Kafedra “Azərbaycan dili və ədəbiyyatı” adı ilə 1992-ci ildən fəaliyyətə başlamışdır. 1994-cü ildə kafedranın bazası əsasında "Dilçilik və xarici dillər" və "Azərbaycan və dünya ədəbiyyatı" kafedraları yaradılmışdır. 1999-cu ildə “Azərbaycan və dünya ədəbiyyatı“ kafedrası “Ədəbiyyat” kafedrası adlandırılmışdır. 2007-ci ildə “Azərbaycan dilçiliyi və türkologiya” və “Ədəbiyyat” kafedraları “Dil və ədəbiyyat” adı altında birləşdirilmişdir. Kafedra 2016-cı ildən əhatə etdiyi ixtisaslara və hüquqi qaydalara uyğunlaşdırılaraq “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” adı altında fəaliyyət göstərmişdir. Lənkəran Dövlət Universitetinin Elmi Şurasının 2020-ci il 03 iyul tarixli qərarı ilə kafedra “Azərbaycan dili və ədəbiyyat” adı ilə fəaliyyət göstərmişdir. Kafedraya müxtəlif illərdə AMEA-nın müxbir üzvü prof. Ə.Səfərli, prof. S.Əsədullayev, prof.N.Nazim, prof.Y.Ağazadə, dos. E.M.Səfərli rəhbərlik etmişlər. 2022-ci ilin 10 fevral tarixindən seçki əsasında müvafiq əmrlə kafedraya filologiya üzrə fəlsəfə doktoru, dosent Q.İ.Rufullayev kafedra müdiri təyin edilmişdir.
Kafedrada 14 əməkdaş çalışır. Onlardan 3 nəfəri filologiya elmləri doktoru- professor, 3 nəfəri filologiya elmləri namizədi- dosent, 4 nəfəri filologiya üzrə fəlsəfə doktoru- dosent, 1 nəfəri filologiya üzrə fəlsəfə doktoru- baş müəllim, 3 nəfəri müəllimdir.
Kafedranın əsas elmi və pedaqoji fəaliyyət istiqamətləri:
Kafedrada Ədəbiyyatın ümumi məsələləri, Dilçiliyin ümumi məsələləri istiqamətlərində elmi tədqiqat işləri aparılır.
Kafedra üzrə ixtisaslaşmaların siyahısı:
- 050101- "Azərbaycan dili və ədəbiyyatı müəllimliyi" (bakalavr);
-060101- “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” (magistratura)
-5716.01- “Azərbaycan ədəbiyyatı” (doktorantura);
-5706.01- “Azərbaycan dili” (doktorantura);
Rufullayev Qədim İgid oğlu
Rufullayev Qədim İgid oğlu 1973-cü ildə Lerik rayonunun Pirasora kəndində anadan olmuşdur. İlk təhsilini Neftçala şəhər doqquz illik gimnaziyasında (1980-1989), tam orta təhsilini isə (1989-1991) Lerik rayon Pirasora kənd tam orta məktəbində almışdır. 1992-1996-cı illərdə Vətən torpaqlarının azadlığı uğurunda gedən döyüşlərində iştirak etmişdir. Qarabağ Müharibəsi veteranıdır. 1996-1998-ci illərdə Salyan Kənd Təsərrüfatı Texnikumunda, 2000-2004-cü illərdə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 2004-2006-cı illərdə isə Lənkəran Dövlət Universitetinin magistraturasında təhsil almış və hər üç təhsil pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. 2006-2009-cu illərdə Lənkəran Dövlət Universitetinin doktoranturasında təhsilini davam etdirmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda “Zəlimxan Yaqub və xalq yaradıcılığı” mövzusunda fəlsəfə doktorluğu işi üzrə müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2005-2016-cı illərdə Lənkəran rayon Goyşaban kənd tam orta məktəbində “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisası üzrə dərs demişdir. 2015-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. “Mirhaşım Talışlı”, “Zəlimxan Yaqub və xalq yaradıcılığı” adlı monoqrafiyalarının, “Şifahi xalq ədəbiyyatında epik və lirik növ”, “İfadəli oxu” adlı dərs vəsaitlərinin və iki fənn proqramlarının, respublika və beynəlxalq əhəmiyyətli elmi jurnallarda nəşr olunmuş qırxdan artıq elmi məqalə və tezislərin müəllifidir. 2020-ci ildən Bakı Dövlət Universitetinin elmlər doktorluğu üzrə doktorantıdır. 2020-2021-ci illərdə “Filologiya və ibtidai təhsil” fakültəsində tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmış, 2022-ci il 10 mart tarixindən “Azərbaycan dili və ədəbiyyat” kafedrasının müdiridir.
Elektron ünvanı: qedim73@mail.ru
Prof.Ağazadə Yədulla Bəbir
Filologiya üzrə elmlər doktoru, professor.
1 iyul 1950-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1967-ci ildə Lənkəran şəhər internat orta məktəbini (hazırda gimnaziya), 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) filologiya fakültəsini bitirmişdir. 1971-ci ildən pedaqoji fəaliyyətə başlamış, orta ümumtəhsil məktəblərində müəllim, baş müəllim, tədris işləri üzrə direktor müavini və orta məktəb direktoru vəzifələrində işləmişdir. İşlədiyi müddət ərzində qabaqcıl iş təcübəsi bəyənilmiş, rayonda yayılmışdır.1992-ci ildən Lənkəran Dövlət Universitetində çalışır. LDU-da işlədiyi müddət ərzində kafedra müdiri, fakültə dekanı vəzifələrində işləmiş, 2016-2018-ci illərdə Lənkəran Dövlət Universitetinin tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra etmişdir. 1998 və 2015-ci ildə “İlin Ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. 1998-ci ildə “Teymur bəy Bayraməlibəyovun folklorşünaslıq fəaliyyəti ” mövzusunda namizədlik, 2013-cü ildə “Azərbaycan ədəbiyyatında satirik poeziyanın təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
2016-cı ildə LDU elmi şurasının qərarı ilə ona professor əvəzi, 2019-cu ildən isə Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın qərarı ilə Azərbaycan ədəbiyyatı ixtisası üzrə professsor elmi adı verilmişdir.
25 noyabr 2022-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Lənkəran Dövlət Universitetinin 30-illiyinin münasibəti ilə Yədulla Ağazadəyə Əməkdar müəllim fəxri adı verilmişdir.
Y.B.Ağazadə 1 dərsliyin, 2 dərs vəsaitinin, 8 metodik göstərişin, 7 fənn proqramının, 100-dən artıq elmi, ədəbi-tənqidi, publisistik məqalənin, 5 monoqrafiyanın, 3 bədii – publisistik kitabın müəllifidir.
2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.Evlidir,2 oğlu, 3 nəvəsi vardır.
Elektron ünvanı: yedulla.agazade@mail.ru
Kazımov Kamran Şahverən oğlu Filologiya elmləri doktoru, professor
1961-ci il mart ayının 8-də Lənkəran rayonun Yuxarı Nüvədi kəndində anadan olmuşdur. 1994-cü ildə M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu (indiki BSU) fərqlənmə diplomu ilə bitirib. Filologiya elmləri namizədi, dosentdir. “N.S.Tixonov və Şərq” adlı doktorluq dissertasiyası işini 2021-ci il oktyabrın 7-də elmlər doktoru proqramı əsasında müdafiə etmişdir. Xarici ölkə ədəbiyyatı üzrə mütəxəssisdir. 4 monoqrafiya, 9 proqram, 6 metodik vəsait, 90-dan çox elmi məqalənin müəllifidir. Məqalələrindən 35-dən çoxu xarici ölkələrdə elmi məcmuələrdə çap olunmuşdur. Onun elmi əsərləri respublikanın, Rusiya, Polşa, Amerika, Çexiya, Gürcüstan və digər xarici ölkələrin elmi jurnallarında dərc olunmuşdur. O, Polşanın Poznan şəhərində, Özbəkistanın Səmərqənd şəhərində, Rusiyanin Kursk Dövlət Texniki Universitetində, Astraxan Dövlət Universitetində, Volqoqrad Dövlət Universitetində, Moskva Dövlət Pedaqoji Universitetində keçirilən beynəlxalq elmi konfranslarda, həmçinin Belorusun paytaxtı Minsk şəhərində təşkil olunan “Müstəqil Dövlətlər Birliyinin dil siyasəti” mövzusunda konqresdə məruzələrlə çıxış etmiş, Polşanın Lodz, Böyük Britaniyanın Esseks Universitetlərində, Rumıniyanın İasse şəhərində Aleksandru İoan Kuze Universitetində treninqlərdə iştirak etmiş, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndə heyəti tərkibində Türkiyə Cümhuriyyətinin təhsil sisteminin öyrənilməsi sahəsində Ankaranın TODAİE İnstitutunda keçirilən seminarda Lənkəran Dövlət Universitetini təmsil etmişdir. Lənkəran Dövlət Universitetinin Sosial Məsələlər üzrə prorektoru vəzifəsini yerinə yetirən prof.Kamran Kazımov hazırda Astapa Pedaqoji kollecinə rəhbərlik edir.
Elektron ünvanı: kkamran@mail.ru
Tahirli Abid Həmid oğlu Filologiya elmlər doktoru, professor
1955-ci il noyabrın 30-da Qəbələ rayonun Nohurqışlaq kəndində anadan olmuşdur. 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində ali təhsil almışdır. 1980-ci ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.1982-1987-ci illərdə Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin xaricdəki həmvətənlər üçün nəşr etdiyi “Vətənin səsi” adlı qəzetdə müxbir işləmişdir. 1988-ci ildən Xaricdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – “Vətən” Cəmiyyəti yaranandan onun orqanı olan “Odlar yurdu” qəzetində əvvəlcə müxbir, sonra böyük müxbir, məsul katib, redaktor müavini vəzifələrində çalışmışdır. 1992-1993-cü illərdə “Vətən” Cəmiyyəti Avropa və Amerika ölkələri şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1993-cü ildən Azərbaycan Respublikası Nazirlər Kabinetində çalışır, humanitar və sosial problemlər şöbəsinin baş məsləhətçisi, Dövlət qulluğunun baş müşaviridir. 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunmuşdur. 1997-ci ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Ceyhun Hacıbəylinin həyat və yaradıcılığı” (mühacirətəqədərki dövr) mövzusunda namizədlik, 2006-cı ildə Bakı Dövlət Universitetində “Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991-ci illər)” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir.
Abid Tahirlinin 15 kitabı- biri Türkiyədə olmaqla, 7 monoqrafiyası işıq üzü görmüş, çox sayda elmi, publisistik məqaləsi nüfuzlu jurnal və qəzetlərdə, elektron qəzetlərdə, eləcə də AMEA, BDU, ADPU, Təhsil Nazirliyinin, “Odlar yurdu” Universitetinin “Elmi xəbərlər”i kimi nəşrlərdə dərc edilmişdir. Əsərləri respublikamızın, bir sıra xarici ölkələrin kitabxana fondlarına daxil edilmişdir. Çoxcildlik “Milli Azərbaycan Ensiklopediyası”nın məsləhətçilərindən, 2 cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın müəlliflərindəndir. Eyni zamanda pedaqoji fəaliyyətlə məşğul olmuş, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında mühazirələr oxumuş, Bakı Dövlət Universitetinin, “Xəzər” Universitetinin jurnalistika fakültələrində dərs demişdir. Fəaliyyəti və tədqiqatları haqqında respublika və xarici ölkə mətbuatında 150-dən çox məqalə dərc olunmuşdur. Hazırda LDU-nun “Azərbaycan dili və ədəbiyyat” kafedrasında 0,5 ştat müəllim vəzifəsində çalışır.
Elekron ünvan: habidtahirli@gmail.com
Mirzəyev Elman Savad oğlu Filologiya elmlər namizədi, dosent
Mirzəyev Elman Savad oğlu 28 mart 1979-cu ildə Masallı rayonunun Meşəkənarı kəndində anadan olmuşdur. Meşəkənarı kənd ümumi orta məktəbini (1994) və Təzə Alvadı kənd 1 saylı tam orta məktəbini (1996) bitirmişdir. 1996-2000-ci illərdə Lənkəran Dövlət Universitetinin Filologiya fakültəsində təhsil almışdır. 2000-2007-ci illərdə həmin universitetin əyani magistrantı və aspirantı olmuşdur. 2008-ci ildə AMEA-nın Dilçilik İnstitutunda namizədlik dissertasiya işini müdafiə etmişdir. 2009-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında kafedra müdiri və Təfəkkür Universitetində 0,5 ştatda dosent vəzifələrində çalışmışdır. 2016-cı ildən elmi-pedaqoji fəaliyyətini Lənkəran Dövlət Universitetində davam etdirir. 2017-2018-ci illərdə universitet Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. 2021-ci ilin noyabrından “Filologiya və ibtidai təhsil” fakültəsinin dekanıdır. 2 monoqrafiya, bir neçə fənn proqramı və dərs vəsaitinin, yerli və xarici (Türkiyə, Rusiya, Qazaxıstan) elmi jurnallarda çap olunmuş 40-dan artıq elmi məqalə və tezisin müəllifidir.
Elektron ünvanı: Mirzayev_or@mail.ru
Əliyev Əlirza Babakişi oğlu Filologiya elmləri namizədi, dosent
1946-cı ildə Masallı rayonunun Rudəkənar kəndində anadan olmuşdur. 1967-ci ildə Lənkəran Pedaqoji Texnikumunu, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1982-ci ildə "Azərbaycan dilində jarqonlar" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Ə.Əliyev 1967-1978-ci illərdə orta məktəblərdə müəllim, 1978-1987-ci illərdə Lənkəran rayon Təhsil şöbəsində metodist, 1987-2007-ci illərdə isə Lənkəran şəhər təhsil şöbəsinin müdir müavini vəzifələrində çalışmışdır. Eyni zamanda 1992-ci ildən Lənkəran Dövlət Universitetində Müasir Azərbaycan dili fənnindən mühazirələr oxuyur. “Azərbaycan dili və ədəbiyyat” kafedrasının dosentidir. O, 5 monoqrafiyanın, 1 metodik vəsaitin, 1 dərsliyin və 70-dən artıq elmi, elmi-metodiki və publisist məqalənin müəllifidir.
Elektron ünvanı: alırza.a.@ mail.ru
Səfərli Elşad Məhərrəm oğlu Filologiya elmləri namizədi, dosent
1957-ci ildə Lənkəran rayonunun Gərmətük qəsəbəsində anadan olmuşdur. 1984-cü ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmiş və həmin ildən Bakı şəhərində "Maarif" nəşriyyatında redaktor, böyük redaktor, "Sifariş və müəllifin öz hesabına ədəbiyyat nəşri" redaksiyasının müdiri vəzifələrində çalışmışdır. 1996-cı ildə Lənkəran Dövlət Universitetində Elmi katib vəzifəsinə təyin olunmuş və bu vəzifədə 2006-cı ilin sentyabrına qədər işləmişdir. Elmi katibliklə yanaşı, 1998-ci ildən "Dil və ədəbiyyat" kafedrasında 0,5 baş müəllim vəzifəsində fəaliyyət göstərmişdir. 2007-ci ildə "Sabir Rüstəmxanlının fərdi yaradıcılıq üslubi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. 2014-cü ildə isə Ali Attestasiya Komissiyasının qərarı ilə ona “dosent” elmi adı verilmişdir. Avropa mənşəli sonet janrı ilə bağlı “Azərbaycan soneti: janrın təkamülü” mövzusunda doktorluq dissertasiyaını yekunlaşdırmış, mövzu ətrafında 1 metodik vəsait, 2 dərs vəsaiti, 1 monoqrafiya nəşr etdirmişdir. 60-a yaxın elmi məqaləsi və tezisləri müxtəlif elmi jurnallarda çap etdirmişdir. Ümumilikdə 3 monoqrafiyanın, 2 dərs vəsaitinin, 1 metodik vəsaitin, 8 fənn proqramının, 60-dan çox elmi məqalənin müəllifidir. E.Səfərli 2017-ci ilin 09 fevral tarixindən 2022-ci ilin 10 mart tarixinə kimi “Azərbaycan dili, ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasının müdiri işləyib. E.Səfərli eyni zamanda bədii yaradıcılıqla məşğul olur,12 şeir və poemalar, ümumiyyətlə, 20-yə yaxın kitabın müəllifidir. “Bədii təsvir və ifadə vasitələrinin tədrisi” dərs vəsaiti LDU Elmi Şurasının 2019-cu il 28 fevral tarixli iclasının qərarı və LDU rektorunun 1 mart 2019-cu il tarixli, 4\39 saylı əmri ilə 2020-ci ildə çap edilmişdir. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Onun elmi və bədii yaradıcılığı ilə bağlı 120-dən artıq məqalə, resenziya, publisistik və müxtəlif tipli yazılar yazılmış, həmçinin ədəbiyyatşünas Z.Ələsgərov “Hələ yol gələn arzuyam” (2002), yazıçı-publisist A.Eminov “E.Səfərlinin poeziyası, düşüncələr, mülahizələr” (2017) kitablarını nəşr etdirmiş və 2021-ci ildə professor Nadir Məmmədlinin tərtib etdiyi: “E.Səfərli.Biblioqrafiya” kitabı işıq üzü görmüşdür.
Elektron ünvanı: elsad-1957@mail.ru
Dənziyeva Könül Babaş qızı
Filologiya üzrə fəlsəfə doktoru, dosent
6 may 1975-ci ildə Lerik rayonunun Çayrud kəndində anadan olmuşdur. 1992-1997-ci illərdə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasında oxumuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildən Lənkəran Dövlət Universitetində əvvəlcə laborant, daha sonra müəllim və baş müəllim kimi fəaliyyət göstərmişdir. 2010-cu ildə Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilində toy mərasimi leksikası” mövzusunda dissertasiya işi müdafiə etmiş və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 2019-cu ildə Bakı Dövlət Universitetinin elmlər doktoru proqramı üzrə doktoranturasına qəbul olunmuşdur. “Azərbaycan folklor materiallarında cümlə strukturları” mövzusunda doktorluq dissertasiyası üzərində işləməyə başlamışdır. Hazırda “Azərbaycan dili və ədəbiyyat” kafedrasında fil.ü.fəl.dok., dosent vəzifəsində çalışır. K.B.Dənziyeva bir sıra elmi-praktik konfranslarda çıxış etmişdir. 40-a qədər məqalə, 1 monoqrafiya və 4 proqram müəllifidir.
Elektron ünvanı: konuldenziyeva@mail.ru
Seyfullayeva İlahə Əvəz qızı Filologiya elmlər namizədi, dosent
İlahə Əvəz qızı Seyfullayeva (Abdullayeva) 1975-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1992-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbini əla və yaxşı qiymətlərlə bitirmişdir. 1993-cü ildə Lənkəran Dövlət Universitetinin Ölkəşünaslıq istiqaməti, Şərqşünaslıq (ərəbşünas) ixtisası üzrə bakalavr pilləsinə qəbul olunmuş, 1997-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 1997-ci ildə Dilşünaslıq istiqaməti, Azsaylı xalqların dilləri ixtisası üzrə LDU-nun magistraturasına qəbul olunmuş, 1999-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildən LDU-nun Magistratura və aspirantura şöbəsində baş laborant, 2001-ci ildən “Azərbaycan dili ədəbiyyatı və onların tədrisi metodikası” kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. 2007-ci ildə Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasında “Füzulinin “Leyli və Məcnun” əsərində ərəbizmlər” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini almışdır. 2018-ci ildən LDU-nun “Azərbaycan dili və ədəbiyyat” kafedrasında dosent vəzifəsində çalışır. İ.Ə.Seyfullayeva bir sıra elmi-praktik konfranslarda çıxış etmişdir. Bir dərslik, 1 monoqrafiya, 20-dən artıq elmi məqalə və 4 proqramın müəllifidir.
Elektron ünvanı: seyfullayeva.i@ mail.ru
Əliyev Mehman Qaraxan oğlu, Fil.ü.f.dok.
Əliyev Mehman Qaraxan oğlu 1957-ci il aprelin 30-da Astara rayonunun Şiyəkəran kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olmuş və oranı bitirdikdən sonra 1979-cu ildən orta məktəbdə müəllim işləməyə başlamışdır. Müxtəlif illərdə orta məktəbdə tədris iləri üzrə direktor müavini, direktor, Astara İH-də referent, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun region üzrə rəhbəri, 02 noyabr 2020-ci ildən 16 noyabr 2023 cü ilə qədər AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində elmi katib işləmişdir. Hal-hazırda AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində direktor və Lənkəran Dövlət Universitetində müəllim işləyir. Elmi və bədii yaradıcılıqla müntəzəm məşğuldur. 4 şeir, 1 nəsr və 3 ədəbi-tənqidi təhlillər, esselər kitabının müəllifidir. Bir sıra ədəbi mükafatlara layiq görülmüş, müsabiqələrin qalibi olmuşdur: “Beynəlxalq Sənət Mükafatı” (2005), “Birlikdə yaşamaq sənəti və Mövlanə” Beynəlxalq müsabiqəsinin laureatı (2007), “Vətənpərvərlik mövzusunda ən yaxşı poema” müsabiqəsinin qalibi (2011) , “Məmməd Araz Mükafatı”( 2013), “Vətənpərvərlik mövzusunda ən yaxşı şeir” müsabiqəsinin qalibi (2014), “Beynəlxalq Səməd Behrəngi Ədəbi Mükafatı” (2015). 2018-ci ildən elmlər doktoluğu proqramı üzrə Azərbaycan Dillər Universitetinin doktoranturasında təhsilini davam etdirir. 2017-ci ildə Azərbaycan Respublikasının “Fəxri Mədəniyyət İşçisi” adına, 2019-cu ildə “Prezident təqaüdü”nə, Azərbaycan Yaradıcılıq Fondunun təsis etdiyi “İlin Ədəbiyyat Adamı” mükafatına və AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdür.
Elektron ünvan: mehmanqaraxanoglu23@gmail.com
Hüseynova Ceyhunə Hüseyn - Fil.ü.fəl.dok.dosent
31.01.1980-ci ildə Ağstafa rayonunda anadan olmuşdur.1987-1997-ci illərdə Sumqayıt şəhər 35 saylı “Şərq Liseyi”ndə tam orta təhsil almış, 1997-2001-ci illərdə BDU-nun “Junalistika fakültəsi”nin bakalavr pilləsini, 2002-2004-cü illərdə isə SDU-nun “Filologiya fakültəsi”nin magistr pilləsini başa vurmuşdur. 2004-2007-ci illərdə AMİ-nin Sumqayıt filialının “Dilçilik” kafedrasında müəllim kimi pedaqoji fəaliyyətə başlamış, 2007-20017-ci illərdə isə SDU-nun “Azərbaycan dili və Türkologiya” kafedrasında baş müəllim vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. 2007-2017-ci illərdə “Mehdi Hüseynin romanlarında antroponim və toponimlərin linqvistik xüsusiyyətləri” mövzusunda dissertasiya işi müdafiə etmişdir. 2018-ci ildə Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnmişdir. Müxtəlif beynəlxalq və respublika elmi jurnallarında 26 məqalə və tezislə çıxış etmişdir. 2017-ci ildə “Mövlana dəyişim proqramı” çərçivəsində Türkiyənin “Adnan Menderes Universitetində” təcrübə proqramına qatılaraq dərs vermişdir. 2016-cı ildə Türkiyədə həmin universitetdə təşkil olunmuş Uluslararası Simpozyumda Elmi İdarə Heyətinə üzv seçilmişdir. 2017-2021-ci illərdə Sumqayıt şəhər 63 saylı “Venera” körpələr evi - uşaq bağçasının rəhbəri kimi fəaliyyət göstərmişdir.Hazırda Lənkaran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyat” kafedrasında 1.0 ştat dosent vəzifəsində çalışır.
Elektron ünvanı: ceyhune@ gmail.com
İbrahimova Leyla Tofiq
İbrahimova Leyla Tofiq qızı 04 mart 1988-ci ildə Lənkəran rayonunun Darquba kəndində anadan olmuşdur. 1993-2004-cü illərdə orta təhsil almış, 2004-cü ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş, 2008-ci ildə fərqlənmə diplomu ilə təhsilini başa vurmuşdur. Həmin il LDU-nun “Azərbaycan dili” ixtisası üzrə magistraturaya daxil olmuş, 2010-cu ildə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2016-cı illərdə bank sektorunda çalışmışdır. 2016-ci ildən 2020-ci ilədək Lənkəran Dövlət Universitetində laborant, tyutor, daha sonra TTTTM-də “Tədrisin təşkili və əlavə təhsil”, “Qeydiyyat, qiymətləndirmə və monitorinq” bölməsinin rəhbəri olmuşdur. 12 oktyabr 2020-ci ildən 12 oktyabr 2022-ci ilədək LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Hazırda LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin direktoru, “Azərbaycan dili, ədəbiyyat” kafedrasının 0.5 ştat müəllimi və doktorantıdır.
Elektron ünvanı: lleyla_88@list.ru
Salayeva Şəbnəm Ədalət qızı
Salayeva Şəbnəm Ədalət qızı 1990-cı ildə Lənkəran rayonunun Göyşaban kəndində anadan olmuşdur. 2009-cu ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş, 2013-cü ildə həmin ixtisası bitirmişdir. 2013-cü ildən 2016 -cı ilədək Molla Fəttah Səhban adına Göyşaban kənd tam orta məktəbində müəllim işləmişdir. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuş, 2016-cı ildə həmin ixtisası bitirmişdir. 2016-ci ildən 2023- cü ilədək Lənkəran Dövlət Universitetində akademik məsləhətçi işləmişdir. 2023–cü ildən Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyat “ kafedrasında tam ştat müəllimdir. 2 elmi məqalə, 1 tezisin müəllifidir.
sebnem.salyeva.2015@gmail.com
Həsənzadə Sevda Əmrah
Həsənzadə Sevda Əmrah qızı Həsənzadə Sevda Əmrah qızı 1999-cu ildə Lənkəran rayon Avrora qəsəbəsində anadan olmuşdur. 2016-ci ildə Ağaxan Quliyev adına Hirkan qəsəbə tam orta məktəbini bitirmişdir. 2016-cı ildə Bakı Dövlət Universiteti Filologiya fakültəsinin "Azərbaycan dili və ədəbiyyatı" ixtisasına qəbul olmuş, 2020-ci ildə həmin ixtisası bitirmişdir. 2021-ci ildə Bakı Dövlət Universitetinin Filologiya ixtisası, Dilşünaslıq (Ümumi dilçilik) ixtisaslaşması üzrə magistratura pilləsinə qəbul olmuşdur. 2023-cü ildə həmin ixtisaslaşmanı fərqlənmə diplomu ilə bitirmişdir. 2023-cü ildən Lənkəran Dövlət Universitetinin “Azərbaycan dili və ədəbiyyat" kafedrasında tam ştat müəllimdir. "Dilin səviyyələri" adlı monoqrafiyanın və 2 elmi məqalənin müəllifidir.
hesenzadesevda8@gmail.com
Əhədli Xanım Xudaverdi
Əhədli Xanım Xudaverdi qızı 2000-ci il tarixində Lənkəran rayonun Göyşaban kəndində anadan olmuşdur. 2006-cı ildə Lənkəran rayon Göyşaban kənd tam orta məktəbinin birinci sinfinə getmiş, 2017-ci ildə bitirmişdir.
2017-ci ildə Lənkəran Dövlət Universitetinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” ixtisasına qəbul olunmuşdur. 2021-ci ildə həmin ixtisas üzrə bakalavr səviyyəsini bitirmişdir. 2021-ci il tarixində Lənkəran Dövlət Universitetində "Filologiya və ibtidai təhsil" fakültəsində operator -kargüzar olaraq əmək fəaliyyətinə başlamışdır. 2022-ci ildə Lənkəran Dövlət Universitetində “Muzeyşünaslıq” ixtisaslaşmasına qəbul olmuş, 2023-ci il fevral ayında Lənkəran Dövlət Universitetində "Azərbaycan dili və ədəbiyyat" kafedrasında 0,5 ştat laborant vəzifəsində çalışır.
Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi
Kafedranın ünvanı : Lənkəran şəhəri, Əli Məmmədov küçəsi - 40 , 2 saylı tədris korpusu.
Telefon: (+994) 025 254 78 39, daxili: 103
Elektron ünvanı: azerbaycan.edebiyyat@gmail.com
Faks nömrəsi: 5-25-88
Kafedra haqqında məlumatları dos.Qədim Rufullayev təqdim etmişdir.