Baytarlıq və zoomühəndislik elmləri kafedrası Lənkəran Dövlət Universiteti üzrə 05 dekabr 2023-cü il tarixli 1/182 saylı əmri ilə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin etmək məqsədilə yaradılmışdır. Kafedranın yaradılmasında məqsəd Dövlət Proqramına uyğun olaraq baytarlıq və zoomühəndislik sahəni daha da inkişaf etdirmək, kənd təsərrüfatı məhsullarını istehsal və istehlakını daha da yaxşılaşdırmaq istiqamətində savadlı və peşəkar mütəxəssislər hazırlamaqdır .
2025-2026-cı tədris ilində kafedrada 8 əməkdaş çalışır, 4 nəfər fəlsəfə doktoru dosent, 2 nəfər baş müəllim, 1 nəfər müəllim,1 nəfər laborant. Eyni zamanda universitetlər arasında baytarlıq sahəsi üzrə bağlanmış ikitərəfli müqaviləyə əsasən Turkiyə Cümhüriyyətinin Qafqaz (Kars) Universitetinin müəllimləri tədris prosesində əməkdaşlıq edirlər. Kafedranın dərs yükü 3290 saat olmuşdur. Hal-hazırda 2 doktorant var. İki nəfər elmlər doktoru hazırlığı üzrə, üç nəfər də fəlsəfə doktoru üzrə doktoranturada təhsil alır.
Təhsildə praktiki biliyə nail olmaq məqsədi ilə, kafedrada dünya standartlarına cavab verən və müasirliyi ilə seçilən laboratoriyalar fəaliyyət göstərir. Belə ki, kadr hazırlığı aparılan baytarlıq, zoomühəndislik və s. ixtisaslar üzrə mütəxəssis hazırlığının keyfiyyətini yüksəltmək, maddi-texniki və tədris bazasını gücləndirmək , elm ilə təcrübənin vəhdətinə nail olmaq məqsədi ilə müasir avadanlıqlarla təchiz edilmiş “Baytarlıq” və s. laboratoriyalar yaradılaraq müəllim və tələbələrin ixtiyarına verilib. Xaricdən gətirilmiş müasir avadanlıq və cihazların quraşdırılması və iş prinsipinin əməkdaşlara öyrədilməsi üçün LDU-ya ixtisaslı, peşəkar əcnəbi mütəxəssislər dəvət edilib. İlk olaraq Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər 10 gün müddətində universitet əməkdaşları üçün treninqlər keçirmiş, onları avadanlıq və cihazların iş prinsipi ilə tanış etmişlər. Hazırda laboratoriyalarda müəllimlər, doktorantlar və maqistrantlar tərəfindən qida məhsullarının kimyəvi tərkibi ilə yanaşı, bitki və heyvan mənşəli toxuma və hüceyrələrin quruluşu, onlarda ətraf mühitin təsiri ilə baş verən dəyişikliklər, xammal və qida məhsullarının tərkibindəki qida əlavələrinin və zərərli birləşmələrin, maddə və elementlərin miqdarı və s. tədqiq edilir. Yeni avadanlıq və cihazların əksəriyyəti kompyüter və internet şəbəkəsinə qoşulmaqla işləyir ki, bu da alınan nəticələrin dəqiq və düzgünlüyünü təmin etməyə imkan yaradır .
Universitetdə təcrübə təsərrüfatı yaradılmışdır və həmin təsərrüfatda iri buynizlu mal-qara və qoyunçuluq təsərrüfatı fəaliyyət göstərir.
Baytarlıq və zoomühəndislik elmləri kafedrası baytarlıq sahə üçün bakalavr səviyyəsində 2 ixtisas, maqistratura səviyyəsi üçün isə 2 ixtisas üzrə ixtisaslı kadrlar hazırlayır. Kafedra üzrə ixtisaslar:
Bakalavr pilləsi üzrə:
050704 – Baytarlıq
050704 - Baytarlıq təbabəti
050711 - Zoomühəndislik
Magistratura üzrə
İxtisasın adı : İxtisaslaşma:
060704-Baytarlıq. Baytar-sanitariya ekspertizası
060704 –Baytarlıq.Mamalıq,ginekologiya və süni mayalanma
Kafedrada baytarlıq sahə üzrə nəzəri-metodiki və müasir innovativ üstünlüklərin tətbiqi istiqamətləri üzrə elmi-tədqiqat işləri aparılır.
Kafedra üzrə tədris olunan əsas dərslərin siyahısı - Bakalavr səviyyəsi üzrə:
1. Tibbi biologiya(Tibbi biologiya və tibbi botanika )
2. Mamalıq -1
3. Mamalıq -2
4. Baytarlıq sanitariya ekspertizası
5. Baytarlıq işinin təşkili
6. S/f Antropozoonoz xəstəlikləri; Körpə heyvanların xəstəlikləri)
7. Anatomiya
8. Fiziologiya
9. Sitologiya və histologiya
10. Biokimya
11. Baytarlıq genetikası
12. Latın dili və baytarlıq terminologiyası
13. S/F (Politologiya)
14. Parazitologiya və invazion xəstəliklər-1
15. Parazitologiya və invazion xəstəliklər-2
16. Baytarlıq cərrahiyəsi-1
17. Baytarlıq cərrahiyəsi-2
18. S/f (Embrionun transplantasiyası; Laborator diaqnoz üsulları)
19. Pataloji fiziologiya
20. Baytarlıq radiobiologiyası
21. Mikrobiologiya
22. Virusologiya
23. İmmunologiya
24. Yoluxmayan daxili xəstəliklər-1
25. Yoluxmayan daxili xəstəliklər-2
26. Parazitologiya və invazion xəstəliklər-1
27. Parazitologiya və invazion xəstəliklər-2
28. Epizootologiya -1
29. Epizootologiya -2
30. Qida gigiyenası və təhlükəsizliyi
31. S\f Südçülük işi ; Süd və ət məhsullarının texnologiyası
32. Ətraf mühitin və heyvanların gigiyenası
33. S/f (Arıçılıq və arı xəstəlikləri; Balıqların yolxucu xəstəlikləri
34. S\f ( Xüsusi heyvandarlıq ; Xəzdərili heyvandarlıq
35. S\f ( Embrionun transplantasiyası; Laborator diaqnostika üsulları
36. S\F Süni mayalanmanın texnologiyası və təşkili; Baytarlıq anesteziologiya və reanimatologiyası
37. S\f(Ərzağın biotəhlükəsizliyi ; Emal prosesində məhsullara sanitar-gigiyenik nəzarət )
38. S\f (Diyar parazitologiyası;Gövşəyən heyvanların infeksion xəstəlikləri ;
39. S\f (Atların yolxucu xəstəlikləri ; Gövşəyən heyvanların invazion xəstəlikləri)
40. Farmokologiya və toksikologiya
41. Pataloji anatomiya və yarma
42. Kliniki diaqnostika
43. Körpə heyvanların daxili xəstəlikləri
44. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi
45. Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi
46. Heyvan davranışı və rifahı
47. Heyvanların morfologiyası və fiziologiya
48. Zoologiya
49. Maldarlığın əsasları
50. Mikrobiologiya və immunologiya
51. Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi
52. Yem istehsalı
53. Yemlərin zootexniki analizi
54. Baytarlığın əsasları və kənd təsərrüfatı radiobiologiyası
55. S/F(1.Zootexnikanın tarixi; 2.İxtisasa giriş)
56. Kənd təsərrüfatı heyvanlarının yemləndirilməsi texnologiyası
57. S/F(1.Zoogigiyena; 2.Kənd təsərrüfatı heyvanlarının gigiyenası; 3.Kənd təsərrüfatı heyvanlarının infeksion xəstəlikləri)
58. S/F (1. Heyvanların davranışı; 2.Heyvanların davranışı və zoopsixologiya)
59. S/F (1.Heyvandarlığın mexanikləşdirilməsi; 2.Heyvandarlıqda texniki avadanlıqlar)
60. Heyvandarlıq məhsullarının istehsalı və ilkin emalı
61. Maldarlıqda süd və ət istehsalının texnologiyası
62. Qoyunçuluğun əsasları
63. Quşçuluğun əsasları
64. S/F (1.Balıqçılıq; 2.Balıqçılıq və balıq məhsullarının istehsalı texnologiyası)
65. Mamalıq, süni mayalanma və heyvanların çoxalma biotexnikası
66. Heyvandarlıqda damazlıq işi
67. Qoyunçuluqda yun və ət istehsalının texnologiyası
68. Quşçuluqda yumurta və ət istehsalının texnologiyası
69. S/F (1.Camışçılıq; 2.Camışçılıq məhsulları istehsalının texnologiyası)
70. S/F (1.Arıçılıq; 2.Arıçılıq və arıçılıq məhsullarının istehsalı texnologiyası)
71. Heyvandarlıq məhsullarının ekspertizası
72. S/F (1.Zebuçuluq; 2.Zebuçuluq məhsullarının istehsalı texnologiyası)
73. S/F (1.Keçiçilik; 2.Keçiçilikdə yun və keçi ətinin istehsalının texnologiyası)
74. S/F (1.Dovşançılıq və xəzdərili heyvandarlıq; 2.Xəzdərili heyvanlardan məhsul istehsalının texnologiyası)
75. S/F (1.Atçılıq; 2.Dəvəçilik)
Bilalov Rəhim Məmiş oğlu 01 iyul 1951-ci ildə Şəki rayonunun Qudula kəndində anadan olmuşdur.
1967-ci ildə M.Qorki adına 10 saylı orta məktəbini bitirdikdən sonra elə həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Baytarlıq fakültəsinə daxil olmuşdur. 1972-ci ildə institutu əla qiymətlə bitirib, baş həkim ixtisası almışdır. Şəki quşçuluq sovxozunda baytar həkimi vəzifəsində əmək fəakiyyətinə başlayıb.
1973-1974-cü illərdə Vladivostok-Uzaq Şərqdə hərbi xidmət keçib. Hərbi xidmətdən qayıtdıqdan sonra Abşeron rayon Hövsan südçülük-tərəvəzçilik sovxozunda baytar həkimi, sonra isə baş baytar həkimi işləmişdir.
1974-cü ilin dekabr ayında Azərb.Elmi Tədqiqat Baytarlıq İnstitutunda aspiranturaya daxil olmuşdur. Aspiranturanı bitirdikdən sonra həmin institutda baş laborant, kiçik elmi işçi və böyük elmi işçi işləmişdir.
1983-cü ilin dekabr ayından, 1985-ci ilin iyul ayına qədər köçürmə yolu ilə Azərb.Kənd Təsərrüfatı Nazirliyinin Epizootiya Əleyhinə Ekspedisiyasında rəis, 1985-1990-cı illərdə Azərbaycan Nazirlər Soveti yanında Azərquşçuluqsənaye Birliyinin Baytarlıq şöbəsinin rəisi, 1990-91-ci illərdə Bakı Quşçuluq fabrikində baş baytar həkimi istehsalat üzrə direktor müavini, 1991-92-ci illərdə Sənaye quşçuluq sovxozunda direktor, 1992-93-cü illərdə Hacıqabul quşçuluq fabrikində baytar həkimi və baş baytar həkimi, 1993-94-cü illərdə Aqrarsənaye zoobaytartəhcizatı Respublika Birliyində ekspeditor, 1994-96-cı illərdə Bakı şəhər Baytarlıq idarəsinin 13 və sonra 12 saylı BSEH-da müdir, 1996—98-ci illərdə Giləzi Quşçuluq fabrikində (QİM istehsalat müəssisəsi) direktor müavini, 1998-ci ildən 2019-cu ilin fevral ayına qədər Bakı şəhər Baytarlıq İdarəsinin Suraxanı Baytarlıq sahəsinin müdiri, 1919-cu ilin fevral-iyul aylarında Tovuz Aqrar MMC-də direktor müavini işləmişdir.
1981-ci ildə Moskva şəhərində, K.İ.Skryabin adına Ümumiittifaq institutunda namizədlik dissertasiyasını müdafiə edib, Baytarlıq elmləri namizədi elmi dərəcəsini almışdır.
Baytarlıq və aqrar fənlər kafedrasında 1,0 ştat dosent vəzifəsində çalışmış, daha sonra 05 dekabr 2023-cü il tarixli 1/182 saylı əmri ilə Baytarlıq və zoomühəndislik elmləri kafedrasına 1,0 ştat müdiri vəzifəsinə təyin edilmişdir. 2 dərs vəsaiti, 1 monoqrafiya, 1 proqram , 50-dan , çox elmi-praktiki məqalələrin müəllifidir.
rahim19511951@mail.ru
Kafedra əməkdaşları haqqında.
Həsənov Mirzəmməd Murtuz oğllu 1958-ci ildə 13 aprel Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. 1965-1975-ci illərdə XOK kəndinin orta məktəbini bitirmişdir. 1980-1985-ci illərdə Leninqrad Kənd Təsərrüfatı Akademiyasının Zoomühəndis fakültəsini bitirmişdir. 1985-1988-ci illərdə Naxçıvan MR Araz EİB-də Böyük elmi işçi kimi çalışıb. 1988-1991-ci illərdə Moskva vilayətinin Podaski şəhərindəki Ümumittifaq Elmi-tədqiqat Heyvandarlıq İnstitunun əyani aspirantı olmuşdur. Lənkəran Dövlət Universitetinin Baytarlıq və aqrar elmləri kafedrasında 0,5 ştataqrar elmləri üzrə fəlsəfə doktoru,baş müəllim vəzifəsində çalışmış, daha sonra 05 dekabr 2023-cü il tarixli 1/182 saylı əmri ilə Baytarlıq və zoomühəndislik elmləri kafedrasında işini davam etdirir. 1 monoqrafiya ,70-dən çox elmi əsərin müəllifidir.
Email ünvanı: mirzehesenov1997@gmail.com
Abdullayev Mirfazil Qafar oğlu 1960-ildə Göyçay rayonunda anadan olmuşdur.1967-1977-ci illərdə Göyçay rayonunun 3 nömrəli Beynəlmiləl məktəbini bitirmişdir.1979-cu ildə ADESA Aqrar Universitetinin Baytarlıq fakültəsinə daxil olmuşdur. 20.04.1990 — 13.08.2001 illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun heyvanların yoluxmayan xəstəliklər və biotexnologiya laboratoriyasında baş elmi işçi, aparıcı elmi işçi,13.08.2001 –24.11.2015 illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutununda elmi işlər üzrə direktor müavini ,24.11.2015- 19.08.2018 illərdə Azərbaycan Baytarlıq Elmi-Tədqiqat İnstitutununda Bioloji preparatların keyfiyyətinə nəzarət şöbəsinin müdiri.19.08.2018- 24.10.2023 illərdə isə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi İnstitutunun Elmi Araşdırmalar Mərkəzi departamentinin Normativ -texniki sənədlərin ekspertizası şöbəsinin müdiri kimi işləmişdir.Hal-hazırda isə 01.02.2024-cü ildən Lənkəran Dövlət Universitetinin Baytarlıq və zoomühəndislik elmləri kafedrasında 1.0 ştat müəllim vəzifəsində çalışır. 2 monoqrafiya , 35-dən çox elmi əsərin müəllifidir.
Email ünvanı:m.fag0408@gmail.com
Hüseynov Tahir Talıb oğlu 1967-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olmuşdur.
1988-1994-cü illərdə Gəncə şəhəri S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Baytarlıq təbabəti fakültəsinin Baytar həkimi ixtisasını bitirmişdir.
1994-96-cı illərdə Ləhkəran r-n Füzuli adına sovxozun baş baytar həkimi işləmiş, 1996—97-ci illərdə Kemerovski vilayətində UN-16/12/2 baş həkim işləmişdir. 1997-ci ildə Kemerovski vilayətindən köçürmə yolu ilə Stepnoy-2 Novo-İvanovka kaloniyasına köçürülmüş, 1997-ci ildə Blaqoveşenski qəsəbəsində baytar-həkim işləmişdir. 1999-cu ildə Lənkəran Baytarlıq idarəsinin Separadi baytarlıq sahəsinin baş baytar-həkimi vəzifəsində işləmişdir.
2003-cü ildə Dövlət Baytarlıq Təchizatı Birliyi Lənkəran rayonunda 66 saylı baytarlıq aptekində müdir vəzifəsində, 2005-ci ildə Lənkəran Baytarlıq İdarəsinin 9 saylı Gəgiran baytarlıq sahəsinə baytar həkimi vəzifəsinə təyin olunmuşdur.
2017-ci il tarixdən hal-hazıra kimi Baytarlıq və aqrar fənlər kafedrasında müəllim vəzifəsində çalışır. 2019-cu il tarixdən Lənkəran Dövlət Universitetinin doktorantıdır. Mövzu: “Respublikanın Cənub bölgəsində iri buynuzlu heyvanların nekrobakteriozu və ona qarşı mübarizə tədbirləri”. Lənkəran Dövlət Universitetində Baytarlıq və aqrar elmləri kafedrasında 1,0 ştat baş müəllim vəzifəsində çalışmış, daha sonra 05 dekabr 2023-cü il tarixli 1/182 saylı əmri ilə Baytarlıq və zoomühəndislik elmləri kafedrasında 1,0 ştat baş müəllim vəzifəsində işini davam etdirir.
Email ünvanı: huseynovtahir1967@gmail.com
Muxtarov Aqil Bəxtiyar oğlu 14 iyul 1993-cü il tarixində Lerik rayonunun Aknahiran kəndində anadan olmuşdur. 1999-cu ildə Veri kənd orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2010-cu ildə bitirmişdir.
2010-cu ildə Azərbaycan Dövlət Aqrar Universitetinin bakalavr pilləsinə daxil olmuşdur.
2014-cü ildə universiteti bitirib və Azərbaycan Dövlət Aqrar Universitetinin magistratura pilləsinə daxil olmuşdur. 2017-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2018-ci ildə Lənkəran Kənd Təsərrüfatı idarəsi indiki Dövlət Aqrar İnkişaf Mərkəzində məsləhətçi vəzifəsində işləməyə başlamışdır.Hal-hazırda Lənkəran Dövlət Universitetində Baytarlıq və aqrar elmləri kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.
Email ünvanı: agil.muxtarov@gmail.com
Qarayev Vəli Xanbaba oğlu 7 may 1954-cü ildə Zərdab rayonunun Şahüseynli kəndində anadan olmuşdur. 1971-ci ildə Zərdab şəhəri Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbini, 1976-cı ildə Səməd ağa Ağamalıoğlu adına Kənd Təsərrüfatı İnstitutunun(indiki ADAU) Baytarlıq fakültəsini bitirmişdir. 1985-ci ildə AMEA-nın Zoologiya İnstitutundan biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 1976-1990-cı illərdə Azərbaycan Baytarlıq-Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, baş elmi işçi vəzifələrində işləmişdir.
2017-2024-cü illərdə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda kənd təsərrüfatı heyvanlarının genetik ehtiyatlar şöbəsinin müdiri vəzifəsində işləmişdir. Eyni zamanda institutda pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 34 elmi əsərin müəllifidir.
Abdullayev Barat Əsgər oğlu 1 fevral 1961-ci ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olub. 1978-ci ildə B.Əliyev adına Xolmili kənd tam orta məktəbini bitirmiş, 1982-ci ildə indiki Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsinə daxil olmuş, 1987-ci ildə bitirmişdir. 1988-ci ildən 2025-ci ilin aprel ayına qədər Lənkəran Rayon Baytarlıq İdarəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərmişdir. 2025-ci ilin may ayından Lerik Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin rəisi vəzifəsində çalışır. 2019-cu ildən Lənkəran Dövlət Universitetində 0.5 ştat baş müəllim vəzifəsində çalışır.
Qonaq professorlar
Kafedranın ünvanı: Lənkəran şəhəri Füzuli küçəsi – 70, 1 saylı tədris korpusu.
Telefon:
Elektron ünvanı: baytarliq_kafedra@lsu.edu.az
Faks nömrəsi:
Kafedra haqqında məlumatları
Dos.Rəhim Bilalov təqdim etmişdir.