“İqtisadiyyat və innovativ idarəetmə” kafedrası haqqında məlumat

1.Kafedranın tam hüquqi adı - “İqtisadiyyat və innovativ idarəetmə” 2. Kafedranın qısa yaranma və inkişaf tarixi - 28.09.2018-ci il tarixli 1/83 saylı əmr əsasında “İqtisadiyyat və marketinq” və “Biznes və idarəetmə” kafedraları bazası əsasında “İqtisadiyyat və innnovativ idarəetmə” kafedrası yaranmışdır. 3. Kafedranın əsas elmi və pedoqoji fəaliyyət göstəriciləri - Kafedranın professor- müəllim heyəti milli iqtisadiyyatın aktual problemləri üzrə tətbiqi xarakterli tədqiqat işləri aparır, elmi konfranslarda iştirak edir, elmi moniqrafiyalar, dərs vəsaitləri və fənn proqramları çap etdirirlər. Kafedra intensiv olaraq istər respublika, istərsə də onun hüdudlarından kənarda “İqtisadiyyat”, “Biznesin idarə edilməsi”, “Turizm işinin təşkili”, “Marketinq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Beynəlxalq ticarət və logistika”, “Menecment”, “Turizm və otelçilik” ixtisasları üzrə mütəxəssis hazırlığını həyata keçirən bir sıra təhsil müəssisələri, eləcə də şirkət və firmalarla əməkdaşlıq formalarını inkişaf etdirir. Kafedranın professor-müəllim heyəti iki i.e.d., professordan, 3 dosentdən, 6 baş müəllimdən, 7 müəllimdən ibarətdir. 4. Kafedra üzrə ixtisasların siyahısı - “İqtisadiyyat və innovativ idarəetmə” kafedrası “İqtisadiyyat”, “Biznesin idarə edilməsi”, “Turizm işinin təşkili”, “Marketinq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Beynəlxalq ticarət və logistika”, “Menecment” , “Turizm və otelçilik” ixtisasları üzrə bakalavr; “İqtisadiyyatın tənzimlənməsi”, “Turizm və sosial mədəni servis xidməti”, “Biznesin təşkili və idarəedilməsi”, “Biznesin təşkili və idarəedilməsi (Aqrobiznes MBA)”, “Biznesin təşkili və idarəedilməsi (Ərzaq sahəsi üzrə MBA)” ixtisasları üzrə magistr təhsil səviyyələrinə görə ixtisaslaşmışdır. Magisrtatura – ali təhsil sistemində müstəqil səviyyə olmaqla aşağıdakılara imkan verir: konkret elm və praktika sahəsində yüksək ixtisaslı kadrlar hazırlamaq; peşəkar təhsil vermək məqsədi ilə fərdi tələbatları nəzərə almaq və onların səmərəli formada ödənilməsini həyata keçirmək. Kafedranın professor- müəllim heyəti bu vəzifələrin yerinə yetirilməsində aktiv iştirak edir. Magistr hazırlığı eimi-praktiki işlərlə yanaşı, eyni zamanda pedoqoji fəaliyyəti də nəzərdə tutur. Kafedra üzrə mühazirə mətnləri və fənn sillabusları elektron formada hər bir müəllimin elektron poçtunda yerləşdirilmişdir. “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri vəzifəsini icra edən: Əliyeva Gülbəniz Tofiq qızı Əliyeva Gülbəniz Tofiq qızı 1967-cı ildə Bakı şəhərində аnаdаn olmuşdur, azərbaycanlıdır. 1984-cü ildə Bakı şəhər 7 saylı məktəbi qızıl medalla bitirmiş, 1989-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun “Mühəndis iqtisadiyyatı” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1995-ciildə “Bаzаr iqtisadiyyatı şəraitində Azərbaycanın neft maşınqayırmasında kooperasiya əlaqələrinin inkişafının səmərəliliyi”mövzusunda хаlq təsərrüfatının və оnun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarəedilməsinin təşkili (sənaye) ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə еtmişdir. 27 illik müəllimlik stajı vardır. 01.09.2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər və marketinq” kafedrasının müəllimi, 01.09.2003-ciildən həmin kafedranın baş müəllimi, 27.05.2005-ci ildən həmin kafedranın dosenti vəzifəsinə təyin edilmişdir. 2010-2014-cü illər ərzində “BİM” fakültəsinin qiyabi şöbəsində dekan müavini vəzifəsində, 2015-2016-cı ildə fakültənin Elmi şurasının Elmi katibi işləmişdir. 15.09.2016-cı ildən "Beynəlxalq İqtisadiyyat" kafedrasının dosenti vəzifəsində çalışmışdır. Hal-hazırki vахtа qədər iqtisadiyyatın ayrı-ayrı sahələrinə dair yazılmış 50-dən artıq tezis və məqalənin müəllifidir. İyun 2005-ci ildə təsdiq edilmiş “Müasir şəraitdə sənayenin rəqabət qabiliyyətinin yüksəldilməsi problemləri” mövzusunda doktorluq dissertasiyasını başa çatdırmışdır. 2013-cü ildə ingilis dilində dərc olunan “İqtisad elmləri: nəzəriyyə və praktika” beynəlxalq səviyyəli jurnalda məqaləsi dərc olunmuşdur. Bu dövr ərzində bir neçə beynəlxalq elmi konfransın və beynəlxalq forumların işində fəal iştirak edərək çıxışlar etmış, tezisləri çap edilmişdir. Məqalələri həm Azərbaycanda, həm də xaricdə dərc olunmuşdur. Azərbaycan Dövlət İqtisad Universitetinin 80 illiyi münasibətilə Azərbaycan Respublikası təhsil nazirinin 2011-ci il 27 sentyabr tarixli 11/927 nömrəli əmri ilə Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi nişanı ilə, eyni zamanda universitet rəhbərliyi tərəfindən mükafat və fəxri fərmanla təltif edilmişdir. 15.07.2017-ci ildən 02.09.2018 – ci ilədək LDU-nun “İqtisadiyyat və marketinq” kafedrasının müdiri vəzifəsində işləmişdir. Bu müddət əzrində tədris metodiki işlərin həyata keçirilməsində yaxından iştirak etmişdir. Kafedrada tədris olunan magistratura pilləsi üçün “Aqrar sahədə innovasiyanın tətbiqi problemləri” və “Aqrar iqtisadiyyatın aktual problemləri”, bakalavr pilləsi üçün “Mikroiqtisadiyyat” fənn proqramları dərc olunmuşdur. 03-07 dekabr 2018-ci il tarixlərində Lənkəran Dövlət Universiteti və Türkiyə Cümhuriyyətinin Beykent Universitetinin qarşılıqlı mübadilə proqramı çərçivəsində Beykent Universitetinə ezam olunmuş və orada “Uluslararası iqtisadiyyat” və “Mikroiqtisadiyyat” fənlərindən mühazirələr aparmış, elmi seminarda məruzə ilə çıxış etmişdir. Eyni zamanda 01.11.2019 tarixində Mevlana proqramı çərçivəsində Türkiyə Cümhuriyyetinin “Kocaeli” Universitetində “İktisadi və idari bilimlər” fakültəsinin iqtisad bölümündə “Pul nəzəriyyəsi və siyasəti”, “Beynəlxalq iqtisadiyyat”, “Xarici ticarət nəzəriyyələri”, “Avropa iqtisadiyyatı”, “Makroiqtisadiyyat” fənlərindən mühazirə dərsləri aparmış və akademik sertifikatla təltif olunmuşdur. 03 sentyabr 2018 – ci il tarixindən “İqtisadiyyat və idarəetmə” fakültəsinin dekanı vəzifəsinə seçilmişdir. Ailəlidir, 2 övladı var. gulbeniz_aliyeva@mail.ru

Kafedra müdiri haqqında.

8.Kafedra əməkdaşları:

Prof. İmanov Telman İman oğlu

1961-ci ildə Biləsuvar (kecmiş Puşkin) rayonunun Əskərabad kəndində anadan olmuşdur. 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstituna daxil olmuş,1982-ci ildə oranı müvəffəq qiymətlərlə bitirmişdir. 1982-1995-ci illərdə kecmiş Dövlət Maddi-Texniki Təchizat Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1995-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İxtisaslaşmış Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (Azərbaycan Respublikası AAK-nın 27.12.1995-ci il, Pr.55).1995-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəzifəsində calışıb. 2002-2005-ci illərdə Respublikada ilk olaraq yaradılan “Logistika” kafedrasına rəhbərlik edib. 2003-cü ildə nəşr olunan “Marketinqin əsasları” adlı metodiki vəsaitin, 2005-ci ildə isə “Logistika” adlı 2-cildli dərsliyin müəllifidir. 2008-ci ildə “İstehsal vasitələri bazarı: problemlər və perspektivlər” adlı monoqrafiyası nəşr olunub. Azərbaycan Respublikası Prezidenrti yanında AAK-02.04.2004-cü il (Pr.11) tarixli qərarı ilə dosent adına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikası Prezidenrti yanında AAK-nın 22.01.2016 cı il (Pr.02) tarixli qərarı ilə doktorluq dissertasiyasını uğurla müdafiə edərək iqtisad elmləri doktoru adını almışdır. 2005-ci ildən 2018-ci ilin iyununa kimi Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” kafedrasının müdiri olub. “Marketinq”, “Logistika”,“Bazar infrastrukturu”, “Təchizat zəncirində ehtiyatların idarə edilməsi” və s. fənləri tədris edib. 2018-ci ildə “İnnovativ iqtisadiyyatda məhsullar bazarının infrastruktur təminatı: inkluziv inkişafın struktur-analitik aspektləri” adlı monoqrafiyası nəşr olunub. 100-ə yaxın elmi məqalənin, 30-a yaxın fənn proqramlarının müəllifi olmaqla yanaşı, marketinq sahəsində 40 çap vərəqinə yaxın xarici ədəbiyyatları Azərbaycan dilinə tərcümə etmişdir. 2019-2021-ci illərdə “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının müdiri vəzifəsində çalışmışdır. Hal-hazırda Strateji inkişaf üzrə rektor müşaviridir və “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat professor vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.

Elektron ünvanı: telman.adiu@gmail.com

Prof. Muradov Rəşad Şahbaz oğlu

28 aprel 1966-cı ildə Bakı şəhərində anadan olub.1983-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində (əvvəllər Azərbaycan Xalq Təsərrüfat İnstitutu) təhsil alıb. 1992-ci ildə 08.00.01; Siyasi iqtisad üzrə - iqtisad elmləri namizədi alimlik dərəcəsi alıb, 2003-cü ildə 08.00.01.Siyasi iqtisad (iqtisadi nəzəriyyə) -iqtisad elmləri doktoru alimlik dərəcəsi almış, 2007-ci ildən isə– İdarəetmənin təşkili kafedrası üzrə – 08.00.01 və 08.00.05. – professor adına layiq görülmüşdür. Milli iqtisadiyyatın aktual problemlərinə aid 90-a qədər elmi əsərin, o cümlədən, 5 kitab, monoqrafiya, dərs vəsai¬ti və çoxlu tədris proqramlarının müəllifidir.1993-1994-cü illərdə TACİS proqramı çərçivəsində İrlandiya Cümhuriyyıtinin Dublin Universitetində,

1996-1998-ci illərdə TACİS proqramı çərçivəsində Niderland Krallığının Amsterdam Universitetində təhsil alıb. Hazırda UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının professorudur. Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib. 2022-2023-cü tədris ilindən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin nəzdində fəaliyyət göstərən “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. “İqtisadiyyata giriş” və “Biznesin əsasları” fənlərini tədris edir.Ailəlidir, 2 övladı var

rashad_muradov@hotmail.com

İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Zamanov Fizuli Mirzəmməd oğlu

1971-ci ildə Lənkəran rayonunun Ürgə kəndində ziyalı ailəsində anadan olmuşdur. 1992-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “ASK sahələrin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına qəbul olmuş və həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildə “Aqrar sahədə elmi-texniki potensialdan istifadənin təkmil-ləşdirilməsi” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad üzrə fəlsəfə doktoru adına layiq görülmüşdür. 40 elmi məqalə və 1 tədris metodiki vəsaitin, tezislərin və bir çox fənn proqramlarının müəllifidir. 2018-ci ilin fevral ayında dosent vəzifəsinə layiq görülmüşdür. Hal-hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1.0 ştat dosent vəzifəsində çalışır. “Ərtaf mühitin iqtisadiyyatı”, “İnsan resurslarının idarə edilməsi, “Otel menecmenti”, ”Menecment” və s.fənləri tədris edir. Ailəlidir,iki övladı var.

Elektron ünvanı: fizuliz @ list.ru

İqtisad elmləri namizədi, dosent Qarayev Natiq Ənvər oğlu

1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-ci ildə Azərbaycan Dövlət Universitetinə daxil olmuş, 1984-cü ildə oranı müvəffəq qiymətlərlə bitirmişdir. 1984-1986-cı illərdə Bakımetrotikinti İdarəsi nəznində Hesablama Mərkəzində çalış-mışdır.1986-1991-ci illərdə keçmiş Dövlət Plan Komitəsinin nəzdində İnformasiya-Hesablama Mərkəzində mütəxəssis vəzifəsində çalışmışdır. 1989-1992-ci illərdə AMEA-nın Kibernetika İnstitutunun doktoranturasında oxumuşdur və 1992-ci ildə iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.1991-1994-cü illərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyində təhsil alan gənclərin elmi-texniki yaradıcılığı üzrə respublika şurasında məsul katib vəzifəsində çalışmış, 1994-1999-cu illərdə “Esperanto” şirkətinin marketinq üzrə direktor müavini işləmişdir. 1999-2001-ci illərdə Baki Biznes Universitetində dekan vəzifəsində çalışmışdır. 2001-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesin təşkili” kafedrasının baş müəllimi, 2007-2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmi katibi, dekanı, ”Dövlət idarəetməsi və menecment” kafedrasının müdürü vəzifəsində işləmişdir. 2014-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura Mərkəzinin direktor müavini, “Menecment” kafedrasının dosenti, “Rus İqtisad Məktəbinin” dosenti, ADİU-nun Dərbənd filialının tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. “Biznesin əsasları” dərsliyinin, “Biznesdə kontrollinq”, ”Dövlət idarəçilik nəzəriyyəsi” dərs vəsaitinin hazırlamasında yaxından iştirak edib. “Kommersiya fəaliyyətinin əsasları”, “Turizm məhsulunun hazırlanması”, “Ali mikroiqtisadiyyat, “Bronlaşdırma sistemləri”, “Biznesin təhlükəsizliyi, “Biznesin infrastrukturu” və “Biznesin idarə edilməsi” fənlərini tədris edir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0.5 ştat dosent vəzifəsində çalışır. Ailəlidir. Bir övladı var.

Elektron ünvanı: natiq_qarayev@rambler.ru

İqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Əhmədova Turanə Vahid qızı

1983- ildə Qazax şəhərində anadan olmuşdur. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” fakültəsinin “Birja fəaliyyəti və fond bazarı” ixtisası üzrə bakalavr təhsili almış , 2008-ci ildə isə həmin ixtisas üzrə magistraturanı fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin böyük laborantı vəzifəsində çalışmşdır. 2006-cı ildən 2017-ci ilə qədər “Marketinq” kafedrasında “Marketinq”, “Marketinq tədqiqatları” və s. fənnlərdən saat hesabı qaydada dərs aparmışdır.

2011-ci ildə doktoranturaya qəbul olmuş və 29 iyun 2016-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdindəki D 02.051 Dissertasiya Şurasında 5308.01-“Ümumi iqtisadiyyat” ixtisası üzrə “İstehsal vasitələri bazarının infrastrukturunun formalaşması xüsusiyyətləri və inkişaf problemləri” adlı dissertasiya işini müdafiə edərək, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən iqtisadiyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır .

Elmin İnkişaf Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Qrant layihələrinin icrasında iştirakçı qismində iştirak etmişdir. Respublika və beynəlxalq ölkələrin nüfuzlu jurnallarında iqtisadi yönümlü 30-dan çox məqalə və tezisin (o cümlədən, Thomson, Scopus, Web of Science indeksli beynəlxalq jurnallar) müəllifidir.

2018-ci ildə “Innovativ iqtisadiyyatda məhsullar bazarının infrastruktur təminatı: inkluziv inkişafın struktur-analitik aspektləri” adlı monoqrafiyası nəşr olunmuşdur (həmmüəllif prof.T.İ. İmanov).

Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1.0 ştat dosent vəzifəsində çalışır.

Bakalavr pilləsində “Marketinq”, “Biznesin təşkili”, “Menecment”, “Logistika” “Strateji marketinq”, “Marketinq tədqiqatları”,“Beynəlxalq marketinq” və “Biznesin idarə edilməsi”, “Biznesin idarə edilməsinin müasir problemləri”, magistr pilləsində Turizmdə marketinq və onun əsas istiqamətləri, Müasir idarəetmə nəzəriyyələri, Biznesin müasir problemləri, İstehlakçi davranışın idarə edilməsi, S/F (Məhsul strategiyaları və innovasiya) fənlərini tədris edir. Ailəlidir. Bir övladı var.

Elektron ünvanı: turanaxmedov@mail.ru

Baş müəllim Ələkbərov Rövşən Elmidar oğlu.

Ələkbərov Rövşən Elmidar oğlu 03 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-сı idə Moskva Koperativ İnstitutunun Bakı filialının Mühasibat uçotu, təsərrüfat fəaliyyətinin təhlili və nəzarət fakültəsinə daxil olmuşdur. 1994-cü ildə Astara RİC-də iqtisadçı kimi işə qəbul olunmuşdur. 1997-ci ildə Dövlət Sosial Müdafiə Fonduda müfəttiş vəzifəsində işləməyə başlamışdır. 2005-ci ildə DSMF -u Bakı Şəhəri Hüquqi şəxslərlə İş Departamentinə məsləhətçi vəzifəsinə təyin edilmişdir. 2007-ci ildən DSMF Nəsimi rayon şöbəsinin gəlirlər bölməsinin müdiri vəzifəsinə təyin edilmişdir. 2016-cı ildən Masallı Rayon Statistika İdarəsinin baş mühasibi kimi fəaliyyətə başlamışdır. 2017-ci ildən Lənkəran Dövlət Universitetində “Maliyyə idarəetməsi və audit” kafedrasında 0.5 ştat baş müəllim kimi fəaliyyət göstərmişdir. 2022-ci ildən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1.0 ştat baş müəllim vəzifəsində işləyir. İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi vardır. “Milli iqtisadi təhlükəsizlik”, “Beynəlxalq turizm”, “Risklərin idarə edilməsi”, “Biznesdə strateji idarəetmə”, “Turizm məhsulunun hazırlanması”, “Bələdiyyə idarəçiliyi”, “İqtisadiyyata giriş”, “İqtisadi fikir tarixi”, “Makroiqtisadi tənzimləmə”, “Marketinqdə risklərin idarə edilməsi”, “Sahibkarlığın əsasları və biznesə giriş”, “Turizmin, turizm sənayesinin müasir problemləri”,”Dövlətin iqtisadi siyasəti”, “Turizmin infrastrukturu” fənlərini tədris edir. Ailəlidir, üç uşağı var.

Baş müəllim Məcidova Səadət Mirağa qızı

1970-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1977-ci ildə Lənkəran şəhər 2 saylı orta məktəbə daxil olmuş və 1987-ci ildə bitirmişdir. 1987-ci ildə Baki Maliyyə-İqtisad texnikumuna daxil olmuş və 1990-cu ildə bitirmişdir. 1988-ci ildən 2002-ci ilə kimi Lənkəran Qaz İstismar İdarəsində statistik, hesabdar, mühasib və kadrlar üzrə müfəttiş vəzifələrində işləmişdir. 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinə qiyabi şöbəyə daxil olmuş və 2004-cü ildə həmin universitetin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi ixtisası”nı bitirmişdir. 2007-ci ildə həmin universitetdə “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisası” üzrə magistr dərəcəsi almışdır. Azərbaycan Dövlət İqtisad Universitetinin dissertantıdır. 2004-cü ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetində laborant, həmin ildən hal-hazıra kimi müəllim kimi fəaliyyət göstərir. 2018-ci ilin sentyabrından isə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat baş müəllim kimi çalışır. “Azərbaycan iqtisadiyyatı”, “Firmanın iqtisadiyyatı” və “Marketinq” fənlərini tədris edir. Ailəlidir.

Elektron ünvanı:seadet.5@mail.ru

Baş müəllim Səlimov Hikmət Firdovsi oğlu

14 sentyabr 1982-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2000-ci ildə Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına daxil olmuş, 2004-cü ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. 2004-cü ildə Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr təhsilini davam etdirmişdir. 2006-cı ildə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 15 sentyabr 2016-cı il tarixindən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və menecment” kafedrasında müəllim vəzifəsində işləməyə başlamışdır. 2017-ci ildə Lənkəran Dövlət Universitetinin “Sahə iqtisadiyyatı” ixtisası üzrə doktorantura pilləsinə daxil olmuş və “Lənkəran iqtisadi regionunun aqrar-emal sferasında marketinq fəaliyyətinin formalaşması” mövzusunda dissertasiya işi üzərində işləyir. Altı məqalənin və yeddi tezisin müəllifidir. 2017-ci ildən Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1.0 ştat baş müəllim vəzifəsində çalışmışdır. 2019-cu ildən 2020-ci ilədək “Sosial məsələlər üzrə dekan müavini” vəzifəsində çalışmışdır. 16 sentyabr 2019-cu il tarixindən hal-hazırkı ilədək kafedrada 1.0 ştat baş müəllim vəzifəsində çalışır. “Azərbaycan iqtisadiyyatı”, “Firmanın iqtisadiyyatı”, “Xidmət sahələrinin marketinqi”, “Beynəlxalq iqtisadiyyat” və “Marketinq" fənlərini tədris edir. Ailəlidir, iki övladı var.

Elektron ünvanı: hikmat. salimov@bk.ru

Baş müəllim Rəşad Rzazadə İdrət oğlu

20 iyun 1988-ci ildə Lerik rayonun Şinəband kəndində anadan olmuşdur. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və texnologiya” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuş, 2010-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Universitetin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə magistr pilləsinə daxil olmuşdur. 2013-ci ildə Lənkəran Dövlət Universitetinin “Ekonometriya” ixtisası üzrə dissertanturaya qəbul olmuşdur. “Təhsil sistemində mühasibatlıq və auditin avtomatlaşdırılmış rejimdə qurulması informasiya və təhlükəsizliyinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzusunda dissertasiya işi üzərində işləyir. 2011-ci ildə Lənkəran Dövlət Universitetində mühəndis iqtisadçı, 2012-ci ildə mühasib, 2013-cü ildə baş mühasib vəzifələrində işləmişdir. Hal-hazırda universitetin “Maliyyə və mühasib” şöbəsinin müdiri, eyni zamanda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır. “İqtisadiyyatın tənzimlənməsi”, “Mikroiqtisadiyyat”,“Dünya iqtisadiyyatı” və “Makroiqtisadiyyat” fənlərini tədris edir. Ailəlidir. Bir övladı var.

Elektron ünvanı: rashad.rzazada @ mail.ru

Baş müəllim Bağırova Şəfa Vaqif qızı

Bağırova Şəfa Vaqif qızı 1987-ci ildə Neftçala rayonu Astanlı kəndində anadan olmuşdur. 2005-ci ildə Neftçala rayonu Qədimkənd kənd orta məktəbini bitirmişdir. 2009-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat” ixtisasını bitirərək Lənkəran Dövlət Universitetinin “Diferensial tənliklər” ixtisası üzrə magistraturaya qəbul olunub. 2011-ci ildə magistraturanı bitirərək Lənkəran Dövlət Universitetinin “Ekonometriya; iqtisadi statistika” ixtisası üzrə doktoranturaya qəbul olmuş, 2016-cı ildə doktoranturanı bitirmişdir.

2010-2012-ci illərdə Lənkəran Dövlət Universitetində laborant və elmi işçi kimi çalışmış, 2013-2018-ci ildə AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elmi işçi kimi fəaliyyət göstərmişdir. Hal-hazırda Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1,0 ştat baş müəllim, eyni zamanda “İqtisadiyyat və idarəetmə” fakültəsi üzrə “Sosial məsələlər və tələbələrlə iş üzrə” dekan müavini işləyir. Şəfa Bağırova “İqtisadiyyat və idarəetmə” fakültəsi üzrə Tələbə Elm Cəmiyyətinin sədri, Lənkəran Dövlət Universitetinin “Həmkarlar İttifaqının” üzvüdür. 5 məqalə, 20-dən çox tezisin müəllifidir. Ailəlidir, iki oğlu var.

Elektron ünvanı: shefa.baqırova@mail.ru

Baş müəllim Axundov Firdovsi Allahverdi oğlu

01.10.1954-cü ildə Lənkəran şəhərində müəllim ailəsində anadan olmuşdur. 1970-ci ildə Lənkəran 1 saylı orta məktəbini,1975-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əmtəəşünaslıq fakultəsini bitirərək mühəndis-texnoloq ixtisası almışdır. 1975-1976-ci illərdə Neftçala rayonunda fəhlə təhcizatı idarəsində texnoloq vəzifəsində çalışmışdır.

1979-1985-ci illərdə Lənkəran şəhər Komsomol Komitəsinin II və I katibi vəzifələrində çalışıb, 1986-1988-cı illərdə Bakı Ali Partiya Məktəbində idarəçilik sahəsində təhsil alıb. 1988-1991-ci illərdə Lənkəran şəhər Partiya Komitəsində təlimatçı vəzifəsində fəaliyyət göstərib.1991-2006-cı illərdə Lənkəran şəhər İcra hakimiyyətində məsləhətçi, baş məsləhətçi və ərazi idarəetmə orqanları ilə iş üzrə şöbənin müdiri vəzifələrində işləmişdir. 2008-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin rəhbəri, 2019-cu ilin avqust ayından hazırki dövrədək İqtisadiyyat Nazirliyinin kiçik və orta sahibkarlığın inkişafı ağentliyində Lənkəran iqtisadi regionu üzrə xidməti müqavilə əsasında təlimçi-ekspert işləmişdir. Hal-hazırda “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat baş müəllim vəzifəsində çalışır. “Aqrar iqtisadiyyat”,“Baytarlıq işinin təşkili və iqtisadiyyatı” və “Meşə təsərrüfatının iqtisadiyyatı və təşkili” fənlərini tədris edir.

Elektron ünvanı: a.fir.akf@mail.ru

Müəllim Xankişiyev Fərid Xanbaba oğlu

14.10.1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1996-cı ildə orta məktəbə daxil olmuş, 2007-ci ildə məktəbi bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Beynəlxalq iqtisadi münasibətlər və menecment” fakultəsinə daxil olmuş və 2011-ci ildə ali təhsilini əla qiymətlərlə bitirmiş, elə həmin ili Azərbaycan Dövlət Neft Akademiyasının “İnnovasiya strategiyasının təşkili” fakultəsinə daxil olmuş, 2015-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 2011-2012-ci illərdə hərbi xidmətdə olmuşdur. 2016-cı ildən 2018-ci ilədək Bakı Biznes Universitetində laborant və müəllim vəzifəsində çalışıb. 2017-ci ildə “Sahə iqtisadiyyatı” ixtisası üzrə Odlar Yurdu Universitetinin doktorantura şöbəsinə daxil olmuşdur. “Neft-kimya sənayesində fərdi sahibkarlıq fəaliyyətinin iqtisadi səmərliliyinin yüksəldilməsi yolları” mövzusunda dissertasiyaı işi üzərində işləyir. 2018-ci ildən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının 1,0 ştat müəllim, 2022-ci ildən isə baş müəllim vəzifəsində çalışır. Eyni zamanda 29 aprel 2019-cu il tarixində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasının kafedra müdirinin müavini vəzifəsinə təyin edilmişdir. “İqisadi hüquq”, “Korporativ idarəetmə”, “Menecment”, “Turizmdə ekoloji menecment” və “Turizmdə nəqliyyat xidməti” fənlərini tədris edir.

Elektron ünvanı: ferid_khan@mail.ru

Müəllim Rəcəbov Fəxrəddin Musa oğlu

17.12.1950-ci ildə Lənkəran rayonunun Veravul kəndində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Politexnik İnstitutunun Texnologiya fakültəsinə qəbul olunmuş, 1972-ci ildə ali məktəbdə təhsilini tamalayıb “mühəndis-texnoloq” ixtisasını almışdır. 1974-1980-ci illərdə Lənkəran 34 saylı peşə məktəbində “tərbiyəçi-müəllim” vəzifəsində çalışmışdır. 1986-1996-cı illərdə Yerli Sənaye Nazirliyi Lənkəran istehsal kombinatında baş mühəndis, direktor vəzifələrində işləmişdir. 1996-2016-cı illərdə DGK-nin müxtəlif strukturlarında ərazi terminalı üzrə şöbə rəisi, bəyanetmə üzrə mütəxəssis, böyük inspektor, baş inspektor vəzifələrində xidmət etmiş, 14.06.2006-cı il tarixində DGK-nin “Gömrük orqanlarında xidmətə görə” döş nişanı və 30.01.2012-ci il tarixində “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi-nin 20 illiyi (1992-2012)” Azərbaycan Respublikasının Yubiley Medalı ilə təltif olunmuşdur. Hal-hazırda Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1,0 ştat müəllim vəzifəsində çalışır. “Ətraf mühitin iqtisadiyyatı”, “Turizmin iqtisadiyyatı”, “Servis fəaliyyəti”, “Logistika”, “Turizmə giriş”, “Mehmanxana fəaliyyətinin texnologiyası” və “Beynəlxalq biznes” fənlərini tədris edir. Ailəlidir, iki övladı var.

Elektron ünvanı: recebovfaxraddin@gmail com

Müəllim Məmmədov Murad Rahim oğlu

26.03.1992 ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 2008-ci ildə Lənkəran Dövlət Universitetinin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisasına qəbul olmuş, 2012-ci ildə bitirmişdir. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin “İstehsal sferasında mühasibat uçotu və audit” ixtisaslaşması üzrə magistratura pilləsinə, 2018-ci ildə “Sahə iqtisadiyyatı” ixtisası üzrə Lənkəran Dövlət Universitetinin doktorantura şöbəsinə daxil olmuşdur. “Azərbaycanda qeyri-neft sektorunun diversifikasiyası və onun inkişaf istiqamətləri” mövzusunda dissertasiya işi üzərində işləyir. 2013-2015-ci illərdə Lənkəran Dövlət Universitetində iqtisadçı vəzifəsində, 2015-2017-ci illərdə bank sektorunda işləmişdir. 2017-ci ildə Lənkəran Dövlət Universitetində tyutor vəzifəsində çalışmış, 2019-cu ildən 2021-ci ilədək “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında saat hesabı qaydada dərs aparmış, 2021-ci ilin sentyabrından hal-hazıradək “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 1.0 ştat müəllim vəzifəsində çalışır. “İnsan resurslarının idarə edilməsi”, “Ətraf mühitin iqtisadiyyyatı”, “Marketinq”, “İqtisadiyyata giriş”, “Karyera planlaması”, “Beynəlxalq iqtisadiyyat” fənlərini tədris edir.

Elektron ünvanı: muradmemmedov817@mail.ru

Müəllim Bayramov Maarif Arif oğlu

Bayramov Maarif Arif oğlu 10 avqust 1961-ci ildə Lənkəran rayonun Hirkan qəsəbəsində anadan olmuşdur. 1977-ci ildə Hirkan qəsəbə orta məktəbini bitirmişdir. 1979-cu ildə Azərbaycan Dövlət Neft və Kimya institutuna daxil olmuş, 1984-cü ildə həmin institutu bitirmişdir. 1984-1985-ci illərdə Dağıstan Respublikasının Kizlyar Elektromexanika zavodunda mühəndis işləmişdir. 1985-1992-ci illərdə Kosmik Tədqiqatlar Elmi İstehsal Birliyində mühəndis iqtisadçı, plan və əmək şöbəsinin müdiri işləmişdir. 1992-2001-ci illərdə Aqrocihaz kiçik müəssisəsində mühasib işləmişdir. 2001-2003-cü illərdə Lənkəran Cihazqayırma zavodunun direktoru vəzifəsində, 2003-2007-ci illərdə DSMF-nun Lənkəran şəhər şöbəsinin, 2007-2013-cü illərdə DSMF-nun Astara rayon şöbəsinin, 2013-2014-cü illərdə DSMF-nin Lənkəran şəhər şöbəsinin müdüri işləmişdir. 2014-2016-cı illərdə ƏƏSMN-nin Lənkəran ƏƏSM-nin mərkəzinin direktoru, 2016-2018-ci ilin 29.05. tarixinədək ƏƏSMN-nin yanında DSMF-nun Lənkəran şəhər şöbəsinin müdiri işləmişdir.

2019-cü ilin yanvar ayından hal-hazırki dövrə kimi DSKŞ-nin Lənkəran filialının direktoru vəzifəsində işləyir. 2021-ci ildən Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0.5 ştat müəllim kimi fəaliyyətə başlamışdır. Dayanıqlı turizm, S/f (Azərbaycan iqtisadiyyatı), İstehlakçı davranışı, İnsan resurslarının idarə edilməsi, Turizmdə vasitəçilər, Turizm hüququ, İstehsal sahələrinin marketinqi, Mehmanxana fəaliyyətinin texnologiyası, Peşə etikası və etiket, S/F(Xidmət sahələrinin marketinqi), İstehsal sahələrinin marketinqi fənlərini tədris edir. Ailəlidir, 4 övladı var.

maarif.bayramov@inbox.ru

Müəllim Fərhadova Lalə Kamil qızı

Lalə Kamil qızı Fərhadova 1998-ci ildə fevralın 24-də Astara rayonunun Təngərüd kəndində anadan olmuşdur. 2004-cü ildə Astara rayon Təngərüd kənd Səməd Vurğun adına tam orta məktəbə daxil olmuş və 2015-ci ildə oranı bitirmişdir. Elə həmin il Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin İqtisadiyyat ixtisasına qəbul olmuşdur. 2019-cu ildə universiteti bitirmişdir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat ixtisasının İqtisadiyyatın tənzimlənməsi ixtisaslaşmasına qəbul olmuşdur. 2021-ci ilin iyun ayında magistraturanı bitirmişdir. 2021-ci ilin sentyabr ayından İqtisadiyyat və innovativ idarəetmə kafedrasının 0,5 ştat müəllimi kimi çalışır. “Mikroiqtisadiyyat” və “İqtisadiyyatın tənzimlənməsi” fənlərini tədris edir. Evlidir.

laleferhadova1998@gmail.com

Müəllim Babazadə Şahanə Əlibayram qızı.

Babazadə Şahanə Əlibayram qızı 03 mart 1993-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 1999-cu ildə Lənkəran şəhər 1 saylı tam orta məktəbi bitirmişdir. 2010-cu ildə Azərbaycan Texniki Universitetinin “Mühəndis Biznesi və Menecment” fakültəsinə daxil olmuş, 2014-cu ildə “Menecment” ixtisasını bitirmişdir. 2014-cu ilin oktyabr ayında “Unibank ” KB ASC-in Lənkəran filialında əməliyyatçı vəzifəsində işə daxil olmuşdur. 2017-ci ilin mart ayında “Paşa Sığorta” ASC-in Lənkəran nümayəndəliyində satış mütəxəssisi vəzifəsində işə daxil olmuşdur. 2019-cu ildə publik hüquqi şəxsində təsərrüfat şöbəsinin rəisi vəzifəsində çalışıb. 2018-ci ildə Lənkəran Dövlət Universitetində “İqtisadiyyatın tənzimlənməsi” ixtisaslaşması üzrə magistr pilləsinə daxil olmuşdur. 2020-ci ildə həmin universiteti bitirmişdir. 2021-ci ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0,5 ştat, 2022-ci ilin sentyabr ayından isə 1 ştat müəllim kimi çalışır. “Mikroiqtisadiyyat”, “İqtisadi fikir tarixi”, “Azərbaycan iqtisadiyyatı”, “İqtisadiyyata giriş” fənlərini tədris edir. Ailəlidir, 2 övladı var.

shahanababazade@gmail.com

Müəllim Şahbazova Lalə Əbdülrəhim qızı

Lalə Əbdülrəhim qızı Şahbazova 11 avqust 1995-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. 2012-2016-cı illərdə Lənkəran Dövlət Universitetinin “Mühasibat uçotu və audit”ixtisası üzrə bakalavr təhsili almışdır. 2018-ci ildə LDU-nun “Mühasibat uçotu və audit”ixtisasının “Xidmət sferasında mühasibat uçotu və audit” ixtisaslaşması üzrə magistraturaya qəbul olunmuşdur. 2020-ci ildə magistr təhsilini fərqlənmə ilə başa vurmuşdur. LDU-da 11 iyul 2016-cı il tarixdən “Maliyyə və mühasibat” şöbəsində kommunikasiya texnologiyaları üzrə mühasib kimi fəaliyyətə başlamışdır. 01.01.2017-ci ildə mühasib, 19.09.2017-ci ildən Aparıcı mühasib (baş mühasibin müavini) 05.07.2019-cu ildən ərizəsi nəzərə alınaraq 0,5 ştat internet və saytla iş üzrə mütəxəssis, 10.02.2020-ci ildə Elm şöbəsində 0,5 ştat Qrif işləri üzrə mütəxəssis, 09.09.2020-ci il tarixindən hal-hazıradək Elm və tədqiqat işləri şöbəsində1,0 ştat Doktorantura və dissertantura işləri üzrə mütəxəssis vəzifəsində çalışır və eyni zamanda 2022-ci ildən “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında saathesabı müəllim kimi fəaliyyətə başlamışdır. “Mikroiqtisadiyyat”, “İqtisadiyyatın tənzimlənməsi”, “Menecment” fənlərini tədris edir.

Evlidir, 1 övladı var

shahbazova1995@gmail.com

Kafedranın yerləşdiyi poçt ünvanı, telefonları, elektron ünvanı, faks nömrəsi

Kafedranın ünvanı :Lənkəran şəhəri, Füzuli küçəsi, 170 a, I saylı tədris korpusu.

Telefon: 025 25 5 31

Elektron ünvanı: lsu.edu.az

Faks nömrəsi: 5-25-88


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd