İnsan resursları və sənədlər üzrə iş şöbəsi




İnsan resursları və kargüzarlıq şöbəsi Lənkəran Dövlət Universitetinin struktur bölməsidir və universitetin rektoruna tabedir. Universitetin fəaliyyətə başladığı dövrdən şöbə Kadrlar şöbəsi kimi yaradılmış, universitet Elmi şurasının 08 iyun 2016- cı il tarixli qərarına əsasən İnsan resursları və kargüzarlıq şöbəsi kimi yenidən təşkil olunmuşdur.

Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərar və Sərəncamlarını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimatı, Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsasnaməsini, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikası Təhsil Nazirinin əmr və sərəncamlarını, universitetin Nizamnaməsini və onun fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktları, habelə bu Əsasnaməni rəhbər tutur. Şöbənin strukturu və işçilərinin sayı rektor tərəfindən müəyyən və təsdiq edilir. Rektor tərəfindən səlahiyyət verilmiş şəxs istisna olmaqla, digər şəxslərin şöbənin fəaliyyətinə müdaxilə etməsinə yol verilmir. Şöbənin fəaliyyətinə şöbə müdiri rəhbərlik edir.

Şöbə müdiri şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir, tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, onların əmək və icra intizamına riayət etmələrinə nəzarət edir, şöbə üzrə müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini universitetin rəhbərliyinə təqdim edir, şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir .

Şöbənin fəaliyyətinin əsas məqsədi universiteti vaxtında, vəzifəyə uyğun, layiqli və peşəkar kadrlarla təmin etmək, universitetdə daim komanda ruhunun saxlanılmasına, maddi, mənəvi və sosial tələbatların ödənilməsi yolu ilə əməkdaşların motivasiyasının yaxşılaşdırılmasına, onların məhsuldarlığının artırılmasına, universitetə bağlılığına nail olmaq, kargüzarlıq və arxiv işlərini mövcud qayda və təlimatlara uyğun düzgün və normal təşkil etmək və universitetin fəaliyyətinin hüquqi təminatını həyata keçirməkdir.

E-mail: office@lsu.edu.az

Əlaqə telefonları: (+994) 025 25 8 01 53

(+994) 025 25 8 03 40


Əfəndiyeva Nərmin Ruslan qızı- İnsan resursları və sənədlər üzrə iş şöbəsinin müdiri

Əfəndiyeva Nərmin Ruslan qızı 18 dekabr 1994-cü ildə Ağstafa şəhərində anadan olmuşdur. 2002-2013-cü il tarixinədək Rusiya Federasiyasının Surqut şəhərində orta məktəbdə təhsil almışdır.

2013-2017-ci ildə Rusiya Federasiyası Tümen Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.

04 iyun 2021-ci il tarixindən 18 noyabr 2024-cü il tarixinədək Ağstafa Məhkəməsində məhkəmə iclasının katibi vəzifəsində çalışmışdır.

27 yanvar 2025-ci il tarixindən Lənkəran Dövlət Universitetinin Beynəlxalq şöbəsində strateji inkişaf bölməsi üzrə mütəxəssis vəzifəsində işləmişdir.

01 oktyabr 2025-ci il tarixindən Lənkəran Dövlət Universitetinin İnsan resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.



Hüquqşünas - Cavadov Çingiz Hüseyn oğlu


Cavadov Çingiz Hüseyn oğlu 15 oktyabr 1957-ci ildə Lənkəran rayonunun Bala Şürük kəndində anadan olmuşdur. 1974-cü ildə Lənkəran şəhər 1 saylı orta məktəbi bitirmişdir. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini hüquqşünas ixtisası üzrə bitirmişdir.

1975–1977-ci illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışmış, o cümlədən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının aparatında hüquq və müdafiə məsələləri üzrə şöbə müdiri vəzifəsində işləmişdir.

1997–2022-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin regional idarələrində şöbə müdiri və baş məsləhətçi vəzifələrində çalışmışdır. Kiçik ədliyyə müşaviridir.

2022-ci ilin dekabr ayından Lənkəran Dövlət Universitetində hüquqşünas vəzifəsində çalışır.

Kadrlar üzrə mütəxəssis - Şükürova İradə Atəş qızı


Şükürova İradə Atəş qızı 15 iyul 1963-cü ildə Lerik rayonunun Göydərə kəndində anadan olmuşdur. 1970–1980-ci illərdə Lerik 1 saylı qəsəbə orta məktəbində təhsil almışdır. 1980–1986-cı illərdə Bakı Dövlət Universitetində kitabxanaçılıq ixtisası üzrə qiyabi təhsil almışdır.

Qiyabi təhsil aldığı müddətdə Lerik Partiya Komitəsinin siyasi maarif kabinetində çalışmışdır. 1987–2000-ci illərdə Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 78 saylı filialında baş kitabxanaçı vəzifəsində işləmişdir. 2000-ci ildən Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə, o cümlədən kitabxanada şöbə müdiri və kadrlar şöbəsinin müdiri vəzifələrində çalışmışdır.

08 iyun 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetinin İnsan resursları və kargüzarlıq şöbəsində Kadrlar üzrə mütəxəssis vəzifəsində çalışır.

Kadrlar üzrə mütəxəssis – İbadzadə Şəfa Namiq qızı

İbadzadə Şəfa Namiq qızı 25 may 2001-ci ildə Lənkəran rayonunun Günəhir kəndində anadan olmuşdur. 2007-ci ildə Lənkəran rayon Məhəmməd Bağırov adına Girdəni kənd tam orta məktəbinə daxil olmuşdur.

2018-ci ildə orta təhsilini başa vuraraq Lənkəran Dövlət Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olmuşdur. 2023-cü ildə Lənkəran Dövlət Universitetini bitirmişdir.

2025-ci ilin yanvar ayında Lənkəran Dövlət Universitetində Rektor köməkçisi və kargüzar vəzifəsinə təyin olunmuşdur. Hazırda həmin vəzifədə çalışır.

Kadrlar üzrə mütəxəssis - Babayeva Səbinə.

Babayeva Səbinə Bəhruz qızı 14 may 2003-cü ildə Lənkəran rayonunun Seyidəkəran kəndində anadan olmuşdur. 2009-cu ildə Lənkəran rayon Şürük kənd tam orta məktəbinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir.

2020-ci ildə Lənkəran Dövlət Universitetinin Qida mühəndisliyi ixtisasına qəbul olmuş, 2024-cü ildə universiteti bitirmişdir.

2025-ci ilin yanvar ayından Lənkəran Dövlət Universitetində Kadrlar üzrə mütəxəssis vəzifəsində çalışır.

Dəftərxana işləri üzrə mütəxəssis - Paşayeva Şəbnəm Asif qızı

Paşayeva Şəbnəm Asif qızı 1991-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2008-ci ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbi bitirmişdir. 2008–2012-ci illərdə Lənkəran Dövlət Universitetində Alman dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ali təhsil almışdır.

2018-ci ildə Lənkəran Dövlət Universitetinin Təhsildə qiymətləndirmə və monitorinq ixtisaslaşması üzrə magistratura səviyyəsinə qəbul olmuş, 2020-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir.

2015-ci ildən Lənkəran Dövlət Universitetinin Xarici dillər və tərcümə, həmçinin Biologiya və ekologiya kafedralarında laborant vəzifəsində çalışmışdır.

Hazırda Lənkəran Dövlət Universitetinin İnsan resursları və sənədlərlə iş şöbəsində Sənədlərlə iş üzrə mütəxəssis vəzifəsində çalışır.

Arxiv işi üzrə mütəxəssis - Əhmədova Sevda Ənvər qızı


Əhmədova Sevda Ənvər qızı 23 iyun 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə Lənkəran şəhər V. Əliyev adına 4 nömrəli orta məktəbə daxil olmuş, 1994-cü ildə həmin məktəbi bitirərək Azərbaycan Texniki Universitetinə qəbul olmuşdur. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirmişdir.

1998-ci ildən Lənkəran Dövlət Universitetinin Biologiya kafedrasında laborant vəzifəsində işə qəbul olunmuşdur. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Hazırda Lənkəran Dövlət Universitetində Arxiv işi üzrə mütəxəssis vəzifəsində çalışır.

Kargüzar - Quliyeva Vüsalə Vaqif qızı

Quliyeva Vüsalə Vaqif qızı 01 yanvar 1989-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1995–2006-cı illərdə Lənkəran şəhər 6 saylı tam orta məktəbdə təhsil almışdır. 2006–2010-cu illərdə Lənkəran Dövlət Humanitar Kollecində İbtidai sinif müəllimliyi ixtisası üzrə təhsil almışdır.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd