Maliyyə, mühasibat və təminat mərkəzi

Mərkəz, Universitet fəaliyyətə başladığı dövrdə “Mühasibat şöbəsi” kimi yaradılmış, “Universitetin Elmi Şurasının 08 iyun 2016-cı il tarixli Qərarı”na əsasən “Maliyyə və mühasibat” şöbəsi kimi adlandırılmış və “Elmi Şuranın 21 dekabr 2023-cü il tarixli Qərarı” ilə “Maliyyə, mühasibat və təminat mərkəzi” olaraq yenidən təşkil olunmuşdur. Maliyyə, mühasibat və təminat mərkəzi Lənkəran Dövlət Universitetinin sturuktur bölməsidir və səlahiyyət bölgüsünə görə universitetin rektoruna tabe olub, cari məsələlərin həllini maliyyə-təsərrüfat işləri üzrə prorektorla koordinasiya edir. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Mühasibat uçotu haqqında Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı və Sərəncamlarını, Azərbaycan Respublikasının Əmək Məcəlləsini, Azərbaycan Respublikasının müvafiq qanunlarını və normativ-hüquqi aktlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əsasnaməsini, Nazirliyin Kollegiyasının qərarlarını, Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin Əmr νə Sərəncamlarını, Universitetin Nizamnaməsini və onun fəaliyyətini tənzimləyən digər normativ-hüquqi aktları, rektorun əmri və sərəncamlarını, habelə öz Əsasnaməsini rəhbər tutur. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Universitetin Strukturları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

Maliyyə, mühasibat və təminat mərkəzinin strukturu və işçilərinin sayı Elmi Şura tərəfindən müəyyən olunur və təsdiq edilir. Mərkəzin fəaliyyətinə mərkəz direktoru (baş mühasib) rəhbərlik edir. Mərkəz direktoru mərkəzi təmsil edir, fəaliyyətini təşkil edir və ona rəhbərlik edir. Tabeliyində olan şöbələr və bölmə əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, onların əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir, şöbələr üzrə müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini universitetin rəhbərliyinə təqdim edir.

Maliyyə, mühasibat və təminat mərkəzinin tərkibində 2 (iki) şöbə və 1 (bir) şöbə daxilində bölmə fəaliyyət göstərir:

I. Maliyyə və mühasibat şöbəsi;

I.II Maliyyə bölməsi (tələbələrlə iş üzrə);

II. Satınalmaların təşkili və təchizat şöbəsi.

I. Maliyyə və mühasibat şöbəsi professor-müəllim heyətinə, inzibati idarəetmə heyətinə əmək haqqı və tələbələrə isə təqaüdlərin hesablanması və ödənilməsində ən müasir metodları tətbiq edir. Mühasibat uçotu maksimum avtomatlaşdırılaraq uçot məlumatlarının etibarlığını və dəqiqliyini yüksək səviyyədə aparır. Ölkədə təhsilin inkişafı ilə bağlı olan iqtisadi mexanizmlərin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 saylı fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 saylı qərarına əsasən yeni maliyyələşmə mexanizmi universitetdə səmərəli tətbiq olunur.

Belə ki:

- Maliyyə və mühasibat şöbəsində büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununa və digər normativ-hüquqi aktlara, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, tətbiq edilməsindən asılı olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını, ilkin uçot sənədləri əsasında analitik və sintetik uçotun aparılması qaydalarını, maliyyə, vergi və digər hesabatların tərtib edilməsi qaydasını, yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, mühasibat uçotunun təşkilini, maliyyə hesabatlarının tərtibini, müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinə aid olan maliyyə və nəzarət-təftiş orqanlarının və digər rəhbər orqanların normativ hüquqi aktlarını, müəssisənin strukturunu, onun perspektiv inkişafını, mühasibat uçotunun müəssisələrdə təşkilini, maliyyə hesabatlarının formasını, tərtib və təqdim edilmə müddətlərini, pul, maddi vəsaitlərin daxil edilməsi, qəbulu, saxlanılması və xərclənməsi qaydalarını, debitor və kreditorlarla hesablaşma qaydalarını, yoxlanış və sənədli təftişin qaydalarını, aktivlərin və öhdəliklərin inventarizasiyası qaydalarını, müəssisənin təsərrüfat və maliyyə fəaliyyətinin təkmilləşdirilməsində qabaqcıl təcrübəni, iqtisadiyyatın əsaslarını, əməyin və idarəetmənin təşkilini, mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyini, əməyin mühafizəsi normalarına uyğun işlər aparılır.

- “Maliyyə və mühasibat” şöbəsi müəssisədə uçotun formalaşdırılmasını, baş vermiş maliyyə-təsərrüfat əməliyyatları üzrə ilkin uçot sənədləri əsasında aktivlər, öhdəliklər, kapital, gəlir və xərclər barədə məlumatların yığılmasını, qeydiyyatını və ümumiləşdirilməsini, bu məlumatlara uyğun olaraq analitik və sintetik uçotunun aparılmasını, habelə maliyyə, vergi və digər hesabatların müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini və mühasibat uçotu sənədlərinin saxlanılmasını təmin edir. Digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədi ilə mühasibat uçotu məlumatları əsasında müəssisənin maliyyə təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.

- “Maliyyə və mühasibat” şöbəsi xərclər smetasının hazırlanmasını təşkil edir. Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının, pul təminatının və ona bərabər tutulan (məzuniyyətə çıxma, xidməti ezamiyə və digər hallarla bağlı) ödənişlərin hesablanması və qabaqcadan verilməsini, birdəfəlik haqq-hesabın işlənilməsini və ödənişlərin aparılmasını, dövlət büdcəsinə ödəmələr, məcburi dövlət sosial sığorta, digər icbari sığorta haqları üzrə borcların qoyulan vaxt ərzində verilməsini və digər ehtiyat fondlarına ayırmaları həyata keçirir. Mühasibat uçotu sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, vəzifə maaşlarının təyin edilməsinin, aktivlərin və öhdəliklərin inventarizasiyasının, mühasibat uçotunun aparılmasını təmin edir. İnventarizasiya zamanı aktiv və öhdəliklərin mövcud faktiki qalığı ilə mühasibat uçot məlumatları arasında yaranmış kənarlaşmaların aradan qaldırması ilə əlaqədar müvafiq işlərin aparılmasını təmin edir. Mühasibat uçotu sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirir.

- Maliyyə və mühasibat şöbəsinin fəaliyyətinin əsas məqsədi universitet tərəfindən həyata keçirilən bütün maliyyə əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsini, ona nəzarəti, operativ məlumatların əks etdirilməsini, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təmin etməklə mühasibat uçotu və hesabatının məlumatları üzrə universitetin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilini həyata keçirməkdir.

I.II Maliyyə bölməsinin (tələbələrlə iş üzrə) öhdəliyində olan aşağıdakı vəzifə funksiyaları vardır:

- Universitetə tələbə qəbulu zamanı ödənişli əsaslarla qəbul olunmuş tələbələrin ödənişlərinə nəzarət etmək, xüsusi imtiyazlı tələbələrin dövlət büdcəsi hesabına təhsil alabilmələri üçün onlardan müvafiq sənədləri tələb etmək, universitetdə təhsil alan tələbələrlə kredit sisteminə uyğun, həmçinin akademik borcu olan tələbələrlə müvafiq müqavilələrin bağlanılmasına nəzarət etmək, universitetə qəbul olunan dövlət sifarişli və imtiyazlı tələbələrin ödənişlərinin dövlət büdcəsi hesabına ödənilməsi üçün müvafiq maliyyə sifarişlərini vermək, təhsil haqlarının və akademik borc ödənişlərinin yüksək dəqiqliklə hesablanmasını təmin etmək, tələbələrə tələbə bileti və təqaüd kartı funksiyalarını özündə birləşdirən vahid tələbə bank kartının sifarişində lazım olan məlumatların yerləşdirilməsinə köməklik göstərmək, tələbə təqaüdlərinin dövlət büdcəsi hesabına maliyyələşməsi üçün müvafiq maliyyə sifarişlərini təqdim etmək, tələbə təqaüdlərin hesablanması və ödənilməsini təmin etmək, tələbələrlə bağlı universitetin əməkdaşlıq etdiyi Qurumlar və Fondlarla bağlı tədbirlərdə iştirak etmək və aidiyyəti işləri görmək, bölmənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq, bölmə əməkdaşları tərəfindən fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək, bölmədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin etmək, fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

II. Satınalmaların təşkili və təchizat şöbəsi.

Satınalmaların təşkili və təchizat şöbəsi satınalmaların qanunvericiliyin tələblərinə uyğun keçirilməsi məqsədilə struktur vahidlərinin bu sahədə fəaliyyətlərinin tənzimlənməsi və idarə olunmasını təmin edir.

Universitetdə satınalmaların təşkili və həyata keçirilməsi fəaliyyəti Azərbaycan Respublikasının qüvvədə olan satınalma qanunvericiliyinə və universitetin daxili satınalma prosedurlarına uyğun şəkildə icra olunur. Satınalma proseslərinin şəffaf, rəqabətli və qanunauyğun aparılması məqsədilə əsasən kotirovka sorğusu, bir mənbədən satınalma və açıq tender metodlarından istifadə edilir. Satınalma prosedurları çərçivəsində texniki tapşırıqların hazırlanması, bazar qiymətlərinin araşdırılması, iştirakçılar tərəfindən təqdim edilən təkliflərin qiymətləndirilməsi, qalibin müəyyən olunması, müqavilələrin bağlanılması və icrasına nəzarət tədbirləri həyata keçirilir.

Lənkəran Dövlət Universitetinin dövlət büdcəsindən ayrılan və müxtəlif mənbələrdən daxil olan vəsaitlər hesabına satınalmaların “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun və bununla bağlı qəbul edilmiş digər alt normativ aktların tələblərinə uyğun təşkilini həyata keçirir, struktur vahidlərinin bu sahədə fəaliyyətlərini tənzimləyir, əlaqələndirir və koordinasiya edir, təmir təmir-bərpa işlərinin icrasına yerli istismar idarələri ilə birgə baxış keçirir, mal-materialların, iş və xidmətlərin standartlara uyğunluğuna, bağlanmış müqavilələrin icrasına nəzarət edir və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

Maliyyə, mühasibat və təminat mərkəzinin direktoru (baş mühasib)


Rzazadə Rəşad İdrət oğlu 20 iyun 1988-ci ildə Lerik rayonun Şinəband kəndində anadan olmuşdur. 1996-cı ildə Lerik rayonu Şinəband kənd əsas məktəbin 1-ci sinfinə daxil olmuş, 2006-cı ildə Lerik şəhər inteqrasiya təlimli internat tipli gimnaziyanı bitirmişdir. 2006-cı ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və texnologiya” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuş, 2010-cu ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il universitetin “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisaslaşması üzrə magistr pilləsinə daxil olmuşdur. 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidməti bitirdikdən sonra magistratura təhsilini qiyabi davam etdirməklə Lənkəran Dövlət Universitetində “Riyazi-iqtisadi təhlilin və iqtisadi inkişafın problemləri” elmi tədqiqat laboratoriyasında mühəndis-iqtisadçı vəzifəsində işləyib, 2012-ci ildən Universitetin Mühasibat şöbəsində əvvəl mühasib və aparıcı mühasib vəzifələrində çalışmışdır. 15 noyabr 2012-ci il tarixindən baş mühasib əvəzi, 02 sentyabr 2013-cü il tarixindən universitetin baş mühasibi, 2016-cı ildən maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib), 2024-cü il yanvar ayının 07-dən etibarən “Maliyyə, mühasibat və təminat mərkəzi”nin direktoru( baş mühasib) vəzifəsində çalışır. DİM tərəfindən keçirilən “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə II səviyyə peşəkar mühasib sertifikatı”, “Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə peşəkar mühasib sertifikatı”, “Kiçik və orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq standartları üzrə peşəkar mühasib sertifikat” larını əldə etmişdir. 12 dekabr 2013-cü il tarixində “Mühasibatlıq və auditin avtomatlaşdırılmasının əsasları və iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzüsunda dissertasiya işini müdafiə edərək magistr diplomu almışdır. 2013-cü ildə Ekonometrika ixtisası üzrə Lənkəran Dövlət Universitetinin Dissertanturasına qəbul olunmuş və 2017-ci ildə bitirmişdir. Hal-hazırda fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün “Təhsil sistemində mühasibatlıq və audit işinin avtomatlaşdırılmış rejimdə qurulmasının informasiya təminatının və təhlükəsizliyinin iqtisadi səmərəliliyinin qiymətləndirilməsi” mövzüsünda dissertasiya işi üzərində çalışır. Həmçinin 2013-cü ildən Universitetdə “İqtisadiyyat və menecment” kafedrasında 0.5 ştat müəllim kimi fəaliyyət göstərmiş və 16 sentyabr 2019-cu il tarixindən “İqtisadiyyat və innovativ idarəetmə” kafedrasında 0.5 ştat baş müəllim vəzifəsində çalışmışdır.

I. Maliyyə və mühasibat şöbəsi:

1. Maliyyə və mühasibat şöbəsinin müdiri (baş mühasib müavini)

Nəcəfli Elvin Hüseynağa oğlu


Nəcəfli Elvin Hüseynağa oğlu 19 noyabr 1991-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1998-ci ildə Lənkəran şəhər “Teymur bəy Bayraməlibəyov adına 2 saylı tam orta məktəb”ə daxil olmuşdur. 2009-cu ildə Lənkəran şəhər “Xarici Dillər Təmayüllü İnternat tipli Gimnaziya məktəbi”ni bitirmiş, elə həmin ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Biznesin təşkili və idarə edilməsi” ixtisasına daxil olmuşdur. 2013-cü ildə Lənkəran Dövlət Universitetini bitirdikdən sonra hərbi xidmətə çağrılmış və 2014-cü ildə həqiqi hərbi xidmətini başa vurmuşdur. 2016-cı il 11 iyul tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat şöbəsi”ndə iqtisadçı kimi fəaliyyətə başlamış, sonra 2017-ci il 05 sentyabr tarixindən böyük iqtisadçı, 18 may 2020-ci il tarixindən “Maliyyə və mühasibat şöbəsi”nin müdir müavini, 07 yanvar 2024-cü il tarixindən “Maliyyə və mühasibat şöbəsi”nin müdiri vəzifəsində çalışır. 2018-ci ildə Lənkəran Dövlət Universitetinin “Turizm və sosial-mədəni servis xidməti” ixtisaslaşmasına qəbul olmuş və 2020-ci ildə həmin ixtisaslaşma üzrə məzun olaraq magistr adını qazanmışdır. ERASMUS+ layihəsi çərçivəsində təlim proqramı çərçivəsində 20.05.2024-cü il tarixindən başlayaraq 5 gün müddətinə Polşanın Olştin şəhərində yerləşən Warmiya və Mazuri Universitetində Tərəfdaş ölkələr üçün Təlim üzrə Kadrların Mobilliyi (STT) ERASMUS+ proqramı çərçivəsində təlimdə iştirakdan ötrü sertifikat verilmişdir.

2. Böyük mühasib,

Hüseynzadə Mehdi Elçin oğlu


Hüseynzadə Mehdi Elçin oğlu 12 iyun 1997-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-cü ildə Lənkəran şəhər “Xarici Dillər Təmayüllü İnternat tipli Gimnaziya məktəbi”nə daxil olmuş və 2014-cü ildə həmin orta məktəbi bitirmişdir. 2014-cü ildə Lənkəran Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin əyani şöbə üzrə “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 2018-ci ildə universiteti bitirib bakalavr adını qazandıqdan sonra hərbi xidmətə çağırılmış və 2019-cu ildə həqiqi hərbi xidməti başa vurmuşdur. 2020-ci il fevralın 16-da Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Dövlət Qulluğu imtahanında yüksək nəticə göstərərək BB2 sertifikatına layiq görülmüşdür. 04 avqust 2020-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində “Mühasib”, 02 sentyabr 2024-cü il tarixindən “Aparıcı mühasib” vəzifəsində çalışmışdır. 06 yanvar 2025-ci il tarixindən Maliyyə və mühasibat şöbəsində “Böyük mühasib” vəzifəsində işləyir.



3.Aparıcı mühasib,

Nəcəfova Fatimə Məhəmməd qızı


Nəcəfova Fatimə Məhəmməd qızı 1992-ci il 12 avqust tarixində Astara rayonu Ərçivan kəndində anadan olmuşdur. 1998-ci ildə Astara rayonu Ərçivan kənd N. Kərimov adına 3 saylı tam orta məktəbinə daxil olmuş, 2009-cu ildə həmin məktəbi bitirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit“ ixtisasına qəbul olmuş, 2016-cı ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. 2022-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İstehsal sferasında mühasibat uçotu və audit“ ixtisaslaşmasına qəbul olmuşdur. 01 oktyabr 2022-ci il tarixindən “Maliyyə və mühasibat şöbəsi”ndə “Mühasib” vəzifəsində işləyir.

4.Mühasib,

Həsənzadə Şəhriyar Bəxtiyar oğlu


Həsənzadə Şəhriyar Bəxtiyar oğlu 28 fevral 1995-ci ildə Lənkəran rayonu Şürük kəndində anadan olmuşdur. 2001-ci ildə Lənkəran rayonu Şürük kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə Şürük kənd tam orta məktəbi bitirmişdir. 2012-ci ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub və 2016-cı ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. 2018-ci ildə hərbi xidmətə çağırılmış və 2019-cu ildə həqiqi hərbi xidməti başa vurmuşdur. 2019-cu ildə Mühasibatlıq və 1C proqramı üzrə təlimlərdə iştirak etmiş və bu barədə diplom əldə etmişdir. 2020-ci il 28 sentyabr tarixində II Qarabağ müharibəsinə könüllü sürətdə yollanmışdır. Füzuli, Xocəvənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına iştirak etmişdir. 16 iyun 2020-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində “Mühasib” vəzifəsində işləyir.

5.Mühasib,

Şahverdizadə Çinarə Valid qızı


Şahverdizadə Çinarə Valid qızı 21 may 1994-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 2000-ci ildə Lənkəran şəhər Həzi aslanov adına 3 saylı tam orta məktəbə daxil olmuş və 2011-ci ildə həmin məktəbi bitirmişdir. 2011-ci ildə Lənkəran Dövlət Universitetinin “Təbiyyat” fakültəsinin Riyaziyyat və informatika müəllimliyi ixtisasına daxil olmuş, 2015-ci ildə bakalavriat təhsilini yekunlaşdırmışdır. 2018-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə) MBA üzrə “ ixtisasının magistr pilləsinə daxil olmuş, 2020-ci ildə magistr təhsilin tamamlamışdır. 2021-ci ildə Milli Aerokosmik Agentliyinin Xüsusi Konstruktor texnoloji Bürosunda “İqtisadi təhlil, proqnozlaşdırma və əmək haqqı üzrə aparıcı mühəndis” vəzifəsi üzrə çalışmış və bunula yanaşı 2023-2024- cü illərdə baş mühasib vəzifəsini də icra etmişdir. Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Peşəkar mühasib sertifikatı imtahanında iştirak etmiş, uğurlu nəticə qazanmış və İctimai sektor üzrə 2 –ci səviyyə Peşəkar mühasib sertifikatı əldə etmişdir. 2024-cü ilin sentyabr ayından Lənkəran Dövlət Universitetinin 1.0 ştat üzrə “Iqtisadçı-statist” vəzifəsində 2026-cı ilin yanvar ayından etibarən isə Maliyyə və mühasibat şöbəsinin 1.0 ştat üzrə “Mühasib” vəzifəsində çalışır.

I.II Maliyyə bölməsi (tələbələrlə iş üzrə)

1. Maliyyə bölməsinin rəhbəri:

1. Əlili Tural Tahir oğlu


Əlili Tural Tahir oğlu 14 oktyabr 1996-cı ildə Lənkəran şəhərində anadan olmuşdur. 2003-cü ildə Lənkəran şəhər Həzi aslanov adına 3 saylı tam orta məktəbə daxil olmuş və 2014-cü ildə həmin məktəbi bitirmişdir. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə edilməsi” fakültəsinin “Kommersiya” ixtisasına daxil olmuş, 2018-ci ildə bakalavriat təhsilini yekunlaşdırıb elə həmin il Azərbaycan Dövlət İqtisad Universitetinin MBA üzrə magistr pilləsinə daxil olmuşdur. Universitetdə oxuduğu dövlərdə fəal olmuş, 2015-ci ildə keçirilən I Avropa Oyunlarının açılış mərasimində iştirak etmiş və müvafiq diplomlarla təltif edilmişdir. 2018-2019-cu illərdə magistr təhsili alan zaman Asan xidmətdə könüllülər üzrə qrup rəhbəri olmuş bir çox tədbirlərin təşkilində fəal iştirak etmişdir. Stresin idarə olunması, vaxtın idarə olunması, kollektivin idarə olunması və.s kimi təlimlərdə iştirak etmiş, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Dövlət Qulluğu imtahanında BB2 sertifikatına layiq görülmüşdür. 2021-ci ildə Baku Electronics QSC-də müştəri xidmətləri üzrə ekspert, 2022-2024-ci illərdə isə Bank of Baku ASC-də kredit eksperti kimi çalışmışdır. 2024-cü ilin fevral ayından Lənkəran Dövlət Universitetinin 1.0 ştat üzrə “Iqtisadçı-statist” vəzifəsində 2024-cü ilin sentyabr ayından etibarən isə Universitetin “Tələbələrlə iş üzrə Maliyyə bölməsinin rəhbəri” vəzifəsində çalışır.

2. Mühasib (TMİS üzrə),

Fərziyeva Xanım Əli qızı

Fərziyeva Xanım Əli qızı 23 noyabr 1995-ci ildə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuşdur. 2002-ci ildə Lənkəran şəhər 1 saylı tam orta məktəbi”nə daxil olmuş və 2013-cü ildə həmin orta məktəbi bitirmişdir. 2013-cü ildə Lənkəran Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin əyani şöbə üzrə “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 2017-ci ildə universiteti bitirib bakalavr adını qazanmışdır. 2023-cü il fevralın 12-də Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi Dövlət Qulluğu imtahanında yüksək nəticə göstərərək 83 bal toplayıb BB1 sertifikatına layiq görülmüşdür. 17 may 2023-cü il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində “Mühasib (TİMS üzrə)” vəzifəsində işləyir.

3. Mühasib,

Tağızadə Gülər Faiq qızı

Tağızadə Gülər Faiq qızı 27 avqust 1998-ci ildə Astara şəhərində anadan olmuşdur. 2005-ci ildə Astara şəhər M.Ə.Sabir adına 1 saylı orta məktəbinə daxil olmuş və 2016-cı ildə həmin orta məktəbi bitirmişdir. 2017-ci ildə Lənkəran Dövlət Universiteti İqtisadiyyat və idarəetmə fakültəsinin əyani şöbə üzrə “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 2021-ci ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. 17 may 2023-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində “iqtisadçı” vəzifəsində işləyib. 06 yanvar 2026-cı il tarixindən “Mühasib” vəzifəsində çalışır. 08 yanvar 2026-cı il tarixindən sosial məzuniyyətə çıxmışdır.

4. Mühasib,

İsazadə Kənan Vasif oğlu

İsazadə Kənan Vasif oğlu 11 avqust 2002-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 2008-ci ildə Lənkəran şəhər 10 saylı tam orta məktəbinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin (LDU) “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına qəbul olmuşdur. 01.04.2019-cu il tarixindən 01.07.2019-cu il tarixinə qədər Kənd Təsərrüfatı Nazirliyinin Lənkəran Dövlət Aqrar İnkişaf Mərkəzində könüllü fəaliyyətini başa vurduğu üçün 1-ci dərəcəli sertifikatla təltif olunmuşdur. 2023-cü ildə LDU-nun “Mühasibat uçotu və audit” ixtisası üzrə məzun olaraq bakalavr adını qazanmışdır. Elə həmin il “Maliyyə menecmenti” ixtisaslaşması üzrə magistr pilləsinə daxil olmuşdur. Lənkəran Dövlət Universitetində 24 noyabr 2023-cü il tarixində keçirilən “Heydər Əliyevin Milli İqtisadi İnkişaf Modeli Azərbaycanın İqtisadi Müstəqilliyinin Əsasıdır” mövzusunda Elmi-Praktiki Konfransında “Müasir iqtisadi şəraitdə Azərbaycanda maliyyə siyasətinin məqsəd və vəzifələri” tezisi əhatəsində çıxış etmişdir. 26 aprel 2024-cü il tarixində Lənkəran Dövlət Universiteti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Universitetində keçirilən “”Yaşıl” iqtisadiyyat və davamlı inkişaf” mövzusunda Elmi-Praktiki Konfransında “Azərbaycanın dayanıqlı iqtisadi inkişafında maliyyə siyasətinin rolu” tezisi əhatəsində çıxış etmişdir. 2025-ci ildə “Azərbaycanda maliyyə xidmətlərinin inkişafında maliyyə siyasətinin rolu” mövzusunda dissertasiya işini müdafiə edərək magistr diplomu almışdır. 10 oktyabr 2023-cü il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat şöbəsi”ndə “mühasib” vəzifəsində işləyir.

5. Mühasib,

Hüseynzadə Vüsal İsfəndiyar oğlu

Hüseynzadə Vüsal İsfəndiyar oğlu 24 noyabr 1998-ci ildə Lənkəran rayon Xolmili kəndində anadan olmuşdur.Ümumorta təhsilini 2005-2014-cü illərdə Ə.Nəsirov adına Tütəpeştə kənd ümumorta məktəbində almış və 2016-cı ildə Lənkəran rayon Şürük kənd tam orta məktəbini bitirmişdir.2016-cı ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisasına qəbul olmuşdur.Təhsil aldığı dövrlərdə bir sıra tədbir və seminarlarda fəal iştirak etmişdir. 2018-ci ildə Lənləran Dövlət Universiteti və Xalq Sığorta ASC-nin birgə təkşil etdiyi “Sığorta gələcəyimizdir-Gələcəyimiz isə uğurumuzdur” adlı layihədə aktiv iştirak etmiş və sertifikat almışdır.2020-ci ildə Lənkəran Dövlət Universitetini bitirmiş və 2020-2021-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir.2022-2024-cü illər ərzində bir sıra müxtəlif banklarda və şirkərlərdə çalışmışdır. 7 noyabr 2024-cü il tarixindən Lənkəran Dövlət Universitetinin Maliyyə, mühasibat və təminat mərkəzində mühasib vəzifəsində çalışır.

6. Mühasib,

Əzizov Vüqar Məmmədağa oğlu

Əzizov Vüqar Məmmədağa oğlu 27 oktyabr 1990-cı ildə Lənkəran rayon kərgələn kəndidə anadan olmuşdur. 1997 -ci ildə lənkəran rayon Kərgəlan kənd tam orta məktəbə daxil olmuşdur. 2008 ci ildə Kərgəlan tam orta məktəbi bitirmişdir. 2013-cü ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit ixtisasına daxil olub, 2018 ci ildə həmin ixtisasa üzrə məzun olaraq bakalavır adını qazanmış. 2018-2021 illərdə Səlimli MMC Şirkətində satış meneceri vəzifəsində işləmişdir. 2021-2026 illərdə Lənkəran ŞİHB-ın Qurumba kənd İƏDN-də baş məsləhətçi- mühasib vəzifəsində işləmişdir. 01 mart 2026-ci il tarixindən Lənkəran Dövlət Universitetinin “ Maliyyə və mühasibat şöbəsi”ndə mühasib vəzifəsində işləyir.

7. Mühasib,

İskəndərli Türkanə Ağagül qızı

İskəndərli Türkanə Ağagül qızı, 31 avqust 2003-cü il tarixində Astara rayonu, Təngərüd kəndində anadan olmuşdur. 2008-ci ildə Astara rayonu S.Vurğun adına Təngərüd kənd tam orta məktəbinin hazırlıq sinfinə qəbul olunmuş, 2020-ci ildə həmin məktəbi tam orta təhsil üzrə yüksək göstəricilərlə başa vurmuşdur. 2020-ci ildə Lənkəran Dövlət Universitetinin Mühasibat ixtisasına 419 balla qəbul olunmuş və 2024-cü ildə həmin ixtisas üzrə ali təhsilini uğurla başa vuraraq məzun olmuşdur .Bundan əlavə, STİM L Tədris Mərkəzində “Mühasibatlığın əsasları” və “1C Mühasibat” proqramı üzrə diplomlara, həmçinin Microsoft Office proqramları(Word, Excel, PowerPoint, Outlook və s.) üzrə kompüter biliklərini təstiq edən sertifikata layiq görülmüşdür. 2024-cü ilin oktyabr ayında Astara Pedaqoji Kollecində mühasib vəzifəsində əmək fəaliyyətinə başlamış, 2025-ci ilin oktyabr ayında əmək müqaviləsinin müddəti başa çatdığı üçün həmin vəzifədəki əmək fəaliyyətini yekunlaşdırmışdır. Hazırda, 2026-cı ilin iyunun 1-dən etibarən Lənkəran Dövlət Universitetinin “Maliyyə və Mühasibat” şöbəsində “mühasib” vəzifəsində işləyir.

II. Satınalmaların təşkili və təchizat şöbəsi

1. Satınalmaların təşkili və təchizat şöbəsinin müdiri

İsmayıllı Tural Məhərrəm oğlu

İsmayıllı Tural Məhərrəm oğlu 04 sentyabr 1999-cı ildə Lənkaran rayon Avrora qəsəbəsində anadan olmuşdur. 2005-ci ildə Hikran qəsəbə tam orta məktəbinə daxil olmuş 2016-cı ildə Hirkan qəsəbə tam orta məktəbini bitirmiş elə həmin ildə Lənkaran Dövlət Univeristetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “Mühasibat uçotu və audit” ixtisasına daxil olub. 2020-ci ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmış bitirdikdən sonra hərbi xidmətə çağrılmış və 2021-cü ildə həqiqi hərbi xidmətini başa vurmuşdur. Tələbəlik illərində Elmi fəaliyyətlə bağlı bir sıra təcrübələrdə iştirak etmişdir. “Maliyyə savadlığı” “Mühasibatin əsasları” təlimlərində iştirak etmiş və bu sahədə diplom əldə etmişdir. 21 sentyabr 2021-ci ildən Lənkaran dövlət univerisitetinin “Maliyyə və Mühasibat”şöbəsində İqtisadçı vəzifəsində, 01 sentyabr 2022-ci il tarixindən Satınalma işləri mütəxəssis vəzifəsində çalışıb. 07 yanvar 2024-cü il tarixindən Satınalma işləri üzrə aparıcı mütəxəssis vəzifəsində çalışır. Həmçinin 15 sentyabr 2023-cü ildən Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecinin İqtisadiyyat fənləri” Fənn Birləşmə Komissiyasının 0.5 ştat müəllimidir. 02 sentyabr 2024-cü il tarixindən satınalma işləri üzrə baş mütəxəssis və 08 yanvar 2025-ci il tarixindən satınalma işləri üzrə baş mütəxəssis kimi şöbə müdiri vəzifəsini icra etmişdir. 29 avqust 2025-ci il tarixindən başlayaraq Satınalmaların təşkili və təchizat şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur.

2. Təchizat üzrə mütəxəssis

Nəsirli Zenfira Məmməd qızı

Nəsirli Zenfira Məmməd qızı 1962-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 1980-ci ildə Sumqayıt şəhər 25 saylı orta məktəbi bitirmiş və həmin ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun Energetika fakultəsinə daxil olmuşdur. 1983-cü ildən Azərbaycan kommunal layihə İnstitutunun Sumqayıt filialında, 1986-cı ildən Lənkəran filialında mühəndis, 2005-ci ildən 2012–ci ilə qədər Lənkəran Dövlət Universitetində Texniki təhlükəsizlik üzrə mühəndis, 2012-ci ildən 2016-cı ilin iyun ayına qədər Təchizat üzrə mühəndis, 2016-cı ilin iyul ayından hal-hazıra kimi Təchizat üzrə mütəxəssis vəzifəsində çalışır.

3. Satınalma işləri üzrə mütəxəssis

Vəliyev Tural Fərhad oğlu

Vəliyev Tural Fərhad oğlu 24 mart 2002-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 2008-ci ildə Lənkəran şəhər 4 nömrəli Humanitar Təmayüllü Məktəb Liseyinə daxil olmuş və 2019-cu ildə həmin məktəbi bitirmişdir. 2019-cu ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat” ixtisasına qəbul olmuşdur. 2023-cü ildə həmin ixtisas üzrə məzun olaraq bakalavr adını qazanmışdır. Tələbəlik illərində bir çox elmi və şahmat yarışlarında iştirak etmiş və diplomlar qazanmışdır. 2023-cü ildə Mühasibatlığın əsasları və 1C proqramı üzrə təlimlərdə iştirak etmiş və bu barədə diplom əldə etmişdir. Elə həmin il “Maliyyə menecmenti” ixtisaslaşması üzrə magistr pilləsinə daxil olmuşdur. 24 noyabr 2023-cü il tarixində keçirilən “Heydər Əliyevin Milli İqtisadi İnkişaf Modeli Azərbaycanın İqtisadi Müstəqilliyinin Əsasıdır” adlı Elmi-Praktiki Konfransında “Müasir dövrdə kiçik və orta sahibkarlığın səmərəli maliyyə mühitinin yaxşılaşdırılması imkanları” əhatəsində çıxış etmişdir. 26 aprel 2024-cü ildə “Yaşıl İqtisadiyyat və Davamlı İnkişaf” Mövzusunda Elmi-Praktiki Konfransda “Müasir dövrdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi problemləri” mövzusunda çıxış etmişdir. “Müasir dövrdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi mexanizmləri” mövzusu üzrə dissertasiya işi üzərində çalışır. 1 iyun 2026-cı il tarixindən Lənkəran Dövlət Universitetinin “Maliyyə və mühasibat” şöbəsində Satınalma işləri üzrə mütəxəssis vəzifəsində çalışır.

Benifisiarın Bankı: 

“Kapital Bаnк” ASC Lənkəran filialı

Filialın kodu:     

200383

VÖEN:                    

9900003611

SWİFT kod:            

АIIBАZ2Х

Müxbir hesab:         

AZ37NABZ01350100000000001944

Benifisiarın adı:       

LƏNKƏRAN DÖVLƏT UNİVERSİTETİ

Hesab №                

AZ97AIIB33080019443870045138

VÖEN:                    

2600135481

Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat(2023-cü il üzrə)


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd