Baytarlıq fakültəsi

Baytarlıq fakültəsi Lənkəran Dövlət Universitetinin 05.12.2023 - cü il tarixli 1/182 saylı əmri ilə yaradılmışdır. Fakültədə 187 tələbə təhsil alır.

Fakültədə heyvan anatomiyası və zoogigiyena, baytar-sanitar ekspertizası, mamalıq, süni mayalanma istiqamətləri üzrə tədqiqatlar aparılır.

Baytarlıq fakültəsində mütəxəssis hazırlığı aşağıdakı istiqamətlər üzrə aparılır:

Bakalavriat səviyyəsi:

6007004- Baytarlıq təbabəti

6007010- Zoomühəndislik

Magistratura səviyyəsi üzrə:

7007004- Baytarlıq təbabəti ixtisası üzrə ixtisaslaşmalar

-Mamalıq, ginekologiya və süni mayalanma

-Baytar-sanitariya ekspertizası

Baytarlıq fakültəsində 1 kafedra fəaliyyət göstərir:

Baytarlıq və zoomühəndislik elmləri kafedrası

Fakültə dekanı haqqında.

Baytarlıq fakültəsinin dekanı vəzifəsini icra edən dosent Zaur İbrahimxəlil oğlu Məmmədovdur.

Fakültənin əməkdaşları :

Sosial məsələlər üzrə dekan müavini: b/m Hüseynov Tahir Talıb oğlu

1967-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuşdur.

1983-1986-cı illərdə Lənkəran rayon 113 saylı peşə məktəbinin Baytarlıq şöbəsini bitirmiş, baytar-sanitarı ixtisasına yiyələnmişdir.

1988-1994-cü illərdə Gəncə şəhəri S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq təbabəti fakültəsinin Baytar həkim ixtisasını bitirmişdir. 1994-96-cı illərdə Lənkəran rayonu Füzuli adına sovxozun baş baytar həkimi işləmiş, 1996—97-ci illərdə Kemerovski vilayətində UN-16/12/2 baş həkim işləmişdir. 1997-ci ildə Kemerovski vilayətindən köçürmə yolu ilə Stepnoy-2 Novo-İvanovka kaloniyasına köçürülmüş, 1997-ci ildə T.O.O. Blaqoveşenski qəsəbəsində baytar-həkim işləmişdir. 1999-cu ildə Lənkəran Baytarlıq idarəsinin Separadi baytarlıq sahəsinin baş baytar-həkimi vəzifəsində işləmişdir. 2003-cü ildə Dövlət Baytarlıq Təchizatı Birliyi Lənkəran rayonunda 66 saylı baytarlıq aptekində müdir vəzifəsində, 2005-ci ildə Lənkəran Baytarlıq İdarəsinin 9 saylı Gəgiran baytarlıq sahəsinə baytar-həkimi vəzifəsinə təyin olunmuşdur. 2017-ci il tarixdən hal-hazıra kimi LDU-nun Baytarlıq və aqrar fənlər kafedrasında müəllim vəzifəsində çalşmağa başlamışdır. 2019-cu il tarixdən Lənkəran Dövlət Universitetinin Baytarlıq və zoomühəndislik elmləri kafedrasının doktorantıdır. Mövzu: “Respublikanın Cənub bölgəsində iri buynuzlu heyvanların nekrobakteriozu və ona qarşı mübarizə tədbirləri”. Lənkəran Dövlət Universitetində Baytarlıq və zoomühəndislik kafedrasında 1,0 ştat baş müəllim, 2025-ci ilin oktyabr ayından Baytarlıq fakültəsinin dekan müavini vəzifəsində çalışır.

Operator-kargüzar: Paşazadə Arzu Mədət qızı

8 mart 2002-ci ildə Lənkəran rayonun Kərgəlan kəndində anadan olmuşdur. 2019-cu ildə Lənkəran rayonu, H.Səfərov adına Kərgəlan kənd tam orta məktəbini bitirmiş, elə həmin il Lənkəran Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasına daxil olmuşdur. 2023-cü ildə həmin ixtisas üzrə bakalavr səviyyəsini bitirmişdir. 2023-cü il sentyabr ayından Lənkəran Dövlət Universitetinin Biologiya və ekologiya kafedrasında laborant vəzifəsində çalışmışdır. 2025-ci il iyun ayından Lənkəran Dövlət Universitetinin Baytarlıq fakültəsində operator-kargüzar vəzifəsində çalışır.

Fakültənin ünvanı: Lənkəran şəhəri Füzuli küçəsi – 70, 1 saylı tədris korpusu..

Elektron ünvanı: baytarliq@lsu.edu.az


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd