"İqtisadiyyat və idarəetmə" fakültəsi

“İqtisadiyyat və idarəetmə” fakültəsi 1992-ci ildən fəaliyyət göstərir. Fakültə əvvəl “İqtisadiyyat”, sonra “İqtisadiyyat və tеxnologiya”, indi isə yenidən “İqtisadiyyat və idarəetmə” fakültəsi adlanır.Fakültədə fəaliyyət göstərdiyi ilk dövrdən “Iqtisadiyyat və aqrotеxnologiya”, “İqtisadi təhlil və idarəеtmə”, “Iqtisadi informatika və еkologiya” kafеdraları fəaliyyət göstərmişdir. Fakültədə həmçinin yarandığı ilk dövrlərdə “İstеhsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə еdilməsi”, “Gömrük işinin təşkili”, “Biznеs işinin təşkili və idarə olunması”, “İqtisadiyyat”, “İqtisadiyyatın hüquqi tənzimlənməsi”, “Еkologiya” ixtisasları üzrə mütəxəssislər hazırlanmışdır. Həmin dövrdə fakültənin “İqtisadiyyat və aqrotеxnologiya” kafеdrası 1997-ci ildə yaradılmışdır. Kafеdrada “Lənkəran şəraitində subtropik tərəvəz bitkilərinin bеcərilməsi və еmalı tеxnologiyasının təkmilləşdirilməsi və iqtisadi göstəricilərin təhlili” mövzusunda еlmi-tədqiqat işləri aparılmışdır. Digər kafedra kimi “İqtisadi təhlil və idarəеtmə” kafеdrası 2005-ci ildən fəaliyyət göstərmişdir. Kafеdrada “İqtisadi nəzəriyyə və iqtisadi artıma təsir еdən amillər” mövzusunda еlmi-tədqiqat işləri aparılmışdır. “İqtisadi informatika və еkologiya” kafеdrası isə “İnformasiya tеxnologiyaları” kafеdrasının bazasında yaradılmışdır. Kafеdrada “İqtisadi-еkoloji sistеmlərin idarə olunmasının informasiya təminatı və iqtisadi inkişafın problеmləri” mövzusunda еlmi-tədqiqat işləri aparılmışdır.

Hazırda “İqtisadiyyat və idarəetmə” fakültəsinin nəzdində iki kafedra- “İqtisadiyyat və innovativ idarəetmə” və “Maliyyə idarəetməsi və audit” kafedraları fəaliyyət göstərir. Fakültədə “İqtisadiyyat”, “Mühasibat”, “ Biznesin idarə edilməsi”, “Maliyyə”, “Turizm işinin təşkili”, “Marketinq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Beynəlxalq ticarət və logistika”, “Menecment” ixtisasları üzrə bakalavr mütəxəsislər hazırlanır. Magistr pilləsi üzrə isə “İstehal sferasında mühasibat uçotu və audit”, “Maliyyə menecmenti”, “İqtisadiyyatın tənzimlənməsi”, “Turizm və sosial mədəni servis xidməti”, “Biznesin təşkili və idarəedilməsi”, “Biznesin təşkili və idarəedilməsi (Aqrobiznes MBA)”, “Biznesin təşkili və idarəedilməsi (Ərzaq sahəsi üzrə, MBA)” ixtisasları üzrə mütəxəsislər hazırlanır. Fakültədə “Sahə iqtisadiyyatı” ixtisası üzrə bir doktorant, bir dissertant, “Daxili fiskal siyasət və dövlət maliyyəsi” ixtisası üzrə iki doktorant və bir dissertant təhsi alır. Fakültəyə İqtisad elmləri namizədi.dosent Əliyeva Gülbəniz Tofiq qızı rəhbərlik edir.

İqtisadiyyat və idarəetmə fakültəsində aşağıdakı istiqamətlərdə mütəxəssis hazırlanır:

Bakalavr istiqaməti üzrə:

İqtisadiyyat

Mühasibat

Biznesin idarə edilməsi

Maliyyə

Turizm işinin təşkili

Marketinq

Menecment

Dövlət və bələdiyyə idarəetməsi

Beynəlxalq ticarət və logistika

Magistratura səviyyəsi:

İstehal sferasında mühasibat uçotu və audit

Maliyyə menecment

Marketinq

İqtisadiyyatın tənzimlənməsi

Turizm və sosial mədəni servis xidməti

Biznesin təşkili və idarəedilməsi

Biznesin təşkili və idarəedilməsi (Aqrobiznes MBA)

Biznesin təşkili və idarəedilməsi ( Ərzaq sahəsi üzrə, MBA)

Doktorantura:

Sahə iqtisadiyyatı

Daxili fiskal siyasət və dövlət maliyyəsi

İqtisadiyyat və idarəetmə fakültəsində 2 kafedra fəaliyyət göstərir

İqtisadiyyat və innovativ idarəetmə

Maliyyə idarəetməsi və audit

İqtisadiyyat və idarəetmə fakültəsinin İkinci Qrabağ müharibəsində 5 Şəhid tələbəsi vardır ki, onların xatirəsi daim əziz tutulur. Onlar “Mühasibat uçotu və audit” ixtisasının məzunu Kazımov Vüsal Kamran oğlu, “Maliyyə” ixtisasının məzunu Həmidli Cavanşir Namik oğlu, “Biznesin idarə edilməsi”ixtisasının məzunları Cahangirov Rauf Xəyyam oğlu, Cavadov Cavad Cavid oğlu və Nüsrətbəyli Ülvi Arif oğludur.

Fakültə dekanı haqqında.

Əliyeva Gülbəniz Tofiq qızı 1967-cı ildə Bakı şəhərində аnаdаn olmuşdur. 1984-cü ildə Bakı şəhər 7 saylı məktəbi qızıl medalla, 1989-cu ildə М.Əzizbəyov аdınа Azərbaycan Neft Kimya İnstitutunun “Mühəndis iqtisadiyyatı” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ci ildə “Bаzаr iqtisadiyyatı şəraitində Azərbaycanın neft maşınqayırmasında kooperasiya əlaqələrinin inkişafının səmərəliliyi”mövzusunda хаlq təsərrüfatının və оnun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarəedilməsinin təşkili (sənaye) ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə еtmişdir. 27 illik müəllimlik stajı vardır.

01.09.2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər və marketinq”kafedrasının müəllimi, 01.09.2003-ci ildən həmin kafedranın baş müəllimi, 27.05.2005-ci ildən həmin kafedranın dosenti vəzifəsinə təyin edilmişdir. 2010-2014-cü illər ərzində “BİM” fakültəsinin qiyabi şöbəsində dekan müavini vəzifəsində, 2015-2016-cı ildə fakültənin Elmi şurasının elmi katibi işləmişdir. 15.09.2016-cı ildən "Beynəlxalq İqtisadiyyat" kafedrasının dosenti vəzifəsində çalışmışdır. Hal-hazırki vахtа qədər iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair yazılmış 50-dən artıq tezis və məqalənin müəllifidir. İyun 2005-ci ildə təsdiq edilmiş “Müasir şəraitdə sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri”mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. 2013-cü ildə ingilis dilində dərc olunan “İqtisad elmləri: nəzəriyyə və praktika” beynəlxalq səviyyəli jurnalda 32 səhifəli məqaləsi dərc olunmuşdur. Məqalələri həm Azərbaycanda, həm də xaricdə dərc olunmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illiyi münasibətilə Azərbaycan Respublikası təhsil nazirinin 2011-ci il 27 sentyabr tarixli 11/927 nömrəli əmri ilə Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi nişanı ilə, eyni zamanda universitet rəhbərliyi tərəfindən mükafat və fəxri fərmanla təltif edilmişdir. 15.07.2017-ci ildən 02.09.2018 – ci ilədək LDU-nun “İqtisadiyyat və marketinq” kafedrasının müdiri vəzifəsində işləmişdir. Bu müddət əzrində tədris metodiki işlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. Kafedrada tədris olunan magistratura pilləsi üçün “Aqrar sahədə innovasiyanın tətbiqi problemləri” və “Aqrar iqtisadiyyatın aktual problemləri”, bakalavrr pilləsi üçün “Mikroiqtisadiyyat” fənn proqramları dərc olunmuşdur.

03-07 dekabr 2018-ci il tarixlərində Lənkəran Dövlət Universiteti və Türkiyə Cümhuriyyətinin Beykent Universitetinin qarşılıqlı mübadilə proqramı çərçivəsində Beykent Universitetinə ezam olunmuş və orada “Uluslararası iqtisadiyyat” və “Mikroiqtisadiyyat” fənlərindən mühazirələr aparmış, elmi seminarda məruzə ilə çıxış etmişdir. Eyni zamanda 01.11.2019 tarixində Mevlana proqramı çərçivəsində Türkiye Cümhuriyyetinin “Kocaeli” Universitetində “İktisadi və idari bilimlər” fakültəsinin iqtisad bölümündə “Pul nəzəriyyəsi və siyasəti”, “Beynəlxalq iqtisadiyyat”, “Xarici ticarət nəzəriyyələri”, “Avropa iqtisadiyyatı”, “Makroiqtisadiyyat” fənlərindən mühazirə dərsləri aparmış və akademik sertifikatla təltif olunmuşdur. 03 sentyabr 2018 – ci il tarixindən “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. Ailəlidir, 2 övladı var.

gulbeniz_aliyeva@mail.ru

Dekan müavini: iqtisad üzrə fəlsəfə doktoru, dosent Mirzəyev Natiq Sərhad oğlu

Mirzəyev Natiq Sərhad oğlu 25 avqust 1971-ci il tarixində Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasının “ASK sahələrinin iqtisadiyyatı, təşkili və idarə edilməsi” ixtisasını bitirib, iqtisadçı-təşkilatçı ixtisasını almışdır. 1995-ci il 21 yanvar tarixində Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat, kənd təsərrüfatı və texnologiya” kafedrasında baş laborant vəzifəsinə təyin olunmuşdur. 1995/1996-cı tədris ilindən başlayaraq müəllim, baş müəllim, dekan müavini, kafedra müdirinin müavini vəzifələrində çalışmışdır. 2015-ci il aprel ayının 24-də “Taxılçılığın inkişafında sahibkarlıq subyektlərinin rolunun artırılması” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2 monoqrafiya, 2 metodik vəsait, 7 fənn proqramı və 60-dan çox məqalə və tezislərin müəllifidir. Məqalələri Rusiya, Polşa, Türkiyə, Belorusiya, Ukraynanın elmi jurnallarında dərc olunmuşdur. “Maliyyə menecmenti” və “Biznes etikası və sosial məsuliyyət” adlı dərs vəsaitlərinin həmmüəllifidir. 9 sentyabr 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə, mühasibat və audit” kafedrasının müdiri vəzifəsini icra etmişdir. 18 aprel 2018-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı təsdiq olunmuşdur. 9 fevral 2017-ci il tarixdən “Maliyyə, mühasibat və audit” kafedrasının müdiri vəzifəsinə təyin olunmuşdur. Rektorun LDU üzrə 1/83 saylı 28 sentyabr 2018-ci il tarixli əmrinə əsasən İqtisadiyyat və idarəetmə fakültəsində “Maliyyə, mühasibat və audit” kafedrası ləğv edilmişdir. 2018-ci ildən “Maliyyə idarəetməsi və audit” kafedrasının 1,0 ştat, 2022/2023 –cü tədris ilindən 1,25 ştat dosenti kimi fəaliyyət göstərib. 2023-cü ilin yanvar ayından “Maliyyə idarəetməsi və audit” kafedrasında 0,5 ştat dosent, “İqtisadiyyat və idarəetmə” fakültəsində isə dekan müavini vəzifəsində çalışır.

mirzoev.n@mail.ru

Bağırova Şəfa Vaqif qızı, baş müəllim

Bağırova Şəfa Vaqif qızı 1987-ci ildə Neftçala rayonu Astanlı kəndində anadan olmuşdur. 2005-ci ildə Neftçala rayonu Qədimkənd kənd orta məktəbini bitirmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” ixtisasını bitirərək Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistraturaya qəbul olunub. 2011-ci ildə magistraturanı bitirərək Lənkəran Dövlət Universitetinin “Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə doktoranturaya qəbul olmuş, 2016-cı ildə doktoranturanı bitirmişdir.

2010-2012-ci illərdə Lənkəran Dövlət Universitetində laborant və elmi işçi kimi çalışmış, 2013-2018-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1,0 ştat baş müəllim, eyni zamanda “İqtisadiyyat və idarəetmə” fakültəsi üzrə “Sosial məsələlər və tələbələrlə iş üzrə” dekan müavini işləyir. Şəfa Bağırova “İqtisadiyyat və idarəetmə” fakültəsi üzrə Tələbə Elm Cəmiyyətinin sədri, Lənkəran Dövlət Universitetinin “Həmkarlar İttifaqının” üzvüdür. 5 məqalə, 20-dən çox tezisin müəllifidir. Ailəlidir, iki oğlu var.

shefa.baqirova@mail.ru

Fakültəninünvanı:Lənkəran şəhəri, Məhəmməd Fizuli küçəsi, 170a 1 saylı tədris korpusu

Telefon:(+994) 025 255 daxili

Fakültə haqqında məlumatları Dos.Gülbəniz Əliyeva təqdim etmişdir.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd