Mətbəə müdiri
Mailə Kəlbi qızı Hüseynzadə 21.02.1992-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olub. 2010-cu ildə Aşağı Nüvədi qəsəbə orta məktəbini bitirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin "Kompüter elmləri" ixtisasına qəbul olunmuş, 2016-cı ildə həmin ixtisası bakalavr səviyyəsində başa vurmuşdur. 2023-cü ildə eyni universitetin "İnformatika fənninin tədrisi metodikası və metodologiyası" ixtisası üzrə magistratura səviyyəsinə qəbul olunmuş və 2025-ci ildə bu ixtisas üzrə magistr dərəcəsini almışdır.
Tələbəlik illərində bir sıra respublika və beynəlxalq səviyyəli layihələrdə iştirak etmiş, həm iştirakçı, həm də təşkilatçı qismində aktiv fəaliyyət göstərmiş və dəfələrlə Fəxri Fərman və sertifikatlarla təltif olunmuşdur.
Əmək fəaliyyətinə Medican Hospital klinikasında sosial media və marketinq meneceri kimi başlamış, rəqəmsal kommunikasiya, kontent istehsalı və tədbirlərin təşkili sahələrində çalışmış, bu sahədə klinika ilə əməkdaşlığını sonrakı illərdə də davam etdirmişdir.
Medican Hospitalın 10 illik yubileyi münasibətilə nəşr olunmuş kitabın müəllifidir.
2018-ci ildən Lənkəran Dövlət Universitetində əmək fəaliyyətinə başlamış, laborant və analitik layihə meneceri vəzifələrində çalışmışdır. Hazırda isə universitetin Mətbəə müdiri vəzifəsində fəaliyyət göstərir.
Ailəlidir, iki övladı var.
E-mail: mayila.husseyni@mail.com
Telefon: 116 daxili
E-mail: metbee@lsu.edu.az
LDU-nun mətbəəsi 1996-cı ildən müxtəlif adlar altında fəaliyyət göstərmiş, 2001-ci ildən müstəqil LDU-nun struktur bölməsi kimi fəaliyyətini davam etdirir.
Vəzifələri:
· LDU-da nəşrə hazırlanan bütün çap məhsullarını nəşr etmək;
· Qəzet və jurnalları cildləmək.
Fəaliyyət istiqamətləri:
· LDU-da hazırlanmış biblioqrafik göstəriciləri, tövsiyə ədəbiyyatlarını, keçirilən tədbirlər üçün hazırlanan dəvətnamələri və tələbə və əməkdaşlara xidmətlə bağlı olan bölmələrin tələbnamə və nəzarət vərəqələrini çap edir, LDU-da çap ilə bağlı olan bütün məsələləri həll edir;
· LDU-nə daxil olan qəzet və jurnalları vaxtaşırı cildləyir;
· İşlənmiş, korlanmış, təmirə ehtiyacı olan, fiziki cəhətdən dağılmış qəzet, jurnal və kitabları bərpa edir və s.
LDU mətbəəsində hüquqi və fiziki şəxslərə yuxarıda göstərilən bütün sahələr üzrə universitetlə bağlanmış müqavilələr əsasında xidmət göstərilir.