LSU Sustainability

Ümumiyyətlə, Lənkəran Dövlət Universitetində tələbələrin təhsili üçün əhəmiyyətli şərait yaradılıb.

Lənkəran Dövlət Universitetində tələblərin rəhbər olduqları təmsilçilik qurumları vardır. Bu qurumların sədr və üzvləri Lənkəran Dövlət Universitetində keçirilən Elmi Şurada iştirak edirlər.

1. Tələbə Gənclər Təşkilatı

2. Tələbə Həmkarlar İttifaqı

3. Tələbə Elmi cəmiyyəti

Tələbə Gənclər Təşkilatının əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etməkdir. Respublikanın ictimai-siyasi, mədəni, sosial, iqtisadi həyatında tələblərin fəal iştirakını təmin etməkdir. Tələbə Gənclər Təşkilatının tələbələrdən ibarət sədri və üzvləri vardır. Tələblərimiz Cənub bölgəsinin 15-21 yaşlı gəncləri üçün təşkil olunmuş, gənclərin İKT və proqram dili (Python) bacarıqlarının inkişaf edilməsi və qazanılmış bacarıqlarının tətbiq edilməsi üçün nəzərdə tutulmuş və ABŞ-ın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə həyata keçirilən təlim və mentorluq proqramında iştirak etmişlər. Eyni zamanda “Tecnovation for Azerbaijan” layihəsinin həm ilkin, həm də cənub regionu üzrə ilk “İnkubasiya” mərhələsi üzrə “Clothor” layihəsində iştirak etmişlər, sədr isə birinci yerə layiq görülmüşdür. Gənclərin ingilis dilini inkişaf etmək və ingilis dilində PBL-in necə işlədiyini öyrədən, nəticədə uşaqların bu biliklərlə layihə hazırlamasını hədəfləyən “Using Project based Learning (PBL) for career development of youth” training proqramının iştirakçısı olmuşlar. Tələbə Gənclər Təşkilatının əsas vəzifələri aşağıdakılardır:

• tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi;

• tələbələr arasında maarifləndirmə işinin aparılması;

• tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi;

• tələbələrin hüquqlarının təmin edilməsi;

• respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi;

• tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyllərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi;

• tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskussiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi;

• tələbə və gənclərlə bağlı həyata keçirilən tədbirlər, habelə respublikanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələr barədə məlumatların çatdırılması məqsədi ilə qəzet və dərgilərin nəşr olunması;

• tələbələrin maraq və meyllərini, intellektual inkişafını təmin etmək üçün dərnəklərin, studiyaların, klubların, kursların, xidmətlərin təşkili.

• tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərliyi qarşısında vəsadətin qaldırılması;

• təhsil alan tələbələrin sayı, onların dərsə davamiyyəti, nizam-intizamı, yataqxana ilə təminatı barədə müvafiq kafedra və fakültələrdən məlumatların alınması;

• qanunvericilikdə qadağan edilməyən digər vəzifələrin həyata keçirilməsi.

Tələbə Həmkarlar İttifaqı aktiv və nümunəvi tələbələrdən ibarət sədr və üzvlər olmaqla fəailiyyət göstərirlər. On səkkiz tələbə bu komandaya daxildir. Tələbə həyatının keyfiyyətinin yüksəldilməsi məsələlərinin birgə həlli, tələbələrə universitetdə həyatın yaxşılaşdırılmasında fəal iştirak etmək, onun inkişaf və özünü reallaşdırması üçün imkanlarından istifadə etmək, hüquqi yardım və maarifləndirmə, maddi yardım, tələbələrin sağlamlaşdırılması, idman tədbirlərinin təşkili, bütün əyləncəli tədbirlər, həmçinin teatrlara, muzeylərə, kinoteatrlara və konsertlərə səfərlərin daxil olduğu mədəni-kütləvi işləri həyata keçirməyə kömək edir. Tələbə Həmkarlar İttifaqı iclaslar keçirir, yeni tədbirlər təşkil edir, tələbə gənclərin könüllü şəkildə uşaq evlərinə səfərlərini, müxtəlif konfrans və olimpiadaların keçirilməsi zamanı gələn qonaqlarla işin təşkilində yardım, eləcə də bir çox digər sahələrdə könüllü olaraq fəaliyyət göstərməsi işində iştirak edir.

Tələbə Elmi Cəmiyyəti Lənkəran Dövlət Universitetində 2018-ci ildən yeni əsasnamə tərtib edərək, yenidən fəaliyyətinə davam edir. Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin strukturu Lənkəran Dövlət Universiteti üzrə ümumi sədr və fakültələr üzrə sədrlərdən ibarətdir.

2019-2024-cü illər ərzində həyata keçirilən elmi konfranslarda iştirak edir. Tələbə Elmi Cəmiyyəti üzvləri çıxış etdiyi tezisdə elmi yeniliyi, aldığı nəticə və araşdırmaları ilə fərqlənən təşəkkürnamə ilə təltif olunmuşlar. Digər tədris illərində tələbələrin elmi-tədqiqat işlərinə həvəsləndirilməsi və yaxından cəlb edilməsi ilə bağlı Lənkəran Dövlət Universitetində Tələbə Elmi Cəmiyyətinin icra planına əsəsən Universitetdə 5 fakültə üzrə seminarlar keçirilmiş və elmi tədqiqat işinə görə fərqlənən tələbələr sertifikatla təltif olunmuşlar.

Qeyd edək ki, 2021-ci il fakültə üzrə seminarlar Pandemiya dövrünün tələblərinə uyğun olaraq onlayn qaydada həyat keçirilmişdir.

Hər bir tədris ilində keçirilən fəaliyyət planına uyğun olaraq keçirilən seminarların mövzuları aşağıdakılardır:

1. Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin fəaliyyəti haqqında təqdimat seminarı

2. “Elmi tədqiqat işinin proqramının və ya təqvim planının tərtib edilməsi, müvafiq ədəbiyyat mənbələrinin seçimi və onlardan istifadə qaydaları” mövzusunda seminar

3. “Müvafiq istiqamətdə elmi tədqiqat işinin aparılması formaları, tədqiqat nəticələrinin təhlil edilməsi prosesi” mövzusunda seminar

4. “Elmi tədqiqat işlərindən sonra nəticələrin şərh edilməsi və hesabatın hazırlanması” seminarı

5. “Məqalələrin, elmi tezislərin hazırlanması qaydaları və effektiv təqdim olunması” mövzusunda seminar

6. “LDU Tələbə Elmi Cəmiyyətinin II elmi konfransına təqdim etmək üçün tezislər üzərində iş, tezislərin dinlənilməsi, çıxışçıların dərnək daxilində dinlənilməsi, nöqsanların aradan qaldırılması” seminarı

7. “Müasir texnologiyalar əsasında təqdimatın hazırlanması sahəsində biliklərin əldə edilməsi” seminarı

8. “Tələbə elmi tədqiqat işinin təqvim planının icrası ilə bağlı tələbələrin hesabatının qəbulu və ümumi qiymətləndirilməsi” seminarı

Tələbə Elmi Cəmiyyətinin icra etdiyi digər işlər:

1) Məntiq olimpiadası, 15 dekabr, 2018

2) Dövlət qulluğuna qəbul və MİQ üçün sınaq imtahanları 2019

3) Aqrar və mühəndislik fakültəsinin könüllü tələbələrinin “Yaşıl addım” maarifləndirici ekoloji layihəsinin icrası, 2019 - 2024

4) Humanitar fakültənin könüllü tələbələrinin “Ədəbi bədii məclis” ədəbiyyatçıların dərnəyinin icrası, 2019-2024

5) İqtisadiyyat və idarəetmə fakültəsinin könüllü tələbələrinin “İqtisadçılar klubu” layihəsinin icrası, 2019-2024

6) Təbiyyat fakültəsinin könüllü tələbələrinin “Sağlamlıq klubu” layihəsinin icrası, 2019-2024

7) Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin “Arıçılıq təsərrüfatının səmərəli idarə olunması” layihəsi Heydər Əliyev fondu və RİİB təşkilatının elan etdiyi Sosial layihələr müsabiqəsinin ilk mərhələlərini, 2019

8) Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən “EdTech Startap Müsabiqəsi” ali təhsil müəssisələrində oxuyan tələbələr arasında keçirilən bir yarışmanın LDU üzrə koordinator təşkilatı, 2021

9) 2020-ci ilin aprel ayında Lənkəran Dövlət Universitetinin tələbələri arasında “Mənim Universitetim” mövzusunda inşa yazı müsabiqəsi, 2019, 2021, 2022

Lənkəran Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin 2023-cü il üçün olan İŞ PLANI aşağıdakı kimi təşkil olunmuşdur:

• TEC üzvlərinin təsdiqlənmiş elmi-metodik mövzular üzrə işə başlmışlar. İl ərzində TEC xətti ilə elmi işlər aparan tələbələrin arasında aktiv iş şəraiti yaradılmışdır.

• TEC xətti ilə tələbələrin elmi seminarları keçirilmişdir.

• İl ərzində Kafedra müdirləri, Fakültə üzrə TEC sədrləri və elmi rəhbərlərin dəstəyi ilə 15 tələbə tədris olunan ixtisas fənləri ilə bağlı elmi- tədqiqat işlərinə cəlb olunmuşdur. İstehsalat və pedaqoji təcrübələrdə, laboratoriya məşğələlərində bu işlərin praktiki tətbiqini təşkil edilmişdir.

• İl ərzində Fakültə TEC sədrləri, elmi rəhbərlər və tələblərin iştirakı ilə işlərin gedişi barədə universitet elmi şurasına məlumat və hesabatlar verilmişdir.

• TEC üzvləri olan Tələbələr arasından universitetlərarası olimpiadalarda və tələbə elmi konfranslarında iştirak etmişlər.

• TEC xətti ilə respublikamızda xalq təhsili, iqtisadi inkişaf, gənclərin elmi potensialının artırılması məsələləri ilə bağlı olan mövzuların araşdırılması olmuşdur.



Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd