“Texnologiya və texniki fənlər” kafedrası haqqında məlumat

“Texnologiya və texniki elmlər” kafedrası Lənkəran Dövlət Universitetinin 09 sentyabr 2016–cı il tarixli 1/94 saylı əmri ilə yaradılmış, 30 iyun 2017-ci il tarixli 4/66 saylı əmri ilə adı dəyişdirilərək “Texnologiya və texniki fənlər” kafedrası kimi fəaliyyət göstərmişdir. Lənkəran Dövlət Universitetinin Elmi Şurasının 25.11.2022-ci il tarixli iclasında müzakirə olunaraq müvafiq qərar qəbul olunmaqla «Texnologiya və texniki fənlər» kafedrasının adında qismən dəyişiklik edilərək Lənkəran Dövlət Universiteti üzrə 01.12.2022-ci il № 4/117 əmrinə əsasən «Texnologiya və texniki elmlər kafedrası adlandırılmışdır.

Faliyyəti dönəmində qarşısında duran əsas məqsəd hərtərəfli hazırlığa malik olan, iqtisadi qanunların müəssisə miqyasında fəaliyyət mexanizmindən sərbəst idarə edə bilən, perspektiv inkişafının daha səmərəli yollarını müəyyən edib əsaslandıran, istehsal resurslarından daha səmərəli istifadə edilməsi istiqamətlərini göstərən, texniki-təşkilati qərarların düzgünlüyünə qiymət verməyi bacaran mütəxəssislərin hazırlanmasıdır.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında da mühüm növ ərzaq məhsulları ilə ölkənin özünü təminetmə səviyyəsinin yüksəldilməsi və bu məqsədlə sahibkarlığın inkişafının gücləndirilməsi başlıca məqsəd kimi qarşıya qoyulmuşdur. Həmin məqsəd və vəzifələrin icrası ölkədə fəaliyyət göstərən qida məhsulları istehsalı ilə məşğul olan müəssisələrə həvalə edilmişdir. Bütün deyilənlər təbii ki, tədris müəssisəmizin və kafedramızın qarşısında güclü kadr və bacarıqlı mütəxəssis hazırlanmasını tələb edir. Bu baxımdan da kafedra fəaliyyəti dönəmindən bu günə kimi müasir səviyyəli bir neçə ixtisas istiqamətləri üzrə qida və kompüter laboratoriyalarla təchiz olunmuşdur. Bu da tələbələrin əyani şəkildə tədris müəssisəsində istehsal sahələrinə bir növ cəlb olunmasıdır. Laboratoriyada laborator mütəxəsisslərinin köməyi ilə bakalavrlar, magistrantlar və doktorantlar laborator işlərini həyata keçirməkdədirlər. Magistr və doktorantlar mövcud laborator analizlərini laboratoriyalarımızda aparmaqla nəticələri ayırd etmiş olurlar. Kafedra tərəfindən bir sıra fənlərin bu istiqamətdə seçilməsi baza tədris planına uyğun olaraq həyata keçirilir. Tələbə və magistrantlar bu laboratoriyalarda sürətli internet şəbəkələrindən istifadə etməklə mütəxxəssislərin təlimatlarını gözləməklə özlərinin laborator biliklərini daha da təkmilləşdirirlər.

Qida mühəndisliyi, Şərabçılıq, kompuyuter mühəndisliyi, informasıya texnologiyaları bakalavır istiqaməti üzrə il bə il tədris yenilikləri kafedra əməkdaşları tərəfindən araşdırılr və həyata keçirilməkdədir.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası ərazisinin 65%-ə qədəri subtropik iqlimə malikdir. Burada çay, sitrus, zeytun, badam, püstə, nar, əncir, feyxoa, kivi və i.a. subtropik və texniki bitkilərin yetişdirilməsi üçün kifayət qədər aqroiqlim şəraiti mövcüddur.

Respublikamızın xüsusilə cənub bölgəsinin (Universitetimizin də bu ərazidə yerləşməsi) torpaq-iqlim şəraiti müxtəlif cins və növ tərkiblidir. Subtropik meyvə texniki və sitrus bitkilərin inkişaf etdirilməsi üçün böyük potensiyala malikdir. Bu əsasda göstərilən bitkilərdən daha yüksək və sabit məhsul əldə etmək üçün onların becərilməsinin və emalının elmi əsasları dərindən öyrənilməklə tələbələrə çatdırılır (Universitetimizin yerləşdiyi coğrafi mövqe cnlı laborator rolunu oynayır bu da tələbələrimiz üçun nəzəri və praktiki biliklərin formalaşmasında başlıca rol oynamış olur).

Müasir dünyanın informasiya dünyası olması şəksizdir. İnformasiyanın istehsalı və istehlakı müasir İnformasiya Texnologiyalarının tətbiqi olmadan demək olar ki, qeyri mümkündür. Bu texnologiyaların önündə proqramlaşdırma gedir. Müasir proqram sistemlər başlanğıc formasından daha mükəmməl olmalarına baxmayaraq, informasiya ilə bağlı bütün problemləri həll etmək iqtidarında deyillər və proqramçılara ehtiyac daha da çoxalıb. Gözəl tərtibat effektlərinin yaradılmasını, istifadəçi və informasiya mənbəyi arasında interaktiv əlaqəni təmin etməkdən ötrü informasiya texnologiyaları və kompyuter mühəndisliyi ixtisası bakalavır və magistrantlarla mövcud laboratoriya və əməkdaşların elmi səyi nəticəsində kadır hazırlığı həyata keçirilməkdədir.

Kafedranın professor və müəllimləri tərəfindən bu illər ərzində dərs vəsaiti və ixtisaslara uyğun proqram və metodiki vasitələr standartlara cavab verən formada işlənilib hazırlanmışdır. Professor M.Ə.Məhərrəmovun “Qida məhsulları texnologiyasının nəzəri əsasları” qida təhlükəsizliyi magistrantlar və bakalavır üçün hazırlanmış dərs vəsaitidir. Vəsaitdə qida məhsulları üçün xammal və materiallar, tara və qablaşdırıcı materiallar, xammal və qida məhsullarının xassələri, xammal və qida məhsullarının xarabolma səbəbləri və onların aradan qaldırılması, emal texnologiyasının nəzəri əsasları, xammalın hazırlanması və ilkin emalı, istiliklə sterilizasiya və aseptik konservləşdirmə, qida məhsulları və xammalların təzə halda və aşağı temperaturda saxlanması, qida məhsullarının emalı və saxlanılmasında radiasiyadan istifadə edilməsi, menbran texnologiyasının və nanotexnologiyanın əsasları geniş yer almaqla tələbə və magitrantlarda nəzəri bilikləri formalaşdırmaqda böyuk rol oynamış olur.

Təyinatına uyğun kafedra bakalavr magistr və doktorant hazırlığı üzrə ixtisaslaşmışdır. Hal-hazırda kafedrada aşağıdakı istiqamətlər üzrə kadrların hazırlığı həyata keçirilməkdədir.

1. Qida məhsullarının texnologiyası (doktrantura);

2. Qida təhlükəsizliyi(magistratura)

3. Qida mühəndisliyi (bakalavr);

4. Kompüter mühəndisliyi (bakalavr, magistratura);

5. İnformasiya texnologiyaları (bakalavr,magistratura);

6.Şərabçılıq (bakalavr);

7.Aqromühəndis(bakalavr)

8. Texnologiya müəllimliyi (bakalavr,magistratura).

Hazırda kafedrada 26 əməkdaş çalışır. Bunlardan 2 nəfər elmlər doktoru, professor, 7 nəfər fəlsəfə doktoru, dosent, 7 nəfər baş müəllim, 9 nəfər müəllim və 1 nəfər isə texniki işçidir.

Kafedra müdiri haqqında.

Dos.Əliyev Rəşad Fəxrəddin oğlu.

Əliyev Rəşad Fəxrəddin oğlu 1974-cü ildə Lənkəran rayonunun Şağlaser kəndində anadan olmuşdur. 1997-ci ildə bakalavr, 1999-cu ildə magistr, 2004-cü ildə namizədlik, 2010-cu ildə isə dosentlik dərəcəsinə layiq görülmüşdür. Dosent, coğrafiya üzrə fəlsəfə elmləri doktorudur. İlk əmək fəaliyyətinə Lənkəran Dövlət Universitetindən başlamışdır. 1999-cu ildə “Coğrafiya və ekologiya” kafedrasında laborant, 2000-ci ildə “Coğrafi ekoloji problemlər” laboratoriyasının müdiri və kafedranın saat hesabı müəllimi, 2006-cı ildə “Təbiyyat” fakültəsinin dekan müavini, 2007-2008-ci illərdə “Coğrafiya və ekologiya” kafedrasının müdiri, 2009-2012-ci illərdə “Təbiyyat” fakültəsinin dekanı, 2012-2016-cı illərə qədər isə “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı, 2016-cı ildə “Coğrafiya və ekologiya”kafedrasının tam ştat dosenti, 2017-ci ildə “Texnologiya və texniki fənlər” kafedrasının tam ştat dosenti vəzifələrində çalışmışdır. Hal-hazırda “Texnologiya və texniki elmlər” kafedrasının müdiridir. 50-yə yaxın məqalə və tezisləri, 3 fənn proqramı və bir monoqrafiyası çap olunmuşdur.

Email: Reshad-1974@mail.ru

Kafedra əməkdaşları haqqında.

Prof.Məhərrəmov Mikayıl Əkbər oğlu 1950- ci ildə Tovuz rayonunda anadan olmuşdur. 1967- ci ildə orta məktəbi, 1974-cü ildə Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. 1990-cı ildə texnika elmləri üzrə namizədlik, 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ildə dosent elmi adı almışdır.2017-ci ildən Lənkəran Dövlət Universitetinin rektorun muşaviri, həmçinin texnologiya və texniki tənlər kafedrasının 0,5 professorudur. 150-dən çox elmi məqalənin, o cümlədən, 3 monoqrafiya, 2 dərsliyin müəllifidir.

Email: mikayilbyst@mail.ru

f-r.e.d.,prof Kərimov Ədalət Kərim oğlu, 1954-cu ildə Bərdə rayonunun Hasılı kəndində anadan olmuşdur. 1976-cı ildə Azərbaycan Neft və Kimya İnsitutunun Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. 1985-ci ildə fizika-riyaziyyat elmləri namizədi adını almış, 1996-1998-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetində “Diskret riyaziyyat” kafedrasının professoru olmuşdur. 1999-cu ildən fizika-riyaziyyat elmlər doktorudur. 2006-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyat və informasiya sistemləri və texnologiyaları” kafedarsının müdiri vəzifəsində çalışmışdır. 2010-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının professoru və kafedranın 0.5 ştat professoru kimi əmək fəaliyyətini davam etdirir.

Email: adalat_kerim@mail.ru

Dos.Nəzərova Nigar Hacıkişi qızı 2000-ci ildə LDU-nun Qida mühəndisliyi istiqamətində magistraturasını fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda “Mineral və üzvi gübrələrin zəif düşmüş çay plantasiyalarının məhsuldarlığına təsiri” mövzusunda dissertasiya işini müdafiə etmiş və 14 fevral 2014-cü il Ali Attestasiya Komissiyasının qərarı ilə aqrar elmlər üzrə fəlsəfə doktoru elmi adını, 26 iyul 2017-ci tarixində aqrokimya ixtisası üzrə dosent elmi adını almışdır. 10 tezis, 26 elmi məqalənin, 1 dərs vəsaitinin, 1 metodik vəsaitin, 3 fənn proqramının müəllifidir.

Email: Nnigar00@mail.ru

Dos. Mahmudova Validə Xankişi qızı 09 iyun 1979-cu ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuşdur. 1996-ci ildə Azərbaycan Aqrar Universitetinə daxil olmuş, 2000-ci ildə bitirmişdir. 2007-2013-ci illərdə Azərbaycan Milli Aerokosmik Agentliyi Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda kiçik elmi işçi, 2013-ci ildən hal- hazıradək elmi katibi vəzifəsində çalışır. Hazırda kafedranın 0,5 ştat dosentidir.

mammedova.valida@mail.ru

Dos. Məmmədov Fərrux Qara oğlu

Məmmədov Fərrux Qara oğlu 16.06.1951-ci ildə Tovuz rayonunun Sarıtala kəndində anadan olub. 1968-ci ildə kənd orta məktəbini bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub, 1974-cü ildə universiteti mühəndis-mexanik ixtisası üzrə bitirib. Müxtəlif məsul vəzifələrdə işləyib. 2020-ci ildən Azərbaycan Texniki Universitetində dosent vəzifəsində çalışır. Həmçinin, Lənkəran Dövlət Universitetinin 0,5 ştat dosentidir.

Texnika elmləri namizədi, dosentdir. 6 elmi məqaləsi, 1 metodik göstərişin, 3 dərs vəsaitinin müəllifidir.

B/m.Ələskərov Nadir Hüseyn oğlu 14 iyul 1960-cı ildə anadan olmuşdur. Sankt-Peterburq Elektrotexnika İnstitutunun “Elektron hesablayıcı maşınları” fakültəsinin “Kompüter mühəndisi’ ixtisasını bitirmişdir. “Lənkəran regionunda sosial-iqtisadi və demoqrafik inkişafın modelləşdirilməsi” mövzusunda dissertasiya işi üzərində çalışır. Aqrar və mühəndislik fakültəsində dekan müavinidir. “Texnologiya və texniki elmlər” kafedrasının baş müəllimidir.

nadir.alaskarov@gmail.com

Baş müəllim Eyniyev Mayis Beytulla oğlu 29 aprel 1975-ci ildə Lənkəran rayonunda doğulub.1997 ci ildə Lənkəran Dövlət Universitetini Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 1998-ci ildə Lənkəran Dövlət Universitetində riyaziyyatçı-proqramçı kimi başlayıb, 2005-ci ilədək Təhsil Texnologiyaları və İnformasiya Texnologiyaları mərkəzlərinin rəhbəri, eyni zamanda LDU-nun İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi vəzifələrində çalışıb. 2005-ci ilin aprel ayından QSC “Bank-Standard” KB-da müxtəlif məsul vəzifələrdə işləyib. 2016-cı ilin oktyabr ayından Lənkəran Dövlət Universitetində İnformasiya-kommunikasiya və Kitabxana mərkəzi üzrə “Elektron Universitet” layihəsinin rəhbəri və “Texnologiya və texniki elmlər” kafedrasının baş müəllimidir.

meyniyev@mail.ru

dos. Dəmirov Asəf Ağacəfər oğlu 1960-cı ildə Xaçmaz rayonu Aşağı-Zeyid kəndində anadan olmuşdur.1982-ci ildə Azərbaycan Dövlət Universitetinin “Tətbiqi riyaziyyat “ fakültəsini bitirmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutunun “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisası üzrə dissertasiya işini müdafiə etmişdir. 11 məqalə və tezisin müəllifidir.Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Texnologiya və texniki elmlər” kafedrasının tam stat dosentidir.

asef.demirov@gmail.com

dos. Muradova Vüsalə Xudaşirin qızı 1977-ci ildə Lənkıəran şəhərində doğulmuşdur. 1994-1998-ci illərdə Odlar Yurdu Universitetində İnformasiyanın emalı və avtomatlaşdırılmış sistemlərin idarə edilməsi ixtisasını üzrə bakalavr təhsili almışdır. 2001-2003-cü illərdə Azərbaycan Dövlət Neft Akademiyasında İnformasiyanın emalı və avtomatlaşdırılmış sistemlərin idarə edilməsi ixtisasını magistr təhsilini alıb. 2014-2017-ci illərdə Xarkov Milli Radioelektronika Universitetində təhsilin aspirantura pilləsini başa vurmuşdur. 2021-ci ildə dissertasiya işi müdafiə edərək tex.ü.f.dok elmi dərəcəsini almışdır. 1998-2012-ci illərdə Lənkəran Dövlət Universitetində müəllim, 2013-2022-ci illərdə Xarkov Milli Radioelektronika Universitetində asistent, aspirant və baş müəllim kimi çalışmışdır. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Texnologiya və texniki elmlər” kafedrasının tam stat dosentidir.

viusalia.muradova@nure.ua

Baş müəllim Quliyev Vaqif Şahverən oğlu 1960 –cı ildə Lənkəran şəhərində anadan olmuşdur.1982-ci ildə Vladimirski Politexnik İnstitutunu bitirmişdir.1987-ci ildən 1992- ci ilə kimə Lənkəran Şəhər Gənclər Təşkilatında şöbə müdiri vəzifəsində çalışıb. 1992-ci ildən 1997-ci ilə kimi Lənkəran Aqrar Sənaye və Çay birliklərində mühəndis vəzifəsində işləyib. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Texnologiya və texniki elmlər” kafedrasında baş müəllim kimi fəaliyyət göstərir. Eyni zamanda Lənkəran Dövlət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədridir.

vaqif.quliyev.1960@mail.ru

Baş müəllim Gənciyev Yadigar Fərmail oğlu 1959-cu ildə anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Hərbi hazırlıq və “Bədən tərbiyəsi” müəllimliyi ixtisasını bitirmişdir.1998-ci ildən 2016- cı ilə qədər Astara Pedaqoji Kollecində mülki müdafiə fənnini tədris etmişdir. 2016- cı ildən Lənkəran Dövlət Universitetinin “Texnologiya və texniki elmlər” kafedrasının baş müəllimidir.

yadigar.genciyev@mail.ru

Baş müəllim Calalov Azər Aydın oğlu 1978-

ci ildə Lənkəran rayonunun Haftoni qəsəbəsində anadan olmuşdur. 1995- ci ilə Haftoni qəsəbə orta məktəbini bitirmişdir. 1999- cu ildə Lənkəran Dövlət Universitetinin “Subtropik bitkilərin texnologiyası” ixtisasını bakalavr pilləsi üzrə, 2016- cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Qida təhlükəsizliyi” ixtisasını magistr pilləsi üzrə bitirmişdir. 2004-2018- ci illərdə “Tərəvəzçilik Elmi Tədqiqat İnstitunun” Lənkəran Zona Təcrübə Stansiyasında böyük elmi işçi vəzifəsində çalışmışdır. Hal- hazırda Lənkəran Dövlət Universitetində laboratoriya müdiri və 0.5 ştat müəllimdir. TETİ-nin doktorantı, 6 elmi məqalənin müəllifidir

acalalov@list.ru

Baş müəllim Cahangirov Mühəndis Məmmədhüseyn oğlu 1963-cü ildə Lənkəran şəhərində doğulmuşdur. 1971-ci ildən-1981-ci ilədək Lənkəran şəhər 4 saylı humanitar təməyüllü məktəbdə orta təhsil, 1981-ci ildə Gürcustan Subtropik Təsərrüfat İnstitutunda ali təhsil almışdır. 2021-ci ildə tex.e.ü.f.dok adını almışdır. 1986-ci ildən 1991-ci ilə kimi KTN Meyvəçilik və Çayçılıq ETİ Lənkəran Çay filialında kiçik elmi işçi, 1995-ci ildən 2 saylı Çay fabrikinin direktorudur. Kafedranın baş müəllimidir.

mmccay@mail.ru

dosent İsmayılov Sədi Qurban oğlu 05.01.1951-ci ildə Beyləqan rayonu Bunyadlı kəndində anadan olmuşdur. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutuna qəbul olunmuş, 1975-ci ildə institutu Mühədis-mexanik ixtisası üzrə bitirmişdir. Texnika üzrə fəlsəfə doktorudur, 17- elmi məqaləsi, o cümlədən, 2 ixtirası vardır.

1975-ci ildən təyinatla Ukrayna Respublikasına göndərilmiş, 1988-ci ilə qədər burada müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən respublikaya qayıtmış və müxtəlif məsul vəzifələrdə çalışmışdır. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “Texnologiya və texniki elmlər” kafedrasının dosentidir.

Müəllim Məlikzadə Tural Tofiq oğlu 1997-cı ildə Lənkəran rayonu Darquba kəndində anadan olmuşdur. 2018- ci ildə Lənkəran Dövlət Universitetinin Təbiyyat fakültəsinin “Kompüter Elmləri’ ixtisasını bitirmişdir. 2018-2020 ci illərdə Lənkəran Dövlət Universitetində “ İnformatikanın tədrisi metodikası və metodologiyası “ ixtisası üzrə magistr təhsili almışdır. 2018 ci ildən MAKA XKTB- da “Mühəndis proqramlaşdırıcı” vəzifəsində çalışır. 2021-ci ildən kafedranın tam ştat müəllimidir.

tural1996t@gmail.com

Baş müəllim Qədirov Nicat İdris oğlu 1974-cü ildə Lənkəran rayonunda doğulmuşdur.1997 ci ildə Lənkəran Dövlət Universitetini Riyaziyyatçı və riyaziyyat müəllimi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1998-ci ildən Lənkəran Dövlət Universitetində mühəndis-proqramçı kimi başlamış, eyni zamanda LDU-nun İnformasiya Texnologiyaları kafedrasının müəllimi vəzifəsində çalışmışdır. 2004-cü ildən 2018-ci ilin aprel ayınadak Rusiya Federasiyasının Sankt Peterburq şəhərində informasiya texnologiyalarının tətbiqi sahəsində fəaliyyət göstərmişdir. 2018-ci ilin aprel ayından Lənkəran Dövlət Universitetində İnformasiya-kommunikasiya və Kitabxana mərkəzi üzrə mühəndis proqramçı və “Texnologiya və texniki elmlər” kafedrasının 0,5 ştat baş müəllimidir.

nqadirov74@mail.ru

Müəllim İmanov İsmayıl Gülməmməd oğlu 1955-ci ildə Lerik rayonunda anadan olmuşdur. 1972-ci ildə Lerik rayonu Siyov kənd orta məktəbini, 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Umumi terxniki fənlər və əmək” fakültəsini bitirmişdir. Nəzarət Ölçü Cihazları və Avtomatika üzrə çilingər İxtisası ilə əmək fəaliyyətinə başlamışdır.1981-ci ildən pedaqoji fəaliyyətini davam etdirmişdir.1981-1986-cı illərdə Lənkəran şəhər 34 nömrəli Texniki Peşə Məktəbində, 1986-2020-ci illərdə Lənkəran Şəhər Xarici Dillər Təmayüllü Gimnaziyada əmək (texnologiya) müəllimi, 2007-2020-ci illərdə gimnaziyada tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışmışdır. Hal- hazırda kafedranın tam ştat müəllimidir.

ismayil.imanov.55@mail.ru

Müəllim Nuruzadə Arzu Əli qızı 1996-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2013-cü ildə Lənkəran Şəhər R. Bədəlov adına 9 saylı tam orta məktəbi bitirib. Elə həmin il Lənkəran Dövlət Universitetinin “Təbiyyyat” fakultəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuş, 2017-ci ildə bitirmişdir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin “İnformatika fənninin tədrisi metodikası və metodologiyası” ixtisaslaşması üzrə magistraturaya qəbul olmuş, 2021-ci ildə bitirmişdir. Əmək fəaliyyətinə 2016-cı ildə Lənkəran Dövlət Universitetində başlamış, universitetdə laborant və operator vəzifələrində işləmişdir. Hal-hazırda “Texnologiya və texniki elmlər” kafedrasının tam ştat müəllimidir. 3 tezis müəllifidir.

arzu.nuruzade96@gmail.com

Müəllim Həmidova Ləman Ruslan qızı

1997-ci ildə Astara rayonu Maşxan kəndində anadan olmuşdur. 2013-cü ildə Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb- liseyini bitirib. Həmin il Lənkəran Dövlət Universitetinin “Qida məhsulları mühəndisliyi” ixtisasına qəbul olub, 2017-ci ildə bitirib. 2017-ci ildə isə Lənkəran Dövlət Universitetinin “Meyvə-tərəvəz məhsullarının saxlanması və emalı texnologiyası” ixtisaslaşması üzrə magistraturaya qəbul olub, 2019-cu ildə isə bitirib.2017-2020-ci illərdə Lənkəran Dövlət Universitetinin “Humanitar” fakültəsində tyutor (akademik məsləhətçi) vəzifəsində çalışıb. 2020-ci ildən

Lənkəran Dövlət Universitetində “Qida məhsullarının texnologiyası” ixtisası üzrə doktorantura təhsilini davam etdirir. 2022-ci ilin sentyabr ayından “Texnologiya və texniki elmlər” kafedrasında tam ştat müəllim kimi fəaliyyət göstərir.

3 elmi məqalə və 3 tezisin müəllifidir.

leman.hamidova@mail.ru

Müəllim Əmənullayev Mahir Qabil oğlu 1970- ci ildə Lerik rayonunun Günəşli kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Texniki Universitetinin Elelktrotexnika fakültəsini bitirmiş, azad təyinatla bir müddət Rusiya Federasiyası Nijniy Tagil şəhərində Nicon Elektronik firmasında mühəndis işləmişdir. 2003- cü ildə BUS Bankın Lənkəran regional filialında mühəndis proqramçı vəzifəsində, sonra Kapital Bankda ATM və Pos terminallar üzrə baş mütəxəssis kimi çalışmışdır. Kapital Bankda müdir müavini işləmişdir. 2006-2008 -ci illərdə Tibb kollecində informatika dərslərini tədris etmişdir. 2017- ci ildən Lənkəran Dövlət Universitetində mühəndis, daha sonra Laboratoriya müdiri vəzifəsində işləməyə başlamışdır. 2022 - ci ildən həm də kafedrada 0.5 şatat müəllimdir. 4 elmi məqalənin, 1 tezisin müəllifidir.

Müəllim Salmanlı Salman Əliqulu oğlu 16 oktyabr 1998 – ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olub. 2005-cı ildə Yardımlı rayonunun Kürəkçi kənd tam orta məktəbinin 1-ci sinfinə, 2016-cı ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir.

491 bal toplayaraq Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat fakültəsinin “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisasına qəbul olmuş, 2021-ci ildə Lənkəran Dövlət Universitetinin “İnformatikanın tədrisi metodikası və metodologiyası” ixtisaslaşmasına qəbul olub, magistraturanı fərqlənmə ilə bitirmişdir.

Oxuduğu dövrdə Azərbaycan Dövlət Pedaqoji Universitetində fəxri fərman, akademik Zahid Xəlilov adına adlı təqaüd, III dərəcəli diplomla təltif olunmuşdur. 2023-cü ildən kafedranın tam ştat müəllimi kimi faliyyətini davam etdirir. 2 elmi tezisi dərc edilmişdir.

Salmansalmanli654@gmail.com

Müəllim Cəfərova Aytac Amil qızı 1998-ci ildə Lənkəran rayonu Gərmətük qəsəbəsində anadan olmuşdur. 2015-ci ildə Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbi bitirib. Həmin il Lənkəran Dövlət Universitetinin “Qida məhsulları mühəndisliyi” ixtisasına qəbul olub, 2019-cu ildə bitirib. 2021-ci ildə isə Lənkəran Dövlət Universitetinin “Qida təhlükəsizliyi” ixtisaslaşması üzrə magistraturaya qəbul olub, 2022-ci ildə isə bitirib.2020-2023-cü illərdə Lənkəran Dövlət Universitetinin “Pedaqogika, psixologiya və incəsənət” kafedrasında laborant vəzifəsində çalışıb. 2023-cü ilin sentyabr ayından “Texnologiya və texniki elmlər” kafedrasında tam ştat müəllim kimi fəaliyyət göstərir. 1 elmi məqalə və 2 tezisin müəllifidir.

ayti_ceferli98@mail.ru Həşimli Fidan Elman qızı 1997-ci ildə Qəbələ rayonu Aydınqışlaq kəndində anadan olmuşdur.

2004-2015-ci illərdə Qəbələ rayon Aydınqışlaq kənd tam orta məktəbini bitirmişdir. 2016-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnologiya və Dizayn” fakültəsinin “Çoxişlənən malların texnologiyası mühəndisliyi” ixtisası üzrə bakalavr səviyyəsini, 2022-ci ildə isə “Tikiş məmulatlarının texnologiyası” ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2017-2018-ci ildə “Formula 1 Grand Prix” yarışlarında könüllü kimi fəaliyyət göstərmişdir. 2018-2020- ci illərdə ADİU universitetində keçirilən bir çox təlimlərdə və debatlarda istirak etmişdir. 2020- ci ilin fevral ayından 3 ay müddətində “Gilan Tekstil Parkı” MMC-nin toxuma, boyaq və tikiş müəssisələrində təcrübəçi olmuşdur. Həmçinin 2020-ci ildə “ BFC” tədris mərkəzində “Ofis Meneceri” vəzifəsində də işləmişdir. 2023-cü ilin sentyabr ayından “Texnologiya və texniki elmlər” kafedrasında 05 ştat müəllim kimi fəaliyyət göstərir.

fhasimli@mail.ru

Hacıhəsənzadə Nigar Səxavət qızı 22 fevral 1995-ci ildə Lənkəran şəhərində doğulmuşdur. 2012-ci ildə Lənkəran şəhər A.Məhərrəmov adına 7 saylı tam orta məktəbini bitirmişdir. 2012-2014-cü tədris illərində Sumqayıt Dövlət Texniki Kollecində “Mühasibat uçotu” ixtisası üzrə təhsil almışdır. 2015-ci ildə Lənkəran Dövlət Universitetinə “Riyaziyyat və İnformatika müəllimliyi” ixtisası üzrə daxil olmuş və həmin ixtisası 2020-ci ildə bitirmişdir. 2020-2022-ci illərdə Odlar Yurdu Universitetində“İdarəetmədə informasiya sistemləri” ixtisaslaşdırılması üzrə magistr təhsili almışdır.

2022-ci ilin sentyabr ayından “Filologiya və ibtidai təhsil” fakültəsində “Operator-kargüzar” vəzifəsində çalışır. 2023-cü ilin sentyabr ayından “Texnologiya və texniki elmlər” kafedrasında 05 ştat müəllim kimi fəaliyyət göstərir.

Elektron ünvanı: nigar.baqirova12@gmail.com


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd