Texniki təsərrüfat şöbəsi.

Şöbə Lənkəran Dövlət Universitetinin Elmi Şurasının 12 iyul 2016-cı il tarixli iclasında təsdiq edilmişdir.Şöbənin fəaliyyətinin əsas məqsədi Universitetin texniki siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən etmək, onun texniki xidmətinə, təsərrüfat, mədəni-məişət işlərinə bilavasitə rəhbərliyi həyata keçirməkdir.

Şöbənin müdiri: Camalov Ramin Calal oğlu

1977 - ci il 17 yanvar tarixində Zaqatala rayonunun Faldarlı kəndində anadan olub. 1984-1994 – cü illərdə Faldarlı kənd orta məktəbini bitirib.

1994-1999 - cu illərdə Qafqaz Universitetində (indiki Bakı Mühəndislik Universiteti) Sənaye Mühəndisliyi ixtisası üzrə ali təhsil alıb.

1999-2000 – ci illərdə Baku Steel Company MMC – də layihə müdirinin köməkçisi, 2000-2002 – ci illərdə Bakı Qida və Yağ Fabriki MMC - də Proses Kontrol Mühəndisi, 2003-2005 – ci illərdə Taylor Heavy Engineering Services MMC – də layihə müdirinin müavini vəzifələrində çalışıb.

2006-2008 – ci illərdə Gilan Qəbələ Konserv Zavodu MMC – də İstehsalat Müdiri vəzifəsində çalışıb.

2009 - cu ilin yanvar ayından 2025 – ci ilin oktyabr ayına kimi Lənkaran Konserv Zavodu MMC – də Zavod Direktoru vəzifəsində çalışıb.

2025 – ci ilin noyabr ayından 2026– cı ilin yanvar ayına kimi Lənkaran Dövlət Universitetində Qida Laboratoriyasının Müdiri vəzifəsində çalışıb.

2026 – cı ilin yanvar ayından 2026 – cı ilin aprel ayına kimi Lənkaran Dövlət Universitetində Mühəndis (Avadanlıqlar üzrə) vəzifəsində çalışıb.

2026 – cı ilin Aprel ayından hal-hazıra kimi Lənkaran Dövlət Universitetində Texniki – Təsərrüfat şöbəsinin Müdiri vəzifəsində çalışır.

2007 - ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 2 övladı var.

Bölmə əməkdaşları haqqında :

Məmmədov Nurəli Hacıbaba oğlu

1955-ci ildə Lənkəran şəhərində anadan olmuşdur.1962—72 ci illərdə Lənkəran şəhər 2 saylı tam orta məktəbini bitirmişdir.1973-ci ildə Azərbaycan İnşaat mühəndisləri İnstitutuna qəbul olunmuş 1978-ci ildə oranı bitirmişdir.1982-84-cü illərdə hərbi xidmətdə olmuşdur.Lənkəran şəhər sovetində Əsaslı tikinti şöbəsinin müdiri, 1998-2021-ci ilin oktyabrına qədər Lənkəran Kommunal müəssisələr kombinatının rəisi vəzifəsində çalışmışdır. 2021-ci ilin noyabrından 2026 – cı ilin aprel ayına kimi Lənkəran Dövlət Universitetində Təsərrüfat şöbəsinin müdiri vəzifəsində çalışıb. 2026-cı ilin aprel ayından hal-hazıra kimi Lənkəran Dövlət Universitetində Mühəndis (Avadanlıqlar üzrə) vəzifəsində çalışır.

Ailəlidir, bir övladı var.

Əsgərov Afəq Rəşid oğlu

1961-cı ildə Lənkəran şəhər Gərmətük qəsəbəsində anadan olmuş, 1969-79-cu ildə orta məktəbi bitirmişdir.1983-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, Aqrar Sənaye Kombinatının İnzibati Təsərrüfat Şöbəsinin müdiri ,2004-cü ildə Bakı şəhər Ticarət və Xidmət Departamentində baş məsləhətçi vəzifəsində çalışmışdır.2019-cu ilin iyul ayından Lənkəran Dövlət Universitetində Texniki təhlükəsizlik üzrə mütəxəssis vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Xanışov İlkin Məmmədrəhim oğlu

1974 ildə Lənkəran rayonu Sutəmurdov kəndində anadan olmuşdur. 1991-ci ildə Sutəmurdov Məktəbini bitirmiş , 1991-ci ildə Kommersiya texnikumuna daxil olmuş 1996- ci ildə bitirmişdir. Müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır.

2012-ci ilin iyun ayından 2024-ci ilin aprel ayına kimi Lənkəran Dövlət Universitetində Komendant vəzifəsində çalışıb.

2024-ci ilin aprel ayından hal-hazıra kimi Lənkəran Dövlət Universitetində Anbardar vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Həsənzadə Vüsalə Fərahim qızı

1985-ci ildə Lənkəran şəhərində anadan olmuş, 1990-cı ildə 2 saylı orta məktəbə daxil olmuş və 2000 –ci ildə bitirmişdir. 2001-ci ildə Lənkəran şəhər Humanitar Kollecə daxil olmuş və 2004-cü ildə Kolleci bitirmişdir. 2005-ci ildən hal hazıra kimi Lənkəran Dövlət Universitetinin 2 saylı tədris korpusunda komendantı vəzifəsində çalışır.

Axundov Mübariz Qurban oğlu

1959 cu ildə Lənkəran şəhərində anadan olmuşdur.1967-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbində oxumuş 76-ci ildə həmin məktəbi bitirmişdir. Hərbi xidmətdən sonra 1984-cü ildə Azərbaycan İnşaat Unstitutuna daxil olmuş 1990-cı ildə Hidromeliorasiya fakultəsini bitirmişdir. Uzun müddət Lənkəran şəhər Konserv kombinatında iqtisadçı vəzifəsində çalışmışdır.01 may 2019-cu ildən hal hazıra kimi Lənkəran Dövlət Universitetində 3 saylı tədris korpusunda və yataqxana binasının komendantı vəzifəsində çalışır.

Evlidir iki övladı var.

Quliyev Tofiq Fətda oğlu

1962-ci ildə Lənkəran şəhər Port-İliç qəsəbəsində anadan olmuş,1981-ci ildə orta məktəbi bitirmişdir.1984-1990-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun “Maşınqayırma” fakultəsini bitirmişdir.Lənkəran şəhər Cihazqayırma zavodunda texnoloq,Qızılağac Dövlət Qoruğunda sahə rəisi, Bakı Şin zavodunun Marsoda yerləşən Lənkəran filialında baş mühəndis və 2019-cu il sentyabr ayından Lənkəran Dövlət Universitetində komendant, 2020-ci ildən hal hazıra kimi Turizm təcrübə bazasının müdiri vəzifəsində çalışır.

Ailəlidir, iki övladı var.

Əliyev Rafiq Səməd oğlu

1963-cü ildə Lənkəran rayonu Avrora qəsəbəsində anadan olmuş, 1980-cı ildə orta məktəbi bitirmişdir.1981-1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Meyvə-tərəvəzçilik və üzümçülük” fakultəsini bitirmişdir.

1986-1997 – ci illərdə Lənkaran rayonu Avrora Çay Sovxozunda Briqadir, Keyfiyyət üzrə Aqronom və şöbə müdiri işləyib.

1997-2001 – ci illərdə Xanbulaq aqrotexservis korporativinin sədri işləyib.

2001-2015 – ci illərdə Azdövyerqurlahin Lənkaran rayonlar arası yer quruluşu idarəsində aparıcı mühəndis, sahə rəisi və idarə rəisi işləyib.

2015-2019 – ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Lənkaran Lahiyə Tədqiqat idarəsində mühəndis işləyib.

2019-2024 – ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnistutunun Lənkaran Çay filialında Çay və Sitrus bitkilərinin becərmə texnologiyası üzrə şöbə müdiri işləyib.

2024-cü il fevral ayından hal hazıra kimi Lənkəran Dövlət Universitetində Tədris-təcrübə təsərrüfatının müdiri vəzifəsində çalışır.

1995- ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, üç övladı var.

Bayramov İltifat Mirqələm oğlu

1957 - ci ildə Lerik rayonun Siyov kəndində anadan olmuşdur. 1964-ci ildə Siyov kənd orta məktəbində oxumuş və 1974-cü ildə həmin məktəbi bitirmişdir. 1975 – 1977 – ci illərdə Rusiyanın Kalininqrad şəhərində hərbi xidmət keçib. Hərbi xidmətdən sonra müxtəlif tikinti şirkətlərində usta, briqadir işləyib.

1992 - 1993 – cü illərdə Azərbaycan Respublikasınn ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib.

2018 – ci ilin aprel ayından 2020 – ci ilin may ayına kimi Lənkəran Dövlət Universitetində 1 saylı tədris korpusunda bağban kimi çalışıb.

2020 – ci ilin may ayından 2022 – ci ilin sentyabr ayına kimi Lənkəran Dövlət Universitetində 1 saylı tədris korpusunda ocaqçı-bağban kimi çalışıb

2022-ci ilin sentyabr ayından hal hazıra kimi Lənkəran Dövlət Universitetində 1 saylı tədris korpusunda komendantı vəzifəsində çalışır.

Evlidir, bir övladı var.

Cəfərov Əbülfəz Hüseyinağa oğlu

1978 - ci ildə Lənkaran rayonun Nərimanabad-2 qəsəbəsində anadan olmuşdur. 1985 - 1993-cü illərdə Nərimanabad-2 qəsəbəsində orta məktəbində oxumuş.

1993 – 1996 – ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub.

1996 – 2000 – ci illərdə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini oxuyub və Tank qoşunları komandanı ixtisası üzrə leytenant hərbi rütbəsi alıb.

2000 – 2009 – ci illərdə N saylı Hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edib.

2024 – cü ilin yanvar ayından 2024 – cü ilin aprel ayına kimi Lənkəran Dövlət Universitetində Mülkü Müdafiənin qərargah rəhbəri vəzifəsində çalışıb.

2024 – cü ilin aprel ayından hal hazıra kimi Lənkəran Dövlət Universitetinin İnzibati binada komendant vəzifəsində çalışır.

Evlidir, dörd övladı var.

Qasımov Eldar Xanoğlan oğlu

1976 - ci ildə Tovuz rayonun Hacıhəsənli kəndində anadan olmuşdur. 1982 - 1992-cü illərdə Hacıhəsənli kənd orta məktəbində oxumuş.

1994 – 1998– ci illərdə Bakı Ali Hərbi Dənizçilik məktəbinin Mülkü Müdafiə ixtisasını bitirib və leytenant hərbi rütbəsi alıb.

1998 – 2002 – ci illərdə N saylı Hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edib.

2002 – 2006 – ci illərdə Mülkü Müdafiə idarəsinin Lənkaran Regional şöbəsinin rəisinin köməkçisi vəzifəsində xidmət edib.

2006 – 2018 – ci illərdə FHN – nin N saylı Hərbi hissələrində Hərbi hissə Komandirinin maddi-texniki təminat üzrə müavini vəzifələrində xidmət edib.

2019 – cu ilin dekabr ayından hal hazıra kimi Lənkəran Dövlət Universitetində Mühafizə Xidmətinin Rəhbəri vəzifəsində çalışır.

Evlidir, iki övladı var.

Lənkəran şəhər H.Aslanov xiyabanı -50 ( indeks 4200 ), 25-5-06-92, faks 25-5-25-86


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd