Tədrisin təşkili, qeydiyyat, qiymətləndirmə və əlavə təhsil bölməsi


Əhmədova Sevər Zakir qızı – Tədrisin təşkili, qeydiyyat, qiymətləndirmə və əlavə təhsil bölməsinin rəhbəri

09.02.1975-ci il tarixində Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşam. 1981-ci ildə Lənkəran şəhər 1-saylı orta məktəbin I (birinci) sinifinə daxil olub, 1990-ci ildə həmin məktəbin X (onuncu) sinifini bitirmişdir. 1990-ci ildə Bakı Dövlət Universitetinin “Coğrafiya” fakültəsinə daxil olmuşdur. 1996-ci ildə bu universiteti qiyabi şöbə üzrə bitirmişdir.

Əmək fəaliyyətimə 1994-cü ildə Lənkəran şəhər Sütəmurdov kənd orta məktəbində başlayıb.1995-ci ildə Lənkəran şəhər 1-saylı orta məktəbində müəllimə işləmişdir. 2001-ci ildən Lənkəran Dövlət Humanitar Kollecində müəllim vəzifəsində çalışıb.

2014-cü ildə Lənkəran Dövlət Humanitar Kollecində təcrübə rəhbəri təyin edilmişdir.

2003-cü ildən YAP-ın üzvüdür. İşlədiyi müddət ərzində Lənkəran şəhər icra hakimiyyətinin və Lənkəran Dövlət Humanitar Kollecinin rəhbərliyi tərəfindən fəxri fərman və təşəkkürnaməyə layiq görülmüşdür.

Belə ki, 2010-cu ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi və “Mədəd” humanitar təşkilatı ictimai birliyi tərəfindən təşkil edilmiş İKT-nin “Gələcək üçün Təhsil” təlim kurslarında iştirak edib, sertifikat əldə etmişdir.

2012-ci ildə Lənkəran Dövlət Humanitar Kollecinin rəhbərliyi adından Pedaqoji sahədə səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunmuşdur.

2013-cü ildə Bizim Nəsil Gənclərin Regional İnkişaf Assosiasiyası İçtimai Birliyi fərəfindən həyata keçirilən “Sənin Səsin – Sənin Seçimin” adlı layihədə iştirak edib şəhadətnamə əldə etmişdir.

2018-ci ildə TƏHSİL PROBLEMLƏRİ elmi-metodik qəzetinin № 01-02(1251-1252) 01-07 YANVAR 2018-ci il saylı tirajında “Azərbaycan Jurnalistlər Birliyi”-nin üzvü Zəfər Orucoğlunun “MÜƏLLİM UCALIĞI” adlı məqaləsi dərc olunmuşdur.

2021/2022-ci il tarixində Lənkəran Dövlət Universitetinin rektoru prof.Natiq İbrahimov cənabları tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.

2022/2023-cü tədris ilindən LDU nəzdində Sosial və Aqrar-Texnoloji Kollecin Aqrar-Texnoloji Şöbə müdiri və həmçinin 0.5 ştat müəllimə vəzifəsində çalışmışdır.

2024/2025-ci tədris ilindən Lənkəran Dövlət Universitetində Tədrisin təşkili, qeydiyat-qiymətləndirmə və əlavə təhsil bölməsinin rəhbəri vəzifəsində çalışır.

2025-ci il 06 fevral tarixində Təhsil nazirliyi və Qazaxıstanın Müstəqil Akkreditasiya və Reytinq Agentliyinin (IAAR) rəhbərləri arasında əməkdaşlıq istiqamətində görüşdə sertifikat əldə etmişdir.

31 ildir ki (1994-2024) pedaqoji sahədə fəaliyyət göstərir və işiylə qürur duyur.

Ailəlidir, 2 övladı var.

sever.ehmedova@lsu.edu.az


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd