Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının "Təhsil haqqında", “Elm haqqında” Qanunlarını, Elm və Təhsil Nazirliyinin əmr, təlimat və Kollegiya Qərarlarını, LDU-nun Nizamnaməsini, Elmi Şuranın qərarlarını, rektorun əmrlərini və öz Əsasnaməsini rəhbər tutarq Strateji inkişaf planına uyğun digər struktur bölmələrin fəaliyyətinin keyfiyyət nöqteyi-nəzərdən qiymətləndirilməsi metodologiyasını, meyarlarını müəyyənləşdirir və bunların əsasında bölmələrlə birgə monitoriqləri həyata keçirir. Həmçinin ölkədə qəbul olunan dövlət təhsil standartları əsasında təhsil pillələri üzrə keyfiyyət göstəricilərinin yüksəldilməsi məqsədilə müvafiq təhlillər aparır, təkliflər hazırlayır və metodiki işlərin akkreditasiya göstəricilərinin yerinə yetirilməsinin analizi və ona nəzarət işini təşkil edir. Tədrisin keyfiyyətini qiymətləndirmək üçün tədris ili ərzində təhsilalanlar və məzunlar arasında müxtəlif mövzularda sorğular keçirir və sorğuların nəticələrini analiz edərək aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr verir və onların icrasına nəzarət edir.