbər Əliyev, prof.Tarverdi Əzizov, prof.Natiq İbrahimov, prof. Nihan Əliyev, prof.Ədalət Axundov, prof.Həmdulla Aslanov, prof. Vaqif Quliyev, prof.Əbulfət Pələngov, dos.Nəcəf Əliyev, dos.Zakir Məhərrəmov, dos.Kamandar Cəfərov, dos.Feyruz Həsənov, dos.Murğuzali Əliyev, dos.Aydın Şahbazov, dos.Mirnamiq Bəşirov və b. fəaliyyət göstərmişdir. Kafedraya əvvəlcə dos.Səbziyev Nəriman, dos.Mədətov Əminağa və dos.Heydərov Arif rəhbərlik etmişdir. Hazırda kafedra müdiri vəzifəsini riy.ü.f.d.,dos.Paşayev Nahid Cəlil oğlu icra edir. Paşayev Nahid Cəlil oğlu, riy.ü.f.d., dosent, “Diferensial tənliklər” ixtisası, iş stajı 25 il, 2015- ci ildən kafedra müdiri vəzifəsində çalışır.
Hazırda kafedrada 23 əməkdaş çalışır. Bunlardan 2 nəfər elmlər dokturu professor, 9 nəfər elmlər namizədi dosent, 3 nəfər baş müəllim, 8 nəfər müəllim və 1 nəfər laborantdır.
”Riyaziyyat” istiqamətində “Riyazi fizikanın klassik və qeyri-klassik diferensial tənliklər üçün sərhəd və optimal idarəetmə məsələləri” və “Riyaziyyatın tədrisi metodlarının müasir problemləri” mövzusunda 2 istiqamətdə elmi-tədqiqat işləri aparılır. Əməkdaşlar tərəfindən aparılan elmi-tədqiqat işlərinin nəticələri respublikanın və bir sıra xarici ölkələrin elmi jurnallarında çap olunmuşdur.
Kafedra əməkdaşları universiteti müxtəlif qrant layihələrində, beynəlxalq elmi konfranslarda və digər nüfuzlu tədbirlərdə təmsil etmişlər.
2014-cü ildə kafedrada Moskva Dövlət Universitetinin professoru A.Q.Yaqola və Kiyev Dövlət Universitetinin professoru Nakaneçni ilə birlikdə elmi-praktik konfrans keçirilmişdir.
25.01.2019-cu il tarixdə Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Sobolev adına Riyaziyyat İnstitutunun əməkdaşı professor İvan Anatoliyeviç Maltsevin rəhbərliyi ilə “Cəbrin müasir problemləri” mövzusunda Elmi seminar keçirilmişdir.
2014-cü tədris ilində iki dissertant Həmidov Ruslan Allahverən oğlu və Musayeva Mətanət Asəf qızı, 2015-ci ildə bir doktorant Paşayev Nahid Cəlil oğlu, 2016-ci ildə isə bir dissertant Mirzəyeva Səlimə Mirzə qızı, 2017-ci ildə doktorant Qasımov Rəşid Ataxan oğlu, 2018-ci ildə Həbibov Vahab Mehdi oğlu dissertasiya işlərini uğurla müdafiyə etmiş və riyaziyyat üzrə fəlsəfə dokturu elmi dərəcəsini almışlar.
Hal hazırda elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə Nahid Cəlil oğlu Paşayev, İdrak Mirzəbaba oğlu Əskərov və Ruslan Allahverən oğlu Həmidov, Məmməd Fərrux oğlu Muradov BDU-nun doktorantlarıdirlar.
Kafedra müdiri haqqında məlumat:
Paşayev Nahid Cəlil oğlu – riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Paşayev Nahid Cəlil oğlu 1964-cü ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. BDU-nun “Tətbiqi-riyaziyyat” fakültəsini bitirmişdir. 1999-cu ildən Lənkəran Dövlət Universitetində çalışır. İşlədiyi müddətdə universitetdə müəllim, baş müəllim, dosent, dekan müavini, inzibati-təsərrüfat işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2010-cı ildən LDU-nun “Diferensial tənliklər” ixtisasının doktorantı olmuşdur.
2015-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə riy.ü.f.d. elmi adı almışdır.
46 elmi məqalə - tezis, 1 metodik vəsait, 3 dərs vəsaiti və 3 fənn proqramının müəllifidir. Bir sıra qrant layihələrində iştirak etmişdir.
Umud-96@mail.ru
Kafedra əməkdaşları haqqında
1.Mirzəyeva Səlimə Mirzə qızı - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
1972-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olmuşdur. 1996-cı ildə ADNA-nın “İdarəetmə proseslərinin avtomatlaşdırılması” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Lənkəran Dövlət Universitetində 1997-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində baş laborant, elmi işçi, müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2011-ci ildə LDU-nun “Ekonometriya” ixtisası üzrə dissertant olmuşdur. 2016-cı ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi adını, 2019-cü ildə isə dosentlik diplomunu almışdır.
55-dən çox elmi məqalə və tezisin, 4 dərs vəsaiti, 1 metodik vəsait və 4 fənn proqramının müəllifidir.
Mirzayeva_Salima@mail.ru
2. Muradov Məmməd Fərrux oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
1968-ci ildə Astara rayonunun Siyakü kəndində anadan olmuşdur. 1985-1992-ci illərdə ADPU-nun “Riyaziyyat-informatika müəllimliyi” ixtisasını bitirmişdir. 1993-cü ildən AMEA-nın “Riyaziyyat və mexanika” İnstitunun “Funksional analiz” kafedrasının dissertantı olmuşdur. 2007-ci ildə “Riyazi analiz” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi adı almışdır.
Hal hazırda BDU-nun elmlər doktoru proqramı üzrə dissertantıdır.
1 dərs vəsaiti, 1 fənn proqramı, 20 yaxın elmi məqalənin müəllifidir.
mammad_2011@mail.ru
3.Həbibov Şakir Əlif oğlu - baş müəllim
1951-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuşdur. 1979-cu ildə universiteti bitirərək “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir. 1992-ci ildən LDU-da müəllim, baş müəllim vəzifələrində işləmişdir. 1994-2000-ci illərdə Universitetin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.
1 dərslik, 3 metodik vəsait, 1 proqram və 24 tezis və məqalənin müəllifidir.
SHakur.hebibov@mail.ru
4.Həbibov Vahab Mehdi oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
20.11.1967-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1985-ildə BDU-nun “Mexanika-riyaziyyat” fakültəsinə daxil olmuş və 1992-ci ildə isə təhsilini bitirmiş, riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır. 1996-cı ildən LDU-da müəllim kimi işləməyə başlamışdır. Hal-hazırda “Riyaziyyat və informatika” kafedrasının baş müəllimidir. 2018-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə dissertansiya işini uğurla müdafiyə etmiş və riyaziyyat üzrə fəlsəfə doktoru elmi adı almışdır.
1 dərs vəsaitinin və 20-dən çox elmi məqalə və tezisin müəllifidir.
vahab.hebibov@mail.ru
5. Qasımov Rəşid Ataxan oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
Qasımov Rəşid Ataxan oğlu 1957-ci ildə Lənkəran rayonun Haftoni qəsəbəsində anadan olmuşdur. 1974-ci ildə orta məktəbi, 1978-ci ildə isə Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsini bitirmişdir. Lənkəran rayonunun Ləj kənd, şəhər 10 saylı orta məktəblərində riyaziyyat müəllimi işləmişdir. 2001-ci ildən Lənkəran Dövlət Universitetində müəllim, baş müəllim, dekan müavini, elmi katib, həmkarlar təşkilatının sədri vəzifələrində çalışmışdır. 2017-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə dissertansiya işini uğurla müdafiyə etmiş və riyaziyyat üzrə fəlsəfə doktoru elmi adı almışdır.
18 elmi məqalənin və 4 metodik vəsaitin müəllifidir.
r.qasimov@mail.ru
6. Fərzəliyeva Ülkər Mirsamid qızı - müəllim
27 iyul 1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, 2009-cu ildə Şürük kənd orta məktəbini bitirmişdir. 2009-2013-cü illərdə LDU-nun “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavr, 2013-2015-ci illərdə isə “Riyazi-analiz” ixtisası üzrə magistr təhsili almışdır. 12 elmi məqalə və tezisin müəllifidir. 2014-2017-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində metodist-müəllim vəzifəsində çalışmışdır. 2017-2021 ci illərdə Lənkəran Dövlət Universitetinin “Kompyüter elmləri” ixtisası üzrə disertantı olmuşdur. 2022-ci ildən Lənkəran Dövlət Universitetinin Tələbə Elmi cəmiyyətinin sədridir.
ulker-salayeva@mail.ru
7.Axundov Ədalət Yavuz oğlu – riyaziyyat elmləri doktoru, professor
01 iyun 1949-cu ildə Ordubad rayonunda anadan olmuşdur.
1966-cı ildə Bakı Dövlət Universitetinin «Mexanika-riyaziyyat» fakültəsinə daxil olmuş, 1971-ci ildə həmin fakültəni bitirərək riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır.
O, 1976-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının «Riyaziyyat və Mexanika İnstitutu» nun aspiranturasına daxil olmuş, 1981-ci ildə «Qeyri məhdud oblastlarda xətti və kvazi xətti parabolik tənliklər üçün tərs məsələlər» mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi (fəlsəfə doktoru) elmi dərəcəsi almışdır.
1984-cü ildən Azərbaycan Texniki Universitetinin «Ali riyaziyyat» kafedrasının dosenti olmuşdur.
2002-ci ildən AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışır.
2008-ci ildə «Xətti və kvazi xətti elliptik və parabolik tənliklər üçün tərs məsələlər» mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
2013-cü ildə professor elmi adını almışdır. Riyazi fizika tənlikləri üçün tərs məsələlər nəzəriyyəsi sahəsində tanınmış mütəxəsisdir, bu sahəyə aid 50-dən artıq məqalənin müəllifidir. 10-dan artıq elmi məqaləsi xarici ölkələrdə dərc edilmişdir. Rusiya, Ukrayna, Bolqarıstan, Türkiyə, Gürcüstan və digər ölkələrdə keçirilmiş müxtəlif elmi konfrans və simpoziumlarda iştirak etmiş, məruzələr etmişdir.
Axundov Ədalət 1980-cı ildən “Riyaziyyat” ixtisası üzrə Elmlər namizədi, 2009-cu ildə isə Riyaziyyat üzrə elmlər doktoru dərəcəsini almışdır, professordur. Hazırda AMEA Riyaziyyat və Mexanika İnstitutunda direktor müavini vəzifəsində çalışır.
2009-cu ildən LDU-da işləməyə başlamışdır. 70 yaxın elmi məqalənin müəllifidir.
30-dan artıq məqaləsi respublikadan kənarda dərc edilmişdir.
adalakhund@mail.ru
8. Əliyev Ramiz Ataş oğlu – fizika-riyaziyyat elmlər namizədi, dosent
11 may1956-cı ildə Lerik rayonun Kəlvəz kəndində anadan olmuşdur. Orta məktəbi həmin kənddə qurtarmış,1973-1978-ci illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakultəsində təhsil almışdır.
1978-1981- ci illərdə Kazan şəhərində yerləşən Aviasiya Sənayesi Nazirliyinin hesablama mərkəzində çalışmışdır. 1981-1982- ci illərdə Sumqayıt şəhərində yerləşən kimyəvi proseslərin avtomatlaşdırılması elmi-tədqiqat institunda elmi işçi vəzifəsində, 1982-1995-ci illərdə kosmik tədqiqatlar elm-istehsalat birliyində elmi işçi vəzifəsində çalışmışdır. 1992–ci ildə Xarkov Dövlət Universitetində namizədlik dissertasiyası müdafiə edərək fizika-riyziyyat elmləri adını almış, 1995-2000-ci illərdə Ali Hərbi Məktəbində dosent vəzifəsində çalışmışdır. 2000-ci ildən Azərbaycan Kooperasiya Universitetində dosent vəzifəsində çalışır.
38 elmi məqalənin, iki dərsliyin və bir neçə proqramın müəllifidir.
ramizaliyev1@mail.ru
9. Həmidov Ruslan Allahverən oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
8 yanvar 1971-ci ildə Astara rayonu Maşğan kəndində anadan olmuşdur. 1988-ci ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinə daxil olmuş və 1993-cü ildə həmin fakültəni bitirərək “riyaziyyatçı, riyaziyyat müəllimi” ixtisasına yiyələnmişdir. 1993-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. Müəllim, baş müəllim, dekan müavini, tədris hissəsinin müdiri, kadrlar şöbəsinin müdiri, 2007-ci ildən 2014-cü ilədək isə inzibati-təsərrüfat işləri üzrə prorektor kimi çalışıb. 1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1211.01- “Diferensial tənliklər” ixtisası üzrə “Çoxölçülü oblastda xətti elliptik tip tənliklər üçün əmsalların optimal indentifikasiyası məsələləri” mövzusunda dissertasiya işini müdafiə edərək riyaziyyat elimləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 1 dərs vəsaiti, 1 fənn proqrammı və 30 dən çox elmi məqalənin müəllifidir. Polşa, Rusiya, Türkiyə, Gürcüsatan, Litva və s. respublikalarında keçirilən elmi seminar və konfranslarında elmi məruzələrlə çıxış etmişdir. 2007-2008-ci illərdə Avropa Birliyinin İNTAS Beynəlxalq Assosiasiyasının Cənubi-Qafqaz Respublikaları ilə Əməkdaşlıq proqramı çərçivəsində “Paylanmış sistemlərdə tərs və optimallaşdırma məsələlərinin ədədi həlli üçün vahid yanaşmanın və proqram təminatının işlənməsi” mövzusunda qrantının (İNTAS Project № 06-100017-8909), 2009 –cu ildə NATO-nun “Sülh və təhlükəsizlik üçün Elm Şöbəsi”- nin maliyələşdirdiyi “NATO NIG-083659/ Lənkəran Dövlət Universitetinin Təhsil şəbəkəsi “qrantının layihə icraçısı olmuşdur. Ailəlidir, iki qızı və bir oğlu vardır.
rqamidov@mail.ru
10. Əsgərov İdrak Mirzəbaba oğlu - riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
r.ü.f.d., dos. İdrak Əsgərov 22 mart 1985-ci ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 2002-ci ildə Lənkəran rayonu Gərmətük qəsəbə orta məktəbini bitirdikdən sonra həmin il Bakı Dövlət Universitetinin "Mexanika-riyaziyyat" fakültəsinin "Riyaziyyat" ixtisasına daxil olmuşdur. 2006-cı ildə bu ixtisas üzrə bakalavr pilləsini bitirərək Bakı Dövlət Universitetinin "Cəbr və topologiya" ixtisası üzrə magistratura pilləsinə daxil olmuşdur. 2009-cü ildə magistratura pilləsini müvəffəqiyyətlə bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun "Obrazların tanınması və informasiyaların işlənməsi" şöbəsində kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin ildən Bakı Dövlət Universitetinin "Cəbr və həndəsə" kafedrasında 0.5 ştat müəllim vəzifəsində də işləmişdir. 2011-2013-cü illərdə AMEA-nın Akademik Ə.İ. Hüseynov adına Kibernetika İnstitutunun dissertantı olmuşdur. 2013-cü ildə "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi" ixtisası üzrə "Qaz-lift prosesində optimal idarəetmə məsələlərinin asimptotik həll üsulları" mövzusunda dissertasiya işini Bakı Dövlət Universiteti nəzdində fəaliyyət göstərən FD.02.017 Dissertasiya Şurasında müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2014-cü ildə Bakı Dövlət Universitetinin Gənc Alimlər Şurasının üzvu seçilmişdir. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin "Təbiyyat" fakültəsinin dekan müavini və "Fizika, riyaziyyat və informatika" kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin Tədris şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. 2016-cı ildə LDU üzrə əmrə əsasən “Riyaziyyat və informatika” kafedrasının 0.5 ştat dosenti vəzifəsinə təyin olunmuşdur. Beynəlxalq müəllim günü münasibəti ilə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının 5 oktyabr 2016-cı il tarixli 174 nömrəli sərəncamı ilə təhsilin inkşafında səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur. Təhsil nazirinin 07.05.2021-ci il tarixli K-433 nömrəli əmri ilə LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin edilmişdir. Ailəlidir, iki övladı vardır.
10 elmi məqalə və 15 tezisin, 1 fənn proqramının və 1 dərs vəsaitinin müəllifidir.
İdrak378@ rambler.ru
11.Ənvər Şahqubadbəyli - baş müəllim
19 noyabr 1961-ci ildə Biləsuvar rayonunda doğulmuşdur.
1990-cı ildə N.Q.Çernışevski adına Saratov Dövlət Universitetini (Rusiya Federasiyası) Tətbiqi riyaziyyat ixtisası üzrə bitirib. 1990/1993-cü illərdə dövlət təyinatına əsasən SSRİ Müdafiyə Nazirliyinin “Znamya Truda” elmi-istehsalat birliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1993-cü ildə Lənkəran Dövlət Universitetində və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialında saathesabı üzrə İnformatika müəllimi kimi fəaliyyət göstərib. 1994-cü ildən başlayaraq Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə işləyib.
Hazırda LDU İnformasiya-Kommunikasiya və Kitabxana Mərkəzinin direktoru, Riyaziyyat və informatika kafedrasının baş müəllimidir.
Dissertasiya işinin mövzusu: Yeni İnformasiya Sistemlərinin inteqral və diferensial tənliklərin həllinə tətbiqi (Ali riyaziyyatın materialları nümunəsində).
11 elmi məqalə və tezis müəllifidir.
12. Quliyev Allahşükür Əzizağa oğlu - Baş müəllim
Quliyev Allahşükür Əzizağa oğlu 27 iyun 1990-cı ildə Lənkəran rayonu Qodəsə kəndində anadan olmuşdur. 2007-ci ildə Bakı Dövlət Universitetinin “Mexanika-riyaziyyat” fakültəsinə qəbul olunmuşdur. 2011-ci ildə Universiteti müvəffəqiyyətlə bitirərək riyaziyyat ixtisası üzrə bakalavr ali-peşə diplomunu almışdır. 2011-ci ildə Lənkəran Dövlət Universitetinin “Riyazi analiz” ixtisaslaşması üzrə magistraturasına qəbul olunmuş və hərbi xidmətə yollanmışdır.2015-ci ildə “Şredinger tənliyinin ümümiləşmiş funksiyalar fəzasında həlli” mövzusunda dissertasiya işini müdafiə edərək “Riyazi analiz” ixtisaslaşması üzrə magistr elmi dərəcəsi almışdır. A.Ə.Quliyev 2012-2013-cü illərdə Lənkəran Dövlət Universitetində mühəndis-iqtisadçı, kiçik elmi işçi, kadrlar şöbəsinin müdiri vəzifələrində çalışmışdır. O, 2013-2016-cı illərdə “Bank of Baku” ASC-də biznes kreditləri üzrə ekspert vəzifəsində çalışmışdır. A.Ə.Quliyev 06 iyun 2016-cı il tarixindən yenidən Lənkəran Dövlət Universitetində fəaliyyətə başlamışdır. Belə ki, əvvəlcə “Məzunlarla iş və təcrübələrin təşkili bölməsi”nin müdiri vəzifəsində çalışmış, 01 oktyabr 2016-cı il tarixindən “İnsan resursları və kargüzarlıq şöbəsi”nin müdiri vəzifəsinə keçirilmişdir. 01 yanvar 2019-cu il tarixindən Universitetin Elmi Katibi vəzifəsində çalışır. O, həmçinin Universitetin Elmi şurasının və “Elmi və metodiki şura”nın katibi vəzifələrini də icra edir.
A.Ə.Quliyev 2017-2021-ci illər ərzində Lənkəran Dövlət Universitetinin dissertanturasında təhsil almışdır. A.Ə.Quliyevin ümumilikdə 17 elmi məqalə və tezisi nəşr olunmuşdur. O cümlədən, 3 məqalə beynəlxalq xülasələndirmə və indeksləmə sistemləri bazasına (Scopus, Zentralblatt MATH, РИНЦ) daxil olan dövri elmi nəşrlərdə çap olunmuşdur. Həmçinin xarici ölkələrdə keçirilmiş 3 beynəlxalq konfransda tezisləri çap olunmuşdur. 2016-cı ildən Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika” kafedrasında pedaqoji iş aparır. Hal-hazırda həmin kafedranın 0.5 ştat baş müəllimidir. A.Ə.Quliyev 2009-cu ildən Yeni Azərbaycan Partiyasının üzvidir. Ailəlidir, 2 övladı var.
13. Məmmədzadə Aygün Malik qızı – baş müəllim
10 may 1984-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1990-2001-ci illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə təhsil almışdır. 2005-ci ildə Lənkəran Dövlət Universitetini “Riyaziyyat və informatika” ixtisası üzrə bakalavr səviyyəsini, 2009-cu ildə isə Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2018-2021-ci illərdə Lənkəran Dövlət Universitetinin 1211.01-“Diferensial tənliklər” ixtisası üzrə dissertantı olmuş və 12.04.2022-ci ildə “Diskret additiv, multiplikativ və poverativ törəmə anlayışları və diskret törəməli diferensial tənliklər üçün Koşi və sərhəd məsələlərinin həllinə tətbiqləri” adlı dissertasiya işini Prezident yanında Ali Attestasiya Komissiyasının nəzdində Bakı Dövlət Universitetinin FD 2.17 Dissertasiya Şurasında müdafiə etmişdir. 17 elmi əsərin müəllifidir. Bir neçə Beynəlxalq və Respublika Elmi Konfranslarda çıxış etmişdir.
2006-2017-ci illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə riyaziyyat və informatika fənlərini tədris etmişdir. 10.02.2017-ci il tarixdə Lənkəran Dövlət Universitetində “Elm və beynəlxalq əlaqələr” şöbəsində elmi işlər üzrə aparıcı mütəxəssis vəzifəsinə qəbul olunmuş, 10.10.2017-ci il tarixdə həmin şöbədə Elm bölməsinin rəhbəri vəzifəsinə keçirilmişdir.
Həmçinin 15.09.2017-ci il tarixdən“Riyaziyyat və informatika” kafedrasında 0.5 ştat müəllim vəzifəsində işləmişdir. 04.01.2018-ci il tarixdə Rektorun köməkçisi vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda 04.01.2019-cu il tarixdən “İnsan resursları və kargüzarlıq şöbəsi” nin müdiri vəzifəsini icra etmişdir. Hal-hazırda “Təcrübə, potensial inkişaf və karyera” bölməsinin rəhbəridir, “Riyaziyyat və informatika” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır.
Yeni Azərbaycan Partiyasının üzvidir. Ailəlidir, 2 övladı var.
mammadzada.aygun@mail.ru
14. Niftullayeva Şəbinə Ağadin qızı – baş müəllim
14 sentyabr 1990- cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2011-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” fakültəsini bitirmişdir. 2013 -cü ildə Sumqayıt Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistratura şöbəsini bitirmişdir. 2014 - cü ildən LDU- da “Diferensial tənliklər” ixtisası, fəlsəfə doktoru proqramı üzrə doktorantura şöbəsinə daxil olmuş və 2018 -ci ildə bitirmişdir. 2022-ci ildə “Qarışıq və birgə tip tənliklər üçün sərhəd məsələlərinin həllərinin keyfiyyət xassələri” dissertasiya mövzusunu tamamlamış və “Riyaziyyat və informatika” kafedrasında ilkin müzakirədən keçmiş, növbəti mərhələyə buraxılmışdır. 2013- cü ildən 2014-cü ilədək Lənkəran Dövlət Universitetinin “Fizika, riyaziyyat və informatika” kaferdasında “baş laborant” vəzifəsində, 2014- cü ildən 2015- ci ilədək LDU-da “Riyazi iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri” elmi-tədqiqat laboratoriyasında “kiçik elmi işçi” vəzifəsində, 25.02.2015- 08.06.2016 - cı illərdə LDU- da “dəftərxana müdiri” vəzifəsində, 08.06.2016- 06.03.2017 - ci ilərdə LDU -da “İnsan resusları və kargüzarlıq şöbəsi”-də “Dəxtərxana işləri üzrə mütəxəssis” vəzifəsində çalışmışdır. 06.03.2017- ci il tarixindən Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin dekan müavini vəzifəsində çalışır, eyni zamanda “Riyaziyyat və informatika” kafedrasının tam ştat müəllimidir.
20 elmi məqalə və tezisin müəllifidir.
sebineniftullayeva_90@mail.ru
15. Şəbiyeva Könül Vəlihəddin qızı - müəllim
1984- cü il iyulun 19-da Lənkəran şəhərində anadan olub. 2002-ci ildə Lənkəran şəhər 9 saylı orta məktəbdə 11-ci sinfi bitirib. 2003-cü ildə LDU-nun “Riyaziyyat və informatika” ixtisasına daxil olub. 2007-ci ildə bakalavr təhsilini bitirdikdən sonra LDU-nun magistratura şöbəsinin “Diferensial tənliklər” ixtisasına daxil olub. Təhsil aldığı müddətdə 2007-2009-cu illərdə LDU-nun “Riyaziyyat və informatika” kafedrasında laborant vəzifəsində işləyib. 2012-ci ildən 2019-cu ilədək Balıqçılar qəsəbə tam orta məktəbində riyaziyyat və informatika fənni üzrə müəllim işləyib. 2016-ci ildən etibarən LDU-da informatika müəllimi kimi çalışır.
4 tezisin müəllifidir.
16. Fərzullazadə Ramin Qalib oğlu – müəllim
22.04.1992-ci il tarixində Lənkəran rayonunun Havzava kəndində anadan olub. 1998-2009-cu illərdə Havzava kənd tam orta məktəbində təhsil almışdır. 2009-cu ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuş və 2013-cü ildə LDU-nu həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə LDU-nun magistratura səviyyəsi üzrə “Riyaziyyat” ixtisasının “Riyazi analiz” ixtisaslaşmasına qəbul olmuş və magistraturanı fərqlənmə ilə bitirmişdir. Hazırda LDU-nun doktorantura səviyyəsi üzrə “Diferensial tənlikər” ixtisasının dissertantıdır.
Əmək fəaliyyətinə 2015-ci ildən LDU-da başlamışdır. Tədris şöbəsində inspektor, baş inspektor, Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində mütəxəssis, tyutor, daha sonra Tədrisin təşkili və təlim texnologiyaları mərkəzinin direktor müavini kimi fəaliyyət göstərmişdir. Hal-hazırda LDU-da Təhsil sənədləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışır və eyni zamanda “Riyaziyyat və informatika” kafedrasının müəllimidir.
framin1992@mail.ru
17. Əlizadə Şəbnur Raqib qızı - müəllim
1996- ci il fevralın 13-də Lənkəran rayonun Aşağı Nüvədi qəsəbəsində anadan olub. 2013-cü ildə Lənkəran rayonun Aşağı Nüvədi qəsəbə tam orta məktəbinin 11-ci sinfini bitirmiş və həmin ildə LDU-nun “Kompüter elmləri” ixtisasına yüksək balla daxil olmuşdur. 2017-ci ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirdikdən sonra LDU-nun magistratura şöbəsinin “Riyaziyyatın tədrisi metodikası və metodologiyası” ixtisasına daxil olmuşdur.
2019-cu ildə magistr təhsilini əla qiymətlərlə bitirmişdir. 2019-cu ildən Lənkəran Dövlət Universitetində müəllim kimi fəalliyət göstərir. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə doktorantıdır. 10 -dan çox elmi məqalə və tezisin müəllifidir, 4 tezisi respublikadan kənarda dərc edilmişdir. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsi üzrə TEC ( Tələbə Elmi Cəmiyyətinin) sədri vəzifəsini icra edir.
nur.elizade622@gmail.com
18. Fərzullazadə Abid Qalib oğlu –müəllim
09.06.1995-ci ildə Lənkəran rayonunun Havzava kəndində anadan olmuşdur. 2012-ci ildə Havzava kənd tam orta məktəbini bitirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına daxil olmuş və 2016-cı ildə bitirmişdir. Həmin ildə Lənkəran Dövlət Universitetinin “Riyazi analiz” ixtisaslaşması üzrə magistraturasına daxil olmuş və 2018-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2018-ci ildə “Diferensial tənliklər” ixtisası üzrə doktoranturaya qəbul olmuşdur. Hal-hazırda Universitetin “Elm və tədqiqat işləri” şöbəsində “Magistratura işləri üzrə mütəxəssis” vəzifəsində çalışır.
6 elmi məqalə və 11 tezisin müəllifidir.
abid.ferzullazade@mail.ru
19. Əhmədov Saleh Zeyni oğlu, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent
1973 - cü il iyunun 10-da anadan olub. 1980-1990-cı illərdə orta məktəbdə oxuyub.
Ailəlidir, bir övladı var.
1994-2000 ildə BDU-nın Tədbiqi riyaziyyat və kibernetika" fakultəsində təhsil alıb. 2008-ci ildə BDU-huh Elmi şurasında “İ.Q.Petrovski mənada parabolik olub, Q.E.Şilov mənada parabolik tipə cırlaşan bir ölçülü sərhəd məsələlərinin bir qiymətli həllinin tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya komissiyasının 13 sentyabr 2017-ci il tarixli qərarına əsasən ona Riyazi fizika tənlikləri kafedrası üzrə dosent elmi adı verilmişdir..
28 məqalə və tezis, bir dərs vəsaiti, 2- fənn proqramının müəlifidir
20. İsgəndərzadə Ülkər Mehtəddin qızı –laborant
3 aprel 1997-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-2014-cü illərdə Lənkəran şəhər 10 saylı tam orta məktəbdə təhsil almışdır. 2014-2018-ci illərdə LDU-nun Xarici dil müəllimliyi (ingilis dili üzrə) ixtisası üzrə bakalavr təhsili almışdır. 2022-ci ildə LDU-nun magistratura şöbəsinin “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisasına daxil olmuşdur.
2020-ci ildən LDU-nun “Riyaziyyat və informatika” kafedrasında laborant vəzifəsində çalışır.
Ulker_isgenderzade @mail.ru