Rektor köməkçisi

Əskərova Rəqsanə Vüqar qızı 8 yanvar 2002-ci ildə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuşdur. 2008-2013 cü illərdə Lənkəran şəhər 5 saylı, 2013-2019-cu illərdə Lənkəran şəhər 8 saylı tam orta məktəbində təhsil almışdır. Orta təhsilini bitirdiyi 2019-cu ildə Lənkəran Dövlət Universitetinin İbtidai sinif müəllimliyi ixtisasına dövlət sifarişli əsaslarla qəbul olmuşdur. 2023 cü ildə Lənkəran Dövlət Universitetini bitirmişdir.

Universitetdə təhsil aldığı illərdə Miracle, Kaspi kurslarında köməkçi müəllim kimi fəaliyyət göstərmişdir.

2023-cü ildə Lənkəran Dövlət Universitetinə laborant vəzifəsinə işə qəbul olmuşdur. 2023-2024-cü illərdə “Rektor köməkçisi-kargüzar”vəzifəsində çalışmışdır.

Hal-hazırda “Rektor köməkçisi” vəzifəsində çalışır.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd