“Tarix-coğrafiya və incəsənət” fakültəsi LDU rektorunun 4/39 nömrəli əmri ilə 3 iyul 2020-ci il tarixində “Humanitar” fakültənin əsasında yaradılmışdır. Fakültənin nəzdində 3 kafedra – “Tarix və onun tədrisi metodikası”, “Coğrafiya və onun tədrisi metodikası” və “Pedaqogika, psixologiya və incəsənət fənləri” kafedraları fəaliyyət göstərir. Fakültədə bakalavr səviyyəsi üzrə ”Tarix müəllimliyi”, “Coğrafiya müəllimliyi”, “Tarix və coğrafiya müəllimliyi”, “Təsviri incəsənət müəllimliyi”, “Sosial iş”, “Musiqi müəllimliyi” və “Muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması” ixtisasları, magistr səviyyəsi üzrə isə “Tarix fənnin tədrisinin metodikası və metodologiyası”, “Coğrafiya fənnin tədrisinin metodikası və metodologiyası”, “Muzey işi” və “Təhsildə qiymətləndirmə və monitorinq” ixtisaslaşmaları, doktorantura səviyyəsi üzrə “Vətən tarixi”, “Sosial pedaqogika” ixtisasları üzrə mütəxəsislər hazırlanır. 2022/2023-cü tədris ilində fakültədə bakalavriat səviyyəsi üzrə 849, magistratura səviyyəsi üzrə 54, doktorantura üzrə isə 14 tələbə təhsil alır.
Fakültəyə tarix üzrə fəlsəfə doktoru, dos. Zaur İbrahimxəlil oğlu Məmmədov rəhbərlik edir.
Fakültədə fəaliyyət göstərən kafedralar
1. Tarix və onun tədrisi metodikası
2. Coğrafiya və onun tədrisi metodikası
3. Pedaqogika, psixologiya və incəsənət fənləri
Fakültədə aşağıdakı istiqamətlərdə mütəxəssis hazırlanır
1. Bakalavriat səviyyəsi üzrə:
1.1. Tarix müəllimliyi
1.2. Coğrafiya müəllimliyi
1.3. Tarix və coğrafiya müəllimliyi
1.4. Təsviri incəsənət müəllimliyi
1.5. Sosial iş
1.6. Musiqi müəllimliyi
1.7. Muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması
2. Magistratura səviyyəsi üzrə:
2.1. Tarix fənnin tədrisinin metodikası və metodologiyası
2.2. Coğrafiya fənnin tədrisinin metodikası və metodologiyası
2.3. Təhsildə qiymətləndirmə və monitorinq
2.4. Muzey işi
3. Doktorantura səviyyəsi üzrə:
3.1. Vətən tarixi
3.2. Sosial pedaqogika
3.3. Təhsilin təşkili və planlaşdırılması
3.4. Ümumi psixologiya
3.5. Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası (İngilis dilinin tədrisi metodikası)
3.6. Fiziki coğrafiya və biocoğrafiya, torpaq coğrafiyası, landşaftların geokimyası və geofizikası
3.7. İqtisadi coğrafiya
3.8. Regional coğrafiya
Fakültənin dekanı Zaur İbrahimxəlil oğlu Məmmədov
Zaur İbrahimxəlil oğlu Məmmədov 9 noyabr 1982-ci il tarixində Lənkəran şəhərində anadan olub. Orta təhsilini 1988-1999-cu illərdə Lənkəran şəhər 7 saylı orta məktəbində alıb. 2000-2004-cü illərdə Lənkəran Dövlət Universitetində “Tarix və ictimaiyyət” ixtisası üzrə ali təhsilin bakalavriat, 2006-2008-ci illərdə isə Tarix ixtisası üzrə magistratura səviyyəsində təhsili alıb. 2008-ci ildə magistraturanı fərqlənmə diplomu ilə bitirərək elə həmin il “Vətən tarixi” ixtisası üzrə doktoranturaya qəbul olunub. 26 sentyabr 2015-ci ildə Bakı Dövlət Universitetində “Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyəti ilə mədəni əlaqələri (2003-2010-cu illər)” mövzusunda dissertasiya işini uğurla müdafiə edib. 2018-ci il ildən BDU-nun elmlər doktorluğu hazırlığı proqramının “Beynəlxalq münasibətlər tarixi” ixtisası üzrə dissertantıdır və “Azərbaycan Respublikasının YUNESKO ilə əməkdaşlığı” adlı doktorluq mözusu üzərində çalışır. İndiyə qədər 50- dən artıq elmi-metodik işi nəşr olunmuşdur. Əsasən Azərbaycanın beynəlxalq münasibətlər tarixini araşdırır.
01 dekabr 2015-ci ildən Lənkəran Dövlət Universitetində Elmi katib, 16 iyun 2016-cı ildən Elm və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, 04 yanvar 2018-ci ildən isə Universitetin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifələrində çalışıb.
“Erasmus”, “Mevlana” mübadilə proqramları və bir sıra qrant layihələri çərçivəsində (ENOTES, ESFİDİP, ECAR və s.) Avropa və Türkiyə Cümhuriyyətinin bir neçə universitetlərində, Fransa Təhsil Nazirliyində olmuş, Beynəlxalq və respublika səviyyəli konfransların təşkilat komitələrində təmsil olunmuşdur. Türkiyə Cümhuriyyətində keçirilən “İnsan və toplum bilimləri” beynəlxalq konfransında bölmə rəhbəri kimi dəvət alaraq iştirak etmiş, Mübadilə proqramları çərçivəsində Türkiyə Cümhuriyyətinin Sinop, Qafqaz (Qars) Universitetlərində tələbələrə dərs demişdir.
Z.İ. Məmmədov Lənkəran Dövlət Universiteti Elmi Xəbərlər jurnalının (AAK tərəfindən qəbul edilir, Russian Science Citation Index (RSCI) indeksləmə və “Indeks Copernicus” sistemində yer almışdır) aparıcı redaktorudur. Türkiyə Cümhuriyyəti İnsan və Toplum Bilimleri Araşdırmaları Dərgisinin redaksiya heyətində təmsil olunduğu jurnal ULAKBİM sistemindədir.
Qərbi Kaspi Universitetinin doktorantı Raidə Əliyevaya isə fəlsəfə doktorluğu proqramı üzrə elmi rəhbərlik edir.
Zaur Məmmədov 15 sentyabr 2016-cı ildən müəllim, 15 noyabr 2016-cı ildən baş müəllim, 21 fevral 2020-ci ildən Humanitar fənlər kafedrasının dosenti seçilib (03 iyul 2020-ci ildə (əmr N 4/39) kafedranın adı dəyişdirilərək Pedoqogika, psixologiya və incəsənət fənləri” adlandırılmışdır).
Hal-hazırda universitetin "Tarix-coğrafiya və incəsənət" fakültəsinin dekanı vəzifəsində çalışan Zaur Məmmədov Fakültə Elmi şurasının sədri, Universitet Elmi Şurasının üzvüdür.
E-mail: mammadovzaur@mail.ru
Fakültənin əməkdaşları :
Tədris işləri üzrə dekan müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Bayramov Müşfiq Cabir oğlu - 1976-ci il dekabrın 10-da Lənkəran rayonunun Vilvan kəndində anadan olmuşdur. 2004-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr səviyyəsini, 2006-cı ildə isə Bakı Dövlət Universitetinin “Arxeologiya və etnoqrafiya” ixtisaslaşması üzrə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 2015-ci ilin may ayında Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutununda arxeologiya ixtisası üzrə “Azərbaycanın orta əsr kənd tipli yaşayış yerləri (IX-XIII əsrin əvvəlləri) mövzusunda tarix elmləri üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Lənkəran Dövlət Universitetində tyutor, elmi katib, müəllim, baş müəllim, LDU Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifələrində çalışmışdır. 09 aprel 2018-ci il tarixindən Humanitar fakültənin dekan müavini vəzifəsində çalışır. Müşfiq Bayramovun 50- dək elmi-metodik işi nəşr olunmuşdur.
mushfiq76@mail.ru
Sevdimova Məlahət Miriş qızı
Sevdimova Məlahət Miriş qızı 1980-ci Lənkəran şəhərində anadan olub. 1998-ci ildə Lənkəran şəhər 1 saylı orta məktəbi, 2004-cü ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsinin “Tarix və ictimaiyyat” ixtisasını, 2007-ci ildə universitetin magistratura səviyyəsi üzrə “Yeni və ən yeni dövr Azərbaycan tarixi” ixtisaslaşmasını fərqlənmə diplomu ilə bitirmişdir. 2014-cü ildə LDU-nun “Vətən tarixi” (5503.02) ixtisası üzrə doktorantura səviyyəsinə qəbul olunmuşdur. İxtisas sahəsi ilə bağlı 9 elmi məqalə və tezislərin müəllifidir. 2001-ci ildən Lənkəran Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışmışdır. 2017-ci ildən universitetin Elm şöbəsinin Magistratura və doktorantura bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. 2019-cu ildə “Tarix və onun tədrisi metodikası” kafedrasına müəllim təyin olunmuşdur. Həm də Tədrisin təşkili və təlim texnologiyaları mərkəzində Tədrisin təşkili və əlavə təhsil bölməsinin rəhbəri vəzifəsində çalışmışdır. Hal-hazırda Tarix-Coğrafiya və İncəsənət Fakültəsində sosial məsələlər və tələblərlə iş üzrə dekan müavinidr.
malahat-80@mail.ru
Qurbanzadə Arzu Rahim qızı
Qurbanzadə Arzu Rahim qızı Lənkəran şəhərində anadan olmuşdur. Orta təhsilini 2003-2015-ci illərdə Lənkəran şəhər 2 saylı tam orta məktəbində almışdır. 2015-ci ildə Lənkəran Dövlət Universitetinin bakalavr üzrə Xarici dil müəllimliyi (ingilis dili) ixtisasına daxil olmuş, 2020-ci ildə həmin ixtisası bitirmişdir. 2021-ci ilin mart ayından Lənkəran Dövlət Universitetinin “Tarix-coğrafiya və incəsənət” fakültəsində operator-kargüzar vəzifəsində çalışır.
E-mail: brahid97@mail.ru