Əsası 1992-ci ildə qoyulan Pedaqogika və psixologiya kafedrasına 1997-ci ilədək ped.e.d., professor Rəfiqə Mustafayeva, 1997-2006-cı illərdə ped.e.d., professor Əjdər Ağayev rəhbərlik etmişlər. Kafedranın təşəkkülü və inkişafında, elmi potensialının formalaşmasında onların xidmətləri əvəzsizdir.
2006-cı ildən pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əliyev Afiq Xanoğlan oğlu kafedra müdiri vəzifəsini icra etmiş, 2017-ci il sentyabr ayından müsabiqə yolu ilə kafedra müdiri vəzifəsinə təyin olunmuşdur.
Kafedra 2011-ci ildə Fiziki tərbiyə və mülki müdafiə kafedrası ilə birləşdirilərək 2014-cü ilədək Pedaqogika-psixologiya və fiziki tərbiyə kafedrası adı altında fəaliyyət göstərmişdir. 2014-cü ildə yenidən Pedaqogika və psixologiya kafedrası adlanan kafedra 2016-cı ildən Humanitar fənlər kafedrası adlandırılmışdır. 2020-ci ildən etibarən Pedaqogika, psixologiya və incəsənət fənləri, sonradan Pedaqogika, psixologiya və incəsənət kafedrası adı altında fəaliyyət göstərir.
Kafedranın fəaliyyəti dövründə professorlar – Rəfiqə Mustafayeva, Əjdər Ağayev, Kərim Kərimov, Hikmət Əlizadə, Səməd Qasımov, İsfəndiyar Novruzlu, Ramiz Zöhrabov, Ləman Atakişiyevanın, Vidadi Orucovun; dosentlər – Vidadi Bəşirov, Mehman Abduləzizov, Şikar Hüseynov, Sevda Tağıyeva, Tariyel Məmmədov, Rəsul Abdulov, Yusif Həbibov və digər əməkdaşların Lənkəran Dövlət Universitetində yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur.
Hal-hazırda Pedaqogika, psixologiya və incəsənət fənləri kafedrasında 29 əməkdaş çalışır. Onlardan 2 nəfəri elmlər doktoru, professor; 7 nəfəri fəlsəfə doktoru, dosent, 9 nəfəri baş müəllim, 11 nəfəri isə müəllimdir. Kafedranın əməkdaşları elmi-pedaqoji kadr hazırlığında fəal iştirak edirlər. Elmi-tədqiqat planına əsasən kafedrada Pedaqogika, Psixologiya və Mədəniyyətşünaslıq istiqamətində “Təhsilin və pedaqogikanın ümumi məsələləri”, “Psixologiyanın ümumi məsələləri” və “Etnomədəni əlaqələrin elmi-nəzəri məsələləri” mövzuları üzrə sistemli elmi-tədqiqat işləri aparılır.
Kafedranın fəaliyyəti dövründə əməkdaşlar tərəfindən 15 monoqrafiya, 8 dərslik, 25 dərs vəsaiti, 13 metodik vəsait, çoxlu sayda proqram, elmi məqalə və tezislər çap olunmuşdur. Kafedrada tədris olunan fənlər üzrə proqramlar təhsilin məzmununa uyğun olaraq müasir dövrün tələbləri səviyyəsində yeniləşdirilmişdir.
Kafedra üzrə bakalavriat səviyyəsi üzrə –Təhsildə sosial-psixoloji xidmət, Psixologiya, Təsviri incəsənət müəllimliyi, Musiqi müəllimliyi və Sosial iş ixtisasları;
Magistratura səviyyəsi üzrə – Təhsilin nəzəriyyəsi və tarixi, Təhsildə monitorinq və qiymətləndirmə; Pedaqogika nəzəriyyəsi və tarixi; Təsviri sənətin tədrisi; Təsviri incəsənət fənninin tədrisi metodikası və metodologiyası; Musiqi fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşmaları;
Doktorantura səviyyəsi üzrə – Təhsilin təşkili və planlaşdırılması, Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası və Ümumi psixologiya ixtisasları üzrə kadr hazırlığı işləri aparılır. Kafedranın əməkdaşları elmi-pedaqoji kadr hazırlığında fəal iştirak edirlər.
Kafedranın fəaliyyəti müddətində 100-dək magistr dissertasiya işləri yerinə yetirilmiş və müdafiə olunmuş, 3 nəfər fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
Hazırda kafedrada magistratura səviyyəsi üzrə I tədris ilində 21 nəfər, II tədris ilində 19 nəfər magistr dissertasiya işlərinə, 3 nəfər doktoranta elmi rəhbərlik işləri həyata keçirilir. Kafedra əməkdaşlarından 1 nəfər – dosent Afiq Əliyev elmlər doktoru proqramı üzrə elmi fəaliyyətini davam etdirir.
Kafedranın BDU, ADPU, ADU, ADMİU, SDU, GDU, UNEC, BQU və respublikamızın digər ali məktəbləri ilə tədris-pedaqoji və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq əlaqələri vardır.
Kafedra üzrə ixtisasların (ixtisaslaşmaların) siyahısı
Bakalavriat səviyyəsi üzrə:
050118 - Təhsildə sosial-psixoloji xidmət
050211 - Psixologiya
050113 - Musiqi müəllimliyi
050119 - Təsviri incəsənət müəllimliyi
050813 – Sosial iş
Magistratura səviyyəsi üzrə:
7001001-Təhsilin nəzəriyyəsi və tarixi
7001001- Təhsildə monitorinq və qiymətləndirmə
7001001-Təsviri sənətin tədrisi
060119-Pedaqogika nəzəriyyəsi və tarixi
060108-Musiqi fənninin tədrisi metodikası və metodologiyası
Doktorantura səviyyəsi üzrə:
5801.01-Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası
5802.01-Təhsilin təşkili və planlaşdırılması
6107.01-Ümumi psixologiya
Əsas dərslərin siyahısı
Bakalavriat səviyyəsi üzrə:
1. Pedaqogika
2. Sosial pedaqogika
3. Psixopedaqogika
4. Psixologiya
5. Ümumi psixologiya
6. Ümumi psixopatologiyası
7. Sosial psixologiya
8. Uşaq psixologiyası
9. Uşaq psixopatologiyası
10. Ailə psixologiyası
11. Ailə və gender psixologiyası
12. Şəxsiyyət və fəaliyyət psixologiyası
13. Ümumpsixoloji praktikum
14. İnkişaf və yaş psixologiyası
15. Pedaqoji psixologiya
16. Psixofiziologiya
17. Klinik psixologiya
18. İdarəetmə psixologiyası
19. Psixologiyanın əsasları
20. Psixodiaqnostika və psixokonsultasiya
21. Psixoanaliz
22. Eksperimental psixologiya
23. Psixologiyanın tədrisi metodikası
24. Təhsildə sosial-psixoloji xidmət və psixoloji praktikum
25. Psixi sağlamlıq
26. Fərdlər, qruplar və ailələrlə sosial iş
27. Sosial işə giriş
28. Sosial işdə idarəetmə
29. Sosial statistika
30. Sosial işin nəzəriyyəsi və təcrübəsi
31. Sosial işdə tədqiqat metodları
32. Sosial iş təcrübəsində etik prinsiplər
33. Sosial proqramlar və xidmətlər
34. Sosial siyasət
35. Mədəniyyətşünaslıq
36. Rəsm
37. Təsviri sənət tarixi
38. Rəngkarlıq
39. Heykəltaraşlıq
40. Perspektiva
41. Dekorativ tətbiqi sənət
42. Azərbaycan incəsənəti
43. Kompozisiyanın əsasları
44. Təsviri incəsənətin tədrisi metodikası
45. İbtidai siniflərdə təsviri incəsənət və onun tədrisi metodikası
46. Məktəbəqədər təhsil müəssisələrində təsviri fəaliyyət və onun tədrisi metodikası
47. İbtidai siniflərdə musiqi və onun tədrisi metodikası
48. Məktəbəqədər təhsil muəssisələrində musiqi və onun tədrisi metodikası
49. Əsas musiqi aləti
50. Xor sinfi
51. Solfecio
52. Musiqi nəzəriyyəsi
53. Musiqi fənninin tədrisi metodikası
54. Azərbaycan musiqi tarixi
55. Xarici musiqi tarixi
56. Dirijorluq
57. S/f Əlavə musiqi aləti (fortepiano)
58. S/f Fortepiano ifaçılığının tarixi
59. S/f.Məktəbdə sosial-peadaqoji işin əsasları
60. S/f. Ümumtəhsil kurikulumunun əsasları
61. S/f. Defektologiya və loqopediyanın əsasları
62. S/f. Psixoloji maarifləndirmə və psixoprofilaktika
63. S/f. Etnopsixologiya
64. S/f. Şəxsiyyət psixologiyası
65. S/f. Yaş və pedaqoji psixologiya
66. S/f. Psixologiya tarixi
67. S/f. Natamam ailələrlə sosial iş
68. S/f. Uşaq və yeniyetmələrdə sosial iş
69. S/f. Təşkilatlarla sosial iş
70. S/f. Fərdlər, qruplar və ailələrlə sosial iş təcrübəsi
71. S/f. İstedadlı uşaqlarla sosial iş
72. S/f. Sosial iş və gender
73. S/f. Azərbaycan miniatürləri
74. S/f Təsviri incəsənət tarixi
75. S/f. Dizayn
76. S/f.Qrafik əsərlərin tədrisi metodikası
77. S/f. Dekorativ rəngkarlıq
78. S/f. Musiqi ədəbiyyatının tədrisi metodikası
79. S/f. Vokal və onun tədrisi metodikası
80. S/f.Məktəb mahnı repertuarı
81. S/f Orta əsr musiqi alətləri
82. S/f. Əsəri üzdən (notdan) ifa
83. S/f. Azərbaycan xalq musiqi yaradıcılığı və onun tədrisi
84. S/f. Multikulturalizmə giriş
85. S/f.Mədəniyyətşünaslıq
Magistratura səviyyəsi üzrə:
1. Təhsil psixologiyası
2. Təhsil siyasəti və strategiyaları
3. Pedaqogikanın tarixi və metodologiyası
4. Qiymətləndirmə və monitorinq
5. Pedaqogikanın müasir problemləri
6. Ümumtəhsil sistemində yeni qiymətləndirmə mexanizmləri
7. Məktəbdaxili qiymətləndirmə
8. Təhsil sisteminin idarə olunması
9. İbtidai təhsil pedaqogikasının tarixi
10. İbtidai təhsil pedaqogikasının müasir problemləri
11. S/f. Sosial pedaqogika
12. Muğam dəstgahı Azərbaycan mədəniyyətinin kontekstində
13. Musiqi fənlərinin tədrisi metodikasının müasir problemləri
14. Musiqi sahəsində tədqiqatların metod və metodologiyası
15. Musiqinin tədrisində yeni texnologiyaların tətbiqi
16. Musiqi müəllimi hazırlığının əsasları
17. Təsviri sənətin müasir problemləri
18. Qrafiki fəaliyyət
19. Azərbaycan miniatür sənətinin tarixi
Kafedra müdiri haqqında.
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Əliyev Afiq Xanoğlan oğlu 1958-ci ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnistitutunun (Bədən Tərbiyə və İdman Akademiyası) Pedaqoji fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1991–1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun dissertantı olmuşdur. 1996-cı ildə “Yuxarı sinif şagirdlərində vətəndaşlıq ləyaqəti tərbiyəsi üzrə işin təşkili yolları” mövzusunda dissertasiya işini müdafiə edərək “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisası üzrə pedaqoji elmlər namizədi alimlik dərəcəsinə, 2006-cı ildə dosent elmi adına layiq görülmüşdür.
Dos.A.X.Əliyev müxtəlif illərdə Füzuli rayonunda kənd orta məktəbində sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçı müavin, təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində, M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda pedaqogika müəllimi işləmişdir. Eyni zamanda 1997-ci ildən Lənkəran Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasında Pedaqogika üzrə baş müəllim və kafedra müdirinin köməkçisi kimi fəaliyyət göstərmişdir.
Dos. A.X.Əliyev 2006-cı il oktyabr ayından Pedaqogika və psixologiya kafedrasının, 2016-cı il sentyabr ayından etibarən Humanitar fənlər kafedrasının müdiri vəzifəsini icra etmiş, 2016-ci il sentyabr ayında həmin kafedranın müdiri vəzifəsinə təyin olunmuşdur. 2017-ci il iyul ayında müsabiqə yolu ilə Humanitar fənlər kafedrasının, 2022-ci il dekabr ayında isə Pedaqogika, psixologiya və incəsənət kafedrasının müdiri vəzifəsinə seçilmişdir. Hazırda Pedaqogika, psixologiya və incəsənət kafedrasının müdiri vəzifəsində fəaliyyətini davam etdirir. Müxtəlif illərdə Universitetin Elmi Şurasının üzvü, Elmi-metodik şurasının katibi, Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur. Hazırda Universitetin Elmi Şurasının, Elmi və tədris-metodiki şurasının üzvüdur.
Dos. A.X.Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin (5804.01- ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası) elmlər doktoru proqramı üzrə dissertantıdır. Kafedrada Pedaqogika istiqaməti üzrə elmi-tədqiqat işlərini davam etdirir, 2 kitab, 4 metodik vəsait, 11 proqram, 80-dən artıq elmi məqalə və tezisin müəllifi, Əjdər Ağayev. Seçilmiş pedaqoji əsərlər 2 cilddə. I cildinin tərtibçisidir. LDU-da, həmçinin digər ali məktəblərdə keçirilən Respublika və Beynəlxalq səviyyəli konfranslarda məruzələrlə çıxış edir. A.Əliyev 2000-2014-cü illərdə müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və treninqlərdə fəal iştirakına görə Sertifikatlarla, 2018-ci ildə elmi-pedaqoji fəaliyyətinə görə universitet rəhbərliyi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 18 noyabr 2022-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
E-mail: afiq.aliyev@lsu.edu.az
Kafedrada fəaliyyət göstərən professor-müəllim heyəti
Pedaqogika elmləri doktoru, professor Hüseynzadə Rüfət Lətif oğlu 1951- ci il may ayının 04-də anadan olub.
R.L.Hüseynzadə 1971-ci ildə ADPU-nun pedaqoji fakültəsindən məzun olmuş, Abşeron rayonunda müəllimlik etmiş və 1974-cü ildə Azərbaycan Müəllimlər İnstitutunda əvvəlcə tərbiyə işləri metodkabinetində metodist, 1983-cü ildə “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisası üzrə namizədlik dissertasiyası müdafiə etdikdən sonra pedaqogika kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində çalışmışdır.
2000-ci ildə Əlavə təhsil üzrə rəhbər pedaqoji kadrlar fakültəsinə dekan, daha sonra isə institutun bakalavr pilləsində Pedaqogika və filologiya fakültəsinə dekan vəzifəsinə seçilmişdir.
R.L.Hüseynzadə 2007-ci ildə “Pedaqogikanın nəzəriyyəsi və tarixi” ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək, pedaqoji elmlər doktoru elmi dərəcəsini, 2008-ci ildə isə Pedaqogika kafedrasına müdir, professor vəzifəsinə təyin olunmuşdur.
2009-cu ilin 07 dekabrında Azərbaycan Respublikasının Prezidenti, İlham Əliyevin sərəncamı ilə şərəfli elmi-pedaqoji əməyi yüksək qiymətləndirilərək Rüfət Hüseynzadəyə Respublikanın “Əməkdar Müəllimi” adı verilmişdir.
2016-2017-ci tədris ilindən AMİ ADPU-ya birləşdirilmiş və R.L.Hüseynzadə ADPU-nun Pedaqogika kafedrasının professoru vəzifəsinə seçilmiş və hazırda orada elmi-pedaqoji fəaliyyətini davam etdirir.
R.Hüseynzadənin əsas elmi-tədqiqat sahəsi pedaqogikanın nəzəriyyəsi və tarixi, qədim və orta əsrlər dövründə Azərbaycanda tərbiyə, təhsil və pedaqoji fikir və pedaqogika elminin müasir problemlərinin öyrənilməsidir. Bu sahədə dəyərli əsərlərin müəllifidir. Onun 20-dən artıq monoqrafiyası, kitab, dərslik, dərs vəsaiti, metodik vəsaiti, 20- yə yaxın fənn proqramı və 300-dən artıq pedaqoji elmin nəzəriyyə və tarixinə dair elmi əsərləri nəşr olunmuş, bir çox beynəlxalq konfranslarda çıxış etmişdir.
E-mail: rufet.huseynzade@lsu.edu.az
Pedaqogika elmləri doktoru, professor Orucov Vidadi Ömər oğlu 1956-cı ildə anadan olub. 1982-ci ildə ADU-nin Fizika fakültəsini bitirmişdir. 1998-ci ildə namizədlik dissertasiyası işini müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almışdır. O əvvəllər Bakıda N izami rayonunda “Bilik” Cəmiyyətinin məsul katibi işləmişdir.1992-1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili idarəsində mütəxəssis vəzifəsində çalışmışdır.1997-ci ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışıb. 2016-cı ildən Bakı Dövlət Sosial-İqtisadi Kollecinin direktorudur. 2014-cü ildə “Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar, aktual problemlər” mövzusunda dissertasiya işini müdafiə edərək (Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, fizikanın tədrisi metodikası) Pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi almışdır.
V.Orucov Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında dissertant və doktorantların elmi rəhbəridir. V.Orucov 2 monoqrafiya, 2 dərs vəsaiti, 1 metodik göstərişin müəllifidir, 80-dən artıq elmi məqaləsi respublikamızın və xarici ölkələrin elmi nəşrlərində dərc olunmuşdur.
E-mail: vidadi.orucov@lsu.edu.az
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Qasımova Afaq Qasım qızı 16 may 1961-ci ildə Gəncə şəhərində anadan olub. 1983-cü ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun (GDU) Tarix müəllimliyi ixtisasını bitirmişdir. 2005-ci ildə pedaqoji elmlər namizədi alimlik dərəcəsinə, 2008-ci ildə dosent elmi adına layiq görülmüşdür. Dos. A.Qasımova müxtəlif illərdə Gəncə şəhərində N.Gəncəvi adına Pedaqoji Texnikumda (Humanitar Kollec), Q.Hüseynli adına Musiqi Texnikumunda müəllim, Gəncə Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında dosent, kafedra müdiri, Azərbaycan tarixi fakültəsində dekan müavini, Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialında Tədris işləri üzrə direktor müavini, Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialında direktor, Bakı Slavyan Universitetinin Azərbaycan tarixi və ictimai əsaslar kafedrasının dosenti, Goranboy rayon Təhsil Şöbəsində metodist vəzifələrində işləmişdir.
A.Qasımova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə 2005-ci ildə Pedaqoji elmlər namizədi alimlik dərəcəsinə, 2008-ci ildə dosent elmi adına layiq görülmüşdür.
A.Qasımova 2011-ci ildə Ali və orta ixtisas təhsilinin nəzəri problemləri şöbəsinə təhkim olunmaqla, elmlər doktoru proqramı üzrə doktoranturaya qəbul olunmuşdur.
2022-2023-cü il yanvar ayından Lənkaran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir.
A.Qasımova müsabiqədən keçdiyinə görə 18 oktyabr 2003-cü il tarixdə LDU üzrə №1/162 əmrlə Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdir.
Azərbaycan Müəllimlərinin XIV qurultayının iştirakçısı olmuşdur.
Yüzdən artıq elmi məqalə və tezisin, 4 metodik tövsiyənin, 4 dərs vəsaitinin müəllifidir. Elmi məqalələri həm ölkə daxilində, həm də xarici dövlətlərin – Qırğızıstan Respublikasının, Qazaxıstan Respublikasının, Rusiya Federasiyası və Avstraliyanın tanınmış elmi nəşrlərində dərc olunmuşdur.
A.Qasımova Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 8 dekabr 2009-cu il tarixli qərarı ilə Fəxri Fərmanla, eyni zamanda fəaliyyəti dövründə şəhər və müəssisə rəhbərliyi tərəfindən müxtəlif Fəxri Fərman və diplomlarla təltif edilmişdir.
Afaq Qasımova Bakı Elm-Təhsil Mərkəzinin Elmi Şurasının 24 sentyabr 2024-cü il tarixli iclasının 0044 saylı qərarı ilə Bakı Elm Təhsil Mərkəzinin professor seçilmişdir.
E-mail: a.qasimova.@lsu.edu.az
Psixologiya üzrə fəlsəfə doktoru, dosent Verdiyeva Ləman Əşrəf qızı 1974-cü ildə anadan olub. 1997 ci ildə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun bakalavriat, 2003 cü ildə Gəncə Dövlət Universitetinin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.
2005-2010 cu illərdə AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquqi Tədqiqatlar İnstitutunun dissertantı olmuşdur. 2010 cu ildə “A. Bakıxanovun yaradıcılığında sosial-psixoloji aspektlərin təhlili” mövzusunda dissertasiya işini müdafiə edərək “Sosial psixologiya” ixtisası üzrə Ph.D (Psixologiya üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi, 2020 ci ildə isə dosent elmi adı almışdır. Xəzər Universitetində Psixologiya Departamentinin dosenti vəzifəsində çalışmışdır. Hazırda AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun elmlər doktoru proqramı üzrə doktorantıdır, “Hərbi qulluqçularda yaranmış müharibə travmalarının sosial-psixoloji xüsusiyyətləri” mövzusunda yazdığı doktorluq dissertasiyası müdafiəyə hazırlanır. L.Verdiyeva əmək fəaliyyətinə başladığı ilk illərdə Azərbaycan Müəllimlər İnstitutunun Tədris şöbəsində metodist, Tədris şöbəsinin müdiri, Tələbə şöbəsinin müdiri və s. vəzifələrdə çalışmış, eyni zamanda Psixologiya kafedrasının 0,5 ştat vahidi baş müəllimi kimi fəaliyyət göstərmişdir. Bundan əlavə, L.Verdiyeva Ədliyyə Nazirliyində və Dövlət Təhlükəsizliyi Xidmətində praktik psixoloq kimi müxtəlif vəzifələrdə çalışmışdır.
Dosent L.Verdiyeva 3 dərs vəsaitinin, 2 metodik vəsaitin, 1 monoqrafiyanın, 5 fənn proqramının, Respublika və Beynəlxalq səviyyəli elmi jurnallarda dərc olunmuş 40-dan artıq elmi-metodik məqalə və tezisin müəllifidir. 2022/2023-cü tədris ilindən Lənkəran Dövlət Universitetində Pedaqogika, psixologiya və incəsənət kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir.
E-mail: leman.verdiyeva@lsu.edu.az
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Cəfərov Sahil Nizam oğlu 22 mart 1977-ci ildə Lənkəran rayonu Ləj kəndində anadan olub. 1999-ci ildə Lənkəran Dövlət Universitetinin Bakalavriat səviyyəsini, 2001-ci ildə isə Magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.2002-ci ildən 2003-cü ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuş və xidmətdə fərqləndiyinə görə Baş çavuş hərbi rütbəsinə layiq görülmüşdür .2003-cü ildə Lənkəran Dövlət Universitetində Humanitar fənlər kafedrasında muəllim vəzifəsinə təyin olunmuşdur. 2005-ci ildən Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuşdur. 2006-2008- ci illər Lənkəran Dövlət Universitetinin Humanitar və pedaqoji elmlər fakultəsində dekan müavini vəzifəsində işləmişdir. 2012-ci ildə ‘‘Kiçik yaşlı məktəblilərlə aparılan sosial pedaqoji işin təşkili yolları” mövzusunda dissertasiya işini müdafiə edib Pedaqogika üzrə fəlsəfə doktoru elmi adını almışdır. 2016-cı ildə Lənkəran Dövlət Universitetində Tədrisin təşkili və əlavə təhsil bölməsinin rəhbəri vəzifəsində işləmişdir.2016-cı il sentyabr ayının 15-dən etibarən Lənkəran Dövlət Universitetində Humanitar fənlər kafedrasında 1,0 ştat müəllim vəzifəsində işləmiş, 2016-cı il ilin noyabr ayında müsabiqə ilə Humanitar fənlər kafedrasında baş müəllim vəzifəsinə seçilmişdir. Hal hazırda Lənkəran Dövlət Universitetində Pedaqogika, psixologiya və incəsənət kafedrasında 1,0 ştat baş müəllim vəzifəsində işləyir. Pedaqogika üzrə fəlsəfə doktoru Cəfərov Sahil Nizam oğlu respublikamızda və xarici ölkələrdə nəşr olunmuş 40-dan artıq elmi məqalə və tezisin, 2 fənn proqramının və 1 dərs vəsaitinin müəllifidir.
E-mail: s.cafarov@lsu.edu.az
Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Hüseynov Şikar Əli oğlu 1958-ci ildə Ağdam rayonunda anadan olub. 1973-cü ildə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına qəbul olmuş, 1977-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə başa vurmuşdur. 1977-1981-ci illərdə Ağdam rayonunun Şotlanlı, Tərneft, Kürdlər kənd məktəblərində sinif müəllimi; 1981-1987-ci illərdə Kürdlər kənd səkkizillik məktəbində təiim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1987-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (Təhsil İnstitutu) Pedaqogikann nəzəriyyəsi və tarixi ixtisasının əyani aspiranturasına müsabiqə yolu ilə daxil olmuş və 1990-cı ildə aspiranturanı bitirmişdir. 1990-cı ildən həmin institutda kiçik, 1994-cü ildən böyük, 1997-ci ildən 2002-ci ilədək aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 1997-ci ildə “İbtidai siniflərdə məktəbdaxili rəhbərlik və nəzarətin təşkili üzrə işin sistemi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Ş.Hüseynov 2002-ci ildən Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialında Pedaqogika-psixologiya kafedrasında baş müəllim, dosent, 2006-cı ildən 2015-ci ilə kimi həmin institutda Pedaqoji fakultənin dekanı vəzifəsində calışmışdır. 2015-ci ildən Sumqayıt Dövlət Universitetinin Pedaqogika və psixologiya kafedrasının dosenti vəzifəsində fəaliyyətini davam etdirir. Ş.Hüseynov müəllimlik fəaliyyəti dövründə həmçinin, Lənkəran Dövlət Universitetində, Naxçıvan Universitetində, Xəzər Universitetində, Mühəndislik Universitetində çalışmışdır. Şikar Hüseynov 50-dən artıq elmi-pedaqoji məqalə və tezisin, 1 dərs vəsaiti və 4 proqramın müəllifidir.
Ş.Hüseynov 2023/2024-cü tədris ilindən Lənkəran Dövlət Universitetində Pedaqogika, psixologiya və incəsənət kafedrasında dosent vəzifəsində fəaliyyət göstərir.
E-mail: shikar.huseynov@lsu.edu.az
Fil.ü.f.d.,baş müəllim İsmayılova Esmira Xəlil qızı 1963-cü ildə Lənkəran rayonunun Xolmili kəndində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Xolmili kənd orta məktəbini, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2017-ci ilin aprel ayına kimi ölkənin tanınmış mətbu orqanlarında, KİV-də jurnalist, baş redaktor, Lənkəran rayon mədəniyyət və turizm şöbəsində elmi işçi kimi fəaliyyət göstərib. 2017-ci ilin aprel ayından hal-hazıra kimi Lənkəran Dövlət Universitetində İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri olaraq fəaliyyətini davam etdirir. E.İsmayılova 2024-cü il oktyabr ayında müsabiqə yolu ilə Pedaqogika, psixologiya və incəsənət kafedrasında baş müəllim vəzifəsinə seçilmişdir, kafedrada elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Esmira İsmayılova 2018-ci ildə Azərbaycan ədəbiyyatı ixtisası üzrə LDU-nun dissertanturasına daxil olub və 2021-ci ildə oranı bitirib. “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi” mövzusunda yazdığı dissertasiya işini AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uğurla müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26.11.2024-cü il tarixli qərarı ilə Esmira Xəlil qızı İsmayılovaya 5716.01-Azərbaycan ədəbiyyatı ixtisasında filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Müxtəlif elmi nəşrlərdə 40-a qədər elmi məqalə və tezisi, 100-lərlə bədii-publisistik yazıları çap olunub.
E.İsmayılova Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İşlədiyi müddət ərzində müxtəlif media mükafatlarına, fəxri fərman və diplomlara, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “Təşəkkürnamə”lərinə layiq görülüb.Bir neçə kitabın müəllifidir. Dəfələrlə ədəbi-bədii və publisistika janrlarında keçirilən müsabiqələrin qalibi olub. E-mail: e.ismayilova@lsu.edu.az
Musiqi fənləri üzrə dosent Zalıyeva Leyla Təhməz qızı 1980-cı il oktyabr ayının 02 tarixində anadan olub. 1986-cı ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə daxil olub, 1997-ci ildən Bakı Musiqi Akademiyasının Xor dirijoru ixtisası, bakalavriat səviyyəsi üzrə təhsilini davam etdirmişdir. 2001-ci ildə fərqlənmə diplomu ilə bakalavr təhsilini bitirib, həmin ixtisas üzrə Bakı Musiqi Akademiyasının magistr səviyyəsinə daxil olmuş, 2003 cil magistratura səviyyəsi üzrə fərqlənmə diplomu ilə təhsilini bitirmişdir.
L.Zalıyeva 2003 ci il sentyabr ayında Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasında müəllim vəzifəsində işə başlamışdır. 2004-cü ildən Bakı Musiqi Akademiyasının dissertantı kimi təhsilini davam etdirmişdir. 2024-cü ildə “Azərbaycan bəstəkarlarının opera əsərlərində xormeyster iş üslubu və xor səhnələrinin həlli yolları” adlı dissertasiyasını müdafiə etmişdir.
2012-ci ildən etibarən Azərbaycan Milli Konservatoriyasının Dirijorluq kafedrasında baş müəllim, 2017-ci ildən dosent və Dirijorluq kafedrasının müdiri vəzifəsində işləmişdir. 2017-2024-cü il dekabr ayınadək kafedra müdiri vəzifəsində işləmişdir. Hazırda dosent vəzifəsində fəaliyyətini davam etdirir.
Azərbaycan Milli Konservatoriyasında kafedra müdiri vəzifəsində fəaliyyət göstərdiyi illərdə xor, orkestr rəhbəri kimi bir sıra dövlət tədbirlərində səhnə almışdır. Fəaliyyəti dövründə ölkədaxili və ölkəxarici diplom, Fəxri- fərman və sertifaklarla təltif olunmuşdur.
AMK ilə yanaşı pedaqoji və səhnə fəaliyyətini bir sıra musiqi məktəblərində davam etdirmişdir. T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbində xor kollektivinin rəhbəri işlədiyi zaman (2017-ci il) Uşaq xor kollektivlərinin IX respublika müsabiqəsində I dərəcəli diplomla (Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi) təltif olunmuşdur.
Bir sıra yerli və xarici jurnallarda 15-ə yaxın elmi məqalələri dərc olunub. Tələbat üzrə tədris proqramları, metodik və dərs vəsaitləri üzərində işləyərək nəşr etdirmişdir. Yaradıcılığında xor üçün 50-dən çox xalq mahnıları, aşıq havaları, yerli və xarici bəstəkar əsərləri xüsusi yer tutur. Bir sıra konsert və operaların, opera səhnələrinin əlavələr olunmaqla (yeni redaktə) yenidən Azərbaycan Xalq Çalğı Alətləri orketri üçün köçürmələrin müəllifidir.
Azərbaycanda dahi bəstəkar Ü.Hacıbəylinin iki operası – “Leyli Məcnun” (aranje Xalq artisti professor S.Kərimi, həmmüəllif A.Bağırova) və “Əsli Kərəm” (həmmüəllif Əməkdar artist İ.Hüseynova) ilk dəfə olaraq Xalq Çalğı Alətləri üçün köçürülmüşdür.
E-mail: leyla.zaliyeva@lsu.edu.az
Baş müəllim Cəfərova Nahidə İbrahim qızı 05.01.1974-cü ildə anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya ixtisasını bitirmişdir. 1996-1998-ci illərdə Masallı rayonu Qodman kənd orta məktəbində psixoloq vəzifəsində işləmişdir. 1998-ci ildən etibarən Lənkəran Dövlət Universitetinin Humanitar fənlər kaferdrasında müəllim, sonradan isə baş müəllim vəzifəsində çalışır. Azərbaycan Təhsil İnstitutunun Psixologiya və yaş fiziologiyası şöbəsinin dissertantıdır. 1 proqram, 1 metodik vəsait, 50-dən artıq elmi məqalə və tezisin müəllifidir.
N.Cəfərova LDU-da və digər ali məktəblərdə keçirilən Respublika və Beynəlxalq səviyyəli konfranslarda məruzələrlə çıxış etmiş və sertfikatlarla təltif olunmuşdur.
2014-cü ildə Xəzər Universitetində Tempus layihəsi üzrə keçirilən "Ali məktəblərdə inkluziv təhsilin təşkili" adlı seminarda iştirak etmişdir.
2022-ci ildən Lənkəran-Astara Regional Təhsil İdarəsi nəzdində ümumi təhsil müəssisələrinin direktoru və praktik psixoloq vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi üçün yaradılan komissiyaların üzvüdür.
2022-ci ildə ARTİ və RİİB-in təşkilatçılığı ilə həyata keçirilən "Genderə həssas məktəblərin təşviqi" layihəsi üzrə təlimlərdə müdavim olmuş və təlimçi kimi fəaliyyət göstərir.
E-mail: n.cafarova@lsu.edu.az
Baş müəllim Məmmədova Südabə Məmməd qızı 10 iyul 1960-cı ildə Ağdam rayonunun Kosalı kəndində anadan olub. 1979 -1984-cü illər ərzində, M.F.Axundov adına Rus dili və ədəbiyyatı institutunda (indiki BSU) Rus dili və ədəbiyyatı müəllimi və Pedaqogika ixtisasları üzrə təhsil almışdır. 2005-2006-ci illərdə Bakı Müəllimlərin İxtisasartırma və İxtisasdəyişmə institutunda Psixologiya və sosiologiya ixtisası üzrə 1 illik kursu bitirmişdir. BSU-nun dissertantıdır. 2014- cü ildən YAP-ın üzvüdür. 20-dən artıq elmi məqalə və konfrans materialının müəllifidir. Pedaqoji fəaliyyətinin 14 ilini Sumqayıt Dövlət Universitetində Əcnəbi Tələbələr Şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2016-cı ildən Lənkəran Dövlət Universitetində 0,5 ştat, 2020-ci ilin fevral ayından 1,0 ştat baş müəllim vəzifəsində pedaqoji fəaliyyətini davam etdirir. Hazırda Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında baş müəllim vəzifəsində çalışır.
E-mail: s.mammadova@lsu.edu.az
Baş müəllim Mehrəliyev Şahin Bəylər oğlu 1975-ci ildə Astara rayonunda anadan olub. 1992-ci ildə Türkiyənin Marmara universitetinin Biologiya müəllimliyi fakultəsinə daxil olmuş, 1994-cü ildə Bakı şəhərində N.Tusi adına ADPU-nin biologiya fakultəsində təhsilini davam etdirmiş, 1998-ci ildə həmin universitetin bakalavr səviyyəsini, 2000-ci ildə Ümumi psixologiya ixtisaslaşması üzrə magistratura səviyyəsini bitirmişdir. 2001-ci ildə Binəqədi rayonunun 126 saylı orta məktəbində praktik psixoloq kimi fəaliyyətə başlamışdır. 2004-cü ildə Bakı Pedoqoji Kadrların İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun mühazirəçilər qrupunda psixologiya kursu üzrə məşğələlər aparmışdır. 2004-cü ildə Bakı şəhəri üzrə müxtəlif məktəb və uşaq bağçalarında praktik psixologiya ilə bağlı seminarlar keçirmişdir. 2005-2017-ci illərdə Astara rayon Vaqo kənd tam orta məktəbində praktik psixoloq, eyni zamanda 2016-cı ildən etibarən Loqos Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialında böyüklər üzrə baş psixoloq vəzifəsində işləmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin Humanitar fənlər kafedrasında müəllim vəzifəsinə qəbul edilmiş, 2021-ci il sentyabr ayında Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət fənləri kafedrasında baş müəllim vəzifəsinə keçirilmişdir. Sosial pedaqogika ixtisası üzrə Lənkəran Dövlət Universitetinin doktorantıdır. Kafedrada Psixologiya istiqaməti üzrə elmi-tədqiqat işi aparır. 1993-2015-ci illərdə Ankara və Bakı şəhərlərində müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və treninqlərdə fəal iştirakına görə Sertifikatlarla təltif olunmuşdur. İKT İntel Mədəd kursu 2009, Kurikulum Unikal-1 MMC kursu 2015, İTE Təhsildə İnnovativ Texnologiyalar kursu 2019, iştirak edib sertifikatlar almışdır. 2020-ci ildən dövlət əhəmiyyətli kadrların seçilməsi üzrə “Yüksəliş” müsabiqəsinin ekspertidir.
Ş.Mehrəliyev 3 kitab, 30-dək məqalə və tezisin müəllifidir.
E-mail: sh.mehraliyev@lsu.edu.az
Baş müəllim Əsədli Adil Beytulla oğlu 1954-cü il iyulun 21-də Lənkəranda anadan olub. 1974-1980-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1980-1985-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsində təhsil alıb.
1986-2019-cu illlərdə Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru vəzifəsində işləmişdir. 2019-cu ildən Lənkəran Dövlət Universitetinin İbtidai təhsil və məktəbəqədər təlim kafedrasında, 2020-ci ildən Pedaqogika, psixologiya və incəsənət kafedrasında baş müəllim vəzifəsində çalışır.
Rəsmin tədrisi metodikası adlı metodik vəsaitin, “Təsviri incəsənətdə rəsmin tədrisinin metodikası”, “Azərbaycan miniatür sənəti” adlı dərs vəsaitlərinin müəllifidir.
1993-cü ildə Lənkəranda fərdi sərgisi açılan Adil Əsədli, elə həmin il Rəssamlar İttifaqının Fəxri fərmanına layiq görülür. Bakıda və Lənkəranda 9 fərdi sərgisi təşkil olunub, əsərləri 18 xarici ölkədə müxtəlif beynəlxalq sərgilərdə nümayiş etdirilib.
A.Əsədli 2006-cı ildə Azərbaycan Rəssamlar İttifaqına üzv qəbul olunmuşdur. 2008-ci ildə Lənkəran Bələdiyyəsi tərəfindən “İlin rəssamı” nominasiyasına layiq görülmüşdür.
2009-cu ildə Mədəniyyətşünaslıq üzrə Metodik Mərkəzin Fəxri fərmanını almışdır.
2013-cü il iyul ayının 22-də Azərbaycan KİV işçilərinin həmkarlar ittifaqı tərəfindən “Ustad sənətkar” mükafatına layiq görülüb.
2014-cü ildə Azərbaycan Rəssamlar İttifaqının və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı şəhərində V.Səmədova adına Rəssamlar İttifaqının sərgi salonunda fərdi sərgisi açılıb.
2017-ci ildə Beynəlxalq “Dədə Qorqud” mükafatına layiq görülmüşdür.
2018-ci ildə Azərbaycan Respublikasının Beynəlxalq “Avropa nəşr mətbuat evi”nin ən yaxşı tədqiqatçı-rəssam qızıl medalına layiq görülmüşdür.
2019-cu ildə “Dədə Qorqud dünyası” fondunun beynəlxalq mükafatı – “Qızıl ürək” medalına layiq görülmüşdür.
2019-cu ildən Lənkəran Dövlət Universitetinin İbtidai təhsil və məktəbəqədər təlim kafedrasında, 2020-ci ildən isə Pedaqogika, psixologiya və incəsənət kafedrasında baş müəllim vəzifəsində çalışır.
Adil Əsədlinin 800-dən çox rəngkarlıq və 900-dən artıq qrafika əsəri vardır. Onun 200-dən çox rəngkarlıq və qrafika əsəri Türkiyə, İran, Ukrayna, Gürcüstan, Rusiya, İngiltərə, Fransa, Polşa, ABŞ, Yaponiya, Çin, İsrail və digər ölkələrin vətəndaşlarının şəxsi kolleksiyalarında saxlanılır.
Görkəmli Qazax yazıçısı Oljaz Süleymanovun anadan olmasının 85 illiyi münasibətilə “TÜRKSOY”un nəşr etdirdiyi bədii alboma Adil Əsədlinin rəsm əsərləri də daxil edilmişdir. A.Əsədli eyni zamanda “Rəsmin tədrisi metodikası” adlı metodik vəsaitin, “Təsviri incəsənətdə rəsmin tədrisinin metodikası”, “Azərbaycan miniatür sənəti” adlı dərs vəsaitlərinin müəllifidir.
Azərbaycan Rəssamlar İttifaqı 2024-cü il sentyabr ayında Vəcihə Səmədova adına Sərgi salonunda Adil Əsədlinin 70 illik yubileyinə həsr edilmiş sərgi keçirib. Sərgidə A.Əsədlinin rəngkarlıq və qrafika əsərləri nümayiş etdirilib.
A.Əsədli 2024-cü ildə "Wektor Beynəlxalq Elmlər Akademiyası" tərəfindən keçirilən "Qalib Lider, Qalib Millət" onlayn müsabiqəsində 60-70 yaşlı iştirakçılar arasında 1-ci yerin qalibi olduğuna görə və Vektor Beynəlxalq Elmlər Akademiyasının “Yaşıl Dünya Uğrunda Həmrəylik İli” Beynəlxalq Onlayn Sərgisində iştirakına görə Sertifikat almışdır.
2024-cü ildə “Çağdaş dünya rəssamları. Dünyanı sənət xilas edəcək” Kataloquna A.Əsədlinin “Lənkəran Madonnası”, “Dünyanın fəthi” və “Təndirə çörək yapan qadınlar” adlı 3 Rəsm əsəri daxil edilmişdir.
A.Əsədli müxtəlif Beynəlxalq sərgilərdə iştirakına görə diplomlarla təltif edilmişdir. 2024-cü ildə nəşr edilən Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyevin “Cizgilərin müdrikliyi” kitabı A. Əsədlinin yaradıcılığına həsr edilmişdir.
E-mail: a.asadli@lsu.edu.az
Baş müəllim Dadaşova Aytən Natiq qızı 26 may 1988-ci ildə Bakı şəhərində anadan olub.
1995-2006-cı illərdə Pirallahı qəsəbə 168 saylı tam orta məktəbində, 1997-2004 illərdə 14 №-li Tam Musiqi məktəbində Fortopiano ixtisasından təhsil almışdır.
2009- cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olmuş, 2013-cü ildə Təsviri İncəsənət müəllimliyi ixtisası üzrə həmin universiteti bitirmişdir.
2014-2016- cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Sənətşünaslıq, İncəsənət Əsərlərinin Bərpası və Ekspertizası ixtisası üzrə Magistr təhsili almışdır.
2016-2017- cı illərdə Xırdalan şəhər Dulusçuluq və Keramika istehsal sexində Rəssam vəzifəsində işləmişdir. 2017-ci il tarixdən Azərbaycan Respublikasının Prezidenti yanında vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD”-ın üzvüdür. 2021-2023- cü illərdə Şəki rayonu Çayqaraqoyunlu kənd tam orta məktəbində Təsviri İncəsənət müəllimi vəzifəsində çalışmışdır.
2023-2024-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında baş müəllim vəzifəsində fəaliyyət göstərir.
A.Dadaşova müxtəlif sərgilərdə iştirak etmiş və sertifikatlar almışdır:
2016-cı il –"Çərçivəsiz Röyalar" adlı incəsənət sərgisində iştirakına görə.
2019-cu il – Certificate of Participation. Business Skills for Female Artisans Dubai Chamber of Commerce & İndustry/Azerbaijan – France Chamber of Commerce & İndustry. 2021-ci il – Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V Qrant müsabiqəsində qalib olan A.Dadaşova "Qeyri- Standart Terapiya" layihəsinin Gil terapiyasında keramika üzrə rəssam təlimçi kimi iştirak etmişdir.
E-mail: a.dadashova.@lsu.edu.az
Baş müəllim Heydərov Tofiq Ələddin oğlu 1957-ci ildə Lənkəran şəhərində anadan olub. Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirdikdən sonra Lənkəran rayon mədəniyyət evinin direktoru, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi çalışmışdır. 14.05.1987-ci il, 18.09.1989-cu il tarixlərində Lənkəran Ekskursiya və Səyahətlər Bürosunda metodist vəzifəsində işləmişdir. Daha sonra isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə 6 mart 2014-cü il tarixdən Lənkəran Dövlət Dram Tearının direktoru vəzifəsinə təyin olunmuşdur.
T.Heydərov2016-cı ildə Lənkəran bələdiyyəsinin təsis etdiyi "İlin incəsənət adamı" nominasiyası üzrə diploma layiq görülmüşdür. “Xanbulan Turizm İstirahət Mərkəzi” MMC-nin direktorudur. 2017/2018-cü tədris ilindən Lənkəran Dövlət Univerisitetinin Humanitar fənlər, sonradan Pedaqogika, psixologiya və incəsənət kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir. 2024-cü il oktyabr ayında müsabiqə yolu ilə həmin kafedrada baş müəllim vəzifəsinə seçilmişdir.
E-mail: t.haydarov@lsu.edu.az
Baş müəllim Mahmudova İradə Rasim qızı 20 oktyabr 1962-ildə Bakı şəhərində anadan olub. 1978 ci-ildə A.Zeynallı adına Musiqi texnikumuna daxil olmuşdur. 1982-ildə həmin texnikumu bitirmiş və ADPU-nun musiqi fakültəsinə daxil olmuşdur. 1986-cı ildən 2020-ci ilədək Lənkəran Dövlət Humanitar Kollecinin musiqi şöbəsində müəllim kimi fəaliyyət göstərmişdir. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasına müəllim vəzifəsinə qəbul edilmiş, 2021-ci il noyabr ayında həmin kafedrada baş müəllim vəzifəsinə keçirilmişdir.
E-mail: i.mahmudova@lsu.edu.az
Baş müəllim Fərzullayeva Şəhla Səfər qızı 1970-ci ildə anadan olub. 1985- ci ildə Lənkəran Orta İxtisas Musiqi Texnikumuna daxil olub. 1989-cu ildə həmin texnikumu fərqlənmə diplomu ilə bitirib. 1989-cu ildə Uzeyir Hacibəyov adına Dövlət Konservatoriyasının tarix-nəzəriyyə fakültəsinin qiyabi şöbəsinə daxil olub. 1994-cu ildə Baki Musiqi Akademiyasını xor-dirijorluğu ixtisası uzrə bitirib. Şəhla Səfər qızı Fərzullayeva 1989-cu ildən əmək fəaliyyətinə başlayıb: H.Rzayeva adına 2 saylı musiqi məktəbində muəllimə, Lənkəran Musiqi Texnikumunda muəllimə, Lənkəran Dövlət Humanitar Kollecində, sonralar Lənkəran Dövlət Sosial və Aqrar-Texnoloji kollecində muəllimə işləyib.
2022/2023-cü tədris ilindən Lənkəran Dövlət Univerisitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir. 2024-cü il oktyabr ayında müsabiqə yolu ilə həmin kafedrada baş müəllim vəzifəsinə seçilmişdir.
E-mail: sh.farzullayeva@lsu.edu.az
Baş müəllim Əsədli Aytəkin Oruc qızı 1978-ci ildə Lənkəran şəhərində anadan olub. 1993-cü ildə Lənkəran Musiqi Texnikumunun fortepiano şöbəsinə daxil olub. 1997-ci ildə texnikumu fərqlənmə diplomu ilə bitirib və Lənkəran Dövlət Universitetində Musiqi ixtisasına daxil olmuşdur. 2001-ci ildə Universitetin Musiqi ixtisasını bakalavr səviyəsində fərqlənmə diplomu ilə bitirmişdir. 2001-ci ildə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsinə daxil olub, 2003-cü ildə Musiqişünaslıq istiqaməti üzrə bitirmişdir. 2001-ci ildən Lənkəran Dövlət Humanitar Kollecinin İnstrumental ifaçılıq fənn birləşməsində müəllim vəzifəsində fəaliyyət göstərir. 2021-2022-ci tədris ilindən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir.
E-mail: aytekin.asadli@lsu.edu.az
Hüseyinova Rəna Salamulla qızı 01.06.1961-ci ildə Lənkəran şəhərində anadan olub. 1978-ci ildə Lənkəran şəhər 2 nömrəli orta məktəbi bitirmişdir. 1983-1988-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alaraq, Pedqaqogika və psixologiya ixtisası üzrə tam kursu bitirmişdir. 1996-cı ildən Lənkəran Dövlət Humanitar Kollecində Pedaqogika və Psixologiya fənnləri üzrə müəllim, 2007-2013-cü illərdə kollecdə psixoloq vəzifəsində işləmişdir. 2013-2023-cü cü illərdə kollecdə müəllim vəzifəsində fəaliyyətini davam etdirmişdir. Kollecdə Məktəbəqədər təhsil ixtisası üçün Məktəbəqədər pedaqogika fənn proqramı tərtib etmişdir. R.Hüseyinova Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 23.11.2009-cu il tarixli, T-307 nömrəli qərarı ilə ixtisaslı kadırların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə Azərbaycan Rrespublikası Təhsil Nazirliyi tərəfindən Fəxri Fərmanla təltif olunub. 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və ’’Mədəd” təşkilatı tərəfindən təşkil edilmiş İKT-nin təhsildə təşkili üzrə ”İntel Gələcək üçün Təhsil’’ kursunu müvəffəqiyyətlə bitirdiyinə görə Sertifikat almışdır.
Azərbaycan Müəllimlər İnstitutunda 24 yanvar 2011-ci il tarixindən 19 mart 2011-ci il tarixinədək Pedaqogika, psixologiya üzrə ixtisasartırma kursunu bitirmişdir.
R.Hüseyinova 2023-2024-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir.
E-mail: r.huseynova@lsu.edu.az
Nuriyeva Arzu Mirzağa qızı 25.07.1990-cı ildə Lənkəran şəhərində anadan olub. 2011-ci ildə Lənkəran Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə bakalavriat səviyyəsini, 2015-ci ildə həmin ali məktəbin İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura səviyyəsini bitirmişdir.
2012-2014 cü illərdə Lənkəran şəhər 8 № li tam orta məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. Sosial pedaqogika ixtisası üzrə Lənkəran Dövlət Universitetinin doktorantı olmuşdur. 2018-ci ildən Lənkəran Dövlət Universitetində Humanitar fənlər kafedrasında müəllim kimi fəaliyyət göstərmiş, hazırda Pedaqogika, psixologiya və incəsənət kafedrasında müəllim vəzifəsində fəaliyyətini davam etdirir. 2024-cü il oktyabr ayında müsabiqə yolu ilə həmin kafedrada müəllim vəzifəsinə seçilmişdir. A.Nuriyeva kafedrada elmi-tədqiqat işi üzərində fəaliyyətini davam etdirir, 3 tezis və 3 məqalənin müəllifidir.
E-mail: a.nuriyeva@lsu.edu.az
Həbibova Nərminə Əhmədağa qızı 1980-ci il mayın 18-də Lənkəran şəhərində anadan olub.1986-1997-cı illərdə Lənkəran şəhər 3 saylı orta məktəbində təhsil almışdır.
2002-ci ildə Lənkəran Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasını fərqlənmə diplomu ilə bitirib, 2004-cü ildə İbtidai təhsilin pedaqogikası və metodikası ixtisası üzrə magistr dərəcəsi almışdır.
2014-2023-cü illərdə Lənkəran Dövlət Humanitar Kollecində müəllim vəzifəsində işləmiş, Pedaqogika, psixologiya fənnlərini və texnoloji fənləri tədris etmişdir.
N.Həbibova 2023-2024-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir.
E-mail: n.habibova@lsu.edu.az
Əzizova Jalə Aslan qızı 1976-cı ildə Lənkəran şəhərində anadan olub.1983-cü ildən 1993-cü ilə qədər Lənkəran şəhər 4 saylı tam orta məktəbinin rus bölməsində təhsil alıb. 1993-cü ildə məktəbi bitirdikdən sonra həmin ildən 1997-ci ilə qədər Lənkəran Dövlət Universitetində Pedaqogika və psixologiya ixtisası üzrə bakalavr təhsili almışdır.1997-ci ildən 2000-ci ilə qədər Lənkəran Dövlət Universitetinin ümumi şöbəsində İnspektor və sonradan həmin şöbənin müdiri vəzifəsində çalışmışdır. 2000-2002-ci ildə Lənkəran Dövlət Universitetində magistr təhsili almışdır. 2009-cu ildən Lənkəran rayon Digah kənd tam orta məktəbində psixoloq vəzifəsində çalışıb. 2016-cı ildə Lənkəran şəhər Uşaq Poliklinikasında psixi sağlamlıq bölməsində psixoloq vəzifəsində çalışıb. 2021-2022-ci tədris ilindən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir.
E-mail: jale.azizova@lsu.edu.az
Qəmbərov Ağamirzə Cabir oğlu 30 sentyabr 1959 -cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini Dizayn ixtisası üzrə bitirmişdir. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Çoxlu sayda interyer-eksteryer və reklamlarda tərtibat vermişdir. Respublika və xarici ölkərdə sərgilərin iştirakçısıdır. Çoxlu sayda əsərləri vardır. 2007-2024-cü illərdə Lənkəran şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Pedaqoji sahədə Təsviri sənət, rəngkarlıq və dizayn sahəsində xidmətləri vardır.
A. Qəmbərov 2020-2022-ci illərdə Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərmiş, 2024-2025-ci tədris ilindən həmin kafedrada fəaliyyətini davam etdirir.
E-mail: agamirza.qenberov@lsu.edu.az
Əlizadə Fatimə Azər qızı 2 mart 1994-cü ildə Astara rayonunun Pensər kəndində anadan olmuşdur. 2000–2012-ci illərdə Bakı şəhəri Nərimanov rayonu 93 nömrəli tam orta məktəbdə təhsil almışdır. 2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə qəbul olunmuş və 2018-ci ildə Təsviri incəsənət müəllimliyi ixtisası üzrə bakalavriat səviyyəsini bitirmişdir.
2019–2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Təsviri incəsənətin tədrisi metodikası və metodologiyası ixtisası üzrə magistratura təhsilini başa vurmuşdur.
Əmək fəaliyyətinə 2020-ci ildə başlamışdır. 2020–2021-ci illərdə Lənkəran Dövlət Universitetində kabinet müdiri, 2021–2022-ci illərdə təsviri incəsənət müəllimi vəzifəsində çalışmışdır. 2023–2024-cü illərdə 73 nömrəli tam orta məktəbdə təsviri incəsənət müəllimi kimi fəaliyyət göstərmişdir.
2025-ci ildən etibarən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında müəllim vəzifəsində çalışır.
E-mail: fatime.elizade@lsu.edu.az
Ağayev Namiq Adinali oğlu 13 fevral 1966-cı ildə Yardımlı rayonunda anadan olmuşdur. 1983-cü ildə Yardımlı rayon Porsova kənd orta məktəbini bitirmişdir. Həmin il M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olmuş, 1989-cu ildə həmin institutun Mədəni-maarif fakültəsinin təşkilatçı metodist ixtisasını bitirmişdir. 1989-cu ildən N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında baş inzibatçı kimi fəaliyyətə başlamışdır. 1992-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Müxtəlif illərdə tratrda direktor müavini, bədii quruluş hissə müdiri kimi fəaliyyət göstərmişdir. 1997-1998-ci illərdə Böyük Britaniyanın Vestminster fondunun yardımı ilə “İnam” plüralizm mərkəzində “Gənc Siyasətçilər Məktəbi”ni bitirmişdir. Lənkəran Dövlət Dram Teatrında YAP ilk ərazi partiya təşkilatçısının sədridir. N.Ağayev 2023-2024-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasında müəllim vəzifəsində fəaliyyət göstərir.
E-mail: namiq.aqayev@lsu.edu.az
Əliyeva Pərvanə Nəhmət qızı 1971-ci ildə Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsində anadan olub.1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinə daxil olub. 1993-cü ildə universiteti jurnalist ixtisası üzrə bitirib və “Lənkəran” qəzeti redaksiyasında xüsusi müxbir kimi fəaliyyətə başlayıb.
1998-2000-ci illərdə Bakıda “Qanun” nəşriyyatında redaktor vəzifəsində işləyib. 2004-2006-cı illərdə Lənkəran ŞİH-də məsləhətçi, eyni zamanda mətbuat xidmətinin rəhbəri vəzifələrində çalışıb. 2004-cü ildən YAP-ın üzvüdür.
2007-2009-cu illərdə “Trend” İnformasiya Agentliyinin cənub bölgəsi üzrə müxbiri işləyib. 2010 -cu ildən Lənkəranda fəaliyyət göstərən “CTV” MMC-də Xəbərlər və analitik departamentinin direktor müavini, redaktoru vəzifələrində çalışıb. 2019-cu il aprel ayından 2024-cü il may ayına kimi Azərbaycan Televiziyasının İnformasiya Proqramları Baş Redaksiyasının cənub bölgəsi (Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı rayonları) üzrə müxbiri işləyib. Fəaliyyət göstərdiyi dövrlərdə bölgənin sosial, iqtisadi, mədəni həyatı ilə bağlı çoxsaylı məqalə, araşdırma-süjet və reportajlar hazırlayıb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Hazırda “ARB Cənub”da böyük redaktor olaraq fəaliyyətini davam etdirir. Bununla yanaşı P.Əliyeva 2024-2025-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında 0,5 ştat müəllim vəzifəsində fəaliyyət göstərir.
E-mail: pervane.eliyeva@lsu.edu.az
Əlizadə Xanım Rövşən qızı 17 sentyabr 2001-ci ildə Bakı şəhərində anadan olub. 2018-ci ildə Lənkəran şəhər Vaqif Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyi rus bölməsi üzrə bitirib. 2018-2022-ci ildə Lənkəran Dövlət Universitetində Tarix müəllimliyi ixtisası üzrə təhsil alıb.
2022-2024-cü ildə ADA Universitetinin Təhsilin təşkili və idarə olunması ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib
Təhsil aldığı müddətdə yüksək akademik göstəricilərinə görə universitet rəhbərliyi tərəfindən Akademik Mükəmməllik Sertifikatları ilə təltif olunmuşdur.
X.Əlizadə magistratura təhsili aldığı illərdə Peşə Təmayüllü Siniflər layihəsində qrup rəhbərinin müavini, həmçinin Kaspi Tədris Mərkəzinin Lənkəran nümayəndəliyində tarix müəllimi kimi fəaliyyət göstərmişdir.
2024-cü ilin may ayından Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran şəhəri üzrə təhsil sektorunda məsləhətçi, həmin ilin dekabrından isə Lənkəran-Astara Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunda məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Bununla yanaşı 2025-2026-cı tədris ilindən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında 0,5 ştat müəllim vəzifəsində fəaliyyət göstərir.
X.Əlizadə peşəkar inkişaf çərçivəsində 2023-cü ilin may ayında UNİSER təşkilatının “Dünyada innovativ öyrətmə və öyrənmə”, 2024-cü ilin aprel-iyun aylarında isə ABŞ-ın Penn Universitetinin “Müsbət psixologiya: Martin E.P. Seligmanın elmi baxışı” və Böyük Britaniyanın Qlazqo Universitetinin “Təhsildə müxtəliflik və inklüzivlik” mövzularında təlimlərində iştirak etmiş və müvafiq sertifikatlar əldə etmişdir.
X.Əlizadə təhsil sahəsində 3 elmi məqalənin və 2023-2024-cü tədris ilində Lənkəran Dövlət Universitetində təhsil alan birinci kurs tələbələrinin universitet seçiminə təsir edən amilləri öyrənən tədqiqat işinin müəllifidir.
E-mail: xanim.elizade@lsu.edu.az
Məmmədov Həbib Mehman oğlu 20.02.1999-cu ildə Lənkəran rayonu Şovu kəndində anadan olmuşdur. 2020-cı ildə Bakı Dövlət Universitetinin Sosial iş ixtisası üzrə bakalavriat səviyyəsini, 2022-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Gənclərlə sosial iş ixtisaslaşması üzrə magistratura səviyyəsini bitirmişdir. Hazırda ƏƏSMN-in tabeliyində Sosisal Xidmətlər Agentliyinin Lənkəran-Astara Regional Filialında Sosial içşi – mütəxəssis vəzifəsində işləyir. 2021-2022-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dost Agentliyi xətti ilə keçirilən müxtəlif təlimlərin və təcrübə kurslarının iştirakçısı olub. H.Məmmədov 2023-2024-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında 0,5 ştat vahidi ilə müəllim vəzifəsində fəaliyyət göstərir.
E-mail: habib.mammadov@lsu.edu.az
Əsədova Günay Qəvami qızı 26 sentyabr 1983-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 2008-ci ildə Lənkəran Dövlət Universitetinin Pedaqogika və psixologiya ixtisası üzrə bakalavriat səviyyəsini, 2015-ci ildə Azərbaycan Dövlət pedaqoji Universitetinin İbtidai sinifdə tədrisin metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura səviyyəsini bitirmişdir. Günay Əsədova 2008-ci iidə Lənkəran rayonu C. Əzimov adına Viravul kand 2 N-li tam orta məktəbinə psixoloq vəzifəsinə təyin edilmiş və hazırda həmin vəzifədə fəaliyyətini davam etdirir. QHT və Təhsil Nazirliyi xətti ilə təşkil edilmiş müxtəlif təlim və seminarlarda iştirak etmişdir. 2019-2023-cü illərdə UNİCEF-in dəstəyi ilə təşkil edilmiş İcma Əsaslı Məktəbəqədər Təhsil Layihəsində tərbiyəçi-müəllim kimi fəaliyyət göstərmişdir.
G.Əsədova 2024-2025-ci tədris ilindən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında 0,5 ştat müəllim vəzifəsində fəaliyyət göstərir.
E-mail: esedova.gunay@lsu.edu.az
Süleymanova Hicran Rahib qızı 1983-cü il iyunun 15-də Bakı şəhərində anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya fakultəsində təhsil alaraq, Defektologiya ixtisası üzrə tam kursu bitirmişdir.
2007-ci il aprel ayında Suraxanı rayonu 2 saylı uşaq evində Loqoped kimi fəaliyyətə başlamışdır. 2017-ci ildən Şəki Dövlət Regional Kollecində Loqopediya müəlliməsi kimi fəaliyyətini davam etdirmişdir.
H. Süleymanova 2023-2024-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında kabinet müdiri vəzifəsində fəaliyyət göstərir.
E-mail: hicran.suleymanova@lsu.edu.az
Muradova Fidan İqrar qızı 21 fevral 1989-cu ildə Lənkəran şəhərində anadan olmuşdur.
2007-ci ildə Lənkəran Tibb Kollecində Müalicə işi ixtisası üzrə təhsil almışdır.
2018-ci ildə Lənkəran Dövlət Universitetinin Məktəbəqədər təlim və tərbiyə ixtisasına daxil olmuş, 2022-ci ildə həmin ixtisası bitirmişdir.
F. Muradova 2023-cü il sentyabr ayından Lənkəran Dövlət Universitetinin Pedaqogika, psixologiya və incəsənət kafedrasında laborant vəzifəsində fəaliyyət göstərir.
E-mail: fidan.muradova@lsu.edu.az
Kafedranın ünvanı: Lənkəran şəhəri, Əli Məmmədov küçəsi-40, 2 saylı tədris korpusu.
E-mail: pedaqogika_kafedra@lsu.edu.az
Kafedra haqqında məlumatları dos. Afiq Əliyev təqdim etmişdir.