Tələbə Gənclər Təşkilatının əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
Tələbə Gənclər Təşkilatının əsas vəzifələri aşağıdakılardır:
- tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;
- tələbələr arasında maarifləndirmə işinin aparılması;
- tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;
- tələbələrin hüquqlarının təmin edilməsi;
- respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;
- tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;
- tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;
- tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;
- tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkili.
- tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;
- təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;
- qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.
Əsas İdarə Heyəti
1. Tacibzadə Aytac Zikrulla qızı
Lənkəran Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri - 25 sentyabr 1997-ci ildə Astara rayon Sım kəndində anadan olmuşdur. 2014-cü ildə Sım kənd tam orta məktəbini bitirmiş, 2015-ci ilfə Lənkəran Dövlət Universitetinin Tarix və Coğrafiya müəllimliyi ixtisasına qəbul olmuşdur.2020-ci ildə bakalavr təhsilini tamamlayıb,Tarixin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olunmuşdur. Hal-hazırda sonuncu tədris ili magistrantıdır. 2020-ci il 1 oktyabr tarixindən Lənkəran Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının sədridir.
2. Həsənzadə Maya Elnur qızı- Məktəbəqədər təlim-tərbiyə 3- müavin
3. Babayev İlknur Sarvan oğlu - Tarix coğrafiya və incəsənət fakültəsi üzrə sədr- Tarix və coğrafiya müəllimliyi
4. Xosrovzadə Nigar Ənvər qızı- Filologiya və İbtidai təhsil fakültəsi üzrə sədr- Azərbaycan dili və ədəbiyyat müəllimliyi 3
5. Baxşızadə Gültac Elçin qızı- Təbiyyat fakültəsi üzrə sədr- Riyaziyyat və informatika müəllimliyi 2
6. Musayev Kənan Sərraf oğlu- Aqrar və mühəndislik fakültəsi üzrə sədr- Aqronomluq 4
7. Əliyeva Nəsibəxanım İsmayıl qızı- İqtisadiyyat və idarəetmə fakültəsi üzrə sədr-Mühasibat uçotu və audit 2
8. Şabanova Səbinə Vasif qızı- Tarix və coğrafiya müəllimliyi 4- üzv
9. Ağazadə Anar Əkrəm oğlu - Tarix və coğrafiya müəllimliyi 3 – üzv
10. Hadıyeva Arzu Əbülfət qızı- Azərbaycan dili və ədəbiyyat müəllimliyi 1-üzv
11. Şahmarlı Gülay Ramiz qızı- İbtidai sinif müəllimliyi 1-üzv
12. Bayramov Yəhya Rizvan oğlu- Fizika müəllimliyi 1- üzv
13. Qafarov Sirac Nəriman oğlu- Kimya və biologiya müəllimliyi 3- üzv
14. Mirzəyev Afiyəddin Şəmşir oğlu- Aqronomluq 3- üzv
15. Nəcəfzadə İlahə Namiq oğlu- Bitki mühafizəsi 2- üzv
16. Talışzadə Elza Teymur qızı - Mühasibat uçotu və audit 1- üzv
17. Əlizadə Murad Zaur oğlu- Maliyyə 2-üzv