Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri,
Quliyev Vaqif
Quliyev Vaqif Şahverən oğlu 1960-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1977-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbini bitirmişdir. Rusiya Federasiyasının Vladimir Politexnik İnstitutunun “Maşınqayırma” fakültəsini mühəndis-müəllim ixtisası üzrə bitirib. 1985-ci ildə Lənkəran şəhər 113 saylı peşə məktəbində müəllim, 1986-cı ildən 1990-cı ilə kimi Lənkəran şəhər Komsomol komitəsində şöbə müdiri, 1990-cı ildən Lənkəran rayon Aqrar Sənaye Birliyində və Lənkəran rayon Çayçılıq idarəsində texnoloq, mühəndis, təhlükəsizlik üzrə mühəndis vəzifələrində işləyib.
2016-cı ildən Lənkəran Dövlət Universitetində mühəndis, 2018-ci ildən Aqrar və mühəndislik fakültəsində müəllim kimi fəaliyyət göstərir. 20 iyun 2018-ci ildə Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin sədri seçilmişdir.
Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqının 2940 nəfər üzvü vardır , onlardan 453 nəfəri müəllim və texniki işçilər, 2487 nəfəri tələbədir.
Universitetdə Tələbə Həmkarlar Komitəsi fəaliyyət göstərir.
HİK - Təftiş komissiyasının yeni tərkibinə seçilmiş üzvlərin siyahısı
1. Fərzullazadə Ramin Qalib oğlu
2. Nəsirli Zenfira Məmməd qızı
3. Həsənzadə Şəhriyar Bəxtiyar oğlu
HİK - Hesabat-seçki yığıncağında seçilmiş üzvlərin siyahısı
Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı Komitəsinin 21 nəfər üzvü vardır:
1. Şəmmədov Ramiz Zeynulla oğlu
2. Quliyev Vaqif Şahverən oğlu
3. Paşayev Nahid Cəlil oğlu
4. Əzizov Sənan Qərib oğlu
5. Rufullayev Qədim İgid oğlu
6. İbadov Rakif Hüseyn oğlu
7. Dadaşov Elnur Əhmədağa oğlu
8. Muradova Vüsalə Xudaşirin qızı
9. Ələsgərov Nadir Hüseyn oğlu
10. Cəfərova Nahidə İbrahim qızı
11. Bağırova Şəfa Vaqif qızı
12. Niftullayeva Şəbinə Ağadin qızı
13. Tağıyev Niyaz Tarverdi oğlu
14. Hüseynli Nuran Miraqil oğlu
15. Qafarlı Asiman İlqar qızı
16. İbrahimova Cəmilə Məzahir qızı
17. Nəcəfli Elvin Hüseynağa oğlu
18. Hacızadə İlkanə Nəsir qızı
19. Axundov Mübariz Qurban oğlu
20. Quliyev Tofiq Fətda oğlu
21. Fətəliyev İsmayıl Əli oğlu
Lənkəran Dövlət Universiteti PHŞ və Lənkəran Dövlət Universiteti Həmkarlar İttifaqı arasında bağlanmış müqaviləyə əsasən tərəflərin öhdəlikləri aşağıdakılardır:
1. Azərbaycan Respublikasının təhsil sistemində islahatların həyata keçirilməsi və sosial iqtisadi vəziyyətin daha da gücləndirilməsi məqsədilə təhsilin keyfiyyətinin artırılması, təhsil müəssisələrinin fəaliyyətinin genişləndirilməsi, müasirləşdirilməsi üçün üstünlük verilən istiqamətlərin inkişafını təmin etmək;
2. Təhsil sahəsinin inkişafı məqsədilə dövlət proqramlarının yerinə yetirilməsi, təhsil işçilərinin, təhsilalanların əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, təhsil müəssisələrinin normativ–hüquqi bazasının təkmilləşdirilməsi və sosial əhəmiyyətli məsələlər üzrə danışıqlar aparılmasında əməkdaşlıq etmək;
3. İşəgötürənlə işçilər arasında əmək münasibətlərinin tənzimlənməsi məqsədilə təhsil müəssisələrində müəssisədaxili intizam qaydalarının tərtib edilməsini təmin etmək;
4. Gənclər siyasəti sahəsində Dövlət Proqramının yerinə yetirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, onların kənd yerində çalışmasını həvəsləndirən imtiyazlar sisteminin təkmilləşdirilməsi, əmək şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, təhsilalanların, gənc işçilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində birgə iş aparmaq.
5. Təhsil işçilərinin səhhəti, ailə vəziyyəti və digər səbəblərlə əlaqədar qanunvericilikdə müəyyən edilmiş ödənişsiz məzuniyyətin müvafiq həmkarlar ittifaqı komitəsinin rəyi əsasında verilməsini təmin etmək;
6. Əmək qabiliyyətini tam və ya qismən itirmiş işçiyə qanunvericilikdə nəzərdə tutulmuş qaydada müavinətin ödənilməsini təmin etmək;
7. İşəgötürənlər və işçilər tərəfindən əməyin mühafizəsi ilə əlaqədar qanunvericiliyə, texniki təhlükəsizlik qaydalarına əməl olunmasına, əməyin mühafizəsi və iş şəraitinin yaxşılaşdırılmasına nəzarətin həyata keçirilməsində iştirak etmək;
8. Ölkədə aparılan gənclər siyasətinə dəstək olaraq mədəni-kütləvi və idman işlərində birgə tədbirlərin keçirilməsi
9. İstedadlı gənclərin üzə çıxarılması istiqamətində birgə işləri davam etdirmək.
10. Qabaqcıl pedaqoji işçilərin yubileylərini qeyd etmək
11. İşçilər və tələbə-gənclər arasında milli və dövlət bayramlarının, mədəni-kütləvi tədbirlərin təşkili, qabaqcıl pedaqoji işçilərin yubiley günlərinin keçirilməsini təmin etmək;
12. İşçilər və tələbələrin asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsini təşkil etmək
13.İttifaq üzvləri olan aztəminatlı işçilərə,tələbələrə maddi yardımların verilməsi
14. İşçilərin illik məcburi profilaktik tibbi müayinəsinin keçirilməsinə normal şəraitin yaradılmasına nəzarət etmək;
15. İctimai işlərdə və təhsildə fərqlənən Həmkarlar İttifaqı üzvlərinin mükafatlandırılması.
16. Tədris ili ərzində işçinin müalicəyə ehtiyacı olduğu zaman ona lazımi köməklik göstərmək, o cümlədən, tədris prosesinin pozulmaması şərtilə sanatoriya – kurort müalicəsinə göndərmək.
Lənkəran Dövlət Univeristeti Həmkarlar İttifaqı Komitəsi illik iş və tədbirlər planına əsasən Universitetin ictimai həyatında fəal iştirak edir.
2025-ci il ərzində aşağıda qeyd edilən tədbirlər keçirilmişdir:
“20 Yanvar” şəhidlərinin anılması
2 fevral Gənclər Günü münasibəti ilə tədbir
26 fevral “Xocalı” soyqırımı ilə əlaqədar tədbir
8 Mart Beynəlxalq Qadınlar Bayramı
20-21 mart Novruz bayramının keçirilməsi
10 may Ulu Öndər Heydər Əliyevin Anadan olan günü ilə əlaqədar silsilə tədbirlər
28 may Azərbaycan Demokratik Respublikasının Yaranması Günü
15 iyun Milli Qurtuluş Günü ilə bağlı keçirilmiş tədbir
26 iyun Silahlı Qüvvələr Günü ilə əlaqədar keçirilmiş tədbir
“Məzun-2025” qanunun qeyd edilməsi
Tədris ilinin yekununa görə kollektivin gəzintiyə aparılması
“Bilik günü” münasibəti tədbir
“Müəllim günü” münasibəti ilə tədbir
18 Oktyabr - Azərbaycan Dövlət Müstəqilliyinin Bərpası Günü əlaqədar tədbir
8 Noyabr Zəfər bayramı
Həmkarlar İttifaqı Komitəsinin adlı təqaüdü
17 Noyabr Milli Dirçəliş Günü
12 Dekabr-Ulu Öndər Heydər Əliyevin Anım Günü ilə əlaqədar silsilə tədbirlər
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə tədbirin keçirilməsi
Teatrda tamaşalara kollektiv baxışın təşkili