İbtidai təhsil və məktəbəqədər təlim kafedrası haqqında məlumat
1. Kafedranın tam hüququ adı: İbtidai təhsil və məktəbəqədər təlim
2. Kafedranın qısa yaranma və inkişaf tarixi: İbtidai təhsil və məktəbəqədər təlim kafedrası Lənkəran Dövlət Universiteti üzrə 24 avqust 2016-cı il tarixli 1/83 saylı əmrlə müvafiq ixtisaslar üzrə mütəxəssis hazırlığını təmin etmək məqsədilə yaradılmışdır. Kafedra İbtidai sinif müəllimliyi, Məktəbəqədər təhsil ixtisasları üzrə bakalavr, İbtidai təhsil, Məktəbəhazırlığın təşkili və Məktəbəqədər yaş dövrünün inkişafı və təhsili ixtisaslaşmaları üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır. 2025/2026-cı tədris ilində İbtidai təhsil və məktəbəqədər təlim kafedrasında 10 əməkdaş - 2 nəfər elmlər doktoru, professor, 3 nəfər fəlsəfə doktoru, dosent, 4 nəfər baş müəllim, bir nəfər laborant vəzifəsində çalışır. Kafedraya Filologiya elmləri namizədi, dosent Ayəddin Baldadaş oğlu Əliyev rəhbərlik edir.
3. Kafedranın əsas elmi və pedaqoji fəaliyyət istiqamətləri:
- İbtidai sinifdə tədrisin nəzəri-metodiki istiqamətləri
- Məktəbəqədər təlimin elmi - metodiki istiqamətləri.
4. Kafedra üzrə ixtisas və ixtisaslaşmaların siyahısı: Bakalavr səviyyəsi üzrə
- 6001009 - İbtidai sinif müəllimliyi
- 6001013 - Məktəbəqədər təhsil
Magistratura səviyyəsi üzrə
- 7001001- Pedaqogika. İbtidai təhsil
- 7001001- Pedaqogika. Məktəbəhazırlığın təşkili
- 7001001- Pedaqogika. Məktəbəqədər yaş dövrünün inkişafı və təhsili
5.Kafedra üzrə tədris olunan əsas fənlər
Bakalavr üzrə
1. İbtidai siniflərdə Azərbaycan dili və onun tədrisi metodikası
2. Azərbaycan dili
3. S/f. Savad təlimi metodikası
4. S/f.Orfoqrafiya təliminin metodikası
5. S/f.Oxu təliminin metodikası
6. S/f.Qrammatikanın tədrisi metodikası
7. Məktəbəqədər təhsil müəssisələrində nitqin inkişafı texnologiyası
8. Nitqin inkişafı üzrə işin metodikası
9. İbtidai siniflərdə riyaziyyat və onun tədrisi metodikası
10. S/f. İbtidai siniflərdə əsas həndəsi anlayışların formalaşdırılması
11. S/f.Tip məsələlər və onun həlli metodikası
12. S/f. Məsələ həllinin tədrisi metodikası
13. S/f. İbtidai siniflərdə sadə riyazi təsəvvürlərin formalaşdırılması
14. S/f. Məntiq
15. Məktəbəqədər təhsil müəssisələrində məntiqi və riyazi təfəkkürün inkişafı texnologiyası
16. S/f.Ümumtəhsil kurikulumunun əsasları
17. S/f.Məktəbəqədər təhsildə pedaqoji texnologiya və innovasiyalar
18. Məktəbəqədər pedaqogika
19. S/f.Pedaqoji etika və etik davranış
20. S/f.Məktəbəqədər tərbiyə məsələləri xalq pedaqogikasında
21. S/f.Uşaq bağçalarında bayram şənlikləri və tədbirlərin keçirilməsi
22. S/f.Məktəbəqədər yaşlı uşaqların mədəni asudə vaxtının təşkili
23. Məktəb təliminə hazırlığın əsasları
24. S/f.Tərbiyə işinin təşkili metodikası
25. İbtidai təhsilin pedaqogikası
26. S/f.Tərbiyəçi müəllimin peşə ustalığının əsasları
27. S/f.Məktəbəqədər təhsil müəssisələrində rəhbərlik
28. İnklüziv təhsil
29. İbtidai siniflərdə Fiziki tərbiyə və onun tədrisi metodikası
30. Məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət
Magistratura üzrə
1. İbtidai siniflərdə Azərbaycan dili təliminin aktual problemləri
2. Ana dilinin təlimində müasir təlim texnologiyalarından istifadə
3. Ana dili təlimində istifadə olunan əyləncəli qrammatik çalışmalar
4. Linqvistik təhlilin elmi-metodik əsasları
5. İbtidai siniflərdə lüğət ehtiyatının zənginləşdirilməsi metodikası
6. Məktəbəqədər yaş dövründə uşaqların nitq inkişafı və onun tədrisinin aktual problemləri
7. Məktəbəqədər yaş dövründə valideynlərlə işin təşkili
8. İbtidai siniflərdə məsələ həllinin elmi-metodiki əsasları
9. Riyaziyyatın ibtidai kursunun tədrisində müasir təlim texnologiyalarından istifadə
10. Riyaziyyatın ibtidai kursunun elmi nəzəri əsasları
11. Məktəbəqədər pedaqogikanın müasir problemləri
12. Uşaqların məktəbə hazırlanmasının müasir problemləri
13. Sosial-emossional və sosial-mənəvi inkişafın təşkili
14. Valeoloji təhsil
15. İnklüziv təhsil və xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş
16. Məktəbəqədər təhsildə innovativ pedaqoji texnologiyalar
17. Məktəbəhazırlıq dövründə inklüziv təhsil
18. Məktəbəqədəryaşlı uşaqlarla təlim-tərbiyə işinin təşkili
19. İbtidai sinif kurikulumu
20. İnteqrativ kurikulumlar
21. Məktəbəhazırlıq qruplarında məşğələlərin təşkili və qrupların idarə olunması
22. Məktəbəhazırlıq qruplarında tərbiyəçi-müəllim peşəkarlığı və səriştəliliyi
23. Layihələrin idarə olunması
6. Kafedra müdiri haqqında.
Əliyev Ayəddin Baldadaş oğlu
Filologiya elmləri namizədi, dosent. 1959-cu ildə Lənkəran rayonunun Lüvəsər kəndində anadan olmuşdur. 1976-cı ildə Lənkəran şəhər 1 saylı orta məktəbini, 1980-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Lənkəranın müxtəlif orta məktəblərində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləmişdir. 1993-cü ildə Lənkəran Dövlət Universitetinə dəvət olunmuş, müxtəlif vaxtlarda elmi katib, tədris şöbəsinin müdiri və kafedra müdiri vəzifələrində çalışmışdır. 2007-ci ildə "F.H.Naxçıvaninin "Əs-Sihah əl-əcəmiyyə" əsərinin leksik və qrammatik xüsusiyyətləri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsini almışdır. 2016-cı ilin avqustundan İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının müdiridir. Eyni zamanda jurnalist kimi fəaliyyət göstərmiş, "Elin səsi" qəzetinin baş redaktoru olmuşdur. Publisistik məqalələri "Lənkəran", “Azadlıq”, "Elin səsi", “Aşkarlıq” və "Prizma" qəzetlərində çap edilmişdir. 1 monoqrafiya, 1 dərs vəsaiti, 2 metodik vəsait, 10 fənn proqramının, 50-yə yaxın publisistik, 26-dan artıq elmi məqalə və 21 tezisin müəllifidir. Elektron ünvanı: ayeddin59@mail.ru
7.Kafedra əməkdaşları haqqında.
Baxışova Şərafət Aram qızı – Pedaqogika elmləri doktoru, professor. 1960-cı ildə Bakı şəhərinin Buzovna qəsəbəsində anadan olub. 1977 - ci ildə Buzovna qəsəbəsi 125 saylı orta məktəbini, 1994-cü ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetini Məktəbəqədər təhslin pedaqogika və metodikası üzrə bitirmişdir. 2008-ci ildə namizədlik, 2018-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmişdir. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir. Ayrı-ayrı vaxtlarda müxtəlif uşaq-bağçası – körpələr evində tərbiyəçi, metodist, müdir, Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin «Məktəbəqədər təhsilin kurikulumu» şöbəsində aparıcı mütəxəssis, elmi işçi, böyük elmi işçi, Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt Filialının Pedaqogika və Psixologiya kafedrasının baş müəllimi, Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının baş müəllimi vəzifələrində çalışmışdır. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosentidir. Eyni zamanda müsabiqə yolu ilə Lənkəran Dövlət Universitetinin professoru vəzifəsinə seçilmişdir. 10 proqram, 4 monoqrafiya, 7 metodik vəsait, 2 didaktik vəsait, 1 metodik göstəriş, 75 məqalə (10 məqalə xaricdə - 1 impakt faktorlu), 24 tezis müəllifidir.
Elektron ünvanı: sharafat_baxishova1960@mail.ru
Fərəh Cəlil (Fərəh Cabbar qızı Cəlil) - Filologiya elmləri doktoru, professor. 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universiteti Pedaqoji fakültənin İbtidai təhsil pedaqogikası və metodikası ixtisasını bitirmişdir. Əmək fəaliyyətinə orta məktəbdə müəllim kimi başlamışdır. 2007-ci ildə namizədlik, 2017-ci ildə isə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2023-cü ildə Ali AttestasiyaKomissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür. 2007-2013-cü illərdə Space TV, İctimai TV, AZ.TV-də yayımlanan 35 etnoqrafik filmin müəllifidir. Türkiyənin TRT radiosunda veriliş müəllifi kimi fəaliyyət göstərmiş, TRT Avazın Azərbaycandakı nümayəndəliyində ortaq filmlər hazırlamışdır. Ayrı-ayrı dövrlərdə Bakı Slavyan Universitetində, Bakı Avroasiya Universitetində, Mingəçevir Dövlət Universitetində aparıcı elmi işçi, dosent, dekan, kafedra müdiri, professor vəzifələrində çalışmışdır. Hazırda Lənkəran Dövlət Universitetində Erkən yaş (məktəbəqədər və ibtidai) təhsil üzrə layihə rəhbəri vəzifəsində çalışır, eyni zamanda İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının 0.5 ştat professorudur. 8 monoqrafiyanın, 10 proqram və metodik vəsaitin, 100-dən artıq elmi məqalə və tezisin müəllifidir.
Elektron ünvanı: jalilfarah00@gmail.com
İsmayılov Arif İbrahim oğlu - Pedaqoji elmlər namizədi, dosent. 1951-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 1967-ci ildə orta məktəbi qızıl medalla, 1972-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini əla qiymətlərlə bitirmişdir. Uzun illər Lənkəran rayonunun müxtəlif orta məktəblərində müəllim, direktor, şəhər Təhsil şöbəsində metodist vəzifələrində işləmişdir. Məktəb direktoru işləyərkən iş təcrübəsi bir neçə dəfə Respublika və rayon məktəbləri arasında qabaqcıl iş təcrübəsi kimi yayılmağa tövsiyə olunmuş və yüksək qiymətləndirilmişdir. “Respublika Pedaqoji mühazirəçilər” müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüşdür.1996-cı ildə “Orta ümumtəhsil məktəbləri şagirdlərinin riyaziyyat və fizikadan nəzəri biliklərinin kənd təsərrüfatına tətbiqi üzrə işin sistemi” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildən Lənkəran Dövlət Universitetində işləyir. 42-dən artıq elmi-metodik işin müəllifidir.
Elektron ünvanı: arifismayilov51@gmail.com
Feyziyeva Ruxsara Mirzə qızı - Filologiya üzrə fəlsəfə doktoru, dosent. 1963-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1986-cı ildən 1993-cü ilədək Lənkəran rayonunun Parakənd kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışmışdır.1993-cü ildə Lənkəran Dövlət Universitetinə dəvət olunmuş, müxtəlif vaxtlarda müəllim, baş müəllim və kafedra müdirinin müavini vəzifələrində çalışmışdır. 2012-ci ildə “Tarixi romanların dilində dialekt leksikası" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru alimlik dərəcəsini almışdır. 6 proqram və 20 elmi məqalə, 19 tezisin müəllifidir.
Elektron ünvanı: feyziyeva@yahoo.com
Əliyeva Mailə Kazım qızı – Baş müəllim. 1962-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1988-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) Məktəbəqədər pedaqogika və psixologiya fakültəsini bitirmişdir. Lənkəran şəhərinin ayrı-ayrı məktəbəqədər müəssisələrində tərbiyəçi, psixoloq, müdir, muzeydə elmi işçi vəzifələrində çalışmışdır. 2020-ci ildən Lənkəran Dövlət Universitetinin müəllimidir. 4 proqram və 4 tezis müəllifidir.
Elektron ünvanı: mailaaliyeva06@gmail.com
Nağıyeva Zenfira Şuriyə qızı – Baş müəllim. 1955-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1972-ci ildə Bakı şəhəri 62 saylı orta məktəbi, 1974-cü ildə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunu, 1982-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) Məktəbəqədər fakültəsini bitirmişdir. 1977-ci ildən 2018-ci ilədək Lənkəran şəhər 15 saylı körpələr evi-uşaq bağçasında tərbiyəçi və metodist vəzifələrində işləmişdir. 2017-ci ildən Lənkəran Dövlət Universitetində müəllim vəzifəsində çalışır. 2 proqram, 4 tezisin müəllifidir.
Elektron ünvanı: zenfiranagiyeva72@gmail.com
Həsənova Könül Yaşar qızı – Baş müəllim. 9 iyul 1970-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1987-ci ildə Lənkəran şəhər 4 saylı orta məktəbi, 1992-ci ildə isə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini riyaziyyat və riyaziyyat ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran şəhər 4 saylı orta məktəbində riyaziyyat müəllimi kimi başlamışdır. K.Həsənova eyni zamanda, ARB Televiziya Şirkətində çalışır. 2 proqram, 1 məqalə, 5 tezisin müəllifidir.
Elektron ünvanı: hesenovakonul970@gmail.com
Paşayev Vüqar Yaqub oğlu – Baş müəllim. 1973-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) idman fakültəsini bitirmişdir. 2003-cü ildən Lənkəran Dövlət Universitetində çalışır. Fiziki tərbiyə və onun tədrisi metodikası fənnini tədris etməklə yanaşı, məşqçilik fəaliyyəti ilə də məşğuldur. Universitetin oğlanlardan ibarət basketbol, qızlardan ibarət voleybol komandasının məşqçisidir. 3 proqram, 3 məqalə və 6 tezisin müəllifidir.
Elektron ünvanı: vpasayev73@gmail.com
8.Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi
Kafedranın ünvanı: Lənkəran şəhəri, Əli Məmmədov küçəsi - 40 , 2 saylı tədris binası
Telefon: 4-35-69
Elektron ünvanı: ibtidai_tehsil_kafedra@lsu.edu.az
Faks nömrəsi: 5-25-88
Kafedra müdiri: dos.A.B.Əliyev