Fizika, kimya və biologiya kafedrası

Fizika, kimya və biologiya kafedrası LDU-nun Elmi Şurasının 12 mart 2025-ci il tarixli 05 saylı qərarı ilə Biologiya və ekologiya və Kimya və fizika kafedralarının əsasında yaradılmışdır.

Kafedrada Fizika müəllimliyi, Kimya müəllimliyi, Biologiya müəllimliyi, Kimya və biologiya müəllimliyi bakalavr səviyyəsi üzrə pedaqoji kadrlar, Ekologiya ixtisası üzrə ekoloq mütəxəssislər hazırlanır.

Magistratura səviyyəsi üzrə isə “Fizika fənninin tədrisi metodikası və metodologiyası”, “Kimya fənninin tədrisi metodikası və metodologiyası”,”Biologiya fənninin tədrisi metodikası və metodologiyası” və “Ətraf mühitin mühafizəsi metodları və bərpası” ixtisaslaşmaları üzrə mütəxəssislər hazırlanır.

Kafedranın nəzdində 3 tədris laboratoriyası – Fizika, Kimya, Biologiya tədris laboratoriyaları fəaliyyət göstərir.

Kafedranın elmi-pedaqoji heyyəti: 1 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, professor, 5 nəfər biologiya üzrə fəlsəfə doktoru, dosent, 2 nəfər fizika üzrə fəlsəfə doktoru, dosent, 2 nəfər kimya üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər coğrafiya üzrə fəlsəfə doktoru, dosent, 1 nəfər pedaqogika üzrə fəlsəfə doktoru, dosent, 2 nəfər baş müəllim, 4 nəfər müəllim, 1 nəfər baş laborant fəaliyyət göstərir.

Kafedra müdiri haqqında.

Kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, professor Orucov Vidadi Ömər oğlu rəhbərlik edir.

Orucov Vidadi Ömər oğlu - pedaqogika üzrə fəlsəfə doktoru, professor

12 may 1956-cı ildə Gürcüstan Respublikasının Dmanisi rayonunun Qızılkilsə kəndində müəllim ailəsində anadan olmuşdur. O, 1973-cü ildə Qızılkilsə kənd orta məktəbini, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir.

Əmək fəaliyyətinə 1973-cü ildə 771 saylı Bakı Tunel-Tikinti İdarəsində quraşdırıcı-çilingər vəzifəsində başlamışdır. Sonrakı illərdə müxtəlif məsul vəzifələrdə çalışmışdır: 1983–1990-cı illərdə 25 saylı OTPM-də azad komsomol katibi;

1990–1992-ci illərdə Nizami rayonu “Bilik” Maarifçilik Cəmiyyətinin məsul katibi;

1992–1997-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində mütəxəssis;

1997–2016-cı illərdə Bakı Sənaye-Pedaqoji Kollecinin direktoru;

1 iyul 2016-cı ildən 31 may 2024-cü il tarixədək Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin direktoru.

15 sentyabr 2022-ci il tarixindən 15 sentyabr 2025-ci il tarixinədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fizikanın tədrisi texnologiyası” kafedrasında 0,5 ştat dosent, 15 sentyabr 2025-ci ildən isə tam ştat dosent vəzifəsində fəaliyyət göstərmişdir.

21 yanvar 2026-cı il tarixində Lənkəran Dövlət Universitetinin “Fizika, kimya və biologiya” kafedrasının müdiri seçilmişdir.

Vidadi Orucov 1999-cu ildə “Karbon və azot atomlarının dəmir-nikel və dəmir-manqan ərintilərində atomların paylanmasına, faza keçidlərinə və xassələrinə təsiri” mövzusunda fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə etmişdir. Daha sonra Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun doktorantı olmuş, “Azərbaycanda fizikanın tədrisi metodikasının inkişafı: əsas istiqamətlər, metodlar və aktual problemlər” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və 11 mart 2016-cı ildə pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

24 dekabr 2014-cü ildə ona fizikanın tədrisi metodikası ixtisası üzrə dosent elmi adı verilmişdir. O, 2 monoqrafiya, 2 dərs vəsaiti və ümumilikdə 102 elmi, metodiki və tədris xarakterli əsərin müəllifidir.

Scientific Culture Q1 Scopus-Indexed Jurnalının Vol. 12, No. 4, (2026) sayında “The role of theoretical and practical lessons in physics education at higher education institutions: balancing for professional competency development” adlı məqaləsi dərc olunmuşdur.

Təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə 12 may 2006-cı ildə “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

Professor Vidadi Orucov uzun illər ərzində təhsil sisteminin inkişafına, fizikanın tədrisi metodikasının təkmilləşdirilməsinə, elmi-pedaqoji kadr hazırlığına və gənc nəslin maarifləndirilməsinə mühüm töhfələr vermiş tanınmış alim və pedaqoqdur.

Kafedra əməkdaşları haqqında.

Şəmmədov Ramiz Zeynulla oğlu - biologiya üzrə fəlsəfə doktoru, dosent

09.05.1968- ci ildə Masallı rayonunun Ərəb kəndində anadan olmuşdur. 1993-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunda (indiki Genetik Ehtiyatlar İnstitutunda) fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2010-cu ildən Genetika ixtisası üzrə dosentdir. 2010- cu ildən 2016 -cı ilədək LDU- nun Elmi işlər üzrə prorektoru olmuşdur. 2013 -cü ildən 2016 -cı ilədək LDU - nun İqtisadi informatika və ekologiya kafedrasının müdiri, 09 sentyabr 2016- cı ildən LDU- nun Təbiyyat fakültəsinin dekanı vəzifəsini icra etmişdir. 09 fevral 2017-ci ildən 2024-cü ilədək Təbiyyat fakültəsinin dekanı olmuşdur. 2024-cü ilin aprel ayından LDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru vəzifəsini icra edir.

“Tempus”, “Erasmus” proqramları çərçivəsində Avropanın bir sıra universitetlərində ezamiyyələrdə olunmuşdur.

73 elmi işin, 1 monoqrafiya, 1 dərs vəsaiti, 9 proqramın müəllifidir. Hazırda Azərbaycan Respublikası Elm və Təhsil Naziriliyinin Genetik Ehtiyatlar İnstitutunda elmlər doktoru proqramı üzrə təhsilini davam etdirir.

Google scholar: https://scholar.google.com/citations?user=-7Q8VLYAAAAJ&hl=ru

ORCID ID: https://orcid.org/0000-0002-8869-5868

Bəzi əsərləri:

Biodiversity Of The Caucasus Persimmon (Diasporus Lotus L) In The Lankaran-Astara Region Technology and agricultural sciences (International scientific and practical journal, 2022, N1

Monitoring of essential oil plants grown in Lankaran-AstSara region "Sustainable Development" multidisciplinary scientific journal. 2021, N1

Свойства устойчивости некоторых эфиромасличных растений. Природа и наука, международный научный журнал, 2020, N3/4

Evaluation Of The Resistance On Genetical And Biochemical Parameters At Some Non-Traditional Plants Collected From Various. The scientific heritage 2 (No 52 (52) (2020)), 7-12. Hungary, Budapest

Monitoring The Genetic Resistance Of A Number Of Medicinal Plants İnternational Conference on Agriculture, Food, Veterinary and Pharmacy Sciences. Trabzon/Turkey 2019 N4

prorektor_sosial@lsu.edu.az

r.shammadov@lsu.edu.az

Hüseynov Məmmədhüseyn Babali oğlu - biologiya üzrə fəlsəfə doktoru, dosent

03 dekabr 1962-ci ildə Lerik rayonun Osnağakücə kəndində anadan olmuşdur. 1979-cu ildə Lənkəran rayonu Liman şəhər 1 saylı tam orta məktəbini bitirmişdir. 1984-cü ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinə qəbul olmuş və 1989-ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. 1989-cü ildə AMEA-nın Genetika və Seleksiya İnstitutunun aspiranturasına daxil olmuş, 1993-cü il 03 fevralda “Feyxoa meyvələrindən alınmış ekstraktların antimutagen aktivliyi” mövzüsunda dissertasiya işini Genetika və Seleksiya İnstitutunun (indiki Genetik Ehtiyatlar İnstitutunda) müdafiə şurasında mudafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsini almışdır.

Ali məktəbdə ilk pedaqoji fəaliyyətinə 1992-ci ildə Lənkəran Dövlət Universitetində müəllim kimi başlamış, kafedrada müəllim, baş müəllim, dosent (13 noyabr 2002-ci il ) kimi fəaliyyətindən sonra 15 mart 1999-cu ildə Kimya və biologiya kafedrasının müdiri vəzifəsinə təyin edilmişdir. 10 iyun 1999-cu ildə Kimya və biologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə ikinci müddətə Kimya və biologiya kafedrasına müdir seçilmişdir. M.Hüseynov 06.02.2019-cu il tarixdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində, Genetika kafedrasının 2409.01- Genetika ixtisası üzrə büdcə hesabına elmlər doktoru proqramı üzrə dissertantlıq yolu ilə doktoranturaya qəbul olmuşdur.

2023-cü ildə doktoranturada təhsilini tamamlamışdır. “Theaseae, Myrtaseae və Ebenaseae fəsilələrinə aid sort və formaların genetik müxtəlifliyinin tədqiqi və seleksiyada istifadəsi” mövzusunda doktorluq dissertasiyası üzərində işləyir. Müasir genetika sahəsində mütəxəssisdir.

Ali təhsilin bakalavr səviyyəsi tələbələri üçün nəzərdə tutulmuş 2 dərslik - “Ümumi sitologiya” (2005), “Sitologiya” (2019), 3 dərs vəsaiti- “Sitologiya” (1999), “Embriologiya” (2010), “Sitologiyadan praktikum”(2022), 5 metodiki vəsait, 10 proqram, 1 müəlliflik şəhadətnaməsi, 70-dən çox elmi məqalə və tezisin müəllifidir. Hal-hazırda Lənkəran Dövlət Universitetində Fizika, kimya və biologiya kafedrasında 1,0 ştat dosent vəzifəsində çalışır.

Ailəlidir. Üç övladı var.

m.hyseynov@lsu.edu.az

Əliyev Elvin Ərkan oğlu - biologiya üzrə fəlsəfə doktoru, dosent

01.01.1989-cu ildə Astara rayonunda anadan olmuşdur. 2006-2010-cu illərdə Türkiyə Respublikasının Kars Kafkas Dövlət Üniversitetində biologiya üzrə bakalavr, 2010-2015-ci illərdə Türkiyə Respublikası Atatürk Üniversiteti Tibb Fakultəsində Tibbi biokimya ixtisası üzrə magistratura və doktorantura elmi dərəcəsi almışdır. Müxtəlif dövrlərdə Elmi işlərlə əlaqədar, Fransa (Paris), İsveç (Stockholm), İspanya (Barselona), Polşa (Varşava, Krakov), Macarıstan (Budapeşt,Debrecen), Rumıniya (Buxarest, Galati), Qazaxıstan (Almatı) Respublikalarında olmuşdur.

2006-2015-ci illərdə Türkiyə Respublikasında elmi-pedaqoji və tibbi fəaliyyət ilə, 2015-2016-cı illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Sağlam Ailə” Tibb Mərkəzində, Milli Elmlər Akademiyasında (AMEA) Elmi işçi və yeni yaradılan İnsan Genetikası bölmə rəhbəri vəzifəsində, 2016-cı ildən Lənkəran Dövlət Universitetininin Elmi katibi, Elm şöbəsinin müdiri, Kafedra müdiri vəzifələrində çalışmış, 2019-cu ildən isə Elm və innovasiya məsələləri üzrə prorektor vəzifəsində çalışır. Həmçinin, 2017-ci ildən Lənkəran Dövlət Universitetinin Biologiya və Ekologiya kafedrasında 0.5 ştat dosent vəzifəsində çalışır. Bir sıra beynəlxalq indeksli elmi əsərin müəllifidir. 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilmişdir.

Ailəlidir. 2 övladı vardır.

Ağayev Qorxmaz Kazım oğlu - biologiya üzrə fəlsəfə doktoru, dosent

11 fevral 1976-cı ildə Lerik rayonunun Günəşli kəndində anadan olmuşdur. 1993-cu ildə Lənkəran rayonu T.Zamanov adına Marso (indiki Ürgə) kənd tam orta məktəbini əla qiymətlərlə bitirmiş və Lənkəran Dövlət Universitetinin Coğrafi ekologiya və ətraf mühitin mühafizəsi ixtisası üzrə I kursuna qəbul olunmuşdur. 1997-ci ildə coğrafiyaçı-ekoloq ixtisası üzrə bakalavr səviyyəsini bitirərək Təbiətdən istifadə və təbiəti mühafizə ixtisası üzrə magistraturaya qəbul olunmuş və 1999-cu ildə Ulu öndərimiz Heydər Əliyev adına təqaüd və fərqlənmə diplomu ilə magistraturanı bitirmişdir.

1999-2000-ci tədris ilinin sentyabr ayından Lənkəran Dövlət Universitetində daimi əmək fəaliyyətinə başlamışdır. 3 il tədris işləri üzrə inspektor vəzifəsində işlədikdən sonra 2002-2003-cü tədris ilindən Coğrafiya və ekologiya kafedrasında müəllim kimi fəaliyyətə davam etmişdir. 2009-cu ildən Tədris şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş və 2012-ci ilin sentyabr ayınadək bu vəzifədə çalışmışdır. 2010-cu ilin noyabr ayında AMEA-nın Mikrobiologiya İnstitutunun Müdafiə Şurasında “Lənkəran təbii vilayətində yerləşən çayların müasir mikrobioloji və ekoloji vəziyyəti” mövzusunda dissertasya müdafiə edərək biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2011-2012-ci tədris ilinin sonunda İqtisadi informatika və ekologiya kafedrasında 1,0 stat baş müəllim vəzifəsinə keçirilmişdir. 01 oktyabr 2012-ci ildən baş müəllim vəzifəsindən 0,5 ştat əvəzçiliyə keçirilməklə, tam ştat tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsinə təyin edilmiş və 2013-cü il aprel ayının 15-dək bu vəzifədə çalışmışdır. 2015-2016-cı tədris ilində İqtisadi informatika və ekologiya kafedrasında, 2019-2020-ci tədris ilində Coğrafiya və ekologiya kafedraslnda pedaqoji və elmi fəaliyyətini davam etdirmişdir. Hal-hazırda Biologiya və ekologiya kafedraslnda 1,25 ştat dosent vəzifəsində çalışır. İndiyə qədər 32-dən artıq elmi məqalə və tezisləri AMEA-nın müxtəlif institutlarının, respublika ali məktəblərinin elmi xəbərlərində, beynəlxalq universitet və konfransların (Rusiya, Qazaxıstan, Gürcüstan) jurnallarında nəşr olunmuş, müxtəlif yerli və beynəlxalq (Ukrayna, Türkiyə) sertifikatlara layiq görülmüşdür.

qorxmaz_agayev@lsu.edu.az

Mirzəyeva Şəbnəm Ədalət qızı – biologiya üzrə fəlsəfə doktoru, dosent

15 aprel 1988-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2005-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbini bitirmişdir. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin biologiya ixtisasına daxil olmuş, 2010-cu ildə bakalavr pilləsini bitirmiş və magistratura üzrə təhsilini davam etdirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin magistratura pilləsinin ekologiya (Biologiya istiqaməti üzrə) ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2011-ci ildən 2016-cı ilə kimi Lənkəran Tibb Kollecində laborant, 2016-cı ildən 2019-cu ilə qədər isə kollecdə müəllim vəzifəsində çalışmışdır.

2019-cu ildə Lənkəran Dövlət Universitetinin mikrobiologiya ixtisası üzrə doktorantura pilləsinə daxil olmuşdur. Elə həmin ildən Lənkəran Dövlət Universitetinin Biologiya və tibbi biliklər kafedrasında 1.0 ştat müəllim kimi fəaliyyətə başlamışdır. 2021-ci ildən isə Lənkəran Dövlət Universitetinin Fizika, kimya və biologiya kafedrasında 1.0 ştat baş müəllim vəzifəsində çalışır.

15 mart 2024-cü ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdindəki Mikrobiologiya İnstitutunda mikrobiologiya ixtisası üzrə “Meyvə bitkilərinin səthində yayılmış probiotiklərin antibakterial və antifunqal aktivliklərinin qiymətləndirilməsi” adlı dissertasiya işini uğurla müdafiə etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 dekabr 2024-cü il tarixli qərarı ilə Şəbnəm Ədalət qızı Mirzəyevaya mikrobiologiya ixtisasında Biologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

15 elmi əsərin (6 məqalə 9 tezis) müəllifidir.

Ailəlidir. 2 qız övladı var.

sh_mirzayeva@lsu.edu.az

Hüseynov İsa Şahruddin oğlu - kimya üzrə fəlsəfə doktoru, dosent

2017- ci ildən Lənkəran Dövlət Universitetinin Kimya və biologiya kafedrasında müəllim, 2018-ci ilin sentyabr ayından 3 fevral 2025-ci il tarixinədək Kimya və fizika kafedrasının müdri vəzifəsində çalışmışdır.

2011-16-cı ci illərdə AMEA-nın akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun kimya elmləri doktorluğu hazırlığı üzrə doktoranturasında təhsil almış və “Funksional əvəzlənmiş (-CH, -NH2, -OH, -SH, -SR, -S) sulfamidlərin heterotsiklləşməsi üçün sintonların alınması və xassələrinin tədqiqi mövzusunda” doktorluq dissertasiya işi üzərində çalışmışdır.

109 elmi əsərin, o cümlədən 105 məqalə və məruzələrin, 1müəlliflik şəhadətnaməsi, 2 milli patent və 1 Avrasiya patentinin müəllifidir.

2022-ci ildə Lənkəran Dövlət Universitetinin 30 illik yubileyi münasibətilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

isa.huseynov@lsu.edu.az

Qədirova (Zeynalova) Gülbəniz Allahverdi qızı – kimya üzrə fəlsəfə doktoru, dosent

25 iyun 1971-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1978-1989-cu illərdə Lənkəran şəhər 3 saylı orta məktəbi fərqlənmə ilə bitirib. 1989- 1994 ci illərdə Bakı Dövlət Universitetinin Kimya ixtisasında əyani şöbəsində təhsil almışdır. Həmin ildən Lənkəran şəhər 10 saylı orta məktəbdə kimya müəllimi işləmişdir.

2001-ci ildən Lənkəran Dövlət Universitetində saat hesabı müəllim, 2004-cü ildən isə Kimya-biologiya kafedrasında, Kimya laboratoriyasının müdiri vəzifəsində çalışıb.

2006-cı ildə Azərbaycan Milli Elmlər Akademiyası akad. M.F.Nağıyev adına Kimya Problemləri İnstitunun dissertantı kimi təsdiq olunub, 2011-ci ildə “Ağır neftin emalından alınan mazut fraksiyasının yanma külündən vanadium -5oksidin alınması” mövzusunda “Qeyri üzvi kimya” ixtisası üzrə müdafiə etmiş, kimya üzrə fəlsəfə doktoru dərəcəsinə layiq görülmüşdür.

Qədirova 2008-2011-ci illərdə BP-BRITISH COUNCİL interaktiv elm layihəsi üzrə proqramda iştirak etmişdir və bir necə fəxri fərman və sertifikatlarla mükafatlandırılmışdır.

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasında (2018-ci il) “Dosent” elmi adı (protokol no 12) almışdır

2017-2019-cu illərdə ARTN-nin “Ümumi və ali təhsil müəssisələrinin əməkdaşlığı haqqında Pilot layihə” üzrə Ustad müəllim kimi fəaliyyət göstərmişdir.

Azərbaycan Respublikası Elm və Təhsil Naziri Emin Əmrullayevin 18 noyabr 2022-ci il, 4737 nömrəli sərəncamı ilə yüksək ixtisaslı kadrların hazırlanması sahəsində səmərəli fəaliyyətinə görə və Lənkəran Dövlət Universitetinin 30 illik yubileyinə görə təltif olunub.

Lənkəran Şəhər İcra Hakimiyyəti Başçısının 5 oktyabr 2016-cı il 174 nömrəli sərəncamı ilə “Beynəlxalq Müəllimlər Günü” münasibətilə və təhsilin inkişafında səmərəli fəaliyyətinə görə təltif olunmuşdur.

Cerftificate is awarded to who has achived the following learned outcomes after attending workshops of 120 taught hours within Phase 1 of the BP - British Council İnteractive Sience project from April - September 2008 in Baku, Azerbaijan.

2014-2016-cı illərdə kafedranın elmi dərəcəli baş müəllimi, “Əlavə təhsil” fakültəsinin rəhbəri olmuşdur.

2019 cu ildən Bakı Dövlət Universitetinin doktorluq proqramı üzrə doktorantıdır

O, 70-dan çox elmi əsər, 3 dərs vəsaiti və 8 proqramın müəllifidir. Əsərləri Almanya, Moskva, Ukrayna, Stavropol və digər xarici ölkələrdə dərc olunmuşdur

Ailəlidir, iki övladı var.

g.qadirova@lsu.edu.az

gülbnizgdirova@gmail.com

Dadaşov Elnur Əhmədağa oğlu – fizika üzrə fəlsəfə doktoru, dosent

1982-ci ildə Astara rayonunun Siyakü kəndində anadan olmuşdur. 1999-cu ildə Bakı Dövlət Universitetinin Fizika ixtisasına daxill olunmuşdur. 2003-cü ildə bakalavr, 2005-ci ildə magistr dərəcəsi almışdır. 2007-ci ildə fəlsəfə doktoru proqramı üzrə AMEA Fizika İnstitutunun dissertanturasına qəbul olunmuşdur. 11 yanvar 2012-ci ildə “Proton-proton və foton-foton toqquşmalarının eksklüziv və inklüziv parçalanma kanalları” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26 sentyabr 2012-ci il tarixli (protokol № 27-k) qərarı ilə ona “2212.01-Nəzəri fizika” ixtisası üzrə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib. 2017-ci ildən Lənkəran Dövlət Universitetinin Texnologiya və texniki fənlər kafedrasında, 2018-ci ildən Kimya və fizika kafedrasında, 2025-ci ildən Fizika, kimya və biologiya kafedrasında müəllim kimi işləyir. Bir çox beynəlxalq və yerli elmi konfranslarda məruzə ilə çıxış etmişdir.

8-13 sentyabr 2014-cü il tarixində Serbiyanın Novi Sad Universitetində CERN-nin (Beynəlxalq Nüvə Tədqiqatları Mərkəzi) təşkilatçılığı ilə “Danube School on instrumentation in Elementary Particle & Nuclear Physics” adlı seminarda, 10-21 iyun 2019-cu il tarixində İtaliyanın Triest şəhərində yerləşən Abdus-Salam adına Beynəlxalq Nəzəri Fizika mərkəzində “Summer School on Particle Physics” adlı seminarda iştirak etmişdir.

20-dən-dən çox elmi əsərin, 3 dərs vəsaitinin, 1 fənn proqramının müəllifidir.

e.dadashov@lsu.edu.az

Xalıqov Akif Sahib oğlu- pedaqogika üzrə fəlsəfə doktoru, müəllim

2019-cu ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin Fizika, kimya və biologiya kafedrasında saat hesabı müəllim kimi çalışır. 7 elmi əsərin müəllifidir.

a.xaliqov@lsu.edu.az

Məmmədova Günay Qulu qızı – coğrafiya üzrə fəlsəfə doktoru, dosent

1991-ci il 29 dekabr tarixində Qax rayonunda anadan olmuşdur. 1998-ci ildə Qax şəhər N. Allahverdiyev adına 2 saylı tam orta məktəb liseyinin 1-ci sinifinə daxil olmuş, 2009-cu ildə isə həmin məktəbi bitirmişdir.

2009-cu ildə Azərbaycan Dövlət Müəllimlər Institunun Zaqatala filialının Tarix-Coğrafiya müəllimliyi ixtisasına daxil olmuş və 2013-cü ildə bitirmişdir. 2014-cü ildə Lənkəran Dövlət Universitetinin Azərbaycanın fiziki coğrafiya ixtisası üzrə magistr pilləsinə daxil olmuş və 2016-ci ildə isə fərqlənmə diplomu ilə bitirmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının Botanika Institutunun Ekoloji Təmiz Kənd Təsərrûfatı üzrə Regional Təcrübə və Resurs Mərkəzinin 5 avqust 2016 ci il tarixindən 28 sentybr 2016-ci il tarixinədək Qax şəhərində ''Ekoloji kənd Təsərrüfatının əsasları'' üzrə ali təhsilli gənclərdən ibarət könüllülər qrupu üçün təşkil olunmuş təlimlərdə iştirak edərək sertifikat əldə etmişdir.

2017- 2021-ci illər ərzində Zaqatala şəhər Paşan kənd tam orta məktəbində coğrafiya müəllimi kimi fəaliyyət göstərmişdir.

2018-2022-ci illər ərzində Lənkəran Dövlət Universitetinin 5408.01 – “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası” ixtisasında fəlsəfə doktoru proqramı çərçivəsində təhsil almışdır.

16 may 2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Bakı Dövlət Universitetində 5408.01 – “Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geofizikası və geokimyası ixtisası üzrə “Böyük Qafqazın cənub yamacının təbii-coğrafi şəraitinin rekreasiya potensialının qiymətləndirilməsi (Mazım-Şin çayları arası)” adlı dissertasiya işini uğurla müdafiə etmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 dekabr 2025-ci il tarixli qərarı ilə Günay Qulu qızı Məmmədova coğrafiya ixtisasında Coğrafiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

2021-ci il 16 sentyabr tarixindən Lənkəran Dövlət Universitetində Biologiya və Ekologiya' kafedrasinda 1.0 ştat müəllim kimi fəaliyyət göstərir.

22 elmi əsərin (11 məqalə 11 tezis) müəllifidir.

g.mammadova@lsu.edu.az

Bağırova Sevda Aydın qızı - müəllim

2017-ci ilin aprel ayından Lənkəran Dövlət Universitetinin Kimya və biologiya kafedrasında 0.5 ştat kimya müəllimi, 2020-ci ildən Kimya və fizika kafedrasında 1.0 ştat müəllim kimi fəaliyyət göstərir. 10-dan çox elim əsərin müəllifi, 1 dərs vəsaitinin həmmüəllifidir.

AMEA-nın Dendrologiya Elmi-Tədqiqat İnstitutunun doktorantıdır.

s.bagirova@lsu.edu.az

Rəsulova Yasəmən Mövlam qızı – baş müəllim

2018-ci ildən Lənkəran Dövlət Universitetinin Kimya və fizika kafedrasında 0,5 ştat fizika müəllimi kimi, hazırda isə Fizika, kimya və biologiya kafedrasında fizika fənni üzrə 1.0 ştat baş müəllim kimi fəaliyyət göstərir.

y.rasulova@lsu.edu.az

Sadıqzadə Bahar Etibar qızı - müəllim

24.04.1995-ci ildə Abşeron rayonu Xırdalan şəhərində anadan olmuşdur.2012-ci ildə Laçın rayonu DəyHan kənd tam orta məktəbini,2016-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr pilləsini, 2018-ci ildə isə həmin universitetin magistraturasını bitirmişdir. 2019-cu ildə MİQ imtahından müvafiq balı toplayaraq Şıxəkəran kənd tam orta məktəbində fizika müəllimi kimi fəaliyyət göstərmişdir. 2021-ci ildən etibarən yerdəyişmə imtahanı ilə Lənkəran şəhər 6 saylı texniki –riyaziyyat təmayüllü liseydə fizika müəllimi kimi fəaliyyət göstərir.

23.02.2022-ci ildən Lənkəran Dövlət Universitetinin Kimya və fizika kafedrasında 0,5 ştat fizika müəllimi kimi fəaliyyət göstərir.

b.sadiqzadə@lsu.edu.az

Sadıxov Fəxrəddin Sərhad oğlu - müəllim

2021-ci ildən Lənkəran Dövlət Universitetinin Kimya və fizika kafedrasında 1.0 ştat fizika müəllimi kimi fəaliyyət göstərir.

f.sadiqov@lsu.edu.az

Babayev Mirtahir Mircavad oğlu - müəllim

26.03.1950-ci ildə Lənkəran rayon Sütəmurdov kəndində anadan olmuşdur. İbtidai təhsilini həmin kənddə, sonra isə şəhər 1 saylı orta məktəbində almışdır. 1969-1975-ci illərdə Bakı şəhər Tibb Universitetinin müalicə profilaktika, sonra isə 1 illik cərrahiyyə üzrə ixtisasa yiyələnmişdir. 1976-cı il avqust ayından Lənkəran rayon mərkəzi xəstəxanasında 4 il həkim anestizioloq, reanimatoloq vəzifəsində işləmişdir. 1980-ci ildən 2024-ci il oktyabr ayına kimi həkim cərrah vəzifəsində işləmişdir.

Ailəlidir, 2 övladı var.

Məmişov Fazil Abbasəli oğlu - müəllim

01.12.1967-ci ildə Yardımlı rayon Bərcan kəndində anadan olmuşdur. 1975-ci ildə Bərcan kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 1985-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1985-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət Tibb Universitetini Pediatriya ixtisası üzrə bitirmişdir. 1993-cü ildən 2025-ci ilə kimi tibbin ayrı-ayrı sahələrində həkim kimi çalışmışdır.

Əsədov Fərqan Qabil oğlu- fizika üzrə fəlsəfə doktoru, dosent

Əsas iş yeri olaraq AMEA-nın Radiasiya Problemləri İnstitutunda, 2024-cü ildən isə Lənkəran Dövlət Universitetində 0.5 ştat dosent vəzifəsində çalşır. 39 elmi əsərin, o cümlədən 30 məqalə və 9 tezisin müəllifidir.

esedov@lsu.edu.az

Kərimov Əfqan Məhmədalı oğlu - fizika üzrə fəlsəfə doktoru, dosent

Əsas iş yeri ADPU Fizikanın Tədrisi Metodikası kafedrası.

2024-cü ildən Lənkəran Dövlət Universitetinin Kimya və fizika kafedrasında 0.5 ştat müəllim kimi çalışır.

4 metodik vəsait və 50-dən artıq elmi əsərin müəllifidir.

afqan.kerimov@lsu.az

Cavadzadə Səbinə Nəcəf qızı – baş laborant

08 aprel 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1999-2010-cu illərdə Astara şəhər 4 saylı orta məktəbinin 11-ci sinfini bitirmiş və həmin il də Azərbaycan Müəllimlər İnstitutunun Quba filialında İbtidai sinif müəllimliyi ixtisasına daxil olmuşdur. 2014-cü ildə bakalavr təhsilini bitirmişdir.

2014-2020-ci illərdə Astara Pedaqoji Kollecində müəllim kimi fəaliyyət göstərmişdir.

2012-ci ildə Lənkəran Dövlət Universitetində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə ixtisasartırma və yenidənhazırlanma təhsili almışdır.

2017-ci ildə “Azərbaycan müəllimi” qəzetinin təşkil etdiyi “Ən yaxşı yazı” müsabiqəsində “Gənclərdə sülhə məhəbbət, müharibəyə nifrət hissinin tərbiyə olunması” mövzusunda hazırlanmış dərs nümunəsinə görə 82 iş arasında respublika üzrə 1-ci dərəcəli diploma layiq görülmüşdür, dərs nümunəsi “Azərbaycan müəllimi” qəzetində dərc olunub.

2019-cu ildə LDU-nun magistratura şöbəsinin “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisasına daxil olmuşdur. 2021-ci ildə magistr təhsilini bitirmişdir.

2021-ci ildən Lənkəran Dövlət Universitetində baş laborant kimi fəalliyət göstərir. 2 məqalə, 2 tezis müəllifidir.

Ailəlidir, 1 övladı var.

ceferlisebine0804@gmail.com


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd