“Baytarlıq və aqrar fənlər” kafedrası haqqında məlumat

“Baytarlıq və aqrar elmləri” kafedrası 2017-ci ildə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin etmək məqsədilə yaradılmışdır. Kafedranın yaradılmasında məqsəd Dövlət Proqramına uyğun olaraq aqrar sahəni daha da inkişaf etdirmək, kənd təsərrüfatı məhsullarını istehsal və istehlakını daha da yaxşılaşdırmaq istiqamətində savadlı və peşəkar mütəxəssislər hazırlamaqdır.

2016-2017-ci ildə “Texnologiya və aqrar fənlər” kafedrası kimi fəaliyyət göstərmişdir. Kafedranın müdiri dos.Əsəd Nuriyev olmuşdur. 2017-ci ildən kafedra “Baytarlıq və aqrar fənlər” kafedrası adlanır və rəhbəri dos. Məlahət Ağayevadır. 2023-cü ildən kafedranın adı dəyişilərək “Baytarlıq və aqrar elmləri” adlandırılıb.

2022-2023-cü tədris ilində kafedrada 24 əməkdaş çalışır, onlardan 9 nəfər dosent, 2 nəfər fəlsəfə doktoru b\m, 1 nəfər fəlsəfə doktoru, 1 nəfər baş müəllim, 11 nəfər müəllimdir. Hal-hazırda 3 dissertantın 2-si baytarlıq, 1-i tərəvəzçilik üzrə təhsil alır.

Təhsildə əyaniliyə nail olmaq məqsədi ilə kafedrada dünya standartlarına cavab verən və müasirliyi ilə seçilən laboratoriyalar fəaliyyət göstərir. Belə ki, kadr hazırlığı aparılan baytarlıq, aqrokimya və torpaqşünaslıq, aqronomluq, meşəçilik, və s. ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, maddi-texniki və tədris bazasını gücləndirmək , elm ilə təcrübənin vəhdətinə nail olmaq məqsədi ilə müasir avadanlıqlarla təchiz edilmiş “Baytarlıq”, “Botanika” və s. laboratoriyalar yaradılaraq müəllim və tələbələrin ixtiyarına verilib. Hazırda laboratoriyalarda müəllimlər, doktorantlar və maqistrantlar tərəfindən qida məhsullarının kimyəvi tərkibi ilə yanaşı, bitki və heyvan mənşəli toxuma və hüceyrələrin quruluşu, onlarda ətraf mühitin təsiri ilə baş verən dəyişikliklər, xammal və qida məhsullarının tərkibindəki qida əlavələrinin və zərərli birləşmələrin, maddə və elementlərin miqdarı və s. tədqiq edilir. Yeni avadanlıq və cihazların əksəriyyəti kompyüter və internet şəbəkəsinə qoşulmaqla işləyir ki, bu da alınan nəticələrin dəqiq və düzgünlüyünü təmin etməyə imkan yaradır İxtisasa uyğun “Meşəçilik”, “Bitkiçilik”, “Bitki mühafizəsi” fənn kabinetləri yaradılmışdır.

Tədris - təcrübə təsərrüfatında sitrus və subtropik meyvə bağı salınmış, açıq və qapalı şəraitdə tədris aparmaq üçün auditoriyalar lazımi inventarlarla tam təmin edilmişdir. Eyni zamanda, iri buynizlu mal-qara və qoyunçuluq təsərrüfatı yaradılmışdır.

Əgər 2017-ci ildə kafedranın nəznində 2 ixtisas üzrə kadr hazırlığı həyata keçirilirdisə, 2021-2022-ci tədris ilində Baytarlıq və aqrar fənlər kafedrası aqrar sahə üçün bakalavr səviyyəsi 8 ixtisas, maqistratura səviyyəsi 4 ixtisas üzrə ixtisaslı kadrlar hazırlayır. Kafedra üzrə ixtisaslaşmalar:

Bakalavr pilləsi üzrə:

Aqronomluq

Meşəçilik

Torpaqşünaslıq və aqrokimya

Baytarlıq

Baytarlıq təbabəti

Zoomühəndislik

Bağçılıq və tərəvəzçilik

Bitki mühafizəsi

Magistratura üzrə ixtisaslaşma

İxtisasın adı

Meşəçilik Meşə quruluşu ( Magistr I)

Meşə quruluşu ( Magistr II)

Aqronomluq

Meyvəçilik

Torpaqşünaslıq və aqrokimya

Aqrokimya

Baytarlıq

Baytar-sanitariya ekspertizası

2017-ci ildən başlayaraq “Lənkəran-Astara bölgəsində sitrus bitkilərinin və subtropik meyvələrin becərilməsi və emalında müasir innovativ üstünlüklərin tətbiqi istiqamətləri” mövzusunda elmi-tədqiqat işlərinin aparılması planlaşdırılmışdır. Kafedrada aqrar sahə üzrə nəzəri-metodiki və müasir innovativ üstünlüklərin tətbiqi istiqamətləri üzrə elmi-tədqiqat işləri aparılır.

“Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsi çərçivəsində kafedranın əməkdaşları “Çay və sitrus bitkilərinin istehsal texnologiyasının, istifadə strukturunun, emal və saxlanma proseslərinin optimallaşdırılması və onun universitetin elmi və təhsil potensialının artırılmasına təsiri” mövzusunda qrant layihəsinin qalibi olmuşdur.

Kafedra müdiri haqqında.

Məlahət Əli qızı Ağayeva, biologiya elmləri üzrə fəlsəfə doktoru, dosent

Ağayeva Məlahət Əli qızı 1960-cı ildə Astara şəhərində anadan olmuşdur. 1967-ci ildə Astara 2 saylı orta məktəbini, 1977- ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbatcan Dövlət Aqrar Universiteti) aqronomluq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1982-ci ildə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun mikrobiologiya və virusologiya şöbəsinin aspiranturasına daxil olmuşdur. 1985-ci ildə Azərbaycan Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun mikrobiologiya və virusologiya şöbəsində elmi işçi vəzifəsində işləmişdir.1990-cı ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində Elmi-Tədqiqat Bitki mühafizəsi institutunda “Azərbaycanın Lənkəran-Astara bölgəsində sitrus bitkilərinin göbələk xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda dissertasiya işi müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 1996-cı ildə Astara Pedaqoji Kollecində biologiya müəllimi işləmişdir.2001-ci ildə Lənkəran Dövlət Universitetində kimya və biologiya kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2011-ci ildə dosent elmi adını almışdır. 2014-cü ildə Təbiyyat fakültəsinin dekanı vəzifəsində işləmişdir. 2016-cı ildə “Texnologiya və texniki fənlər” kafedrasında dosent, 2017-ci ildə “Baytarlıq və aqrar fənlər” kafedrasında dosent vəzifəsində işləmişdir. 2018-ci ildən kafedraya rəhbərlik edir. Məlahət Əli qızı Ağayeva 1 monoqrafiya, 2 metodik vəsait, 1dərs vəsaiti, 9 fənn proqramı, Azərbaycanda və xaricdə 80-dən çox elmi məqalələrin müəllifidir.

zooloq.60@mail.ru

Kafedra əməkdaşları haqqında.

Babayev Xalıqverdi Yusub oğlu,aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

1958-ci il iyun ayının 15-də Lənkəran rayonunun Mamusta kəndində anadan olmuşdur. 1976-1981-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsinin əyani şöbəsində təhsil alıb və “alim-aqronom” ixtisası üzrə bitirmişdir.1981-82-ci illərdə Neftçala rayonunun N.Nərimanov adına kolxozda aqronom, 1982—1993-cü illərdə Lənkəran rayonunun N.Nərimanov adına sovxozda aqronom vəzifəsində çalışıb. 1990-cı ildə Kənd Təsərrüfatı elmlər namizədi alimlik elmi dərəcəsi almışdır.

1990-cı ildən aqrar elmləri üzrə fəlsəfə doktorudur. 1993-cü ilin may ayından Azərbaycan Elmi-Tədqiqat “Bağçılıq və Subtropik Bitkilər” İnstitutunun Lənkəran çay filialında aqrokimya şöbəsinin müdiri və eyni zamanda elmi katibi olmuşdur.

2003-cü ilin fevral ayından 2008-ci ilin aprel ayına kimi Azərbaycan Elmi-Tədqiqat “Bağçılıq və Subtropik Bitkilər” İnstitutunun Lənkəran çay filialının direktoru vəzifəsində çalışmışdır.

1994-cü ildən Lənkəran Dövlət Universitetində “Kimya-biologiya” kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır. Hal-hazırda “Baytarlıq və aqrar elmləri” kafedrasının dosenti vəzifəsində çalışır. Azərbaycanda və xaricdə 80 elmi əsərin və 2 monoqrafiyanın, 3 fənn proqramının müəllifidir, “Çayçılıq və sitrus bitkiləri” üzrə layihə rəhbəri və əsas tədqiqatçısıdır.

Email ünvanı: babayev.xaliqverdi58@mail.ru

Hüseynov Həzər Ağahüseyn oğlu, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

1955-ci ildə Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur.

1982-ci ildə Mockva Kooperativ İnstitutunu bitirmişdir.

2006-cı ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun Lənkəran bölgə təcrübə stansiyasının müdiri vəzifəsində çalışır.

2013-cü ildə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Milli Elmlər Akademiyasının Regional Elm Mərkəzinin və Lənkəran Regional Aqrar Elm Mərkəzinin elmi şurasının üzvüdir.

2018-ci ildə dosent eimi adını almışdır.Hal-hazırda LDU-nun “Baytarlıq və aqrar elmləri” kafedrasının dosentidir. 2 kitabın, 21 elmi əsərin və 1 pomidor sortunun müəllifidir.

Email ünvanı: hazarhüseynov@mail.ru

Cəfərov Əli Musa oğlu, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

1959-cu ildə Ermənistanın Krasnoselo kəndində anadan olmuşdur.

Azərbaycan Dövlət Universitetinin fizika ixtisasını bitirmişdir.

1989-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir.

2010-cu ildə dosent elmi adını almışdır. 80-dən çox elmi əsərin, o cümlədən, monoqrafiya, kitab və tezislərin müəllifidir.

Email ünvanı: alicafarov1959@mail.ru

Gülalıyev Çingiz Gülalı oğlu, aqrar elmləri üzrə elmlər doktoru, dosent

1954-cu il dekabr ayının 13-də Şamaxı rayonu Məlikçobanı kəndində anadan olmuşdur.

1972-1977-ci ildə BDU-nin fizika fakültəsinin astronomiya ixtisasını bitirib.1977-1978-ci illər Şamaxı rayon Nüydü orta məktəbində riyaziyyat müəllimi olub.2009-cu ildən Azərbaycan Turizm və Menecment Universitetinin “Turizm biznesi” kafedrasında dosent vəzifəsini icra edir.2011-ci il AR Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzində metodist işləyib. 2016-ildə Torpaqşünaslıq ixtisası üzrə doktorluq dissertasiyası işi müdafiə edərək aqrar elmləri üzrə elmlər doktoru elmi dərəcəsi adını almışdır.Bir çox elmi əsərlərin, monoqrafiya, kitab və tezisin müəllifidir.

Email ünvanı: gulaliyev-ch@yhoo.com

Abdllayev Fərman Muxtar oğlu aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

1966-cı ildə Lənkəran rayonunun Avrora qəsəbəsində anadan olmuşdur.

Gəncə Kənd Təsərrüfatı İnstitutunu 1991-ci ildə bitirib Lənkəran Çay fabrikinə elmi işçi vəzifəsinə təyin olunmuşdur.

2007-ci ildən kənd təsərrüfatı üzrə fəlsəfə doktorudur.

2008-ci ildən 2016-cı ilə kimi Az.ETB və SBİ-in Lənkəran Çay filialında direktor vəzifəsində çalışmışdır.

2016-cı ildən hal-hazıra kimi Lənkəran Dövlət Universitetində “Baytarlıq və aqrar elmləri” kafedrasında müəllim vəzifəsində çalışır. 2022-ci ildən dosentdir.

Email ünvanı: farman-a@mail.ru

Bilalov Rəhim Məmiş oğlu baytar elmləri üzrə fəlsəfə doktoru, dosent

Bilalov Rəhim Məmiş oğlu, 1951-ci ildə Şəki rayonunun Qudula kəndində anadan olmuşdur.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun baytarlıq fakültəsini bitirmişdir.

1981-ci ildə K.İ.Skryabin adına Ümumiittifaq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək baytarlıq elmləri namizədi elmi dərəcəsini almışdır.

Hal-hazırda “Baytarlıq və aqrar elmləri” kafedrasında 1,0 ştat dosent vəzifəsində çalışır. 1 dərs vəsaiti, 1 monoqrafiya, 30-a yaxın elmi-praktiki məqalələrin müəllifidir.

Email ünvanı:rahim19511951@mail.ru

Əkbərova Ülkər Zakir qızı, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

1983-cü il 23 noyabrda Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olub. 2001-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbə tam orta məktəbini müvəffəqiyyətlə bitirərək elə həmin il Lənkəran Dövlət Universitetinin “coğrafiya” ixtisasına qəbul olunub. 2005-ci ildə “coğrafiya” ixtisası üzrə bakalavr pilləsini “fərqlənmə” diplomu ilə bitirib, Lənkəran Dövlət Universitetinin magistratura pilləsinin “Təbiətdən istifadə və təbiəti mühafizə” ixtisasına qəbul olunub. 2007-ci ildə magistarura pilləsini “fərqlənmə” diplomu ilə bitirib.

2008-ci ildə Azərbaycan Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun dissertanturasına qəbul olunub. 2017-ci ildə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

07.01.2008-05.01.2011-ci illərdə Lənkəran Regional Aqrar Elm Mərkəzində böyük elmi işçi, 05.01.2011-11.06.2013-cü illərdə Lənkəran Regional Aqrar Elm Mərkəzində baş mütəxəssis, 11.06.2013-30.12.2021-ci illərdə Lənkəran Regional Aqrar Elm Mərkəzində direktor müavini vəzifəsində işləyib.

15.09.2018-ci il tarixində Lənkəran Dövlət Universitetinin “Baytarlıq və aqrar fənlər” kafedrasında 0,5 ştat müəllim kimi fəaliyyətə başlayıb.

16 fevral 2022-ci il tarixində Lənkəran Dövlət Universitetinin “Baytarlıq və aqrar elmləri” kafedrasında 1 ştat dosent vəzifəsinə keçirilib.

16 fevral 2023-cü il tarixindən Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik” fakültəsində dekan müavini ,0,5 ştat dosent vəzifəsində çalışır.

1 monoqrafiya və 30-dan artıq elmi əsərin müəllifidir.

Email ünvanı: ulkarcoqrafiya@mail.ru

Məmmədov Zülfü Məmməd oğlu, biol.ü.f.d, dosent

30.03.1957-ci ildə Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olmuşdur. 1974-1979-cu illərdə ADPU-nin bio-coğrafiya fakultəsində təhsil almışdır.

1990-2016-cı illlərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Zoologiya İnstitunda elmi işçi və elmi katib vəzifələrində fəaliyyət göstərmişdir.

2016-2020-ci illərdə Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda (BM və TBETİ) aparıcı elmi işci vəzifəsində və 2019-cu ildən bu günədək Lənkəran Dövlət Universitetində “Baytarlıq və aqrar elmləri” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır.

Heydərova Aynur Vəliaga qızı cografiya üzrə fəlsəfə doktoru, baş müəllim

1974-cü il Lənkəran şəhərində anadan olmuşdur. Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin Biologiya ixtisasının bakalavr pilləsində təhsil almış, 1998-2000-ci illərdə Biologiya ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2001-2005-ci illərdə MAKATEKTİ-nin aspirantura şöbəsində oxumuşdur. Eyni zamanda 2005-ci ildən MAKA Ekologiya İnstitunda işləyir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Baytarlıq və aqrar elmləri” kafedrasında baş müəllim vəzifəsində çalışır.

Email ünvanı: heyderova_1974@mail.ru

Quliyev Ərşad Yunis oğlu aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent

1966-ci ildə Ağcabədi rayonunun Qaravəlli kəndində anadan olmuşdur.

Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zoomühəndislik fakultəsini bitirmişdir.

1996-cı ildə Moskvada dissertasiya işi müdafiə edərək kənd təsərrufatı elmləri namizədi alimlik dərəcəsi almışdır.

Hal-hazırda Lənkəran Dövlət Universitetində “Baytarlıq və aqrar elmləri” kafedrasında 0,5 ştat dosent vəzifəsində çalışır.

Email ünvanı: ersadquliyev901@mail.ru

Həsənov Mirzəmməd Murtuz oğlu aqrar elmləri üzrə fəlsəfə doktoru

1958-ci ildə Naxçıvan MR Şərur rayonunda anadan olmuşdur. 1980-1985-ci illərdə Leninqrad Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsini bitirmişdir. 1985-1988-ci illərdə Naxçıvan MR Araz EİB-də Böyük elmi işçi kimi çalışıb. 1988-1991-ci illərdə Ümumittifaq Elmi-Tədqiqat Heyvandarlıq İnstitunun aspiranturasını bitirmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Baytarlıq və aqrar elmləri” kafedrasında 0,5 ştat aqrar elmləri üzrə fəlsəfə doktoru,baş müəllim vəzifəsində çalışır.

Email ünvanı: mirzehesenov1997@gmail.com

Hüseynov Tahir Talıb oğlu – baş müəllim

1967-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuşdur.

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının “Baytarlıq təbabəti” fakültəsinin “Baytar həkimi” ixtisasını bitirmişdir.

2017-ci il tarixdən hal-hazıra kimi “Baytarlıq və aqrar fənlər” kafedrasında müəllim vəzifəsində çalışır. 2019-cu il tarixdən Lənkəran Dövlət Universitetinin “Baytarlıq və aqrar fənlər” kafedrasının doktorantıdır. Lənkəran Dövlət Universitetində “Baytarlıq və aqrar elmləri” kafedrasında 1,0 ştat baş müəllim vəzifəsində çalışır.3 elmi məqalənin müəllifidir.

Email ünvanı: huseynovtahir1967@gmail.com

Məmmədova Ülviyyə Malik qızı, müəllim

1979-cu il tarixində Lənkəran şəhərində anadan olmuşdur.

Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat fakültəsinin “Meyvə-tərəvəz və üzümçülük” ixtisasının bakalavr, 2003-cü ildə “Aqronomiya-Tərəvəzçilik” ixtisası üzrə magistraturasını “fərqlənmə” diplomu ilə bitirmişdir.

2015-2016-cı ildə AMEA-nın Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunda baş mütəxəssis vəzifəsində işləyib. 2018-ci ilin sentyabr ayından hal-hazıra kimi “Baytarlıq və aqrar fənlər” kafedrasında müəllim vəzifəsində çalışır. 2018-ci il tarixdən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun doktorantıdır. 5 elmi məqalənin müəllifidir. Hal-hazırda kafedrada 0,5 ştat müəllim vəzifəsində çalışır.

Email ünvanı: ulviyye_07@list.ru

Əliyev Adıgözəl Rəsul oğlu, müəllim

1954-cü il Lerik rayonunun Lerik qəzəbəsində anadan olmuşdur.

Leninqrad Meşə-Texniki Akademiyasını bitirmişdir. 2012-ci ildən hal-hazıra kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional, relikt və endemik ağac və kol bitkiləri şöbəsinin rəisi vəzifəsində işləyir. Ekologiya sahəsində xidmətinə görə 1992-ci ilin iyun ayının 4-də Azərbaycan Respublikasının “Əməkdar təbiəti mühafizə işçisi” fəxri adına layiq görülmüşdür. Hal-hazırda kafedrada 1,0 ştat müəllim vəzifəsində çalışır.

Email ünvanı: adigezalaliyev@yandex.ru

Məlikov Əlibağış Şamməd oğlu, müəllim

1965-ci ildə Lənkəran rayonun Mamusta kəndində anadan olub.

Gəncə Dövlət Aqrar Universitetinin “Bitki mühafizəsi” fakültəsini alim-aqronom ixtisası üzrə bitirib. Hal-hazırda “Baytarlıq və aqrar elmləri” kafedrasında 1,0 ştat müəllim vəzifəsində çalışır. 3 elmi məqalənin müəllifidir.

Email ünvanı: alibagish.malikov@mail.ru

Abdullayev Barat Əskər oğlu, müəllim

1961-ci ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olmuşdur.

Gəncə Kənd Təsərrüfatı İnstitutun “baytarlıq” ixtisasını bitirmişdir.

2019-cu ildən “Baytarlıq və aqrar elmləri” kafedrsaında 0,5 ştat müəllim vəzifəsində işləyir.

Vəliyev Ədalət Əbülqasım oğlu, müəllim

1965-ci ildə Lənkəran rayonunun Rvo kəndində anadan olmuşdur.

Gəncə Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakültəsini “alim-aqronom” ixtisası üzrə bitirmişdir.

2019-cu il tarixdən Lənkəran Dövlət Universitetində 0,5 ştat müəllim vəzifəsində çalışır.

Email ünvanı: valiyev.65@list.ru

Həsənov Tahir Həsənağa oğlu, müəllim

1953-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olmuşdur.

Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında Meşə Bağ-Park təsərrüfatı ixtisasını bitirmişdir.

2019-cu il tarixindən Lənkəran Dövlət Universitetinin “Baytarlıq və aqrar elmləri” kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.

Email ünvanı: hmerdan137@gmail.com

Tağıyev Niyaz Tarverdi oğlu , müəllim.

1962-ci il 01 yanvarda Lerik rayonunun Lerik qəsəbəsində anadan olmuşdur.Voronej Meşə Texnik İnstitunun meşəçilik fakultəsini meşə təsərrüfatı mühəndisi ixtisası üzrə bitirib.

2020-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin “Aqrar və mühəndislik “ fakultəsində 1,0 ştat müəllim vəzifəsində çalışır.

Email ünvanı: niyaztagyev@yandex.ru

Qurbanzadə Gülşən Qulam qızı , müəllim.

4 avqust 1998-ci ildə Astara şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin “Ekologiya və torpaqşünaslıq” fakültəsinin “Torpaqşünaslıq və aqrokimya” ixtisasını 2018-ci ildə bitirmiş, elə həmin il də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Kimya texnologiyalar” fakültəsinin “Ətraf mühit və neft sənayesi-ekologiya mühəndisliyi” ixtisasının magistr pilləsinə daxil olmuşdur.

2020-2021-ci tədris ilində Astara Pedaqoji Kollecində ixtisası üzrə müəllim vəzifəsində çalışmışdır. Hal-hazırda Lənkəran Dövlət Universitetində “Baytarlıq və aqrar elmləri” kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.

Email ünvanı: gulshangurbanzade@gmail.com

Muxtarov Aqil Bəxtiyar oğlu, müəllim.

14 iyul 1993-cü il tarixində Lerik rayonununda anadan olmuşdur.

Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr və magistratura pilləsini bitirmişdir.

Hal-hazırda Lənkəran Dövlət Universitetində “Baytarlıq və aqrar elmlər” kafedrasında 0, 5 ştat müəllim vəzifəsində çalışır.

Email ünvanı: agil.muxtarov@gmail.com

Ağayev Bahaddin Qasım oğlu , müəllim.

06 Mart 1965-ci il tarixində Lənkəran rayonunun Haftoni qəsəbəsində anadan olmuşdur.

2009-cu ildə Lənkəran Bölgə Zona Təcrübə Stansiyasında elmi işçi, 2017-ci il tarixindən bu günədək laboratoriya müdiri vəzifəsində işləyir.

2021-ci ildən Lənkəran Dövlət Universitetində “Baytarlıq və aqrar elmləri” kafedrasında

0,5 ştat müəllim vəzifəsində çalışır.

Email ünvanı: lankaranbts@mail.ru

Abdullazadə Jalə Elşad qızı

1999-cu ildə iyun ayının 30-u Lerik rayonu Mistan kəndində anadan olmuşdur. Lənkəran Dövlət Universitetinin “Aqronomluq” ixtisasının bakalavr pilləsini bitirmişdir. 2022-ci ildən “Baytarlıq və aqrar elmləri” kafedrasında laborant vəzifəsində çalışır.

Email ünvanı: jale.abdullazade2430@gmail.com

Kafedranın ünvanı: Lənkəran şəhəri Fizulu küçəsi – 70, 1 saylı tədris korpusu.

Telefon: (+994) 025 255 04 25 daxili 108

Elektron ünvanı: baytarliq.ve.aqrar.fenler@mail.ru

Faks nömrəsi: (+994) 025 255 27 86

Kafedra haqqında məlumatları

Dos.Məlahət Ağayeva təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd