İnformasiya, kommunikasiya və Kitabxana Mərkəzi




Lənkəran Dövlət Universitetinin İnformasiya, kommunikasiya və Kitabxana Mərkəzi Universitetin əsas struktur bölmələrindən olub, tədris, elmi-tədqiqat və təlim-tərbiyə prosesinin informasiya və informasiya-kommunikasiya təminatını həyata keçirən, biliyi, elmi, mədəniyyəti yeni metodlarla təbliğ edən, çap məhsullarını və elektron resursları toplayıb mühafizə edən, onların sistemli ictimai istifadəsini təşkil edən, cəmiyyətin intellektual və mənəvi potensialının inkişafına xidmət göstərən sosial institutdur.

Mərkəz Universitetin fəaliyyəti dövründə “Kompyuter Mərkəzi”, “İnformasiya Texnologiyaları Mərkəzi” “İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzi” və “Elmi Kitabxana" kimi fəaliyyət göstərmiş, Universitet Elmi Şurasının 08 iyun 2016-cı il tarixli qərarına əsasən “İnformasiya, kommunikasiya və kitabxana mərkəzi" kimi yenidən təşkil olunmuşdur.

Mərkəz özündə 4 struktur bölməni – Elektron Universitet layihəsini, İnformasiya və kommunikasiya texnologiyaları böllməsini, Kitabxana bölməsini və Mətbəəni birləşdirir.

Mərkəzin yaxın strateji məqsədləri:

1. Elektron Təhsil Sisteminin qurulması:

1.1. Ümumi informasiya bankı alt sistemi;

1.2. Yoxlama, qiymətləndirmə və keçid alt sistemi;

1.3. Təlim/tədris alt sistemi;

1.4. Təhsil standartları alt sistemi;

1.5. Təhsilin Avtomatlaşdırılmış İdarəetmə Sistemi.

2. Elektron kitabxana sisteminin yaradılması.

3. Distant təhsil sisteminin yaradılması və tətbiqi.

4. İdarəetmə fəaliyyətinin avtomatlaşdırılması:

4.1. Kadr potensialının elektron məlumat bazası;

4.2. İnzibati-təsərrüfat və Maliyyə və mühasibat sistemlərinin avtomatlaşdırılması;

4.3. Elektron sənəd dövriyyəsi sisteminin yaradılması və tətbiqi.


İnformasiya, kommunikasiya və Kitabxana Mərkəzinin direktoru,

baş müəllim Ənvər Şahqubadbəyli.

19 noyabr 1961-ci ildə Biləsuvar rayonunda doğulmuşdur.

1990-cı ildə N.Q.Çernışevski adına Saratov Dövlət Universitetini (Rusiya Federasiyası) Tətbiqi riyaziyyat ixtisası üzrə bitirib. 1990/1993-cü illərdə dövlət təyinatına əsasən SSRİ Müdafiyə Nazirliyinin “Znamya Truda” elmi-istehsalat birliyində mühəndis-proqramçı vəzifəsində çalışıb. 1993-cü ildə Lənkəran Dövlət Universitetində və Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutunun Lənkəran filialında saathesabı üzrə İnformatika müəllimi kimi fəaliyyət göstərib. 1994-cü ildən başlayaraq Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə işləyib.

Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 2022-ci il tarixli sərəncamına əsasən Lənkəran Dövlət Universitetinin 30 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə "Tərəqqi medalı" ilə təltif edilib.

Hazırda LDU İnformasiya, kommunikasiya və Kitabxana Mərkəzinin direktoru, Riyaziyyat və informatika kafedrasının baş müəllimidir.

Dissertasiya işinin mövzusu: Yeni İnformasiya Sistemlərinin inteqral və diferensial tənliklərin həllinə tətbiqi (Ali riyaziyyatın materialları nümunəsində).

Elektron Universitet layihəsinin rəhbəri,

baş müəllim Mayis Eyniyev.


29 aprel 1975-ci ildə Lənkəran rayonunda doğulub.

1997 ci ildə Lənkəran Dövlət Universitetini Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildən Lənkəran Dövlət Universitetində riyaziyyatçı-proqramçı kimi başlayıb, 2005-ci ilədək Təhsil Texnologiyaları və İnformasiya Texnologiyaları mərkəzlərinin rəhbəri, eyni zamanda LDU-nun İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi vəzifələrində çalışıb. 2005-ci ilin aprel ayından QSC “Bank-Standard” KB-da müxtəlif məsul vəzifələrdə işləyib.

2016-cı ilin oktyabr ayından Lənkəran Dövlət Universitetində İnformasiya, kommunikasiya və Kitabxana mərkəzi üzrə “Elektron Universitet” layihəsinin rəhbəri və Texnologiya və texniki fənnlər kafedrasının baş müəllimi kimi fəaliyyət göstərir və aşağıdakı fənnləri tədris edir:

- Proqramlaşdırma dilləri

- Proqramlaşdırmanın əsasları

- Verilənlərin strukturu və alqoritmlər

- Alqoritimlər nəzəriyyəsi

- Web proqramlaşdırılması və layihələndirilməsi

- Müasir proqramlaşdırma dilləri

- Verilənlərin strukturu və verilənlər bazası sistemləri



İnformasiya Texnologiyaları bölməsinin rəhbəri, müəllim Nicat Qədirov.


16 dekabr 1974-cü ildə Lənkəran rayonunda doğulmuşdur.

1997 ci ildə Lənkəran Dövlət Universitetini Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1998-ci ildən Lənkəran Dövlət Universitetində mühəndis-proqramçı kimi başlamış, eyni zamanda LDU-nun İnformasiya Texnologiyaları kafedrasının müəllimi vəzifəsində çalışmışdır. 2004-cü ildən 2018-ci ilin aprel ayınadak Rusiya Federasiyasının Sankt Peterburq şəhərində informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərmişdir.

2018-ci ilin aprel ayından Lənkəran Dövlət Universitetində İnformasiya, kommunikasiya və Kitabxana mərkəzinin İnformasiya Texnologiyaları bölməsinin rəhbəri və Texnologiya və texniki fənnlər kafedrasının müəllimi kimi fəaliyyət göstərir.

Elektron resurslarla iş üzrə mütəxəsis, Fərəcli Gültəkin


5 iyun 1996-cı ildə Lənkəran şəhərində doğulmuşdur. 2013-cü ildə Lənkəran şəhər 4 saylı hümanitar təmayüllü məktəb liseyi bitirmişdir. Ali təhsil pilləsinin bakalavr səviyyəsini 2017-ci ildə Lənkəran Dövlət Universitetinin “Kompüter Elmləri” ixtisası üzrə, magistratura səviyyəsini 2022-ci ildə Lənkəran Dövlət Universitetinin “İnformatika fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 2022-ci ildən Lənkəran Dövlət Universitetinin İnformasiya, Kommunikasiya və Kitabxana Mərkəzində operator vəzifəsində başlamışdır. Hazırda Elektron resurslarla iş üzrə mütəxəsis vəzifəsində çalışır.

Elektron resurslar üzrə mütəxəssis - Hüseynli Nurlan


13 Oktyabr 1996-cı ildə Masallı rayonunda doğulub. 2020-ci ildə Lənkəran Dövlət Universitetinin Kompüter mühəndisliyi ixtisasını bitirib. Əmək fəaliyyətinə 2022-ci ildə Masallı DAİM - də başlayıb. 2023-cü ildən Bakı Slavyan Universitetində İKT üzrə baş mütəxəssis olaraq çalışıb. 2025-ci ildən etibarən Lənkəran Dövlət Universitetində İnformasiya, Kommunikasiya və Kitabxana mərkəzi üzrə Elektron resurslar üzrə mütəxəssis vəzifəsində çalışır

huseynlinurlan111@gmail.com

İKT-işləri üzrə mütəxəssis - Kərimzadə Orxan


16 avqust 1999-cu ildə Lənkəran rayonunda doğulub. 2016-cı ildə N.Həsənov adına Şıxəkəran kənd tam orta məktəbini bitirib. 2017-ci ildə Lənkəran Dövlət Universitetinin Kompüter mühəndisliyi ixtisasına qəbul olunub. 2021-ci ildə Azərbaycan Texniki Universitetinin Kompüter elmləri fakültəsinin magistr pilləsinə qəbul olunub. 2023/2024 cü ildə Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət edib. Ordudan təxris olunduqdan sonra Lənkəran Dövlət Universitetinə İnformasiya Kommunikasiya Texnologiyaları işləri üzrə mütəxəssis vəzifəsinə qəbul olunub. 2024-cü ildən İnformasiya, Kommunikasiya və Kitabxana mərkəzi üzrə İKT-işləri üzrə mütəxəssiz vəzifəsində çalışır.

İKT üzrə mütəxəssis - Həsrətov Etiram


Həsrətov Etiram Etibar oğlu 26 fevral 1999-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2016-cı ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbi bitirmişdir. 2016-2020-cu illərdə Azərbaycan Texniki Universitetinin “İnformasiya Texnologiyaları” ixtisası üzrə bakalavr təhsili almışdır. 2020-2022-ci illərdə Azərbaycan Texniki Universitetinin “Kompüter Sistemləri və Şəbəkələri” üzrə magistr təhsili almışdır. Hal-hazırda Lənkəran Dövlət Universitetinin İKT şöbəsində İKT üzrə mütəxəssis vəzifəsində işləyir.

Elektron resurslarla iş üzrə mütəxəssis - Səfərov Ağazər


17 may 2001-ci ildə Astara rayonunda doğulub. 2018-ci ildə A.Hidayətov adına Lovayın kənd tam orta məktəbini bitirib. Həmin il Lənkəran Dövlət Universitetinin “ Kompüter mühəndisliyi ” ixtisasına daxil olub. 2022/2023-cü illərdə Azərbaycan Respublikasının Silahlı qüvvələrində xidmət edib. Ordudan tərxis oldunduqdan sonra Rusiya Federasiyasında ixtisası üzrə işləmişdir.

2025-ci ildən Lənkəran Dövlət Universitetinin İnformasiya, kommunikasiya və Kitabxana mərkəzində “ Elektron resurslarla iş üzrə mütəxəssis “ vəzifəsində çalışır.

E-mail: agazerseferov30@gmail.com

Elektron kitabxana üzrə mütəxəssis, Məhəmməd Əlizadə


9 iyul 1992-ci ildə Lənkəran şəhərində doğulmuşdur.

2014-cü ildə Azərbaycan Müəllimlər İnstitutunu Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 2016-cı ildən Lənkəran Dövlət Universitetində başlamışdır.

2019-cu ildən Elektron kitabxana üzrə mütəxəssis vəzifəsində çalışır.

Əlaqə vasitələri:

Telefon: (+994)025 258 17 97, daxili nömrə: 111

Elektron ünvan: iktkm@lsu.edu.az

Faks nömrəsi: (+994)025 255 27 86

Ünvan: Lənkəran şəhəri, General Həzi Aslanov xiyabanı - 50.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd