Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi şöbəsi
- Lənkəran Dövlət Universiteti
- Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi şöbəsi
Miriyeva Nəzrin Saleh qızı- tyutor
27.03.1996-cı il tarixində Lənkəran şəhərində anadan olmuşdur. 2001-2011-ci illərdə Lənkəran şəhər 4 saylı humanitar təmayüllü məktəb liseyində təhsil almışdır. 2011-ci ildə Lənkəran Dövlət Humanitar Kollecində “İbtidai sinif müəllimliyi” ixtisasına qəbul olmuş və 2015-ci ildə LDHK-nı həmin ixtisas üzrə bitirmişdir. Elə həmin ildə Lənkəran Dövlət Universitetinin bakalavriat səviyyəsi üzrə “İngilis dili müəllimliyi” ixtisasına qəbul olmuş və 2019-cu ildə LDU-nu həmin ixtisas üzrə bitirmişdir. 2020-ci ildə Lənkəran Dövlət Universitetinin magistratura səviyyəsi üzrə “İbtidai sinifdə tədrisin metodika və metodologiyası” ixtisaslaşmasına qəbul olmuş və 2022-ci ildə həmin ixtisaslaşmanı bitirmişdir. Hal-hazırda LDU-da Tyutor xidmətinin təşkili və tələbə biliyinin qiymətləndirilməsi şöbəsində tyutor vəzifəsində çalışır.
E-mail: nezrin.miriyeva.96@bk.ru