Esmira Xəlil qızı İsmayılova 1963-cü ildə Lənkəran rayonunun Xolmili kəndində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Xolmili kənd orta məktəbini, 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı Bakı Dövlət Universiteti) jurnalistika fakültəsini (əyani) fərqlənmə diplomu ilə bitirib.
2017-ci ilin aprel ayına kimi ölkənin tanınmış mətbu orqanlarında, KİV-də jurnalist, baş redaktor, Lənkəran rayon mədəniyyət və turizm şöbəsində elmi işçi kimi fəaliyyət göstərib. 2017-ci ilin aprel ayından hal-hazıra kimi Lənkəran Dövlət Universitetində İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri olaraq fəaliyyətini davam etdirir. E.İsmayılova 2024-cü il oktyabr ayında müsabiqə yolu ilə “Pedaqogika, psixologiya və incəsənət” kafedrasında baş müəllim vəzifəsinə seçilmişdir, kafedrada elmi-tədqiqat və elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Esmira İsmayılova 2018-ci ildə “Azərbaycan ədəbiyyatı” ixtisası üzrə LDU-nun dissertanturasına daxil olub və 2021-ci ildə oranı bitirib. “Məhəmmədhüseyn Şəhriyarın anadilli poeziyasında milli yaddaş və onun yaratdığı milli özünüifadə ənənəsi” mövzusunda yazdığı dissertasiya işini AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda uğurla müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 26.11.2024-cü il tarixli qərarı ilə Esmira Xəlil qızı İsmayılovaya 5716.01-Azərbaycan ədəbiyyatı ixtisasında filologiya elmləri elm sahəsi üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. Müxtəlif elmi nəşrlərdə 40-a qədər elmi məqalə və tezisi, 100-lərlə bədii-publisistik yazıları çap olunub.
E.İsmayılova Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İşlədiyi müddət ərzində müxtəlif media mükafatlarına, fəxri fərman və diplomlara, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin “Təşəkkürnamə”lərinə layiq görülüb.Bir neçə kitabın müəllifidir. Dəfələrlə ədəbi-bədii və publisistika janrlarında keçirilən müsabiqələrin qalibi olub.Ailəlidir.
Qeyd edək ki, universitetin Mətbuat xidməti 1996-cı il aprelin 15-də LDU-nun təhsil həyatını müxtəlif mətbuat və kütləvi informasiya vasitələrində işıqlandırılmaq, KİV, eləcə də elektron məlumat daşıyıcılarında gedən informasiyaları axtarıb araşdırmaq və dəyərləndirmək məqsədilə yaradılmışdır.
Telefonlar:
İş: (+994) 025 255 25 21
Faks: (+994) 025 255 27 86
E-mail: info@lsu.edu.az