Protokol şöbəsi

Protokol şöbəsinin müdiri (katibliyin rəhbəri - rektor köməkçisi) - Nəsirova Lalə

Nəsirova Lalə Elçin qızı 04 yanvar 1999-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 2005-2016-cı illərdə H.Aslanov adına 3 saylı tam orta məktəbində təhsil almışdır.2016-2021-ci illərdə Lənkəran Dövlət Universitetinin Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə təhsil almışdır. 2021-ci ildə həmin universitetin Riyaziyyatın tədrisi metodikası və metodologiyası ixtisasına qəbul olmuş və 2023-cü ildə məzun olmuşdur. 2021-2023-cü illərdə Lerik rayon Rəzqov kənd orta məktəbində İnformatika müəllimi kimi çalışmışdır. 28.09.2023-cü ildə Lənkəran Dövlət Universitetinin magistratura işləri üzrə mütəxəssis vəzifəsinə təyin olunmuşdur. 08.04.2024 İnsan resursları və sənədlərlə iş şöbəsinin müdiri vəzifəsini icra edən vəzifəsinə təyin olunub, 02.12.2024-cü il tarixdən İnsan resursları və sənədlərlə iş şöbəsinin müdir müavini təyin olunmuşdur.05.01.2026-cı il tarixində Universitetin Protokol şöbəsinə protokol şöbəsinin (katibliyin rəhbəri-rektor köməkçisi) müdiri vəzifəsinə təyin olunmuşdur Bir sıra tezisləri çap olunmuşdur. Ailəlidir, 2 övladı var.

İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri - İsmayılova Esmira

Esmira Xəlil qızı İsmayılova 1963-cü ildə Lənkəran rayonunun Xolmili kəndində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Xolmili kənd orta məktəbini, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini (əyani) fərqlənmə diplomu ilə bitirib.2017-ci ilin aprel ayına kimi ölkənin tanınmış mətbu orqanlarında, KİV-də jurnalist, baş redaktor, Lənkəran rayon mədəniyyət və turizm şöbəsində elmi işçi kimi fəaliyyət göstərib. 2017-ci ilin aprel ayından hal-hazıra kimi Lənkəran Dövlət Universitetində İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri olaraq fəaliyyətini davam etdirir. E.İsmayılova 2024-cü il oktyabr ayında müsabiqə yolu ilə “Pedaqogika, psixologiya və incəsənət” kafedrasında baş müəllim vəzifəsinə seçilmişdir, kafedrada elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətini davam etdirir.Esmira İsmayılova 2018-ci ildə “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə LDU-nun dissertanturasına daxil olub və 2021-ci ildə oranı bitirib. “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi” mövzusunda yazdığı dissertasiya işini AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uğurla müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26.11.2024-cü il tarixli qərarı ilə Esmira Xəlil qızı İsmayılovaya 5716.01-Azərbaycan ədəbiyyatı ixtisasında filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Müxtəlif elmi nəşrlərdə 40-a qədər elmi məqalə və tezisi, 100-lərlə bədii-publisistik yazıları çap olunub.E.İsmayılova Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İşlədiyi müddət ərzində müxtəlif media mükafatlarına, fəxri fərman və diplomlara, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “Təşəkkürnamə”lərinə layiq görülüb.Bir neçə kitabın müəllifidir. Dəfələrlə ədəbi-bədii və publisistika janrlarında keçirilən müsabiqələrin qalibi olub.Ailəlidir.

Məxfi sənədlərlə iş üzrə mütəxəssis - Sadıxov Sadıq Paşa oğlu

Sadıxov Sadıq Paşa oğlu 1977-ci ildə Lənkəran şəhərində anadan olmuşdur. 1984-cü ildə Lənkəran şəhəri 4 saylı orta məktəbin birinci sinifinə daxil olmuşdur. Təhsilini davam etdirmək üçün 1991-ci ildə Bakı şəhər Cəmşid Naxçıvanski adına Hərbi liseyə daxil olub, 1994-cü ildə bitirmişdir. 1994-1998-ci illərdə Bakı Ali Birləşmə Komandanlıq məktəbinin “Sərhəd Qoşunları” fakultəsində oxumuşdur. 1998-ci ildə hərbi məktəbi bitirdikdən sonra həmin ildən başlayaraq Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətini Xudat sərhəd dəstəsində leytenant rütbəsində başlamışdır. 1998-2018-ci illər ərzində Azərbaycanın müxtəlif rayonlarında təyin edilmiş vəzifələrdə xidmətini davam etdirmişdir. 19 fevral 2018-ci ildə Sərhəd Qoşunlarının sıralarından polkovnik-leytenant rütbəsində həqiqi hərbi xidmətindən Silahlı Qüvvələrinin ehtiyatına buraxılmışdır. 2020-ci ildən Lənkəran Dövlət Universitetində "məxfi sənədlərlə iş üzrə mütəxəssis" vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.

Qəbulun və görüşlərin təşkili üzrə mütəxəssis - Əhədzadə Təbibi Niyazi oğlu

Əhədzadə Təbibi Niyazi oğlu 25 may 1999-cu ildə Lənkəran rayonu Şağlaküçə kəndində anadan olmuşdur. 2005-ci ildə Lənkəran rayonu M.Əbilov adına Şağlaküçə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olunmuş, 2016-cı ildə həmin məktəbi yaxşı qiymətlərlə bitirmişdir. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin “İqtisadiyyat və idarəetmə” fakültəsinə qəbul olunmuşdur. 2020-ci ildə Universiteti bitirərək İqtisadiyyat ixtisası üzrə bakalavr ali-peşə diplomunu almışdır. Tələbəlik illəri ərzində bir sıra təlim və seminarlarda iştirak etmiş, diplom və sertifikatlar almışdır. 2020-ci ildə Azərbaycan Kooperasiya Universitetinin “İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisaslaşması üzrə magistraturasına qəbul olunmuşdur. 2022-ci ildə Universiteti bitirərək magistr elmi dərəcəsi almışdır. 2022-2023-cü illərdə Ağdam rayonunda hərbi xidmətdə olmuşdur. 7 sentyabr 2023-cü il tarixindən Lənkəran Dövlət Universitetində “qəbul və görüşlərin təşkili üzrə mütəxəssis” vəzifəsində işləyir.

Rektor köməkçisi - referant - Əskərova Rəqsanə Vüqar

Əskərova Rəqsanə Vüqar qızı 8 yanvar 2002-ci ildə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuşdur. 2008-2013 cü illərdə Lənkəran şəhər 5 saylı, 2013-2019-cu illərdə Lənkəran şəhər 8 saylı tam orta məktəbində təhsil almışdır. Orta təhsilini bitirdiyi 2019-cu ildə Lənkəran Dövlət Universitetinin İbtidai sinif müəllimliyi ixtisasına dövlət sifarişli əsaslarla qəbul olmuşdur. 2023-cü ildə Lənkəran Dövlət Universitetini bitirmişdir. Universitetdə təhsil aldığı illərdə Miracle, Kaspi kurslarında köməkçi müəllim kimi fəaliyyət göstərmişdir. 2023-cü ildə Lənkəran Dövlət Universitetinə laborant vəzifəsinə işə qəbul olmuşdur. 2023-2024-cü illərdə “Rektor köməkçisi-kargüzar”vəzifəsində çalışmışdır. Hal-hazırda “Rektor köməkçisi-referant” vəzifəsində çalışır.

Operator-kargüzar - Həbibova Fidan Firad

Həbibova Fidan Firad qızı 22 may 2003-cü ildə Lənkəran rayonu Osakucə kəndində anadan olmuşdur. 2009-cü ildə Lənkəran rayonu İ.Hüseynov adına Osakucə kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş, 2020-ci ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar –Texnoloji Kollecin “Texnologiya müəllimliyi” ixtisasına qəbul olmuşdur. 2023-cü ildə kolleci bitirərək diplomu almışdır. Stim-l tədris mərkəzində “Mühasibatlığın əsasları”, “Kompüter” kurslarında iştirak etmişdir. 2024-cü ilin yanvarında Lənkəran Dövlət Universitetinin “Aqrar elmlər” kafedrasında laborant vəzifəsinə qəbul olunmuşdur. 05.01.2026-cı il tarixində Universitetin Protokol şöbəsində operator-kargüzar vəzifəsinə təyin olunmuşdur.

Laborant - Əlizadə Aida Zeynal qızı

Əlizadə Aida Zeynal qızı 20 avqust 1999-cu ildə Lənkəran rayonu Hirkan qəsəbəsində anadan olmuşdur. 2005-ci ildə A.Quliyev adına Hirkan qəsəbə tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2016-cı ildə məktəbi bitirmişdir. 2016-ci ildə Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin “Turizm və otelçilik” ixtisasına daxil olmuşdur. 2021-ci ildə Universiteti bitirmişdir. 02.02.2026-cı ildə Protokol şöbəsində Laborant vəzifəsinə işə qəbul olunmuşdur.

Fotograf - Hənifəzadə Taleh Elşən oğlu

Hənifəzadə Taleh Elşən oğlu 20 iyul 1999-cu ildə Lənkəran şəhərində anadan olmuşdur. 2005-ci ildə Lənkəran şəhərinin 1 nömrəli məktəbin 1-ci sinifinə daxil olub, 2016-cı ildə məktəbi bitirib. 2015-ci ildə Astara Pedoqoji Kollecinin “Turizm və onun təşkili” ixtisasına daxil olub. 2018-ci ildə kolleci bitirmişdir.2018-2025-ci il tarixlərində bir sıra iş yerlərində fəaliyyət göstərmişdir. 2025-ci ilin oktyabr ayında Lənkəran Dövlət Universtetində Fotoqraf vəzifəsinə işə qəbul olunmuşdur.


Lənkəran Dövlət Universiteti 2001/2018 | Web design: Əlizadə Məhəmməd