Lənkəran Dövlət Universitetində doktorantura və dissertantura kontingenti ilə əlaqəli aşağıdakı işlər həyata keçirilir:
1. Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində elanın verilməsi;
2. Sənədlərin qəbulu və müsabiqənin keçirilməsi üçün rektorun əmri ilə qəbul komissiyasının yaradılması, müvafiq fənlər üzrə imtahan komissiyalarının yaradılması;
3. Doktoranturaya və dissertanturaya müraciət edənlərin sənədlərinin yoxlanması və ixtisas uyğunluğunun müəyyənləşdirilməsi;
4. Təqdim edilən sənədlərin əsasında qəbul komissiyasının imtahanlara buraxılmaq haqqında qərarının iddiaçılara bildirilməsi;
5. Doktoranturaya qəbul imtahanlarının, dissertanturaya müsahibənin keçirilməsi və nəticələrin qəbul komissiyasına bildirilməsi;
6. Keçirilmiş müsabiqənin nəticələri və nəzərdə tutulan elmi rəhbərin rəyi əsasında qəbul komissiyasının qərarının rektorluğa bildirilməsi;
7. Doktorantura və dissertanturaya qəbul olunanlar haqqında rektorluq tərəfindən əmrin verilməsi;
8. Doktorantların və dissertantların dissertasiya mövzularının və elmi rəhbərlərinin Universitet elmi şurasında təsdiq edilməsi;
9. Qəbul olunan doktorant və dissertantlar haqqında məlumatın rektorluq tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə bildirilməsi;
10. Doktorant və dissertant kontingenti haqqında Dövlət statistika idarəsinə hesabatın verilməsi;
11. Doktorant və dissertant kontingenti ilə bağlı Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və digər təşkilatlardan Universitetə daxil olan məktublara cavabların hazırlanması;
12. Təsdiq edilmiş dissertasiya mövzularının Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiqinin təmin edilməsi;
13. Doktorant və dissertantlar üçün ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən) doktorluq imtahanlarının təşkil edilməsi və ya digər təşkilatlarda imtahan verilməsinin təmin edilməsi;
14. Doktorant və dissertantların fərdi iş planının yerinə yetirilməsi barədə kafedralarda vaxtaşırı hesabat verməsi;
15. Fakültə elmi şuralarında doktorant və dissertantların elmi rəhbərlərinin hər il üçün hesabatının dinlənilməsi;
16. Doktorant və dissertantların illik attestasiyasının keçirilməsi;
17. Dissertasiya işi tamamlandıqdan sonra işin yerinə yetirildiyi uyğun kafedrada AAK-ın tələbləri nəzərə alınmaqla ilkin müzakirəsinin həyata keçirilməsi;
18. Müdafiə üçün lazım olan sənədlərin toplanması və uyğun müdafiə şurasına təqdim edilməsi;
19. Normativ təhsil müddətini bitirən doktorant və dissertantların müəyyənləşdirilməsi, rektorluğa bildirilməsi və rektorluqda müvafiq əmrin verilməsi.
Lənkəran Dövlət Universitetində fəlsəfə doktoru proqramı üzrə hazırlıq Universitet yarandığı illərdən həyata keçirilir. 2017-ci ildən etibarən Universitetin elmi kadr potensialının gücləndirilməsi məqsədilə LDU əməkdaşları, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Respublikanın digər nüfuzlu ali təhsil müəssisələrində elmlər doktoru proqramı üzrə dissertanturaya təhkim olunur.