“Tarix və onun tədrisi metodikası” kafedrası haqqında məlumat

“Tarix və onun tədrisi metodikası” kafedrası

Tarix və onun tədrisi metodikası kafedrası Lənkəran Dövlət Universiteti üzrə 24 avqust 2016-cı il tarixli 1/83 saylı əmrlə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin etmək məqsədilə yaradılmışdır. Tarix və onun tədrisi metodikası kafedrası 050116 - Tarix müəllimliyi, 050117 - Tarix və coğrafiya müəllimliyi, 050310 - Muzey, arxiv, abidələrin qorunması ixtisasları üzrə bakalavr, 060111–Tarix fənninin tədrisi metodikası və metodologiyası və 060301–Müzeyşünaslıq ixtisaslaşmaları üzrə magistr, Vətən tarixi və Ümumi tarix istiqamətində doktorantura və dissertantura təhsil səviyyəsinə görə ixtisaslaşmışdır. 2025/2026-cı tədris ilində Tarix və onun tədrisi metodikası kafedrasında 23 əməkdaş çalışır, onlardan: 1 nəfəri tarix elmləri doktoru, professor, 8 nəfəri tarix üzrə fəlsəfə doktoru, dosent, 6 nəfəri baş müəllim, 7 nəfəri isə müəllimdir.

Kafedra müdiri haqqında.

Mahmudov Kamal Fətulla oğlu. Tarix üzrə fəlsəfə doktoru, dosent.

Mahmudov Kamal Fətulla oğlu 1965-ci ildə anadan olmuşdur. 1994-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarixçi və tarix müəllimi ixtisasını bitirmişdir. 2014-cü ildə “XX əsrin 50-ci illərinin ikinci yarısında Azərbaycanda sosial-iqtisadi proseslər” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 2018-ci ildə dosent elmi adı almışdır. 1998-ci ildən Lənkəran Dövlət Universitetinin Tarix və fəlsəfə kafedrasında müəllim, baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 2016-cı ildən Humanitar fənlər kafedrasında çalışmışdır. Eyni zamanda 2016-cı ildən Humanitar fakültənin dekanı vəzifəsini icra etmiş, 2018-ci ildə həmin fakültənin dekanı vəzifəsinə seçilmiş və 2022-ci ilin fevral ayına qədər bu vəzifədə çalışmışdır. 2022-ci ilin fevral ayından Tarix və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışır. Kafedrada Mədəniyyətşünaslıq istiqaməti üzrə elmi-tədqiqat işi aparır. 1 dərs vəsaiti, 4 fənn proqramı, 50-dən artıq elmi məqalə və tezisin müəllifidir. Tarix və onun tədrisi metodikası kafedrasının dosentidir.

Korporativ e-mail: k.mahmudov@lsu.edu.az

Kafedra əməkdaşları haqqında.

Məmmədov Arif Məhəmməd oğlu. Tarix elmləri doktoru, professor.

Məmmədov Arif Məhəmməd oğlu 25 fevral 1961-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunmuş, universiteti bitirdikdən sonra elmi fəaliyyətini arxeologiya istiqamətində davam etdirərək “Gəncəbasar IV – XIII əsrlərdə (tarixi-arxeoloji tədqiqat” adlı dissertasiya işini müdafiə edərək tarix elmləri namizədi adını almışdır. Apardığı elmi-arxeoloji tədqiqatlar nəticəsində “Qoşqarçay və İncəçay hövzəsinin tarixi-arxeoloji tədqiqi (III – XVII əsrlər)” adlı dissertasiya işini müdafiə edərək tarix elmləri doktoru adına layiq görülmüşdür. Azərbaycan Dövlət Neft Akademiyasında (1989-1994), Azərbaycan Dövlət Pedaqoji Universitetində (1995-2004), Azərbaycan Müəllimlər İnstitutu Sumqayıt filialında (2004-2014) pedaqoji fəaliyyət göstərmişdir. 2018/2019-cu tədris ilində Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasında kafedra müdiri vəzifəsində çalışmışdır, hal-hazırda 0,5 ştat professor vəzifəsində çalışır.

Korporativ e-mail: a.memmedov@lsu.edu.az.

Məmmədov Zaur İbrahimxəlil oğlu .Tarix üzrə fəlsəfə doktoru, dosent.

Zaur İbrahimxəlil oğlu Məmmədov 9 noyabr 1982-ci il tarixində Lənkəran şəhərində anadan olub. Orta təhsilini 1988-1999-cu illərdə Lənkəran şəhər 7 saylı orta məktəbində alıb. 2000-2004-cü illərdə Lənkəran Dövlət Universitetində Tarix və ictimaiyyət ixtisası üzrə ali təhsilin bakalavriat, 2006-2008-ci illərdə isə Tarix ixtisası üzrə magistratura səviyyəsində təhsili alıb. 2008-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirərək elə həmin il doktoranturaya qəbul olunub. 26 sentyabr 2015-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əlaqələri (2003-2010-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edib. 2018-ci il ildən BDU-nun elmlər doktorluğu hazırlığı proqramının Beynəlxalq münasibətlər tarixi ixtisası üzrə dissertantı olmuş və “Azərbaycan Respublikasının YUNESKO ilə əməkdaşlığı” adlı doktorluq mözusu üzərində çalışır. İndiyə qədər 50- dən artıq elmi-metodik işi nəşr olunmuşdur. Əsasən Azərbaycanın beynəlxalq münasibətlər tarixini araşdırır. 01 dekabr 2015-ci ildən Lənkəran Dövlət Universitetində Elmi katib, 16 iyun 2016-cı ildən Elm və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 04 yanvar 2018-ci il tarixindən Universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 08 aprel 2022-ci ildən isə Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı vəzifələrində çalışmışdır. 10.05.2023-cü il tarixindən Lənkəran Dövlət Universitetinin rektorunun 1/49 nömrəli əmri ilə universitetin Beynəlxalq əlaqələr və layihələr üzrə, 07 sentyabr 2023-cü il tarixli 1/100 saylı əmri ilə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektorluğu vəzifəsini icra edir. 2025-ci ildən Tarix və onun tədrisi metodikası kafedrasında 0,5 dosent vəzifəsində çalışır.

İbadov Rakif Hüseyn oğlu. Tarix elmləri namizədi, dosent.

İbadov Rakif Hüseyn oğlu 1955-ci ildə Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1977-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin tarix ixtisasında təhsil almışdır. Universiteti bitirdikdən sonra Lənkəran rayon Nərimanabad qəsəbə və Boladı kənd məktəblərində müəllim və direktor müavini vəzifələrində çalışmışdır. 1994-cü ildən Lənkəran Dövlət Universitetində elmi və pedaqoji fəaliyyətini davam etdirərək kafedra müdiri, dekan, elmi katib, tərbiyəvi işlər üzrə prorektor vəzifələrində çalışmışdır. 2005-ci ildə tarix elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1 monoqrafiya, 1 fənn proqramı və 50-dən artıq elmi məqalə və tezisin müəllifidir,. Hazırda “H.Əliyev və Azərbaycan Respublikasının Cənub-Şərq bölgəsinin sosial- iqtisadi inkişafı”(1969-2003-cü illər) mövzusunda doktorluq işi üzərində işləyir. Tarix və onun tədrisi metodikası kafedrasının 1,0 ştat dosentidir.

Korporativ e-mail: r.ibadov@lsu.edu.az

Məlikov Emin Nazir oğlu. Tarix üzrə fəlsəfə doktoru, dosent.

Məlikov Emin Nazir oğlu 1996-cı ildə Lənkəran rayonunun Şağlaküçə kənd orta məktəbini bitirmiş, elə həmin il Lənkəran Dövlət Universitetinin tarix ixtisasına daxil olmuşdur. O, 2000-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2013-cü ildə “Azərbaycan Tarixi Muzeyini kolleksiyaları neft sənayesi tarixinin öyrənilməsi və təbliğində mənbə kimi” adlı disertassiya işini müdafiə etmişdir. 2017-ci il aprelin 1-də AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitunun elmlər doktoru üzrə dissertanturasına daxil olmuş, ona “Azərbaycan Respublikasının cənub-şərq bölgəsinin sosial-iqtisadi və mədəni inkişafı (2003-2018) adlı doktorluq disertassiyası mövzusu verilmişdir. 2017-2019-ci illlərdə AMEA-nın Rəyasət Heyyətini təsdiq etdiyi “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf tarixi, inkişaf prinsipləri və piroritetləri qeyri-səlis metodlarla öyrənilməsi” adlı layihə üzrə elmi-tədqiqat işləri aparmışdır. Təhsil Nazirliyinin müvafiq əmri ilə ona “Qabaqcıl təhsil işçi”si adı verilmişdir. 40-dan artıq məqalə və tezisin müəllifidir. 2019-cu ildən Tarix və onun tədrisi metodikası kafedrasında işləyir, kafedranın 1,0 ştat dosentidir.

Korporativ e-mail: e.melikov@lsu.edu.az

Cəfərov Mayis Vəliməmməd oğlu. Tarix üzrə fəlsəfə doktoru, dosent.

Cəfərov Mayis Vəliməmməd oğlu 1968-ci ilin may ayının 22-də Lənkəran rayonun Velədi kəndində anadan olmuşdur. 1991-1996-cı illərdə M.F.Axundov adına APİ-nun əyani şöbəsinin rus dili və ədəbiyyatı ixtisasını, 1993-1998-ci illərdə BDU-nun Tarix fakultəsinin qiyabi şöbəsində Tarixçi, tarix müəllimliyi ixtisası üzrə ali təhsil almışdır. Əmək fəaliyyətinə 1985-ci ildən başlayıb. 01.IX.1999-cu ildən Lənkəran Dövlət Universitetinin Tarix və fəlsəfə kafedrasında müəllim işləyir. 2016-cı ildən 2019-cu ilin sentyabrınadək AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Arxeologiya şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavininin əvəzi işləyib. 2016-cı ildə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Azərbaycan Respublikasının Cənub-Şərq regionunun numizmatik tapıntıları Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda dissertasiya işini müdafiə etmişdir. Hal-hazırda “Orta əsr zərbxana şəhərləri Azərbaycan tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda doktorluq dissertasiyası üzərində çalışır. Respublikada və xaricdə nəşr olunan müxtəlif elmi-nəzəri jurnallarda Azərbaycan tarixinin problemləri ilə bağlı 50 elmi məqaləsi və tezisi, 1 dərs vəsaiti çap olunmuşdur. Tarix və onun tədrisi metodikası kafedrasının 1,0 ştat dosentidir.

Korporativ e-mail: m.cafarov@lsu.edu.az

Kəlbiyev Həşim Adil oğlu. Baş müəllim

Həşim Adil oğlu Kəlbiyev 1957-ci il aprel ayının 18-də Lənkəran rayonunun Şilavar kəndində anadan olmuşdur. 1968-ci ildə Şilavar kənd ibtidai məktəbini, 1974-cü ildə Lənkəran şəhər 5 saylı orta məktəbi, 1983-cü ildə Azərbaycan Pedaqoji İnstitutunun Tarix fakültəsini bitirmişdir. Lənkəran şəhər məktəblərində müəllim və direktor müavini işləmişdir. 1992-ci ilin fevralından Lənkəran Dövlət Universitetində çalışır. Dövrü mətbuatda, elmi jurnallarda 50-dən artıq məqalələri çap olunmuşdur. 6 kitabın müəllifidir. Hal-hazırda “Azərbaycan Respublikası Cənub-Şərq bölgəsi əhalisinin qədim və ilkin orta əsrlər tarixi” monoqrafiyası üzərində işləyir. Tarix və onun tədrisi metodikası kafedrasının 1,0 ştat baş müəllimidir..

Korporativ e-mail: h.kelbiyev@lsu.edu.az

Məmmədov Eldar Əsəd oğlu. Baş müəllim.

Eldar Əsəd oğlu Məmmədov 1959-cu il iyulun 9-da Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1976-cı ildə Lənkəran şəhər 4 saylı məktəbin rus bölməsini bitirmişdir. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuşdur. Universiteti bitirdikdən sonra Lənkəran şəhər 7 saylı və 4 saylı orta məktəblərdə müəllim işləmişdir. 1997-ci ildən Lənkəran Dövlət Universitetinin Humanitar fakültəsinin Tarix və fəlsəfə kafedrasında müəllim və baş müəllim kimi fəaliyyət göstərmişdir. 1 monoqrafiyanın, 8 elmi məqalənin müəllifidir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının 1,0 ştat baş müəllimidir.

Korporativ e-mail: e.memmedov@lsu.edu.az

Sevdimova Məlahət Miriş qızı. Baş müəllim.

Sevdimova Məlahət Miriş qızı 1980-cı ildə Lənkəran şəhərində anadan olub. 1998-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbini, 2004-cü ildə Lənkəran Dövlət Universitetinin bakalavr səviyyəsinin Tarix və içtimaiyyat ixtisasını, 2007-ci ildə universitetin magistratura səviyyəsi üzrə Yeni və ən yeni dövr Azərbaycan tarixi ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə univerisitetin Vətən tarixi (5503.02) ixtisası üzrə doktorantura səviyyəsinə qəbul olunmuşdur. İxtisas sahəsi ilə bağlı elmi məqalə və tezislərin müəllifidir. 2001-ci ildən Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmışdır. 2017-ci ildən universitetin Elm şöbəsində Magistratura və doktorantura bölməsinin rəhbəri və Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində Tədrisin təşkili və əlavə təhsil bölməsinin rəhbəri vəzifələrində çalışmışdır. 2019-cu ildə Tarix və onun tədrisi metodikası kafedrasına müəllim təyin olunmuşdur. Səmərəli fəaliyyətinə görə müxtəlif illərdə bir neçə dəfə Fəxri Fərmanla təltif olunmuşdur. Eyni zamanda 2020-ci ildən 2025-ci ilə kimi Tarix-coğrafiya və incəsənət fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini vəzifəsində çalışmışdır. 9 elmi məqalə və tezisin müəllifidir. Hal-hazırda Tarix və onun tədrisi metodikası kafedrasının 1,0 ştat baş müəllimidir.

Korporativ e-mail: m.sevdimova@lsu.edu.az

Əbilova Nəzakət Səfər qızı. Müəllim.

Əbilova Nəzakət Səfər qızı 1978-ci il mart ayının 12-də Lənkəran şəhərində anadan olub, 1995- ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbini, 2000-ci Lənkəran Dövlət Universitetinin bakalavr səviyyəsinin Tarix və içtimaiyyat ixtisasını, 2002-ci ildə universitetin magistratura səviyyəsi üzrə Azərbaycanın qədim və orta əsrlər tarixi ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 2000-ci ildə şəhər 3 saylı orta məktəbində tarix müəllimliyi ilə başlamış, müəllim kimi fəaliyyət göstərdiyi zaman bir neçə layihələrin iştirakçısı olmuşdur. 2005-ci ildən Lənkəran Dövlət Universitetində ümumi şöbənin inspektoru, tədris hissəsinin inspektoru, ümumi şöbənin müdiri, H.Əliyev idarəçilik məktəbinin direktoru, distant təhsil mərkəzinin baş laborantı, Əlavə Təhsil fakültəsinin tyutoru kimi müxtəlif vəzifələrdə çalışmışdır. 2018-cü ildə univerisitetin Vətən tarixi (5503.02) ixtisası üzrə doktorantura səviyyəsinə qəbul olunmuşdur. Tədqiq etdiyi mövzu ilə bağlı məqalə və tezislərin müəllifidir. 2016-cı ildən universitetin Tarix və onun tədrisi metodikası kafedrasının baş laborantı vəzifəsində çalışmış, 2021-ci ildən Tarix və onun tədrisi metodikası kafedrasına müəllim təyin olunmuşdur. 8 elmi məqalə və tezisin müəllifidir. Hal-hazırda Tarix və onun tədrisi metodikası kafedrasının 1,0 ştat müəllimidir.

Korporativ e-mail: n.ebilova@lsu.edu.az

İsmayılov Azad Qasım oğlu. Müəllim.

İsmayılov Azad Qasım oğlu 1971-cı ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur. 1986-cı ildə Tütəpeştə kənd səkkizillik, 1988-ci ildə Xolmili kənd tam orta məktəbini bitirmişdir. 1994-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Sənaye və mülki tikinti ixtisası üzrə tam kursu, 2000-ci ildə Lənkəran Dövlət Universitetinin bakalavr səviyyəsinin Tarix ixtisasını, 2007-ci ildə Sumqayıt Dövlət Universitetinin Tarix Ali-peşə istiqamətinin Azərbaycanın yeni və ən yeni tarixi ixtisaslaşması üzrə tam kursu bitirərək magistr dərəcəsi almışdır. 1995-1997-ci illərdə Lənkəran Dövlət Universitetində mühəndis və ümumi şöbənin müdiri vəzifələrində, 1998-2021-ci illərdə şəhərin 10 saylı tam orta ümumtəhsil məktəbində tarix müəllimi işləmişdir. 4 tezisin müəllifidir. 2021-ci ilin sentyabrından Tarix və onun tədrisi metodikası kafedrasında 1,0 ştat müəllimidir.

Korporativ e-mail: azad.ismailova@lsu.edu.az

İbrahimov Aslan Mikayıl oğlu. Baş müəllim.

İbrahimov Aslan Mikayıl oğlu 13 dekabr 1956-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. 1963-1973-cü iliər Lənkəran şəhər 5 nömrəli orta məktəbi bitirmişdir. 1974- il tarixdə APİ-nin tarix-ictimaiyyat fakultəsinə qəbul olmuş və 1978-ci ildə bitirmişdir. 1978-ci il tarixdən 1979-cu il tarixinə kimi Lənkəran şəhər 3 nömrəli məktəbində ixtisası üzrə müəllim işləmiş və 1979-1980-cı illərdə ordu sıralarında xidmət etmişdir. 1980-cı ilin dekabrından 1984-ci il tarixinə kimi Lənkəran şəhər 9 nömrəli tam orta məktəbində tarix-ictimaiyyat müəllimi işləmişdir. Avqust 1984-cü il tarixindən noyabr 2017-ci il tarixinədək Lənkəran şəhər 8 nömrəli tam orta məktəbində direktor vəzifəsində işləmişdir. 2017-ci il noyabrdan 2020-ci ilin mart ayına kimi Lənkəran şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsində işləmişdir. Respublikanın Qabaqcıl Təhsil işçisidir. 2021-ci ilin sentyabrından Tarix və onun tədrisi metodikası kafedrasında çalışır. Hal-hazırda Tarix və onun tədrisi metodikası kafedrasının 1,0 ştat baş müəllimidir.

Korporativ e-mail: a.ibrahimova@lsu.edu.az

Nəsirli Vüsal İbrahim oğlu. Baş müəllim.

Nəsirli Vüsal İbrahim oğlu 27 iyul 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999-cu ildə M.Bağırov adına Lənkəran şəhər 1 nömrəli tam orta məktəbi bitirmişdir. 2003-cü ildə Lənkəran Dövlət Universitetinin Tarix-ictimaiyyət ixtisasını bakalavr səviyyəsi üzrə fərqlənmə diplomu ilə, 2005-ci ildə Azərbaycanın yeni və ən yeni tarixi ixtisaslaşması üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. 2007-2010-cu illərdə Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin tarix və mədəniyyət abidələrinin mühafizəsi sektorunun müdiri, 2010-2012-ci illərdə Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəis müavini, 2012-2013-cü illərdə Lənkəran şəhər İcra Hakimiyyəti Başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri, 2015-2017-ci illərdə Lənkəran şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri, 2017-2021-ci illərdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi vəzifələrində çalışmışdır. 2018-ci ildə ona “Dövlət qulluğunun kiçik müşaviri” ixtisas dərəcəsi verilmişdir. 2016-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisaslaşmasının Regional idarəetmə ixtisası üzrə magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aspirantı olmuşdur. Hazırda “Avropa İttifaqının Yeni Qonşuluq Siyasəti və Cənubi Qafqaz” adlı elmi iş üzərində işləyir. 2022-ci ilin sentyabrından Tarix və onun tədrisi metodikası kafedrasında çalışır. 3 elmi məqalə və tezisin müəllifidir. Hal-hazırda Tarix və onun tədrisi metodikası kafedrasının 1,0 ştat baş müəllimidir.

Korporativ e-mail: v.nesirli@lsu.edu.az

Məcidova Leyla Qadir qızı. Tarix üzrə fəlsəfə doktoru, dosent

Məcidova Leyla Qadir qızı 08.08.1976-cı ildə Lənkəran rayonunun Səpnəkəran kəndində anadan olmuşdur. 1993-cü ildə Lənkəran rayonu Şürük kənd orta məktəbini bitirmişdir. 1995-ci ildə Lənkəran Dövlət Universitetinin Tarix ixtisasına qəbul olmuş, qiyabi şöbədə təhsil almaqla bərabər 02.X.1995-ci ildə Ümumi dilçilik və xarici dillər kafedrasında laborant vəzifəsində, 25.XII.1997-ci ildən isə Azərbaycan və ümumi tarix kafedrasında laborant vəzifəsində çalışmışdır. 2000-ci ildən 2002-ci ilədək LDU-nun Magistratura pilləsində Yeni və ən yeni tarix ixtisası üzrə əyani təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir. 10.VIII.2002-ci il tarixində LDU-nun tarix kafedrasına müəllim vəzifəsinə təyin olunmuşdur. “XIX əsrin sonu XX əsrin əvvəlləri Lənkəran qəzasının sosial iqtisadi vəziyyəti” mövzusunda vətən tarixi ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. 1 monoqrafiyanın, 40-dan artıq tezis və məqalənin müəllifidir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır.

Korporativ e-mail: leyla.mecidova@lsu.edu.az

Bayramov Müşfiq Cabir oğlu. Tarix üzrə fəlsəfə doktoru, dosent

Bayramov Müşfiq Cabir oğlu 1976-cı ildə anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr səviyyəsini, 2006-cı ildə isə Arxeologiya və etnoqrafiya ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ildə “Azərbaycanın orta əsr kənd tipli yaşayış yerləri (IX-XIII əsrin əvvəlləri)” mövzusunda dissertasiya işini müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2019-cü il ildə Bakı Dövlət Universitetinin elmlər doktoru üzrə doktoranturasına daxil olmuş, ona “Səlcuq dövlətinin tarixşünaslığı” adlı doktorluq disertassiyası verilmişdir. 2008-ci ildən Lənkəran Dövlət Universitetində baş laborant, tyutor, tədris hissəsinin inspektoru, rektor köməkçisi, elmi katib vəzifələrində çalışmışdır. 2018-2020-cı illərdə Humanitar fakültənin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2020-2024-cü illərdə Tarix-coğrafiya və incəsənət fakültəsinin tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. Kafedrada Böyük Səlcuq dövlətinin tarixşünaslığı üzrə elmi-tədqiqat işi aparır. 2 dərs vəsaiti, 6 tədris proqramı, 60-dan artıq elmi məqalə və tezisin müəllifidir. Hal-hazırda Tarix və onun tədrisi metodikası kafedrasının dosentidir.

Korporativ e-mail: mushfiq.bayramov@lsu.edu.az

İmanlı Asif Abdulağa oğlu. Tarix üzrə fəlsəfə doktoru, dosent

İmanlı Asif Abdulağa oğlu 24 iyul 1974-cü il tarixində Lənkəran rayonunun Avrora qəsəbəsində anadan olmuşdur.1991-ci ildə Avrora qəsəbə orta məktəbini bitirmiş, 1993-cü ildə Lənkəran Dövlət Universitetinə daxil olub, 1997-ci ildə oranı bitirib. 1997-1999-cu illərdə LDU-nin magistraturasınada təhsil almışdır. 1997-1999-cu və 2000-2006-cı illərdə Lənkəran rayonu Xanbulan kənd tam orta məktəbində tarix müəllimi, 2006-cı ilin sentyabr ayından 2008-ci ilin aprelinədək həmin məktəbdə tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmiş, 2008-ci ilin aprel ayından 2013-cü ilin may ayınadək Lənkəran rayonu Parakənd kənd tam orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərmiş, 2013-2015-ci illərdə Lənkəran Dövlət Humanitar Kollecində, 2015-2016-cı illərdə isə Lənkəran şəhər 6 saylı liseyində tarix müəllimi vəzifəsində çalışmışdır. 2016-cı il tarixindən Lənkəran Dovlət Universitetində tarix müəllimi vəzifəsində işləyir. 1 monoqrafiya, 2 proqram, 20-dən artıq elmi məqalə və tezisin müəllifidir. Hal-hazırda Tarix və onun tədrisi metodikası kafedrasının 1.0 ştat dosentidir.

Korporativ e-mail: a.imanli@lsu.edu.az

Bağırov Güloğlan Baloğlan oğlu. Baş müəllim

Bağırov Güloğlan Baloğlan oğlu 23 dekabr 1954-cü ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur. 1961-1971- ci illərdə Xolmili kənd orta məktəbində təhsil almışdır. 1975-ci ildə ADPU–nun tarix fakültəsini bitirmişdir. 1975-1986-cı illərdə Lənkəran rayonun Siyavar kənd orta məktəbində müəllim, direktor müavini, 1986-1989-cu illərdə rayon təhsil şöbəsində metodist, metodkabinet müdiri, 1989-1991-ci illərdə Xolmili kənd orta məktəbinin direktoru, 1991-1999-cu illərdə təhsil şöbəsində metodmərkəzin direktoru,1999-2008-ci illərdə məktəb inspektoru, 2008-2021-ci illərdə Təhsil şöbəsi müdirinin müavini vəzifəsində çalışmışdır. 2024-cü ildən tarix və onun tədrisi metodikası kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır.

Korporativ e-mail: guloqlan@lsu.edu.az

Sadıxova Reyhanə Rəfail qızı. Müəllim.

Sadıxova Reyhanə Rəfail qızı 01 yanvar 1976-cı ildə Lənkəran şəhərində anadan olmuşdur.1983-1993-cü illərdə Lənkəran şəhər 3 saylı tam orta məktəbində və 1995-1999-ci illərdə Lənkəran Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı ixtisası üzrə Magistratura şöbəsinə daxil omuş və 2001-ci ildə əla qiymətlərlə bitirmişdir. 2001-ci ildən Lənkəran 1 saylı tam orta məktəbində dil-ədəbiyyat müəllimi kimi fəaliyyətə başlamışdır. 2002-ci ildən Darquba kənd tam orta məktəbində müəllim və 2014-cü ildən Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin direktoru vəzifəsində çalışmışdır. 2016-cı ildən hal-hazıra kimi Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin direktorudur. 2019-cu ildən AMEA Məhəmməd Füzuli adına İnstitunun dissertantıdır. ”Azərbaycanın Cənub bölgəsinin mədəni-mənəvi inkişafında dövlətçilik ənənələri” (1969-2019) mövzusunda elmi iş üzərində çalışırır. 10 elmi məqalə və tezisin müəllifidir. Hal-hazırda Tarix və onun tədrisi metodikası kafedrasında 0,5 ştat müəllimidir.

Korporativ e-mail: r.sadixova@lsu.edu.az

Əlizadə Gözəl Hikmət qızı. Müəllim.

Əlizadə Gözəl Hikmət qızı 06 iyun 1997-cı ildə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsində anadan olmuşdur. 2004-2015-ci illərdə Lənkəran rayonu Aşağı Nüvədi qəsəbəsi tam orta məktəbində və 2015-2020-ci illərdə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsində ali təhsil almışdır. 2020-ci ildə Lənkəran Dövlət Universitetinin Tarixin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistratura şöbəsinə daxil omuş və 2022-ci ildə əla qiymətlərlə bitirmişdir. 2021-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzində elmi işçi kimi fəaliyyət göstərir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasının 0,5 ştat müəllimidir.

Korporativ e-mail:: gozel@lsu.edu.az

Pənahov Anar Elman oğlu. Müəllim.

Pənahov Anar Elman oğlu 05 iyul 1980-cı ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakultəsini, 2002-ci ildə həmin universitetin hüquq fakultəsinin magistratura şöbəsini bitirmişdir. 1999-cu ildən 2007-ci ilədək Bakı şəhəri Əzizbəyov Rayon Məhkəməsində mütəxəssis və Böyük məsləhətçi, 2007-ci ildən 2011-ci ilədək Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində Böyük məsləhətçi, 2011-ci ildən 2020-ci ilədək Bakı şəhəri Xəzər Rayon Məhkəməsində Böyük məsləhətçi, 2022-ci ildən 2023-cü ilədək Bakı şəhəri Xəzər Rayon Məhkəməsində Böyük məsləhətçi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 12.01.2023-cü il tarixli, 3714 saylı Sərəncamı ilə Lənkəran Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir və hal-hazıradək həmin vəzifədə işləyir. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Siyasi və Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olmuşdur. Hazırda “Məhkəmə iclası və onun aktual problemləri” adlı elmi iş üzərində işləyir. 25-dən artıq elmi məqalə və tezisin müəllifidir. 2025-ci ilin sentyabrından LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının 0,25 ştat müəllimidir.

Korporativ e-mail: emin.feteliyev@lsu.edu.az

Fətəliyev Emin Hacıkişi oğlu. Müəllim.

Fətəliyev Emin Hacıkişi oğlu 1981-ci ildə Astara rayonunun Siyaku kəndində anadan olmuşdur. 2007-ci ildə Lənkəran Dövlət Universitetnin Tarix və ictimaiyyət ixtisasını, 2011-ci ildə Gəncə Dövlət Universitetinin Azərbaycanın yeni və ən yeni tarixi ixtisaslaşmasını bitirmişdir. 2023-cü ildən Azərbaycam Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunda doktorantura təhsili alır. 2003-cü ilin 2014-cü iliədək Astara rayonu Şağlazüzə kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi, 2014-cü ildən 2016-cı ilin sentyabrınadək Astara Rayon İcra Hakimiyyəti yanında “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə məsul katib” – baş məsləhətçi, 2016-cı ilin sentyabrından 2020-ci ilin sentyabrın 1-dək Astara rayon Təhsil Şöbəsində metodkabinetin direktoru vəzifələrində çalışmışdır. 2020-ci ilin sentyabrından 2024-cü ilin dekabrınadək Astara rayonu Şağlazüzə kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışmışdır. Hazırda Astara rayonu Şağlazüzə kənd tam orta ümumtəhsil məktəbində tarix müəllimi işləyir. 2025-ci ilin sentyabrından LDU-nun Tarix və onun tədrisi metodikası kafedrasının saathesbı müəllimidir.

Korporativ e-mail: anar.penahov@lsu.edu.az

Səmədzadə Fizuli Əlirza oğlu. Müəllim.

Səmədzadə Fizuli Əlirza oğlu 30 avqust 1997-ci il tarixdə Lənkəran rayonunda anadan olmuşdur. 2014-cü ildə orta məktəbi bitirdikdən sonra Belarus Dövlət Univeristetinin Hüquq fakültəsinə qəbul olunmuş, 2018-ci ildə Hüquqşünaslıq ixtisasını bakalavr pilləsi üzrə bitirmişdir. 2019-2021-ci illərdə Kutafin adına Moskva Dövlət Hüquq Akademiyasında Hüquqşünaslıq ixtisaslaşması üzrə magistr təhsili almışdır. 01 sentyabr 2023-cü il tarixdən Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir. III dərəcəli dövlət qulluqçusudur. 2025/2026-cı tədris ilində Lənkəran Dövlət Universitetinin Tarix və onun tədrisi metodikası kafedrasında saathesabı müəllim vəzifəsində çalışır.

Korporativ e-mail: fizuli.semedzade@lsu.edu.az

Sadıqzadə Nərgiz Kamran qızı. Laborant.

Sadıqzadə Nərgiz Kamran qızı 5 mart 2006-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2023-cü ildə Lənkəran şəhər 6 saylı məktəb-liseyini bitirmişdir. 2023-cü ildə Lənkəran Dövlət Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə qiyabi bakalavr təhsili alır. Hal-hazırda Lənkəran Dövlət Universitetinin Tarix və onu tədrisi metodikası kafedrasında laborant vəzifəsində çalışır.

Elektron ünvan: LDU Tarix və onun tədrisi metodikası kafedrası tarix_kafedra@lsu.edu.az

Kafedra haqqında məlumatları dos. Mahmudov Kamal təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd